Aida xanım İmanquliyevanın


Aida İmanquliyeva yaradıcılığının izi ilə



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə9/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   5   6   7   8   9   10   11   12   ...   118

Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 29 – 
Siyasət seli elmi də, mədə-
niyyəti  də,  şeiri  də  yuyub 
aparır.  
Ə
bu Turxan 
məsinə və bundan doğan mənəvi boşluğa reaksiyadır.  
Qərb  intellekt  qanadlarında  çox  uzaqlara  uçmuş,  həyatın  təməl 
prinsiplərindən,  fəlsəfi  bazisdən  ayrı  düşmüşdür.  Həm  də  artıq  elə 
uzaqlara getmişdir ki, geri qayıtmaq bir o qədər də asan məsələ deyil. 
«Qayıdış zamanı geridə olan qabağa düşür» hikmətini yada salsaq, sıra 
Şərqindir.  Təməl  prinsipləri  harada,  hansı  yol  ayrıcında  itirmişdiksə, 
yenidən həmin nöqtədən başlayaraq axtarsaq və bu zaman yeni dövrün 
intellektual imkanlarından istifadə edə bilsək, ola bilsin ki, fəlsəfi fikrə 
ikinci nəfəs gətirə bilərik.  
Bu  gün  islam  dünyasında  ilk  dəfə  milli-demokratik  dövlət  qur-
muş Azərbaycanda yeni fəlsəfi axtarışlar yeni ideologiya axtarışları ilə 
əlaqəli olsa da, müəyyən nisbi müstəqilliyə və məxsusi ənənəyə malik-
dir. Özümüzə qayıtmaq və öz milli fi-
kir  potensialımız  zəminində  müasir 
fəlsəfi sistemlər qurmaq və milli ideo-
logiyanı da bu  yeni və qədim fəlsəfə-
nin  ruhuna  uyğun  kökləmək  yönün-
də  axtarışlar  gedir.  Bu  axtarışların 
təməlində  Zərdüşt,  Dədə  Qorqud,  Bəhmənyar,  Şeyx  əl-İşraq  durur. 
Həm  də  bu  axtarışlar  bütün  Şərqdən,  İslam  dünyasından  təcrid  olun-
muş şəkildə deyil, qarşılıqlı əlaqə və zənginləşmə şəraitində aparılma-
lıdır.  Bu  baxımdan,  yeni  dövr  ərəb  mütəfəkkirlərinin  mövqeyi  də  bö-
yük  önəm  kəsb  edir.  Şərq  ruhunu  qoruyub  saxlamaqla  bərabər,  Qərb 
təhsili  almış  Reyhani,  Cübran  və  Nüaymə  kimi  simaların  timsalı  çox 
önəmlidir.  Aida  İmanquliyevanın  tədqiqatı  məhz  bu  baxımdan  böyük 
aktuallığa  malikdir  və  bu  tədqiqatlar  davam  etdirilməli,  Şərq  ilə  Qərb 
arasında yeni vəhdət məqamları üzə çıxarılmalıdır.  
Biz  milli-mənəvi  köklərimizə,  milli-fəlsəfi  fikir  tariximizə  Qərb 
fəlsəfəsi  prizmasından  baxmaq  məcburiyyətində  qalsaq  da,  müəyyən 
məqamlarda bu qaynaqlarla birbaşa təmas qurmağa, qəlbimizin dərin-
liyində  onları  heç  bir  vasitəçi  olmadan  duymağa,  zaman  uçurumunun 
yaratdığı ögeylik sindromunu aradan götürməyə qadir olduğumuzu sü-
but etməliyik.  


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 30 – 
 
Mən  iki  dünyanın  (Qərb 
və Şərq dünyasının) vətənda-
şıyam – Dünyanın vətəndaşı-
yam. 
Reyhani 
Hər şeydən əvvəl qeyd edək ki, biz «Şərq» və «Qərb» anlayışla-
rını heç də coğrafi terminlər kimi işlətmirik. Baxmayaraq ki, bu anla-
yışlar  əvvəlcə  ölkələrin  məhz  coğrafi  yerləşməsinə  uyğun  olaraq  işlə-
dilmişdir, lakin sonralar onların simvolik mənaları formalaşmışdır. 
Belə ki, əvvəla, Şərq – ənənəviliyin, Qərb isə müasirliyin simvo-
lu kimi başa düşülür. Bu baxımdan, Şərqdə və Qərbdə elmin, mədəniy-
yətin, təhsilin xüsusiyyətləri də məkandan daha  çox, zaman göstərici-
ləri ilə səciyyələnir. 
İkincisi, Şərq və Qərb bölgüsü mədəni-mənəvi bölgü kimi, habe-
lə sivilizasiyaların tipləri və düşüncə tərzləri arasındakı fərqə görə get-
diyindən,  biz  kitabda  bu  anlayışlardan  məhz  həmin  mənada  istifadə 
edəcəyik.  Həm  də  ona  görə  ki,  bu  cür  yanaşma  A.İmanquliyeva  üçün 
də səciyyəvi idi.  
Üçüncüsü,  və  ən  başlıcası, 
Şərq  və  Qərbi  fərqləndirən  ən  mü-
hüm  amil  münasibətlərin  şəxsi,  yox-
sa  ictimai  miqyasda  qurulmasıdır. 
Belə  ki,  Şərq  düşüncəsində  məqsəd 
insanın kamilləşməsi, Qərb düşüncə-
sində isə – cəmiyyətin təkmilləşdirilməsidir.  
Bəli,  Şərq  və  Qərb  coğrafi  bölgüdən  daha  çox,  zaman  bölgüsü-
dür. Qədimlik və ənənəvilik müasirliklə, modernləşdirmə ilə qarşılaşır. 
Şərq  dedikdə,  insana  əzəldən  xas  olan,  onun  mahiyyətini  ifadə  edən 
mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə et-
miş  olduğu  intellektual  və  texnoloji  uğurlar  yada  düşür.  Bu  cür  başa 
düşüldükdə,  Yeni  Dövrə  qədər  hər  hansı  bir  Qərb  sivilizasiyasından 
danışmaq  mümkün  deyil.  Roma  imperiyasının  süqutundan  ta  Renes-
sans  dövrünə  qədər  Avropa  da  Şərq  sivilizasiyasının  bir  hissəsi  idi. 
Həm də ucqar hissəsi, əyalət idi. Dünyada baş verən əsas proseslər, si-
vilizasiyanın ağırlıq mərkəzi, geopolitik situasiyanı müəyyən edən bö-
yük  hadisələr  məhz  Şərqdə  baş  verirdi.  Avropa  ölkələri  ancaq  bu  bö-
yük mədəniyyət mərkəzləri ilə bağlı olmaq dərəcəsinə görə sivilizasi-
yaya  qatıla  bilirdi.  Təsadüfi  deyildir  ki,  Orta  əsrlərdə  müsəlman  dün-
yasının təsir dairəsində olan İspaniya elmi-fəlsəfi fikrin inkişafında oy-


Aida İmanquliyeva yaradıcılığının izi ilə 
 
 
 
 
– 31 – 
Ruh  və  bədən  arasında 
mübarizə  yalnız  o  kəslərin 
əqllərində  gedir  ki,  onların 
ruhları  mürgüləyir,  bədənlə-
ri isə solub.  
Cübran 
nadığı  rola  görə  bütün  digər  Avropa  ölkələrindən  öndə  gedirdi.  Vati-
kan isə sivilizasiyanın, tərəqqinin yox, sxolastikanın və inkvizisiyanın 
ideya mərkəzi idi.  
Varlığın  iki  böyük  əsasının,  maddi  və  mənəvi  bölgüsünə  uyğun 
olaraq,  hissi-empirik  və  hissi-estetik  başlanğıcın  bu  və  ya  digər  dövr-
dəki  prioritetliyi  bəşər  sivilizasiyasının  müxtəlif  zaman  kəsiklərində 
formalaşan  müxtəlif  keyfiyyətli,  xarakterli  qatlarının  fərqləndirilməsi 
də coğrafi bölgüyə əsaslanmır. Sadəcə olaraq müasir Avropa «Qərb si-
vilizasiyası»nın  daşıyıcısına  çevrildikdən  sonra  onun  keçmiş  zamana 
ekstrapolyasiyası subyektiv mülahizələrlə həyata keçirilir ki, bu da av-
ropasentrizimin  daha  bir  təzahürüdür. 
Onların  əsas  arqumenti,  əlbəttə,  antik 
sivilizasiyadır.  Lakin  obyektiv  təhlil 
göstərir  ki,  antik  dövrdə  yaradılan  də-
yərlər  sistemi  müasir  Şərq  və  Qərb 
bölgüsü baxımından heç bir tərəfə uy-
ğun gəlmir və daha çox dərəcədə sin-
kretik hadisədir.  
Şərq təfəkküründə ona görə hissi-estetik və metaforik məqam ön 
plana çıxır ki, insan-dünya münasibətlərində bütövlüyün qorunub-sax-
lanması üçün onlar hissi-empirik və rasional məqamlara nisbətən daha 
əlverişlidir. Bizim Qərb düşüncəsi kimi səciyyələndirdiyimiz hissi-em-
pirik  metod  hadisələrin  hissələrə  ayrılmasını,  parçalanmasını  tələb 
edir.  Və  Qərbin  bütün  sonrakı  uğurlarının  təməlində  dünyanın  məhz 
hissə-hissə,  konkret  hissi  təcrübə  aktları  sayəsində  öyrənilməsi  və  bu 
hissələrin  sintezindən  onun  yeni,  bütöv  mənzərəsinin  hasil  olması  da-
yanır. Bu, əslində dünyanın elmi təhlilidir. Təsadüfi deyildir ki, bir çox 
tədqiqatçıların fikrinə görə, «Elm – Qərbin yeni dinidir».
1
 Daha doğru-
su, Qərbin təməlində din yox, elm dayanır. 
Şərqin elmə münasibətində isə bəzən nihilizm meylləri hökm sü-
rür.  Əmin  ər-Reyhani  yazır:  “Şərq  modern  elmlə  yanaşı  gedə  bilməz. 
Riyakarlıqla  əhatə  olunmuş,  ənənə  ilə  doldurulmuş,  mücərrədləşdiril-
                                                 
1
 Г.БайнфилдЕ.Корнголд. Между небом и землей. М., 1997, стр. 27. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə