Akademik anar iSGƏNDƏrov



Yüklə 393,24 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü393,24 Kb.
#57844


26                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

VASIM MƏMMƏDƏLIYEV 

akademik 

ANAR İSGƏNDƏROV 

tarix elmləri doktoru, professor 

E-mail: anarisgandar@gmail.com 

 

HEYDƏR ƏLİYEV VƏ İSLAM DƏYƏRLƏRİ 

 

Açar sözlər: Quran-Kərim, Heydər Əliyev, Təzəpir, müstəqillik, mənəvi dəyərlər, İslam, 

müqəddəs şəhərlər 

Ключевые слова: Коран связенный, Гейдар Алиев, Тазепир, независимость, нравствен-

ные ценности,ислам,священные города 

Key words. Kuran, Heydar Aliyev, Tezepir, independence, moral virtues, Islam, holy cities 

 

Məlum  olduğu  kimi,  Sovet  dövlətinin  ideologiyasında  sosialist  şüarlarla  yanaşı  ateist 

təbliğat  da  xüsusi  yer  tuturdu  və  bu  ideologiya  əsas  gücünü  islamla  mübarizəyə  sərf  edirdi. 

Heydər  Əliyev  həmin  təbliğatın  mahiyyət  və  hədəflərini  yaxından  izləyən  və  anlayan  onun 

psixoloji ağırlığını öz içində yaşadan canlı bir şahiddir. 1990-cı ildə baş verən 20 Yanvar fa-

ciəsindən dərhal sonra sovet ordusunun Azərbaycan xalqına divan tutmasına etiraz edən və 70 

il ərzində Azərbaycan xalqını əsarətdə saxlayan Kommunist Partiyasından istefa verən Heydər 

Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk ildə müqəddəs Mədinə və Məkkəni ziyarət 

etdi. Bunu isə, sadəcə, böyük bir siyasi xadimin, zəngin təcrübəsi olan dövlət adamının ömrü-

nün ahıl çağında öz köklərinə qayıdışı kimi dəyərləndirməklə kifayətlənmək olmaz, bu, eyni 

zamanda, Allahın hikməti və həqiqətin təntənəsi idi.  

1991-ci ilin dekabrında 70 il SSRİ-nin hərbi-siyasi və təbliğat maşını ilə dondurulmuş 

ateizmin nəhəng buz dağı Haqqın bir anlıq ilıq nəfəsi ilə əriyib yox oldu. Heydər Əliyev 1997-

ci  ildə  Mədinə  şəhərindəki  Peyğəmbər  məscidinin  şərəf  kitabına  yazdığı  ürək  sözlərində  öz 

duyğularını belə ifadə  etmişdi: "Allaha şükür olsun ki, uzun illər qəlbimdə  yaşayan arzuma, 

niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Alla-

hın böyüklüyünü dərk etdim!" [1].  

Bu sözlər Allahın qüdrət və hikmətinin təsdiqi kimi səslənir. Allah sevdiyi bəndələrinə 

iman bəxş edər, səbr edənlərə müjdə verər, insanların qəlbində olanları bilər, istədiyi bəndəsi-

nə isə hikmət, elm və mərifət bağışlayar. Qurani-Kərimin əl-Bəqərə surəsinin 284-cü ayəsində 

deyilir: "Göylərdə və Yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çı-

xarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini ba-

ğışlayar, istədiyinə də əzab verər. Allah, hər şeyə qadirdir!" [2, s.50]. 

Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə qayıdarkən yeni-

cə müstəqilliyini elan edən ölkəmiz öz tarixinin mürəkkəb, çətin və ağır illərini yaşayırdı. Qaf-

qazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi mövqeyi və insan poten-

sialı ilə  seçilən bu gənc  respublika  aşağıdakı ciddi böhranlarla  üzləşmişdi: xarici  təcavüz  və 

Qarabağ  münaqişəsi,  köhnə  siyasi-ideoloji  sistemin  dağılması  ilə  ölkə  daxilində  hakimiyyət 

boşluğu və hərc-mərclik meylləri, cəmiyyətin psixoloji durumunda müşahidə edilən ümidsiz-



Ümummilli lider Heydər Əliyev – 90                                                        27 

Tarix və onun problemləri, №2 2013 

 

 



lik, inamsızlıq və çaşqınlıq, əxlaqi-mənəvi mühitdə baş verən qeyri-müəyyənlik, insanlarda və 

cəmiyyətdə özünəgüvənmə hisslərinin zəifləməsi.  

Belə bir məqamda, həm öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin təsirini zəif-

lətməyə və neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc - mərcliyi cilovlaya bi-

lən qüdrətli dövlət xadimi, həm də cəmiyyətin inamını özünə qaytarmağı, burada milli-mənəvi 

birlik  mühiti  yaratmağı  bacaran  müdrik  el  ağsaqqalına  ehtiyac  vardı.  Heydər  Əliyev,  məhz 

ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və mənəvi keyfiyyətləri özündə birləşdirən 

bütöv  bir  şəxsiyyət  kimi  Azərbaycan  xalqının  qabağına  çıxaraq  bütün  sahələr  üzrə  düşünül-

müş məntiqi ardıcıllıqla gərgin fəaliyyətə başladı.  

Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb və Avropa ilə, həm də Ru-

siya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradan Azərbaycan rəhbəri ölkənin İslam dün-

yasının  bir  parçası  olmasına  xüsusi  önəm  verirdi.  Uzun  müddət  Sovet  sistemində  fəaliyyət 

göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərlərini yaşadan, milli-mənəvi keyfiy-

yətlərə böyük əhəmiyyət verən, eyni zamanda, müasir dünyada baş verən proseslərin nəbzini 

tutmaqla  praqmatiq  gerçəkliyi  dərindən  dərk  edən  bir  şəxsiyyət  idi.  O,  Azərbaycanı  düçar 

olduğu ağır böhrandan çıxarmaq üçün balanslaşdırılmış siyasi gedişlər etməklə yanaşı, sovet-

lərdən sonra cəmiyyətin öz milli-mənəvi köklərinə qayıdışı üçün mühüm addımlar atdı. Ölkə-

də dini-mənəvi dəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı, onların 

təşəkkülü  və  inkişafı  üçün  əməli  işlər  görməyə  başladı.  Digər  bir  tərəfdən,  Azərbaycan  ilə 

Şərq ölkələri, xüsusilə ərəb və İslam dünyası arasında çoxsahəli əlaqələrin qurulması, geniş-

lənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin hazırladı.  

Ümumiyyətlə, yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özü-

nə güvənməsi üçün ümummilli dirçəliş konsepsiyasına  böyük  ehtiyac var idi.  Bu ideologiya, 

həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə söykənməli, həm də Azərbaycanın çağdaş 

dünyaya qovuşmasını təmin etməli idi. Deməli, yenicə müstəqilliyə qədəm qoyan ölkə dünya-

da gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geridə qalmamalı, həm milli mədə-

niyyətini  və  simasını,  mənəvi  özəlliyini  yaşatmalı,  həm  də  başqa  mədəniyyət  və  dinlərlə  dö-

zümlülük şəraitində münasibət qurmalı idi. Bu olduqca çətin və həssas məsələnin düzgün həlli 

üçün düşünülmüş və ölçülüb-biçilmiş addımlar atılması tarixi zərurət kimi qarşıya qoyulmuş-

du. Sovet ideologiyasının sürətlə çökməsindən sonra, Azərbaycan xalqının  yenidən öz  milli-

mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi və burada İslam xüsusi bir yer tutdu. Ona 

görə Azərbaycanın rəhbəri ölkənin islamla münasibətini düzgün və sağlam müstəvidə həll et-

məyə girişdi. Bununla bağlı bir neçə məqamı ümumiləşdirmək olar: 

1.İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin tərkib hissəsidir.  

2.Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir.  

3.Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac duyulur.  

4.Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərin-

dən biridir.  

Ümumiyyətlə, islam Azərbaycan xalqının çox önəmli və zəngin milli-mənəvi atributu 

sayılırdı  və  bu  ölkənin  beynəlxalq  aləmdə  gerçək  siyasi,  iqtisadi  müstəqilliyini  qoruması,  öz 

milli simasını və varlığını saxlaması üçün həmin zəngin xəzinəyə müraciət etməsi lazım gəlir-

di. Heydər Əliyev bütün işlərdə olduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bi-

lən, onu düzgün həyati məcraya istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tən-

zimləyən  praktik  bir  dövlət  xadimi  kimi  fəaliyyət  göstərdi.  Prezident  dəfələrlə  din  xadimləri 

və ruhanilərlə göruşdü, məscid və ziyarətgahlara baş çəkdi, bütün dini mərasim və bayramlar-



28                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



da xalqa müraciət etdi, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ün-

siyyətə girdi. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin seyr-

çisi  yox,  fəal  iştirakçısı  olaraq  onun  əsas  istiqamətlərini  müəyyənləşdirirdi.  O,  dinin,  daha 

doğrusu,  İslamın  müasir  Azərbaycan  cəmiyyətində  tutduğu  yeri  açıb  göstərmək,  məqsəd  və 

məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner təşki-

latların  pozucu  fəaliyyəti  və  təxribatlarının  qarşısını  almaq  üçün  ölkədə  dini  işləri  tənzimlə-

mək, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün müdrik ad-

dımlar atdı. İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır. Sağ-

lam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Sağlam cəmiyyəti və güclü 

dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünya-

nın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir. 

Dinə  münasibətin  aydın  təzahürü,  dini  dəyərlərin  əhəmiyyətinin  dərindən  anlaşılması 

dövrə, zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib hissəsi kimi diqqəti cəkir. 

Bu bağlılıq, bu vəhdət-bütünlükdə konsepsiyanın dəyərliliyini və uğurunu təmin edəcək dərə-

cədə  önəmlidir.  Din  həm  milli  mədəniyyətin,  xalqın  ruhi-mənəvi  dəyərlərinin  əsasını  təşkil 

edir,  həm  də  müasir  həyatda  ön  mövqeyə  keçir  və  həqiqət  axtaran,  inamla  yaşamaq  istəyən 

müasir insan getdikcə daha çox dinə tapınır.  

Müstəqilliyə qovuşandan sonra Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilir, 

hər cür  yasaqlar, məhdudiyyətlər aradan qalxır, çoxlu məscidlər tikilir, dini mərasimlər geniş 

qeyd  edilir,  dini  təhsilə  meyl  sürətlə  artır.  Bütün  bunlar  cox  yaxşıdır,  lakin  həmin  proses 

müəyyən cətinliklər, problemlər də doğururdu. Dinə qayıdış bəzən dəb kimi başa düşülürdü, 

halbuki, dəblə həqiqi inam, saf etiqad uyuşmur. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna görə 

də, dinə qayıdış dərin, əsaslı olduğu kimi, həm də səmimi olmalı, düzgün təməl üzərində qu-

rulmalıdır. Əsas məqsəd budur və Heydər Əliyevin dinlə bağlı qayğı və düşüncələrinin də elə 

məzmununu bu amil müəyyənləşdirdi. 

Müsitəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin ölkədəki prosesləri hə-

mişə həssaslıqla izlədiyini, ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını görürük. 

Təsadüfi  deyil  ki,  onun,  istər  əməli  fəaliyyətində,  istərsə  də  elmi  nəzəri  irsində  dinlə  bağlı 

tədbirlər,  mülahizələr  mühüm  yer  tutur.  Ölkə  başçısı  mütəfəkkir  siyasətçi  kimi  həm  tarixi, 

həm də müasir aspektdə dindən ardıcıl surətdə söhbət açmışdır. Onun dinlə bağlı həyata keçir-

diyi mühüm əməli işlər və söylədiyi dərin fikirlər bir-biri ilə daxilən bağlanır, sözü ilə işi bir-

birini  tamamlayan  böyük  dövlət  xadiminin  fəaliyyətinin,  düşüncələrinin  mühüm  bir  sahəsini 

dolğun şəkildə göz önündə canlandırır.  

Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən ən müxtəlif tədbirlər-

dəki söhbətlərində, çıxışlarında Heydər Əliyev dönə-dönə ən yaxın tarixi dövrün neqativ təc-

rübəsinə müraciət edir, Sovet dövlətinin dinə münasibətinin acı həqiqətlərini yada salır. Bun-

dan  məqsəd  həmin  yanlış  siyasətin  mahiyyətini  açıb  göstərmək,  onun  ibrətamizliyi  üzərində 

bizi düşündürməkdir.  

Məlumdur  ki,  sovet  ideologiyasında  ateizm  təbliğatı  xüsusi  yer  tutur,  elmi-texniki  tə-

rəqqinin  yaratdığı  geniş  imkanlardan  bəhrələnərək  təkidlə  Allaha  etiqadsızlıq  təlqin  edilirdi. 

Lakin  nə  70  il  hökmranlıq  edən  ideologiya,  nə  də  ateist  dünyagörüşü  Sovet  dövlətini  dağıl-

maqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanın bir cox siyasətçiləri və mütəxəs-

sisləri  müxtəlif  fikirlər  söyləmişlər.  Dərinləşən  iqtisadi  böhran  və  bunu  müşayiət  edən  siyasi 

hərc-mərclik həmin süqutun əsas amilləri kimi irəli sürülmüşdür. Maraqlıdır ki, Heydər Əliye-

vin şərhlərində  həmin  amillərlə  yanaşı, ideoloji sahələr də  vurğulanır. Belə  nəticəyə  gəlmək 



Ümummilli lider Heydər Əliyev – 90                                                        29 

Tarix və onun problemləri, №2 2013 

 

 



olar  ki,  zahirən  cox  qüvvətli,  möhtəşəm  görünən  sovet  ideologiyası,  əslində,  saxta,  çürük  tə-

mələ  söykənirdi.  Buna  görə  həmin  ideologiyanın  da,  onun  insanları  haqq  yolundan  uzaq-

laşdıran təbliğatının da məğlubiyyəti qaçılmaz idi və dünyanın altıda bir hissəsinə hökmranlıq 

edən dövlətin bir göz qırpımındaca çöküşünü Allahın cəzası kimi anlamaq mümkündür. 

Heydər  Əliyev  hələ  prezident  seçilməzdən  əvvəl  5  sentyabr  1993-cü  ildə  “Təzəpir” 

məscidində Peyğəmbər əleyhissəlamın mövludu münasibəti ilə keçirilən mərasimdəki çıxışın-

da Azərbaycan xalqının bir müddət öz dinindən uzaq düşməsi səbəbləri, bunun acınacaqlı nə-

ticələri  üzərində  dayanır  və  məsələyə,  həm  də  qeyd  etdiyimiz  aspektdən  yanaşırdı.  Əlbəttə, 

Azərbaycan  xalqının  da,  keçmiş  SSRİ-nin  tərkibində  yaşayan  digər  müsəlman  xalqlarının  da 

öz dinindən təcrid olunmasının birbaşa səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu müla-

hizə  Heydər  Əliyevin  təhlillərində  həmişə  ön  plana  cəkilirdi.  Lakin  həmin  hadisəni,  ehtimal 

şəklində olsa da, eyni zamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi 

düşüncələr müstəvisinə çıxardaraq deyirdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məh-

rum olmuşdur. Bu, əlbəttə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də mən-

dən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz di-

nindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoş-

bəxtlik əldə edir" [3, s.500]. 

Məsələnin bu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-

Kərim  Allahın  öz  bəndələrini  müxtəlif  vasitələrlə  imtahana  çəkdiyini  dəfələrlə  bizə  bildirir. 

Məsələn, "əl-Bəqərə" surəsi, 155-157-ci ayələrdə müsibətlə üzləşən Allah bəndələri səbrə də-

vət  edilir,  belə  olduqda  onları  Rəbbi  tərəfindən  bağışlanması  və  rəhmət  gözləyir.  Düşünmək 

olar ki, görünür, Azərbaycan müsəlmanları da SSRİ-nin tərkibində (digər müsəlmanlar kimi) 

belə bir sınağa məruz qalmış, lakin Allahın rəğbəti yenidən onların öz dininə qayıtmasına für-

sət vermişdir. Müxtəlif səbəblər üzündən öz dinindən uzaq düşənlər, adətən, böyük müsibət və 

məhrumiyyətlərlə üzləşir, lakin yenidən haqq yolunu tapıb Allaha doğru qayıdarkən onlar hə-

qiqi xoşbəxtlik anlarını yaşayırlar. 

Bunu Azərbaycanın timsalında da aydın görmək mümkündür. Müstəqillik dövründə ye-

nidən  öz  dininə  qovuşmaq  imkanı  əldə  etməsi  Azərbaycan  müsəlmanlarında  ruh  yüksəkliyi, 

sevinc hissi doğurur. Buna görə də sovet ideologiyasının anti din və xüsusilə anti islam təbli-

ğatından  danışarkən  Heydər  Əliyev,  mahiyyətinə  dərindən  bələd  olduğu  bu  tarixçəni  adətən 

dini-mənəvi dəyərlərə qayıdışın zəruriliyini və əhəmiyyətini vurğulamaqla tamamlayır. Müd-

rik və uzaqgörən siyasətçi kimi həmin prosesin indiki tarixi dönəmdə Azərbaycan cəmiyyəti-

nin sağlam əsaslarla yenidən təşəkkülü və inkişafı, milli-mənəvi bütövlüyü və onda özünəgü-

vənc psixologiyasının bərpası üçün önəmini müəyyənləşdirir.  

Azərbaycan rəhbəri məruzə və çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq Salı-

narkən  keçirdiyi  iztirabları  daima  yada  salır.  Bunda  məqsəd,  heç  də,  insanları  təsirləndirmək 

və  sarsıtmaq  deyildi.  Hərçənd  ibrətamiz  nəticələr  üçün  emosional-psixoloji  yaşantıların  da 

əhəmiyyəti az deyil. Ancaq məqsəd daha boyükdür: yaxın keçmişin acı həqiqətlərinin xatırlan-

ması, bunların bir daha təkrar olunmasının mümkünsüzlüyünü açıqlamaq və şüurlara təlqin et-

mək naminə idi. Yəqin buna görə də 1998-ci ilin oktyabrında Bakıda keçirilən "Müasirlik və 

dini-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransdakı geniş çıxışında Heydər Əliyev sovet haki-

myyəti dövründə dinə qarşı aparılmış total və fasiləsiz mübarizənin üzərində ətraflı dayanmağı 

lazım bilir, həmin mübarizənin təkcə bir ölkəyə qarşı yox, nəticə etibarı ilə bütünlüklə bəşəriy-

yətə qarşı yönəldiyini bəyan edir: "Məlumdur ki, biz 70 il kommunist ideologiyası ilə tərbiyə-

lənərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşuq. Kommu-



30                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



nist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il ərzində dinə qarşı apa-

rılmış təbliğat, xüsusən dinin qadağan olunması və təhrif edilməsi olmuşdur" [4, s.58]. 

Sovet  hakimiyyətinin  dinlə  amansız  və  aramsız  mücadiləsi,  heç  şübhəsiz,  sosializmin 

ictimai-ideoloji  mahiyyətindən  doğurdu.  Lakin  həmin  təcrübə  belə  düşünməyə  əsas  verir  ki, 

sovet ideologiyası dini nüfuzdan salmaqla öz rəhbərlərini bütləşdirmək üçün yol açmağa çalı-

şırdı. Yəqin, elə buna görə də, sovet hakimiyyəti bu yolda ona mane olacaq ən başlıca qüvvə-

yə-ilahi  dinlərə,  xüsusilə,  İslama  qarşı  amansız  olmuşdur.  Çünki  İslam  dini,  Qurani-Kərim 

yalnız bir Qadir Allaha tapınmağı önə çəkməklə, hər cür bütpərəstlik meyllərini rədd etmişdir. 

İslamda insan Allahın bəndəsi olaraq təkcə Ona ibadət edir və Ondan yardım diləyir [2, s.2]. 

Sovet ideologiyası bir tərəfdən dini qadağan edirsə, başqa bir tərəfdən onu bütün vasi-

tələrlə təhrif etməklə ictimaiyyətin gözündən salmağa çalışırdı. Heydər Əliyev bu məsələni də 

nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həm də bu amillə izah edirdi. O, Beynəl-

xalq konfransda sözünə davam edərək bütün səylərinə baxmayaraq, sovet sisteminin dini hiss-

lər, islam həqiqətlərinin ucalığı qarşısında duruş gətirə bilmədiyini qeyd edir, həmin sistemin 

sürətlə çökməsini buna canlı misal çəkir: "Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, 

din  və  o  cümlədən  bizim  mənsub  olduğumuz  islam  dini  o  qədər  qüdrətə  malikdir  ki,  heç  bir 

ideologiya, heç bir hakimiyyət və heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də 

göstərir ki, bunu bacara bilməzdi" [4, s.59]. 

Qurani-Kərim haqq din olan İslama qarşı bütün kafirlərin, müşriklərin və münafiqlərin 

həmişə  çalışdıqlarını,  lakin  onların  uğursuzluğa  düçar  olacaqlarını  ilahi  xəbərdarlıqla  bütün 

bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyə çalışsalar da bacarmazlar. 

"ət-Tövbə"  surəsinin  32-ci  ayəsində  deyilir:  "Onlar  Allahın  nurunu  (dəlillərini,  islam  dinini, 

Quranı) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz 

nurunu (dinini) tamamlamaq istər" [2, s.193]. 

Azərbaycan  lideri  9-11  dekabr  1998-ci  ildə  Bakıda  keçirilən  başqa  bir  toplantıda,  "İs-

lam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri 

və qənaətləri əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən 

və  görünməyən  tərəflərindən  söhbət  açır,  bir  daha  həmin  mübarizənin  məğlubiyyətlə  nəticə-

lənməsinin qanunauyğunluğuna diqqəti cəlb edir, bu məğlubiyyəti dini hisslərin xalqın həyatı-

na,  mənəviyyatına  atdığı  rişələrin  güclü  və  dərin  olması  ilə  izah  edir:  "Sovetlər  İttifaqının 

mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı apa-

rılmışdır.  Dinə  qarşı  çox  kəskin  mübarizə  aparılmış,  allahsızlıq,  dini  inkar  etmək  o  illərdə 

kommunist ideologiyasının  əsasını təşkil etmişdir. Biz  bu dövrü  yaşamışıq və  indi, Azərbay-

can öz  müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o 

cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk etmiş oluruq" [5].  

Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsinin obyektiv mənzərəsini rəsm edir, buna 

görə də onun təhlil və qiymətləri sərrast və inandırıcı səslənir. Ümumiyyətlə, bu mühakimələr 

fakta əsaslanması və məntiqi ardıcıllığı ilə seçilir. Daha sonra Heydər Əliyev deyir: "Qısa bir 

zamanda  məlum  oldu  ki,  əgər  Azərbaycanda  kommunist  ideologi  -  yası  70  il  yox,  170  il  də 

hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq fakt-

dır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir" [5]. 

Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə 

məsələyə  toxunaraq  bildirirdi  ki,  o,  Sovetlər  İttifaqında  yüksək  vəzifə  tutmuşdu  və  bu  sayaq 

vəzifəli  şəxslər  dindən  uzaq  olmalı  idilər.  Kommunist  Partiyasında  və  siyasi  hakimiyyətdə 

yüksək yer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə bunu 



Ümummilli lider Heydər Əliyev – 90                                                        31 

Tarix və onun problemləri, №2 2013 

 

 



büruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablar doğururdu. Azərbaycan 

rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də həmin mənəvi-pisixoloji yaşantıları hiss etdirirdi. 

Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətə vurduğu mənəvi ziyana diqqəti yö-

nəldirdi. "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransda söylədiyi fikirlər olduqca 

maraqlıdır: "Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı 

güclü  təbliğat  nəticəsində  dinin,  bizim  üçün  isə,  ələlxüsus,  islam  dininin  bu  qədər  zəngin 

mənəvi  dəyərlərə,  bu  qədər  dərin  köklərə  malik  olduğunu  anlaya  bilmirdilər.  Biz  özümüz  də 

bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm" [8]. 

Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələni dövrün tarixi həqiqətləri sə-

viyyəsində açıqlayır və ümumiləşdirir: birincisi, sovet ideoloji siyasi sistemi müsəlmanları öz 

dinindən, dinin zəngin mənəvi dəyərlərindən, islam maarifindən uzaq saxlayırdı, çünki bu də-

yərlərin gücünü bildiyinə görə  yəqin edirdi ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır, 

İslama  meyil rəsmi ideologiyanı üstələyir. Heydər Əliyev təsdiq edir ki, bizi bu dəyərlərdən 

qəsdən uzaqlaşdırırdılar. Başqa bir tərəfdən, bolşeviklər dinə və xüsisilə, islama qarşı mübari-

zədə həm ideoloji-siyasi təbliğat vasitələrindən istifadə etməklə gerçək dini maarifin qarşısını 

alır və islam dəyərlərini təhrif edir, həm də zorakılıq yolu ilə dini təsisatları və məscidləri, mü-

qəddəs  ziyarət  yerlərini  məhv  edir,  onların  yerinə  anbar  və  bu  tipli  binalar  tikirdilər.  Hətta 

məscid  və  ziyarətgahları  partladıb  darmadağın  etməkdən  belə  çəkinmirdilər.  Bunda  məqsəd 

isə dini atributları ictimaiyyətin və xüsusilə yeni nəslin şüurundan silmək olub. Azərbaycanın 

əksər bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləri üçün istifa-

də edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdən ruhanilər və dini şəxslər tə-

qib edilirdi, hətta dindən uzaqlaşanlara allahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə Quran 

və islam maarifinə aid dini kitablar deyil, ərəb əlifbası ilə yazılmış çoxlu elmi, fəlsəfi, mühüm 

əhəmiyyət kəsb edən tarixi və ədəbi sərvətlər də məhv edilirdi. Əslində xalqın tarixi yaddaşı-

nın üstündən qələm çəkmək siyasəti yeridilirdi.  

Heydər Əliyev çıxışlarında bu barədə acı təəssüf hissi ilə dönə-dönə danışır. “Bibihey-

bət” məscidini 1994-cü ildə ziyarət edərkən bu müqəddəs ocağın necə vəhşiliklə dağıdılmasını 

yada salır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscid kompleksi 1998-

ci ilin may ayında tikilib başa çatdı və Prezident həmin açılışda çıxış edərək bir daha göstərdi 

ki, nə fiziki zor və məhvetmə, nə də siyasi-ideoloji təbliğat maşını insanların etiqadını sındıra 

bilmişdir.  

Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-

Dini Şurasının keçirdiyi "Müasirlik və  dini-mənəvi dəyərlər" adlı  Beynəlxalq konfransda  bu 

barədə bəhs edərək belə söyləmişdir: "Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada 8-ci əsrdə 

həzrəti  Hökümənin  qəbri  olmuşdur.  İmam  Rzanın  bacısı  həzrəti  Hökümənin  qəbri  üzərində 

vaxtilə  insanlar  məscid  qurmuşdular  və  ora  ziyarətgaha  çevrilmişdi.  Ancaq  o  müqəddəs  yer, 

müsəlmanların,  tək  Azərbaycandan  yox,  dünyanın  bir  çox  yerlərindən  gələn  müsəlmanların 

ziyarət etdiyi müqqədəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, 

dağıdıblar, yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkməyiblər. Həmişə “Bibi-

heybət”  piri-bizdə  ona  pir  deyirlər  -  müsəlmanların  ziyarət  yeri  olubdur,  müsəlmanlar  gedib 

orada, o yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar" 

[6, s.49].  

Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər 

zamanı  İslama  qarşı  aparılan  mübarizə  nəticəsində  yüzlərlə  məscid  və  ziyarətgah  məhv 

edilmişdi.  Azərbaycan  müstəqillik  əldə  edərkən  ölkədə  cəmi  18  məscid  fəaliyyət  göstərirdi. 



32                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə sözləri-

ni belə yekunlaşdırır: "İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamı-

sının qəlbində məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir 

zamanda hökumətin, dövlətin heç bir köməyi, vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim 

dediklərimə əyani sübutdur" [6, s.52].  

 

ƏDƏBIYYAT 

 

1.Əliyev Heydər. Xalqımızın birliyi və dövlətimizin düzgün siyasəti sayəsində 



müstəqilliyimizi qoruyub saxlayacaq, daha da möhkəmləndirəcəyik // «Azərbaycan» qəzeti, 

28 may 1998.  

2.Qurani-Kərim. B., 1997. 

3.Qətiyyətin təntənəsi (sənədli xronika). B., - "Azərnəşr", 1995. 

4.Əliyev Heydər. Müstəqillik yolu (Seçilmiş fikirlər). B., 1997 

5.Əliyev Heydər. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni 

əs rvə üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət // «Azərbaycan qəzeti», 30 

dekabr 2000.  

6.İsgəndərov Anar. Təzəpir, B., - "Qismət", 2008. 

7.Əliyev Heydər. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. 

«Azərbaycan» qəzeti, 28 may 1997.  

8.Əliyev Heydər. Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyi əbədi, daimi 

olacaqdır // «Respublika» qəzeti, 18 oktyabr 2001. 

9.Əliyev Heydər. Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu, demokratiya və bazar 

iqtisadiyyatı yolu ilə inamla irəliləyir / «Respublika» qəzeti, 18 oktyabr 2002.  

 

 



 

ВАСИМ МАМЕДАЛИЕВ 

академик 

АНАР ИСКАНДЕРОВ 

д.и.н., профессор 

 

ГЕЙДАР АЛИЕВ И ИСЛАМСКИЕ ЦЕННОСТИ 

 

В  статье  нашло  свое  отражение  какое  огромное  значение  придавал  исламским 



ценностям общенациональный лидер азербайджанского народа Гейдар Алиев во время 

своего правления. Известно что, советская идеология вела непримиримую борьбу с ис-

ламом  и  его  ценностями.  Запрещенные  в  течении  семидесяти  лет  в  Азербайджане  ис-

ламские  ценности  были возрождены и  стали  действенной в повседневной  жизни  азер-

байджанского народа в годы правления Гейдара Алиева. 

 

 

 

 



Ümummilli lider Heydər Əliyev – 90                                                        33 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

VASIM MAMMADALIYEV 

academic 

ANAR ISGANDAROV 

Prof.Dr. 

 

HEYDAR ALIYEV AND ISLAMIC VALUES 

 

The  article  reflects  national  leader  of  Azerbaijan,  Haydar  Aliyev’s  care  for  Islamic 

values.  As  it  known,  Soviet  ideology  was  fighting  against  Islam.  After  70  years,  during  the 

presidency of Heydar Aliyev Islamic virtues and values were restored in Azerbaijan. 



Yüklə 393,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə