Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə7/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   2   3   4   5   6   7   8   9   10   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 23 – 
 Şərqdə həyatın təkmilləş-
məsi  üçün  yalnız  hissi  aləm 
və  fəlsəfi  idrakın  dərinliyi 
bəs  olmadığı  kimi,  hələ  mə-
dəni  nailiyyətlər  və  texniki 
tərəqqi də insanın mənəvi və 
sosial  dirçəlişi  üçün  kifayət 
deyil.  
Aida İmanquliyeva
 
 
onu  həzm  etməyə  iştahı  yoxdur.  Deməli,  əsas  məsələ  coğrafiyada 
deyil… Və bunu qərblilər bilməmiş olmazlar.  
İkincisi, coğrafi prinsipə istinad etməklə, Qərb antik mədəniyyəti 
qeyd-şərtsiz özününküləşdirir və özünü qədimlərə aparıb çıxarır, «əsil-
nəcabət qazanır» və bu zaman qədim yunanlarla özləri arasında körpü-
nün başqa bir millət, başqa bir dini icma, başqa bir mədəniyyət tərəfin-
dən atıldığını nə üçünsə «yaddan çıxarır».  
Müasir  Qərb  sivilizasiyasını  an-
tik  mədəniyyətlə  və  xristianlıqla  bağ-
lamaq  kimi  açıq-aşkar,  qeyri-elmi  ya-
naşmalara  baxmayaraq,  Qərbdə  bu  si-
vilizasiyanın məğzini anlayanlar və bu 
mahiyyətdən  gələn  məhdudiyyətləri 
görənlər  də  vardır.  Bu  gün  Qərbdə 
modernizm  və  postmodernizm  meyl-
ləri, əslində ənənəvi rasionalizmə qar-
şı  çıxışlardan  başqa  bir  şey  deyil. 
Əbu  Turxanın  dediyi  kimi,  “Qərb 
intellekt və texnika qanadlarında çox uzaqlara uçmuş və həyatın təməl 
prinsiplərindən, mənəvi bazisdən ayrı düşmüşdür”. 
Bu gün Qərb yeni inkişaf yolları axtarır. Ancaq ağıldan, rasional 
düşüncədən,  texnologiyadan  ibarət  bir  həyat  darıxdırıcıdır.  Çünki  fik-
rin açdığı gözəlliklərdən sonra, daha yüksək bir səviyyəyə keçid olma-
lıdır.  Çünki  insan  tək  bir  düşüncənin  gücü  ilə  edə  bilmədiklərini  mə-
həbbətin gücü ilə edə bilər. Əmin ər-Reyhani deyir: “İnsan fikrin gücü 
ilə  təbiət  qüvvələrinə  qalib  gələ  bilər  və  fikrin  gücündən  də  üstün  bir 
güc – sevginin gücünü tapa bilər”.
1
 Bəs nədir sevginin gücü? Şübhəsiz 
ki,  söhbət  Məcnun  sevgisindən  getmir.  Geniş  mənada  başa  düşülən 
sevgi insanın öz daxili mənəvi-estetik potensialının realizasiyasıdır.  
Avropada texnogen sivilizasiyaya bir növ  alternativ kimi  yaran-
mış romantizm məhz sevginin gücünə istinad edirdi. İntellekt səviyyə-
                                                 
1
 
ﻥﺎﺤﻳﺮﻟﺍ ﻦﻴﻣﺃ
 .
ﺕﺎﻴﻧﺎﺤﻳﺮﻟﺍ
 .
ﺕﻭﺮﻴﺑ
 .
 ﺓﺮﺷﺎﻌﻟﺍ ﺔﻌﺒﻄﻟﺍ
1987
 (Əmin ər-Reyhani. Fikrin nurları // 
Reyhaniyyət, səh.71). 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 24 – 
 
İnsan  Allahı  təbiətin  seyrin-
də dərk edir. 
Emerson  
 
sində əlçatmaz olan bir çox ideallar ilham və vəcd səviyyəsində realla-
şır.  Romantizminin  əslində  bir  Qərb  hadisəsi  olmayıb,  Şərq  ruhunun 
Qərb  məkanına  transferi  kimi  ortaya  çıxması  faktı  isə  hələ  indi-indi 
tədqiqat  predmetinə  çevrilir.  Və  Şərq  ruhuna  olan  ehtiyac  özünü  get-
dikcə daha çox büruzə verir.  
Nə yaxşı ki, bu həqiqəti Qərbdə də başa düşənlər az deyil. Qərb 
sivilizasiyasının uğurlarından vəcdə gələn və onu öz milli-dini özünə-
məxsusluğu kimi qələmə verməyə çalışan Maks Veberlərlə yanaşı, ha-
rada  isə  uzaq  ölkələrdə  yox,  onun  öz  vətənində,  onun  öz  ailəsində, 
onun öz doğma qardaşı Alfred Veberlər də yazıb-yaradır və əsl həqiqə-
ti söyləməkdən çəkinmirlər.  
Demokratiya 
və 
beynəlxalq  hüquq  normalarının 
da Qərb sivilizasiyası çərçivəsində 
təqdim 
edilməsi 
mübahisəli 
görünür.  Düzdür,  hüquq  müs-
təvisində  bu  nailiyyət  ilk  dəfə  məhz  Avropada  əldə  edilmişdir.  Və 
onun  fəlsəfi  əsasları  da  daha  çox  dərəcədə,  məhz  Avropada  yaradıl-
mışdır. Lakin əslində Avropa humanizmi, Şərq humanist fikir ənənələ-
rinin  davamı  kimi  ortaya  çıxmışdır.  Şərqdə  bu  ideyalar  ənənəvi  üsul-
idarəyə; monarxiyaya, şahlığa, sultanlığa, bir şəxsin diktatına qarşı re-
aksiya  kimi  ortaya  çıxmışdır.  İnsan  bərabərliyi  haqqında,  insan 
azadlığı haqqında ilk təlimlər də, hətta onların ictimai realizasiyası da 
Şərqdə  həyata  keçmişdir.  Bu  baxımdan,  biz  Məzdək  təlimini,  Xür-
rəmilər  hərəkatını,  Babək  üsyanını  və  s.  yada  salmaq  istərdik.  Xürrə-
milikdən  gələn  ideyalar  neçə  əsr  sonra  İslama  qarşı  qoyulmadan, 
əksinə  yeni  dəyərlər  sistemi  ilə  əlaqəli  surətdə  böyük  Nizaminin 
«Xoşbəxtlər ölkəsində» ifadə olunmuşdur.  
Lakin bütün bunlara baxmayaraq, Qərb sivilizasiyası məhz daha 
optimal ictimai təşkilatlanma ilə səciyyələnir. Yeni dövr Qərb fəlsəfəsi 
təkcə təbiətin öyrənilməsinə və dəyişdirilməsinə deyil, həm də cəmiy-
yətin təşkilatlanma prinsiplərinə təsir etmişdir. Və Qərb demokratiyası 
yaranmışdır.  Əmin  ər-Reyhani  yazır:  “Cəmiyyətin  təkmilləşməsi  şəx-
siyyətin  təkmilləşməsidir”.  Aida  xanım  şairin  bu  mövqeyini  belə  izah 


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 25 – 
Bu  gün  Şərq  özünün 
dərin  genetik  qatlarında 
uyuyan böyük ruhani gücün 
qayıdışına  nail  olmaq  üçün 
Qərbin  köməkliyinə  ehtiyac 
hiss edir. 
Ə
bu Turxan 
edir:  “Tərəqqinin  özünü  romantik  ər-Reyhani  hər  şeydən  əvvəl  ayrı-
ayrı şəxsiyyətlərin hərtərəfli inkişafı, onların mənəvi təkmilləşməsi ki-
mi  başa  düşürdü.  Onun  fəlsəfəsinin  romantik  fərdiyyətçiliyi  də  bura-
dan irəli gəlir, çünki əgər cəmiyyətin təkmilləşməsinin əsasları ictimai 
institutların  yaxşılaşması  yox,  ayrı-ayrı  şəxsiyyətlərin  mənəvi  təkmil-
ləşməsidirsə,  deməli,  diqqəti  hər  şeyin  mərkəzində  dayanan  ayrı-ayrı 
şəxsiyyətlərin üzərində cəmləşdirmək lazımdır”.
1
  
Göründüyü kimi, professor Aida İmanquliyeva ərəb mütəfəkkir-
lərinin fikirlərini sadəcə olaraq şərh etmir və çox ciddi məqamlarda öz 
mövqeyini  ortaya  qoyur.  Ənənəvi  Şərq  düşüncəsindən  çıxış  edən  və 
xilas yolunu ayrı-ayrı şəxşlərin mənəvi kamilləşməsində axtaran Əmin 
ər-Reyhanidən fərqli olaraq, Aida xanım Qərbin ictimai tərəqqi ənənə-
lərini  də  nəzərə  alır  və  cəmiyyətin  təkmilləşdirilməsi  zərurətini  əsas-
landırır.   
Doğrudan 
da, 
Qərb 
sivilizasiyasını 
şərtləndirən, 
onun 
Şərqə  nisbətən  üstünlüyünü  təmin 
edən  mühüm  cəhətlərdən  biri  fərd–
cəmiyyət  münasibətlərinin  daha  mü-
kəmməl olması, cəmiyyətin daha opti-
mal  təşkilatlanmasıdır.  Şərqdə  azadlı-
ğın hər kəsin öz arzu və istəyinə uy-
ğun 
surətdə 
yaşamaq 
kimi 
anlamasına rəğmən, Qərbdə hər kəs özünü ilk növbədə cəmiyyətin bir 
üzvü  kimi  hiss  etməklə,  öz  azadlığını  da  qərarlaşmış  ictimai  mü-
nasibətlər çərçivəsində tapır. Burada hər hansı bir şəxs mövcud qayda-
larla  razılaşmırsa,  öz  etirazını  onları  pozmaq,  «qulaq  ardına  vurmaq» 
yolu ilə yox, bütövlükdə ictimai münasibətlərin dəyişdirilməsi, onların 
əsasında duran ideyanın yeniləşməsi uğrunda mübarizə ilə ifadə edir.  
Cəmiyyətin  necə  təşkilatlanması  hər  bir  fərdin  həyatına  təsir 
edir. Lakin hər bir fərd ümumictimai miqyasda gedən proseslərin məğ-
zini  anlamaq,  onlara  düşünülmüş  şəkildə  müdaxilə  etmək  imkanına 
                                                 
1
 A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri, səh. 156.  


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə