Aida xanım İmanquliyevanın


Şə rq ruhunun Qərb həyatı



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə34/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   30   31   32   33   34   35   36   37   ...   118

Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 106 – 
 
Həqiqəti  həmişə  bilmək 
lazımdır,  inkar  etmək  bəzən. 
Bizdə  həqiqi  olan  sakitdir, 
süni olan isə dilli-dilavər.  
Cübran 
lar…».
1
 Bəli, dil məqsəd yox, vasitə olmalıdır. Hansı dildə oxumaq və 
yazmaq deyil, nə barədə oxuyub, yazmaq önəmlidir. Düşüncənin səhv 
istiqamətdə  yönəldilməsi,  vasitəni  özünə  məqsəd  etməsi,  hətta,  elmi 
dini dəyərlərlə əvəz etmək təşəbbüsləri Şərqin tənəzzül səbəblərindən-
dir. «Qəribə burasıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər: müsəl-
man  elmləri  və  Avropa  elmləri.  Buna  görə  də,  onlar  camaatı  xeyirli 
elmlərin  mənimsənilməsindən  çəkindirirlər.  Onlar  başa  düşmürlər  ki, 
şərafətli  elm  heç  bir  millətin  malı  deyil,  kim  ona  yiyələnsə,  onun-
dur…»
2
  
Şərq və Qərb düşüncə tərzlə-
rini, qarşılıqlı maraqları üzvi surət-
də birləşdirən sintetik təfəkkür siyasət 
sahəsində,  beynəlxalq  münasibətlər 
sahəsində həqiqətən yeni hadisədir... 
Lakin  daha  geniş  miqyasda  gö-
türdükdə,  həyatımızın  bütün  sahələ-
rini  məhz  bu  yeni  təfəkkür  işığında  nəzərdən  keçirmək  istədikdə 
məlum olur ki, o heç də boş yerdə yaranmamış, min illərdən bəri dərin 
kök atmış dialektik təfəkkürün bəhrəsi kimi meydana gəlmişdir.  
Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffəqiyyətlərin 
rəhni  olan  dialektik  təfəkkür  tərzinin  praktik  tətbiqinə  nail  olmaqdan, 
fəaliyyət  proqramını  bu  təfəkkür  əsasında  qurmaqdan,  dialektikanı 
“xalis zəka” sahəsindən “praktik zəka” sahəsinə keçirməkdən ibarətdir.  
Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət siyasə-
tinə tətbiqi deməkdir. Miqyaslar arasındakı uçurumun aradan götürül-
məsi, tam ilə hissənin əlaqələndirilməsi, fərdi problemlərin qlobal ha-
disələr kontekstində nəzərdən keçirilməsi və əksinə, qlobal hadisələrin 
həllində hər bir  adamın  mənafeyinin nəzərə alınması sintetik təfəkkü-
rün mühüm tərkib hissəsidir.  
Dialektik  təfəkkürün  əsasında  hərtərəflilik  prinsipi,  sintetiklik 
dayanır.  Əksliklər  müəyyən  olunur,  ancaq  onlar  mütləqləşdirilmir, 
                                                 
1
 C.Əfqani. Seçilmiş əsərləri, səh. 30. 
2
 Yenə orada, səh. 32. 


Ə
min ər-Reyhani 
 
 
 
 
– 107 –
Şərqlilər bütün cazibəsinə 
və  səadət  vədlərinə  baxma-
yaraq elmi yalnız uzaq mad-
di məqsədləri aşkara çıxaran 
bir  projektor  kimi  görə 
bilər.  
Reyhani 
vəhdətdə nəzərdən keçirilir. 
Bir  fikir  başqa  fikirləri  istisna  etmir,  əksinə,  bir-birini  qarşılıqlı 
surətdə  tamamlayır.  Sintetik  təfəkkür  müxtəlif  konseptual  sistemlərin 
dialektik sintezi olmaqla yanaşı, müxtəlif təfəkkür tərzlərini də özündə 
birləşdirir. O, Şərq və Qərb təfəkkür tərzlərinin, milli şüarların bir-biri-
ni  zənginləşdirməsini  nəzərdə  tutduğu  kimi,  elmi  və  bədii  təfəkkürün 
vəhdəti üçün də meydan açır.  
Ya  yalnız  sosial-mənəvi  həyatın  anlayışlarla  inikasından  çıxış 
edərək bədii ədəbiyyatdan, obrazlı təs-
virdən imtina etmək, ya da yalnız bədii 
ədəbiyyat  və  təxəyyül  hüdudunda 
qalaraq  real  həyatın  məntiqi  inikasına 
biganə qalmaq, – hər ikisi birtərəfli ya-
xınlaşmadır. Sintetik təfəkkür bunların 
vəhdətini tələb edir.  
İnsan, onun mənəvi  yüksəlişi, 
fərdi mənəvi dünya ilə ictimai həyat 
arasında qarşılıqlı əlaqə və ziddiyyət məsələləri əsrlər boyu yalnız fəl-
səfənin  deyil,  həm  də  bədii  ədəbiyyatın,  incəsənətin  predmetinə  daxil 
olmuşdur.  Lakin  fəlsəfənin  məğzini,  əsas  məsələsini  təşkil  edən  bu 
problem bədii ədəbiyyatda bir növ dolayısı ilə, daha doğrusu, təzahür-
lər vasitəsilə işıqlandırılmışdır. Ədəbiyyatda ən çox tənqid olunan Şərq 
ölkələrini bürümüş olan mövhumat və cəhalət, elmi düşüncə ənənələri-
nin  zəifliyidir.  Əmin  ər-Reyhaninin  və  Mixail  Nüaymənin  əsərlərində 
də  eynən  Sabir,  Mirzə  Cəlil  və  Üzeyir  Hacıbəyovda  olduğu  kimi  bu 
cəhətlər özünün geniş bədii ifadəsini tapmışdır.   
Bəli, Şərq təfəkkürü nöqsanlardan azad deyil. Lakin kim belə he-
sab edirsə ki, müasir dövrdə xalqımızın tərəqqisinə mane olan Şərq tə-
fəkkür tərzidir, – səhv edir. Şərq təfəkkürünün müəyyən çatışmazlıqla-
rı  varsa,  bu  onun  üstün  cəhətlərinə  də  neqativ  planda  baxmaq  üçün 
əsas vermir. Digər tərəfdən də, ona qarşı qoyulan Qərb təfəkkür tərzi 
də özünəməxsus nöqsanlara malikdir. Əmin ər-Reyhani  yazır: “Elmin 
insan  həyatını  qaranlıq  mağara  ilə  soyuq  məzar  arasında  mühasirədə 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 108 – 
 
Təkmilləşmə  yolları  dü-
zəldir;  əyri  yollar  isə  Dahi-
lər üçündür.  
Bleyk 
saxlayan təhlil üsullarından artıq bezmişəm. Müasir mədəni üsulla ma-
ğaradan məzara doğru! Nə gözəl səyahətdir! Ancaq xoşbəxtlikdən bu 
səyahət qısadır”.
1
   
Lakin insanın cismani həyatını, cari problemlərini, praktik əqlini 
və  hətta  maddi  aləm  haqqında  elmi-nəzəri  düşüncələrini,  yaşadığımız 
bu dünyanın həyati tələbata uyğun olaraq optimallaşdırılması yönündə 
quruculuğunu  və  yaradıcılığını  da  əhatə  edən  bu  “səyahət”lə  yanaşı, 
insanın mənəvi həyatını, mənəvi-estetik yüksəlişini, müqəddəslik duy-
ğusunu əhatə edən ruhani bir “səyahət” də vardır ki, onun nə əvvəli, nə 
də  sonu  vardır.  Həyatın  bu  ikinci  tərəfini  unudaraq  ancaq  qərbsayaği 
“səyahət”lə kifayətlənmək, daha doğrusu, bunun naminə ruhani həyat-
dan imtina etmək yolverilməzdir.  
Doğrudan da,  yağişdan çıxıb 
yağmura düşmək nailiyyət hesab olu-
na  bilməz.  Təcrübə  göstərir  ki,  biz 
Qərb  mədəniyyətinin,  Qərb  təfəkkür 
tərzinin  məhz  nöqsanlı  cəhətlərini 
qəbul  etməyə  daha  çox  meylliyik.  Maraqlıdır  ki,  bizim  indi  rast  gəl-
diyimiz situasiya o vaxt Livanda və Suriyada da müşahidə olunurmuş 
və bu vəziyyət ərəb romantik şairlərinin də tənqid hədəfində olmuşdur: 
“Suriyada  geniş  yayılmış  fransız  modası,  daha  doğrusu  Paris  bul-
varlarının  ənlik  kirşanlı  modası  burdakı  ictimai  qıcığı  elə  səviyyəyə 
çatdırmışdır  ki,  hətta  gənclər  belə  narazılıqlarını  və  qəzəblərini  bildi-
rirlər. Axı, gəzməyə, ya bazarlığa çıxarkən baş örtüyünü əminlik üçün 
taxmış, lakin eyni zamanda onların çılpaq qollarını və ayaqlarını aşkar-
layan  fransız  geyimli  qadınlar  onların  bacıları  və  gənc  xanımlarıdır. 
Təbii ki, bu, eybəcərlikdir və dözülməzdir”.
2
 
Müasirliyə gedən yolun diskoteka və videotekadan, hətta internet 
klublarından keçdiyini düşünənlər səhv edirlər. Belə qüsurlu mövqeyin 
yayılması  bizim  ümumiyyətlə  mədəniyyət  və  müasirlik  haqqında 
                                                 
1
  
ﻥﺎﺤﻳﺮﻟﺍ ﻦﻴﻣﺃ
 .
ﺕﺎﻴﻧﺎﺤﻳﺮﻟﺍ
 .
ﺕﻭﺮﻴﺑ
 .
 ﺓﺮﺷﺎﻌﻟﺍ ﺔﻌﺒﻄﻟﺍ
1987
 (Əmin ər-Reyhani. Fikrin nurları 
// Reyhaniyyət, səh.71). 
2
 Əmin ər-Reyhani. Yaxın Şərq qadını // Rihani Ameen F. The White Way and 
the Desert, Platform İnternational, Washington, D.C., 2002, p. 103. 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə