Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə6/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 20 – 
 
Asiyada  ruh  şölələndi  və 
bununla  da  dünya  tarixi 
başlandı...  Avropa  şübhəsiz, 
tarixin sonu, Asiya – başlan-
ğıcıdır. 
Hegel 
Ər-Reyhaninin poetik dili ilə «mən öz ruhumla sənin qəlbini si-
vilizasiya xəstəliklərindən sağaldacağam», – deyən ruhani Şərq həqiqi 
dini hissdən ayrı düşən, mövhumata uyan, əcnəbilərdən, onların texno-
loji  nailiyyətlərindən  çəkinən,  mürtəce  məzmun  kəsb  edən  cılızlaşmış 
Şərqdən çox fərqlidir. Əslində ikinci birincinin adına sığınır. Amma bu 
Şərq daha o Şərqdən deyil. 
Əlbəttə,  «Şərq»  fenomeninə  diferensial  münasibət  ideyası  bədii 
obrazlarla, poetik şəkildə ər-Reyhani tərəfindən irəli sürülmüşdür. La-
kin  bu  poetik  tərənnümün  mahiyyəti  elmi-məntiqi  müstəvidə  məhz 
A.İmanquliyeva tərəfindən açılır və Şərqlə Qərbin vəhdətinə çağırış da 
bu yeni baxış bucağından yeni mahiyyət kəsb edir. Vəhdət üçün əvvəl-
cə  Şərqin  özünə  qayıtması,  öz  ilkin  ruhani  məğzini  yenidən  kəsb  et-
məsi tələb olunur.  
Bəli, ruhun təbiətdən hələ ay-
rılmadığı  dövrdə  ancaq  Şərq  var  idi. 
Təbiət,  geniş  mənada  başa  düşdükdə 
–  bütövlükdə  kosmos,  ümumi  bir 
ahəngin,  vahid  bir  ruhun  maddi  tə-
cəssümü  olmaqla,  özündə  hələ  yad 
başlanğıcdan,  yad  ideyalardan  törə-
miş  ünsürləri  daşımırdı.  Kosmos  bir  loqos  kimi,  ümumi  bir  ahəngdar 
sistem  kimi  o  zaman  parçalandı  ki,  ayrı-ayrı  insanların  loqosları  ona 
alternativ təşkil etməyə başladı və hərə öz məntiqi ilə qurub-yaratdıqca 
sinxronluq tədricən itdi.  
Qədim dövrdə insanlarin əqli fəaliyyətinin yekunları təmərküzlə-
şərək  böyük  sistemlər  halında  birləşmədiyi  və  fərqli  sivilizasiyaların 
hələ  formalaşmadığı  dövrdə  Şərq  –  Qərb  bölgüsü  də  təbii  ki,  yox  idi. 
Hegel  o  dövr  üçün  belə  yazır:  “Ruh  hələ  o  dərəcədə  mücərrədləşmə-
miş, təbii başlanğıcından ayrılmamışdı”.  
Antik mədəniyyət özü də bu sinkretik ruhun məhsulu idi. Lakin 
əsrlər  keçdi  və  yer  kürəsinin  müxtəlif  səmtlərində  yaşayan  insanların 
ictimai inkişafı fərqli sivilizasiyaların yaranmasına gətirdi. İnsanlar il-
kin  təbiətə  deyil,  özlərinin  yaratdıqları  ikinci  təbiətə  uyğunlaşmaq 
məcburiyyətində qaldılar. İkinci təbiət isə ən azı iki dənə idi. İnsan in-


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 21 – 
Şərq doğru danışanda ona 
nadir 
hallarda 
inanırlar. 
Qərb  isə  yalan  danışanda 
ona nadir hallarda şübhə ilə 
yanaşırlar.  Birincinin  sadə-
lövh doğruluğu heç bir məq-
sədə  yönəlməyib,  o  birisinin 
saxta  səmimiliyi  nadir  hal-
larda  öz  məqsədinə  çata  bil-
mir. 
Reyhani 
tellektinin təbiətə getdikcə daha fəal təsir göstərməsi və onun bazasın-
da fərqli təbiət və fərqli ictimai mühit yaratması, kiçik ictimai sistem-
lərin əvvəlcə dövlətlər miqyasında, sonra isə daha böyük miqyasda bir-
ləşərək  bütöv  cəmiyyət,  bütöv  bəşəriyyət  yaratmaq  cəhdləri  –  bütün 
bunlar dünyanı sanki iki yerə böldü: şərti olaraq Şərq və Qərb siviliza-
siyaları adlanan iki dünya.  
Dünya bu gün bir sıra qlobal problemlərlə üzləşmişdir. Qərb bu 
problemləri  təkbaşına  həll  etmək  iqtidarında  deyil.  Onun  Şərq  ruhuna 
ehtiyacı vardır. Lakin bu ruh çağdaş Şərqin görünən qatlarında görün-
məz olmuşdur. Bu gün özünün dərin genetik qatlarında uyuyan böyük 
ruhani gücün qayıdışına nail olmaq çağdaş Şərqin imkanı xaricindədir. 
Bunun  üçün  o,  Qərbin  köməkliyinə 
ehtiyac  hiss  edir.  Qərb  özünün  gələ-
cəyi  naminə,  bütün  bəşəriyyətin  gələ-
cəyi  naminə  səylərini  onsuz  da  cırlaş-
mış çağdaş Şərqi daha da sıxışdırmağa 
yox,  onun  özünə,  öz  ruhani  başlanğı-
cına  qayıtmasına  yönəltməlidir.  Aida 
xanım  haqlı  olaraq  yazır:  «Şərqdə  hə-
yatın  təkmilləşməsi  üçün  yalnız  hissi 
aləm  və  fəlsəfi  idrakın  dərinliyi  bəs 
olmadığı  kimi,  hələ  mədəni  nailiyyət-
lər və texniki tərəqqi də insanın mə-
nəvi  və  sosial  dirçəlişi  üçün  kifayət 
deyil».
1
  
Müasir  Qərb  sivilizasiyası  nəyə  nail  olmuşdursa,  hamısına  ilk 
növbədə elmin tətbiqi, yeni texnikaya və texnologiyalara əsaslanan iq-
tisadi sistem sayəsində nail olmuşdur. Daha doğrusu, bu Qərb siviliza-
siyasının  təməlidir.  Bu  baxımdan,  Qərbin  texnologiyaya,  elmə,  hətta 
bütövlükdə  rasionallığa  yiyə  durmaq  təşəbbüsü  anlaşılandır.  Rasiona-
lizmin R.Dekartdan başlaması haqqında iddialar da buradan irəli gəlir.  
Bəs əslində necədir? 
                                                 
1
 Yenə orada, səh. 142. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 22 – 
 
İncəsənət vahiddir, o, yal-
nız  Şərqə,  yaxud  yalnız  Qər-
bə aid ola bilməz. 
Uitmen 
Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əslində, 
məhz  rasionallıq  prinsipini,  məhz  xalis  zəka  anlayışını  Qərb  Şərqdən 
götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin yeganə vasitəsi ki-
mi  qəbul  edilən  əql  (zəka)  təcrübə  ilə,  maddi  proseslərlə  deyil,  ilahi 
başlanğıcla əlaqələndirilmişdir. Allahın insanlara bəxş etdiyi bu ən bö-
yük nemət, təbiəti öyrənməkdən daha çox, ilahi varlığın özünü dərk et-
məyə yönəldilmişdir. Belə bir məqsədə ki, bu yolda əql özü də acizdir. 
(Əslində,  bu  yol  qadağan  olunmuş  yoldur.  Çünki  Allah  insana  ruhla 
bağlı çox az bilgi vermişdir. İslam dini həm də insana gücü çatmayan 
işlə məşğul olmağı tövsiyə etmir.) 
Qərbdə  isə  rasionalizmin  daha  praktik  bir  tətbiqi  ön  plana  keç-
miş,  əql  təcrübə  ilə  birləşmişdir.  İnsan  transendent  dünyanın  dərkinə 
uyaraq  qalmamış,  nəzərlər  həm  də 
cismani dünyaya yönəldilmişdir.  
Bunun 
üçün 
ilk 
növbədə 
dindən  (xristianlıqdan)  imtina  etmək 
lazım idi! 
Qərb  sivilizasiyasının  təməlin-
də elmin dindən ayrılması, rasionalizmin ilahiyyat ilə deyil, empirizm-
lə  birləşməsi  dayanır.  Bu  baxımdan,  orta  əsr  xristian  sxolastikası  da 
Qərb yox, Şərq hadisəsi idi. Dini fərqlərinə baxmayaraq, Foma Akvin-
ski ilə İbn Rüşdün bu qədər yaxınlığı bir daha onların hər ikisinin eyni 
sivilizasiyaya məxsus olmasına dəlalət edir.  
Avropalılar  coğrafi  baxımdan  Qərb  fenomeninə  yiyə  durduqları 
və  onu  qeyd-şərtsiz  özününkü  saydıqları  üçün,  onu  əsasən  çəhrayı 
rəngdə  təsvir  edir,  daha  çox  dərəcədə  elmlə,  ümumbəşəri  tərəqqi  ilə, 
universal sivilizasiya ilə bağlamağa çalışır və onun özünəməxsus, spe-
sifik cəhətlərini ayırd etməyə çalışmırlar. Qərblilərin nəzərindəki Qərb 
fenomeni iki qüsurlu tezis üzərində formalaşmışdır:  
Birincisi, bir tərəfdən coğrafi prinsiplərə əsaslanan bölgü ilə spe-
kulyasiya edilir, digər tərəfdən ABŞ, Kanada və İsrail də aşkar və qey-
ri-aşkar  şəkildə  Qərb  fenomeninə  daxil  edilir;  bu  halda  ilkin  coğrafi 
yanaşmanın  əhəmiyyətinin  itdiyi  nə  üçünsə  unudulur.  Çünki,  həmin 
Amerika qitəsində ABŞ-la yanaşı, məsələn, Meksika da var ki, Qərbin 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə