Aida xanım İmanquliyevanın



Yüklə 5,87 Mb.
Pdf görüntüsü
səhifə69/118
tarix16.08.2018
ölçüsü5,87 Mb.
#63531
1   ...   65   66   67   68   69   70   71   72   ...   118

Cübran Xəlil Cübran 
 
 
 
 
– 215 –  
bağladı, günəşi isə qalxan kimi sinəsinə tutaraq elə bağırdı ki, sonsuz-
luq lərzəyə gəldi: “Şər üsyankar! Rədd ol, qaranlıq və rəzalətin hökm 
sürdüyü aşağı dünyaya və orada qal, nə qədər ki, günəş külə dönməyə-
cək və ulduzlar toz olub səpələnməyəcək”. O saatdan etibarən Baatar 
ali  dünyadan  şər  ruhların  yaşadığı  aşağı  dünyaya  sürgün  edildi.  O, 
and içdi həyatın sirrinə ki, dünyanın sonunadək atası və qardaşları ilə 
mübarizə  aparacaq,  onlara  iman  gətirən  hər  bir  ruha  qarşı  duracaq-
dır”.  
La Visə diqqətlə qulaq asan tayfa başçısının rəngi saralmış, alnı 
isə  qırışmışdı.  O  soruşdu:  “Deməli,  şər  allahının  adı  Baatardır?” La 
Vis cavab verdi: “Allahların yanında onun adı Baatar idi. Aşağı dün-
yada isə o özünə başqa adlar götürdü: Baalzebul, Balial, Şeytan, Əhri-
mən, Mara, Abdon, Devil və nəhayət İblis. Ən məşhuru İblisdir”. 
Başçı “İblis” kəlməsini küləyin əsdirdiyi quru yarpaqların xışıl-
tısını  xatırladan  titrəyən  səsi  ilə  bir  neçə  dəfə  təkrarlayandan  sonra 
soruşdu:  “Bəs  nə  üçün  İblis  allahlara  olan  nifrətini  insanlara  da  yö-
nəltmişdir?” 
La Vis cəld cavab verdi: “İblis ona görə insanlara nifrət edir ki, 
onlar onun qardaş və bacılarının törəmələridirlər”. “Deməli, İblis in-
sanlara qohum düşür?”— deyə başçı səsləndi. La Vis qəsdən dumanlı 
şəkildə cavab verdi: “Bəli, mənim ağam. Buna baxmayaraq onların ən 
qatı  düşmənidir:  gündüzlər  o,  insanlara  fəlakət,  gecələr  isə  qorxulu 
yuxular gətirir. O bir qüvvədir ki, fırtınanı onların evlərinə doğru isti-
qamətləndirir, əkinlərini yandırıb külə döndərir, özlərini və heyvanla-
rını cürbəcür xəstəliklərə düçar edərək tələf edir. O, qüdrətli, kinli və 
məkrli allahdır. O, insanların dərdinə sevinir, sevincinə qüssələnir və 
biz  onun  davranışını  və  xasiyyətini  yaxşıca  öyrənməliyik  ki,  onun  şə-
rindən uzaq ola bilək, tələlərinə düşməyək”. 
Başçı başını tutub pıçıldadı: “Mən indi bildim fırtınanı bizim ev-
lərimizə yönəldən və heyvanlarımızı tələf edən hansı qüvvədir. Bir az-
dan bu hamıya ayan olacaq və insanlar sən La Visə alqış deyəcəklər. 
Zira, sən onların qatı düşmənlərinin sirrinin üstünü açmış və onun tə-
lələrindən qurtulmağın yollarını öyrənmisən”. 


Şə
rq ruhunun Qərb həyatı 
 
 
 
 
– 216 – 
 
Başçının  yanından  evinə  yollanan  La  Vis  bugünkü  uğuruna  özü 
də  inanmır,  sevincindən  nəşələnirdi.  Bu  gün  ilk  dəfə  idi  ki,  başçı  və 
tayfanın  digər  üzvləri  rahat  yata  bilmədilər;  yuxuda  onları  qorxulu 
ruhlar incidir, şər qüvvələr qarabaqara izləyirdi”. 
İblis danışmaqdan yorulmuş kimi bir anlığa susdu. Huri Samaan 
isə ona diqqətlə baxırdı. Onun üzündə çaşqınlıq ifadəsi donub qalmış-
dı və budur onun dodaqlarında xəstə bir təbəssüm dartılmağa başladı. 
İblis yenidən sözünə davam etdi: “Beləcə yer üzündə din xadimləri ya-
randı.  Mənim  səbəbimə.  La  Vis  mənimlə  düşmənçiliyi  özünə  peşə  se-
çən ilk şəxs oldu. Onun ölümündən sonra bu yeri onun oğlanları və nə-
vələri tutdular və bu peşə inkişaf etdi. O həddə qədər ki, o, yalnız yet-
kin  ağıl,  həssas  şüur,  təmiz  ürək  və  zəngin  təxəyyülə  malik  insanların 
mənimsəyə  biləcəyi  müqəddəs  bir  sənət  səviyyəsinə  yüksəldi.  Babildə 
insanlar mənimlə cadular vasitəsi ilə döyüşən kahin qarşısında gündə 
yeddi  dəfə  səcdə  edirdilər;  Nineviyada  mənim  gizli  sirlərimi  bilməyə 
iddialı şəxsi insanlarla allahları birləşdirən qızıl bənd sayırdılar; Fiva 
şəhərində mənim düşmənimi günəşin və ayın oğlu adlandırırdılar; Bib-
losda,  Efesdə  və  Antioxiyada  insanlar  mənə  öz  uşaqlarını  qurban  ve-
rirdilər;  Yerüsəlim  və  Romada  isə  camaat  canını  mənə  nifrətdə  usta-
laşmış şəxslərə tapşırırdı. 
Günəşın altında yaradılan hər bir şəhərdə mənim adım dinin, el-
min, incəsənətin və fəlsəfənin məhək daşı idi.  Mənə görə məbədlər ti-
kilir, universitetlər və məktəblər yaradılır, saray və qalalar ucaldılırdı.  
Mən insanlarda qətiyyət oyadan qətiyyətəm. Mən insanların əllə-
rini hərəkətə gətirən ələm. Mən onların idrakına kəsər gətirən fikirəm. 
Mən əbədi və ölümsüz İblisəm ki, özlərini diri saxlamaq üçün insanlar 
mənimlə  döyüşməyə  məhkumdurlar.  Əgər  onlar  mənə  qarşı  durmasa-
lar idrakları yuxulayar, tənbəllik canlarını alar, süstlük isə bədənlərini 
məhv edər. 
Mən  –  ölümsüz  və  əbədi  İblis,  –  kişilərin  ağlında  və  qadınların 
ürəklərində  əsən,  onları  həyəcanlandıran  səssiz  fırtınayam.  Mənim 
qorxumdan onlar monastırlara üz tutur və orada məni öz qorxuları ilə 
təsdiq  edirlər.  Mənim  iradəmlə  onlar  qumarxanalara,  şənlik  evlərinə 
yönəlir  və  orada  mənim  arzularıma  itaət  nümayiş  etdirirlər;  gecənin 


Cübran Xəlil Cübran 
 
 
 
 
– 217 –  
sükutunda dua oxuyaraq məni öz çarpayısından uzaqlaşdırmağa çalı-
şan monarx məni öz yatağına çağıran fahişədən çox fərqlənmir. 
Mən ölümsüz və əbədi İblisəm, qorxu təməli üzərində ucaldılmış 
monastır  və  səcdəgahların  əsl  memarı  mənəm;  mənəm  şəhvət  və  həzz 
təməli üzərində qurulmuş əxlaqsızlıq yuvalarının daimi sakini. Mənim 
ölümümlə dünyadan qorxu və həzz yoxa çıxacaq və onların dalınca da 
insan ürəyinin ümid və arzuları. Həyat da simləri qırılmış ud kimi so-
yuq məzarlığı xatırladacaq. 
Mən ölümsüz  və əbədi  İblisəm. Mən yalanın, riyanın, məkrin  və 
alçaqlığın ilhamvericisiyəm və əgər bu xüsusiyyətlər dünyanı tərk edə-
si olsa, bəşəriyyət baxımsız bağa bənzəyəcək ki, orda yalnız xeyir kol-
larının tikanları bitəcək. 
Mən  ölümsüz  və  əbədi  İblisəm.  Günahın  anası  da  mənəm,  atası 
da. Əgər günah yox olsa, bütün günah döyüşçüləri və onların ailələri 
də yox olacaq. 
Mənəm  şərin  ürəyi.  Mənim  ürəyimin  dayanması  ilə  bəşərdə  hər 
hansı hərəkət də dayanacaq. Sən bunumu istəyirsən? İstəyirsən ki, sə-
bəb  ölərək  özü  ilə  birlikdə  nəticəni  də  aparsın?  Mənəm  hər  şeyin  sə-
bəbi! Sən imkan verəcəksən ki, mənim canım çıxsın bu səhralıqda? Sən 
doğrudan  istəyirsən  ki,  səni  mənimlə  bağlayan  əzəli  əlaqə  qırılsın? 
Cavab ver, din xadimi!” 
İblis  əllərini  qabağa  uzatdı,  boynunu  yuxarı  qaldırıb  dərindən 
nəfəs  aldı;  ağrı  və  əzabdan  rəngi  bozarmış  halda  o,  əsrlərin  Nil  çayı 
sahilində  qoruyub  saxladığı  heykəllərdən  birinə  çox  bənzəyirdi.  Huri 
Samaana  parıldayan  gözləri  ilə  baxıb  yorğun  səsi  ilə  davam  etdi: 
“Danışmaq əldən saldı məni. Ölüm ayağında gücə qənaət etmək əvəzi-
nə mən sənə adi həqiqətləri izah etməli oldum. İndi sən hər şeyi bilir-
sən.  Seçim  sənindir.  İstəyirsən  məni  evinə  apar  və  yaralarıma  qulluq 
elə, istəyirsən at, get məni burda, ölümün əlində”. 
Ona qulaq asa-asa huri Samaan məzlumcasına əllərini bir-biri-
nə sürtürdü. Sonra isə üzr istəyirmiş kimi dilləndi: “Hə, sən çox şeyə 
açdın mənim gözümü. Cahilliyimə görə məni bağışla. Mən indi bildim 
ki,  sən  insanları  azdırmaq  üçün  yaranmısan.  Azmaq  isə  insan  nəfsini 


Yüklə 5,87 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə