Akademik kamal abdulla şaiq oğlu talibzadə HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77016
1   2   3   4   5   6   7

 

 

5

 

Şamil Salmanov  

Filologiya elmləri doktoru 

 

 



KAMAL  ABDULLA  ŞAİQ  OĞLU  TALIBZADƏ 

 

 



Başa  çatmaqda  olan  iyirminci  yüzillik  ədəbiyyatımızın  tarixində  bir  çox  yeni  xüsusiyyətləri  və 

meylləri  ilə  birlikdə  bir  də  ədəbiyyatşünaslığın,  ədəbi  tənqidin  və  nəzəriyyənin  milli  ədəbi  prosesdə,  milli 

düşüncənin  inkişafında  rolunun  artması,  müstəsna  miqyasda  və  vüsətdə  fəallaşmasıilə  əlamətdardır. 

Ədəbiyyatşünaslığın bu mövqeyi isə ilk növbədə bu sahədə uzun illər fəaliyyət göstərmiş, özünü bütünlüklə 

ədəbiyyatımızın  öyrənilməsi,  tərəqqisi  vəzifəsinə  həsr  etmiş  şəxsiyyətlərin,  neçə-neçə  ədəbiyyatşünaslar 

nəslinin əməyi, yaradıcılığı ilə bilavasitə bağlıdır. Azərbaycan ədəbiyyatşünaslığının belə nəsillərindən biri 

əsrin ortalarında, ənənəvi təbirlə desək, ikinci dünya müharibəsindən sonrakı illərdə yetişmişdir ki, akademik 

Kamal  Talıbzadə  də  bu  nəsil  ədəbiyyatşünaslarından  biridir.  K.Talıbzadə  ədəbiyyatşünaslığımızda  yarım 

əsrdən çox bir müddətdir ki, fasiləsiz, aramsız fəaliyyət göstərir, onun bu fəaliyyəti son dərəcə çoxcəhətli və 

əhatəlidir.  Azərbaycan  ədəbiyyatı  tarixinin  öyrənilməsinin  ən  fundamental  problemləri  və  vəzifələri 

K.Talıbzadənin tədqiqatlarında, ədəbi-tənqidi əsərlərində və kitablarında öz həllini, tədqiqini tapmışdır ki, bu 

əməyi və mövqeyinə görə K.Talıbzadə müasir Azərbaycan ədəbiyyat elminin, ədəbi tənqidinin canlı klassiki 

hesab edilə bilər. 

Kamal Abdulla Şaiq oğlu Talıbzadə 1923-cü ildə avqust ayının 14-də Bakı şəhərində doğulmuşdur. O, 

uşaqlıqdan  ədəbiyyat,  sənət  mühütində  böyümüş  və  tərbiyələnmişdir.  Atası  Abdulla  Şaiq  Azərbaycan 

ədəbiyyatının  görkəmli  klassiklərindən  biridir.  Azərbaycanda  romantizm  ədəbi  hərəkatının  meydana 

çıxmasında və inkişafında, ideya-estetik prinsiplərinin təsdiqində A.Şaiq yaradıcılığının, Şaiq sənətinin rolu 

böyük və müstəsnadır. Azərbaycan ziyalılarının böyük bir nəsli A.Şaiq məktəbindən çıxmışdır. Yazıçılıqla 

yanaşı  A.Şaiqin  həm  də  tənqidçi  və  ədəbiyyatşünas  olduğu  məlumdur.  Onun  M.F.Axundov,  H.Javid 

haqqında,  ədəbiyyat  tariximiz  haqqında  profesional  səviyyədə  yazılmış  məqalələri  və  tədqiqatları  vardır. 

A.Şaiq ədəbiyyat dərsliklərinin, ədəbiyyat nəzəriyyəsi kitabının müəllifidir. 

K.Talıbzadə  1930-cu  ildə  Bakının  9    №li  məktəbinə  daxil  olmuş  və  ibtidai  təhsilini  orada  almışdır. 

Onun  bu  məktəbdə ilk  müəllimi  məşhur  qəzəl  şairi Məşədi  Azər  Buzovnalı  olmuşdur.  Alim  öz  müəllimini 

minnətdarlıq  hissi  ilə  xatırlayaraq  Buzovna  mədəniyyət  sarayında  (1984-cü  ildə)  şairin  yubileyinə  həsr 

olunmuş  xatirə  gecəsindəki  çıxışında  belə  demişdir:  «Mənim  üçün  bu  gün  çox  əziz  günlərdən  biridir, 

əlamətdar  günlərdən  biridir.  Hər  şeydən  əvvəl  ona  görə  ki,  Azər  müəllim-biz  ona  belə  müraciət  edərdik-

mənim  ilk  müəllimim  olub.  Bizim  o  müraciət  mənasında  işlətdiyimiz  «müəllim»  mənasında  yox,  sözün 

həqiqi mənasında o, mənim  müəllimim olub. Düz əlli dörd il əvvəl -1930-cu ildə mən birinci dəfə birinci 

sinfə  daxil  olanda  onu  ilk  müəllimim  kimi  görmüşəm.  Mənə  qələm  tutmağı,  yazı  yazmağı,  ilk  dəfə  insan 

üçün əziz olan «ana», «vətən» sözlərini yazmağı o öyrədib. Mənim üçün bu gün bir də ona görə əzizdir ki, 

biz bu maraqlı yaradıcılıq yolu keçmiş bir şairin- Azər Buzovnalının xatirəsini yad etməyə yığışmışıq». 

Orta məktəbi bitirdikdən sonra, 1940-cı ildə K.Talıbzadə Azərbaycan Dövlət Universitetinin filologiya 

fakültəsinə daxil olmuş, 1945-ci ildə universitetdə təhsilini başa çatdırmışdır. 1945-ci ilin yazında «M.Hadi 

və  Azərbaycan  romantizmi»  mövzusunda  diplom  işini  müvəffəqiyyətlə  müdafiə  etmiş,  fərqlənmə  diplomu 

ilə universiteti bitirmişdir. Vaxtından əvvəl diplom işi müdafiə etməsinin səbəbi isə Azərbaycan KP Mərkəzi 

Komitəsinin  fərdi  rəsmi  təqdimatı  ilə  onun  Moskva  Ali  Diplomatiya  Məktəbinə  göndərilməsi  ilə  əlaqədar 

olmuşdur. O,  mandat komissiyasının qərarı ilə məktəbin İran şöbəsinə qəbul olunmuşdur. Lakin Moskva Ali 

Diplomatiya  məktəbində  oxumaq  K.Talıbzadəyə  nəsib  olmamışdır.  Vaxtı  ilə  atası  A.Şaiqin  altı  il  ailəsi  ilə 

birlikdə  İranda  yaşadığından  K.Talıbzadə  diplomatiya  məktəbinə  qəbul  edilmir  və  beləliklə,  tale  onu 

həmişəlik  olaraq  ədəbiyyata,  böyüyüb  başa  çatdığı  ailənin,  ocağın  ənənəsinə  qaytarır.  Moskvadan 

qayıtdıqdan  sonra  K.Talıbzadə  o  vaxt  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  direktoru  işləyən  Məmməd 

Arifin  tövsiyyəsi  ilə  imtahan  verib  institutun  aspiranturasına  qəbul  edilir,  elə  həmin  vaxt  yəni  1945-ci  ilin 

payızında həm də İnstitutda kiçik elmi işçi vəzifəsinə işə götürülür. Bununla da K.Talıbzadənin bütün şüurlu 

həyatı birdəfəlik olaraq Ədəbiyyat İnstitutu ilə bağlanır və bu əlaqə yarım əsrdən artıqdır ki, müvəffəqiyyətlə 

davam edir. Aspiranturada oxuyarkən o, professor Mir Jəlal Paşayevin elmi rəhbərliyi altında  «A.Səhhətin 

həyatı  və  yaradıcılığı»  mövzusunda  namizədlik  dissertasiyası  üzərində  işləmiş,  1949-cü  ildə  onu  müdafiə 

etmişdir. Və bu vaxtdan etibarən də onun elmdə, ədəbiyyatşünaslıqda böyük, səmərəli yolu başlanır. 

 K.Talıbzadənin ədəbiyyatşünaslıq fəaliyyəti Ədəbiyyat İnstitutunun elmi-tədqiqat problemləri ilə sıx 

surətdə  inkişaf  etmiş  və  şaxələnmişdir.  O,  bu  elm  ocağında,  nəinki  ədəbiyyatşünaslığın  mühüm, 

fundamental,  ədəbi  prosesin  irəli  sürdüyü,  zəruriləşdiyi  problemləri  üzərində  tədqiqat  aparmış,  əsərlər 




 

 

6

 

yazmış,  həm  də  ədəbdiyyatşünaslığa  bilavasitə  rəhbərlik  etmiş,  onun  ideya-təşkilati  vəzifələrinin 



müvəffəqiyyətli həllinə bütün qüvvə və bacarığı ilə təsir göstərmişdir, iri miqyaslı elmi təşkilati tədbirlərdə 

fəal çalışmışdır. Namizədlik dissertasiyası müdafiə etdiyi ildə İnstitutun baş elmi işçisi vəzifəsinə keçirilmiş, 

1952-ci ildə institutun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 

1960-cı ildə isə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, iyirmi ildən çox bu məsul 

vəzifədə  çalışmış,  institutda  elmi  işlər,  elmi  tədqiqat  planlarının  müəyyən  edilməsi  və  icrası  kimi  çox 

mürəkkəb  bir  prosesə  birbaşa  rəhbərlik  etmişdir.  Məlumdur  ki,  Ədəbiyyat  İnstitutu  bir  müddət  Elmlər 

Akademiyası  sistemində  Ədəbiyyat  və  Dil  İnstitutu  kimi  fəaliyyət  göstərmişdir.  Bu  vaxtlarda  İnstitut 

direktorunun  elmi  işlər  üzrə  iki  müavini  –  ədəbiyyat  və  dilçilik  üzrə  müaviniləri  olurdu.  Belə  struktur 

daxilində əslində hər bir sahəyə müvafiq sahənin direktor müavini rəhbərlik edirdi. Qeyd etmək lazımdır ki, 

bu  illərdə  ədəbiyyat  üzrə  direktor  müavini  kimi  fəaliyyət  göstərən  K.Talıbzadə  də  institutun 

ədəbiyyatşünaslıq  istiqamətlərini  və  problemlərini  müəyyən  edir,  bu  problemlərin  ayrı-ayrı  mövzularını 

konkretləşdirir,  həlli  yollarını  və  metodologiyası  işlərinə  səmərəli  surətdə  rəhbərlik  edirdi.  O  da  qeyd 

olunmalıdır  ki,  K.Talıbzadənin  həm  şöbə  müdiri,  həm  də  direktor  müavini  işlədiyi  dövrdə  institutda  çox 

mühüm ədəbiyyatşünaslıq əsəri - üç cildlik «Azərbaycan ədəbiyyatı tarixi» yazılmış və nəşr edilmişdir. Bu 

fundamental əsərin ikinci cildi isə K.Talıbzadənin bir tədqiqatçı və elmi iş təşkilatçısı kimi fəaliyyətinin əsas 

istiqaməti  və  predmeti  ilə  bilavasitə  bağlı  olmuşdur.  O,  cild  üzərində  həm  müəlif  kimi,  həm  də 

redaktorlardan biri kimi işləmişdir. 1968-ci ildə K.Talıbzadə müvəqqəti olaraq İnstitutun direktoru vəzifəsini 

də  icra  etməli  olmuşdur.  Bununla  yanaşı  K.Talıbzadə  respublikanın  bəzi  ali  məktəblərində  də  mühazirə 

oxumuşdur. 1950-52-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1984-86-cı illərdə isə Azərbaycan Dövlət 

Pedaqoci  İnstitutunda  Azərbaycan  ədəbiyyatı  və  ədəbi  tənqid  fənnlərindən  dərs  demiş,  mühazirələr 

oxumuşdur. Son illərdə isə pedaqoci fəaliyyətini Ali ictimai-siyasi kollecdə davam etdirir; ədəbiyyat və dil 

kafedrasının  müdiri  olduğu  bu  tədris  müəssisəsində  Azərbaycan  ədəbi-estetik  fikir  tarixi  kursunu  aparır. 

Ədəbiyat  İnstitutunda  isə  əvvəlcə  “Tənqid  tarixi  və  nəzəriyyəsi”  şöbəsinin  müdiri,  90-cı  illərdən  etibarən 

akademik-məsləhətçi vəzifəsində çalışır, bütün fəaliyyəti ilə qırılmaz tellərlə bağlı olduğu, «Yeni dövr /XIX 

və  XX  əsrin  əvvələri/  ədəbiyyatı»  şöbəsində  təşkil  olunmuş  Azərbaycan  ədəbi  tənqidi  materiallarının 

toplanılması  və  nəşri  qrupuna  rəhbərlik  edir.  Eyni  zamanda  K.Talıbzadə  doğulduğu  və  boya-başa  çatdığı 

mənzildə, bilavasitə özünün səyi və təşəbbüsü ilə təşkil olunan Abdulla Şaiqin mənzil muzeyində 1991- ci 

ildən direktor vəzifəsində də yorulmadan çalışır. 

Müasir  ədəbiyyatşünaslıq  eliminin  mötəbər  simalarından  biri  kimi  K.Talıbzadənin  fəaliyyəti  yalnız 

yarım əsrdən çox işlədiyi İnstitutla, buradakı tədqiqatçılıq əməyi ilə məhdudlaşmır. O, respublikanın ədəbi-

elmi  yaradıcılıq  həyatında  da  daima  fəal  iştirak  edən  alim  və  ziyalıdır.  Müxtəlif  illərdə    «Müasir  dövrdə 

Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları respublika Əlaqələndirmə Şurasının» sədr müavini /1957-

1976 /, sonra isə sədri, Azərbaycan EA Rəyasət Heyətinin nəzdində elmi kadrların hazırlığı şurasının, ictimai 

elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü /1973-1974 /, Ədəbiyyat institutun elmi şurasının sədr 

müavini  /1960-1981/  olmuşdur.  Ədəbiyyatşünas  və  tənqidçi  kimi  K.Talıbzadə  Azərbaycanın  ədəbi 

prosesində də fəal iştirak edən şəxslərdən biridir. O, uzun müddət Azərbaycan Yazıçılar İttifaqının Rəyasət 

Heyətinin üzvü /1965-1976/, İttifaqın tənqid və ədəbiyyatşünaslıq bölməsinin rəhbəri /1957-1975/ olmuşdur. 

Müxtəlif illərdə «Azərbaycan kommunisti», «Azərbaycan», «Azərbaycan EA Xəbərləri» /və s. curnallarının 

redaksiya  heyətlərinin,  Azərbaycan  Ensiklopediyası  elmi  şürasının  və  s.  üzvü  olmuşdur.  Dəfələrlə  xarici 

ölkələrdə olmuş, elmi simpoziumlarda maraqlı çıxış və məruzələrlə iştirak etmişdir. 

K.Talıbzadə  indi  də-ömrünün  müdriklik  çağında  da  elmi,  ədəbi  və  ictimai  fəaliyyətdən 

uzaqlaşmamışdır; yenə də eyni şövq, ilham və vətəndaşlıq ehtirası ilə çalışır, fəaliyyət göstərir, aspirantlara 

rəhbərlik  edir,  ədəbiyyatşünaslığın,  ictimai  elmlərin  mühüm  məsələlərinin  müzakirəsində,  miqyaslı 

tədbirlərin  və  proqramların  həllində,  gerçəkləşməsində  fikir  və  mülahizələri  ilə,  görüşləri  və  qənaətləri  ilə 

yaxından  iştirak  edir,  onların  həlli  yollarının  axtarılıb  tapılmasına  real  kömək  göstərir  və  alimin  bu 

çoxcəhətli,  uzunillik  fəaliyyəti  barədə  düşünəndə  istər-istəməz  onun  bir  ziyalı,  bir  elm  xadimi,  bir 

ədəbiyyatşünas kimi, müdrik şəxsiyyət kimi çox nəcib insani keyfiyyətini-seçdiyi ixtisasa bütün varlığı ilə 

bağlılığını, xalqımızın ədəbi və mənəvi dəyərlərinə sədaqətini, əqidə və məslək sahibi olmasını qeyd etməyə 

bilmirsən. Müsahibələrinin birində K.Talıbzadə demişdir: «Ədəbi təcrübəmdə bu qənaətə gəlmişəm ki, bizim 

sahədə (yəni ədəbiyyatşünaslıqda - S.Ş.) tutarlı mövqe qazanmaq, ədəbi prosesə təsir göstərmək məqamına 

yüksəlmək  üçün,  hər  şeydən  əvvəl,möhkəm  əqidə,  məslək  sahibi  olmaq  lazımdır.  Təkcə  istedad  həmişə 

lazımi  nəticə  vermir.  İnsan  var  ki,  daxilən  zəngindir,  emosionaldır,  ümumən  istedadlıdır,  ancaq  öz  daxili 

zənginliyini  günün  tələbləri,  xalqın  ehtiyacları  ilə,  zamanla  əlaqələndirə  bilmir.  Bu  vacib  harmoniya-

əsasların  əsası  olan  harmoniya  onun  fəaliyyətində  pozulur,  görsənmir,  bu  halda  daxili  zənginlik  böyük 

praktiki  fayda  gətirmir,  ümumi  ictimai  akta  çevrilmir,  ictimai  yüksəliş  ləngləşir,  bəzən  isə  bir  nöqtədə 

dayanır. Səhhətin məşhur iki misrasını yada salmaq istəyirəm: 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə