Akademik kamal abdulla şaiq oğlu talibzadə HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77016
1   2   3   4   5   6   7

 

 

7

 

Şişə çəksən də diriykən ətimi 



Atmaram mən vətənü millətimi. 

Əqidəyə, məsləyə möhkəm inam insanı fəallaşdırır, fəaliyyətini istiqamətləndirir. Əmək qabiliyyətini 

artırır,  ilhamlı  bir  yaradıcılığın  yaranması  üçün  şərait  yaradır».  Bu  sözlər,  fikirlər  son  dərəcə  çox  gözəl, 

doğru  sözlər  və  fikirlərdir,  onlara  heç  nə  əlavə  etmək  lazım  olmasa  da,  bir  cəhəti  K.Talıbzadənin 

yaradıcılığında  bu  sözlərin  söz  olaraq  qalmadığını,  səmərəli  fəaliyyətinin  mənəvi  əsasları  və  nəticələri 

olduğunu qeyd etmək lazım gəlir. K.Talıbzadə sadəcə ədəbiyyatşünas, tədqiqatçı deyildir; o, bu sənətin, bu 

fəaliyyətin  dərin  mənasını  başa  düşən  alim  və  tədqiqatçıdır.  Onun  bütün  tədqiqatları  bir  pafosla-

ədəbiyyatşünaslığın vəzifələrinə sədaqət hissi ilə aşılanmış yaradıcılıqdır. 

Akademik Kamal Talıbzadə yarım əsrdir ki, Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığı sahəsində 

yorulmadan  çalışır  və  bu  müddət  ərzində  o,  bütün  fəaliyyətini  milli  ədəbi-nəzəri  fikir  ilə  üzvü  surətdə 

əlaqələndirərək  ədəbiyyatşünaslığın  miqyaslı,  təməl  vəzifələrinin  realizəsinə  sərf  etmişdir.  O,  istisnasız 

olaraq  bütün  tədqiqatlarında  milli  ədəbiyyatşünaslığın  əsas  etibarilə  köklü  problem  və  vəzifələrinin  həllini 

gerçəkləşdirmişdir. Realizm  və romantizm, bu ədəbi məktəblərin milli ədəbi-tarixi prosesdə inkişafı, ədəbi 

əlaqə  K.Talıbzadənin  tədqiq  etdiyi  başlıca  problemlərdəndir.  Və  çox  səciyyəvidir  ki,  bu  çoxcəhətli  ədəbi-

nəzəri  problemləri  o,  daha  çox  XX  əsr  ədəbiyyatının  təcrübəsi  və  materialı  əsasında  araşdırmışdır.  Lakin 

bununla belə K.Talıbzadənin müasir ədəbiyyatşünaslıqda yerini onun milli ədəbi tənqidin tarixini yaratmaq 

istiqamətində  apardığı  çoxcəhətli  tədqiqatlar  təşkil  etdiyini  demək  mümkündür.  Və  buna  əsasən  də  bir 

mənalı  etiraf  etmək  lazımdır  ki,  Azərbaycan  tənqidinin  tarixini  öyrənmək  sahəsində  akademik 

K.Talıbzadənin rolu və xidmətləri həqiqətən müstəsnadır. Belə ki, ədəbiyyatın xüsusi və müstəqil bir canrı 

səviyyəsində ədəbi tənqidin tarixini yaratmaq vəzifəsini çağdaş ədəbiyyatşünaslıqda və ədəbi-nəzəri fikirdə 

həyata keçirməklə K.Talıbzadə milli ədəbiyyatşünaslıqda yeni bir istiqamət yaratmışdır. 

K.Talıbzadə  ədəbi-tarixi  prosesi  araşdırarkən  öz  tədqiqat  vəzifəsini  yalnız  konkret  materialın  ideya-

tarixi  mənasını  göstərməklə  məhdudlaşdıran  ədəbiyyatşünaslardan  deyildir.  Əksinə  o,  milli  ədəbiyyatın 

tarixini  öyrənərkən  əsərlərinin  tədqiqat  nəticələri  və  ideyaları  ilə  eyni  zamanda  bütövlükdə 

ədəbiyyatşünaslığı  mühüm  və  miqyaslı  nəzəri-metodoloci  ümumiləşdirmələrlə  zənginləşdirmişdir  ki,  bu 

nəzəri ümumiləşdirmələr də öz növbəsində müasir ədəbiyyat elminin inkişafına əhəmiyyətli dərəcədə təsir 

göstərmiş, onun yeni yollarını müəyyənləşdirmişdir. 

 

*           *            * 



K.Talıbzadə  Azərbaycan  ədəbiyyatının  müxtəlif  məsələlərinin  tədqiqi  ilə  məşğul  olan 

ədəbiyyatşünasdır.  Klassik  irslə  yanaşı  onun  əsərlərində,  tədqiqatlarında  müasir  ədəbiyyat  məsələləri  də 

geniş  və  əhəmiyyətli  yerlərdən  birini  tutur.  O,  demək  olar  ki,  bütün  fəaliyyəti  boyu  ədəbiyyat  tarixi  və 

problemlərini müasir ədəbiyyatın məsələləri ilə paralel öyrənmək, mümkün qədər bu sahələri yaradıcılığında 

dolğun  əks  eidirmək  yolu  ilə  getmişdir.  Buna  görə  K.Talıbzadənin  simasında  yalnız  ədəbiyyat  tarixçisini 

görmək azdır və birtərəfli olardı. O, həm də çox mötəbər müasir tənqidçilərdən biridir. 

K.Talıbzadə  tənqidlə  sıx,  üzvi  olaraq  bağlı  şəxsiyyətdir.  Onun  tədqiqatçılıq  axtarışları,  səyləri  ədəbi 

prosesin  ümumi  axarında  müasir  tənqidin  kontekstində  formalaşmışdır,  dərinləşmiş  və  inkişaf  etmişdir. 

Monoqrafiyaları  tənqidi  mənəvi  cəhətdən,  tarixi  təfəkkür  cəhətdən  zənginləşdirmiş  və  silahlandırmışdır. 

Bunsuz  tənqid  heç  vaxt  inkişaf  edə  bilməz,  ədəbiyyatda  funksiyasını  yerinə  yetirə  bilməz.  Lakin  bununla 

belə  əsərlərinin,  kitablarının  məhz  tədqiqat,  məhz  ədəbiyyatşünaslıq  hadisəsi  olaraq  meydana  çıxması  da 

danılmazdır. Və bu cəhət onun ədəbiyyatşünas kimi əsas fərdiliyidir, əsas xüsusiyyətidir. Ədəbiyyatşünaslıq 

ədəbiyyatla,  ədəbi  tənqidlə  birlikdə  böyük,  misilsiz  sosial  və  estetik-fəlsəfi  funksiyanı  reallaşdırır,  həyata 

keçirir.  Ədəbiyyatşünaslıq  tədqiqatları  tənqidin,  ədəbi  prosesin  tarixiliyə,  tarixi  təfəkkürə  olan  ehtiyacını 

ödəyən fəaliyyət növüdür. Akademik D.Lixaçev doğru yazmışdır: «Ədəbiyyatşünaslıq əgər geniş materialı 

əhatə  edirsə,  insanın  sosial  keyfiyyətini  inkişaf  etdirə  bilir.  Və  bununla  da  son  dərəcə  böyük  tərbiyəvi 

əhəmiyyətə malik olur». 

K.Talıbzadə ədəbiyyatşünaslığın bu ali, nəcib vəzifəsini, daha dəqiq desək, ədəbiyyatşünaslığın fəlsəfi 

məğzini  düzgün,  dərindən  başa  düşən  və  ona  öz  tədqiqatlarında  ən  yüksək  səviyyədə  əməl  edən 

alimlərimizdən,  ədəbiyyat  mütəxəssislərimizdən  və  nəzəriyyəçilərimizdən  biridir.  Məhz  bü  cəhəti  onun 

tədqiqatlarının əhəmiyyətini müasir ədəbi prosesdə yerini təmin etmişdir və etməkdədir. Lakin bu cəhət həm 

də K.Talıbzadənin simasında, şəxsində təmkinli və düşüncəli bir tənqidçini də görməyə qətiyyən mane olmur 

və  olmamışdır.  O,  öz  naturası  etibarilə  müasir  ədəbiyyatla  bağlıdır,  müasir  ədəbiyyatla,  müasir  ədəbi 

təfəkkürlə nəfəs alır, onunla yaşayır, buna görə də o, uzunillik ədəbi fəaliyyəti dövrlərində heç vaxt müasir 

ədəbiyyatın köklü, aparıcı hadisələrin və meyllərin yanından sükutla keçməmişdir və bu, bizə ondan həm də 

bir  tənqidçi  kimi  danışmağa  kifayət  qədər  əsas  verir.  Əslində  belə  bir  cəhət  həqiqi  ədəbiyyatşünasa  xas 

mənəvi  əsaslardan  və  keyfiyyətlərdəndir.  Ədəbiyyatşünas  bu  sözün  həqiqi  mənasında  elə  şəxsdir  ki,  onun 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə