Akademik kamal abdulla şaiq oğlu talibzadə HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77016
1   2   3   4   5   6   7

 

 

8

 

görüşlərində,  fəaliyyətində  tarixilik  və  müasirlik  həmişə  bir-birindən  ayrılmazdır,  həmişə  üzvi  bir  vəhdət 



halında çıxış edir. Məhz belə tipli ədəbiyyatşünas bütün hallarda ədəbiyyat tarixinə müasir konseptual baxışı 

ifadə edir. 

K.Talıbzadənin  ciddi  və  uzunillik  tədqiqatının  səmərəsi  olan  bütün  monoqrafiyaların  məğzində  də 

məhz belə bir baxış ən əsas cəhətlərdən birini təşkil edir. 

Lakin  bununla  belə  qeyd  etməliyik  ki.  geniş  mənada  və  ölçüdə  ədəbiyyatşünaslıq,  xüsusilə 

ədəbiyyatşünaslığın ədəbiyyat tarixçiliyindən ibarət qolu K.Talıbzadə fəaliyyətinin əsas sahəsi olaraq qalır. 

Ədəbi  irsi  öyrənmək  istiqamətində  milli  ədəbiyyatşünaslığın  ən  yaxşı  təcrübəsi  və  ənənələri  əsasında 

tərbiyələnən və yetişən K.Talıbzadə 50-ci illərdən sonrakı bütöv bir mərhələdə bu təcrübələrin və ənənələrin 

daha  da  inkişaf  edib  zənginləşməsinə,  dərinləşməsinə  var  qüvvə  ilə  çalışmışdır.  Ədəbiyyatşünaslıqda  yeni 

metodoloci istiqamətlərin təşəkkülünə təsir göstərmişdir. 

K.Talıbzadənin «Abbas Səhhət»  monoqrafiyası ədəbiyyatşünaslığın ciddi elmi əsərlərindən sayılmağa 

layiqdir. Əvvələn, burada A.Səhhətin həyatı və yaradıcılığı ilk dəfə monoqrafik planda tədqiqata cəlb edilir, 

zəngin ədəbi-tarixi, faktiki material və sənədlər, müasirlərinin xatirələri əsasında şairin həyat yolu, ədəbi irsi 

öyrənilirdi.  İkincisi,  o,  Azərbaycan  ədəbiyyatşünaslığında  XX  əsr  romantizminin  görkəmli 

nümayəndələrindən  biri  olan  A.Səhhət  haqqında  birinci  monoqrafiya  idi.  Müəllifin  bu  mövzuda  ilk 

monoqrafiyasını  yazması  böyük  ədəbiyyatşünas  M.Arifin  tövsiyəsi  ilə  bağlıdır.  K.Talıbzadə  1945-ci  ildə 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun  aspiranturasına  daxil  olarkən  o  vaxt  İnstituta  rəhbərlik  edən  M.Arif 

onun namizədlik dissertasiyası mövzusunu A.Səhhətin həyatı və yaradıcılığı kimi müəyyən etmişdir. Bundan 

əvvəl  isə,  yəni  tələbə  ikən  K.Talıbzadənin    «M.Hadi  və  Azərbaycan  romantizmi»  mövzusunda  diplom  işi 

yazdığını və  müdafiə etdiyini bilirik. Deməli, K.Talıbzadə yeni mövzuya  müəyyən dərəcədə hələ tələbəlik 

illərində  artıq  hazır  olmuşdur.  Bu  barədə  müəllif  sonralar  belə  yazmışdır:  «Səhhət  də  XX  əsrin 

romantiklərindən  idi.  Odur  ki,  dərhal  razılıq  verdim.  Həvəslə  işə  girişdim.  Aylarla  arxivlərdən  çıxmadım. 

İllərlə inqilaba qədərki mətbuatın səhifələrini vərəqlədim. Şairin hər yeni əsərini tapdığım gün mənim üçün 

bir bayrama çevrildi»

1



Müəllifin həmin dövrlə yaxından tanış olması, böyük və külli miqdarda material toplaması maraqlı və 



məzmunlu  bir  monoqrafiyanın  yazılması  üçün  zəruri  şərt  idi.  Lakin  o  da  qeyd  olunmalıdır  ki, 

monoqrafiyanın  müharibədən  sonrakı  ədəbiyyatşünaslıq  üçün  əhəmiyyəti  yalnız  bu  cəhətlə  bağlı  deyildi. 

Bundan  başqa,  digər  mühüm  bir  amil  də  -  A.Səhhətin  şəxsində  gənc  tədqiqatçının  milli  romantizmin  çox 

görkəmli bir nümayəndəsini görməsi də burada həlledici rol oynayırdı. Bu faktın özü, yəni monoqrafiyada 

romantizmin əsas şəxsiyyətlərindən birinin yaradıcılıq irsinə müraciət olunması faktı həm problem, həm də 

ədəbi-tarixi baxımdan çox mühüm əhəmiyyətə malik idi. Monoqrafiya ilk dəfə 1955-ci ildə, ikinci dəfə isə 

1986-cı ildə çapdan çıxmışdır. Lakin bundan əvvəl K.Talıbzadə görkəmli romantik şairin yaradıcılığını onun 

bircildlik  «Əsərləri»nə  yazdığı  geniş  müqəddiməsində,  habelə  bir  sıra  məqalələrində  işıqlandırmışdı. 

K.Talıbzadənin  monoqrafiyada  A.Səhhətin  poeziyasına  verdiyi  geniş  və  müfəssəl  təhlil  çox  mühüm  bir 

cəhəti ilə-bilavasitə şairin poeziyasında əks olunmuş, onun mənəvi aləmini göstərməsiilə seçilirdi. 

Hələ  ilk  monoqrafiya  üzərində  işlədiyi  dövrdə  K.Talıbzadə  müəyyən  mənada  XX  əsrin  başlanğıc 

dövrü  ədəbiyyatının  tədqiqatçısı  kimi  ixtisaslaşırdı.  Belə  ki,  çox  çəkmir,  onun  Qorki  və  Azərbaycan 

ədəbiyyatı  mövzusunda  elmi-tədqiqi  məqalələri  tez-tez  mətbuatda  dərc  olunur;  bunların  ardınca  isə  sovet 

ədəbiyyatşünaslığında  o  illərdə  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edən  problemə  həsr  olunmuş  «Qorki  və 

Azərbaycan» monoqrafiyası çapdan çıxır. (Azərbaycan dilində - 1959; Rus dilində - 1970;) 

K.Talıbzadənin  monoqrafiyası  ədəbiyyatşünaslığın  çox  aktual  və  zəruri  bir  probleminin  hərtərəfli 

tədqiqi nöqteyi-nəzərindən ciddi tədqiqat əsəri hesab edilə bilər. Bu əsərə qədər də Qorkinin Azərbaycanla 

əlaqəsi,  Qorki  ənənələrinin  rolu  milli  ədəbi-nəzəri fikrimizdə  müşahidə  edilmiş və  qoyulmuşdur.  Məsələn, 

M.Arif, M.Rəfili. M.J.Jəfərovun məqalələri qeyd oluna bilər. Azərbaycan tənqidinin təcrübəsinə və müəyyən 

nəticələrinə  əsaslanaraq  K.Talıbzadə  isə  problemi  xüsusi  şəkildə  tədqiq  edir,  Qorkinin  Azərbaycanla, 

ədəbiyyatımız,  mədəniyyətimiz  və  ədəbi  fikrimizlə  yaradıcılıq  əlaqələrini  hərtərəfli  və  əhatəli  şəkildə 

nəzərdən  keçirərək  araşdırırdı. K.Talıbzadə  monoqrafiyasının  dəyəri  və  əhəmiyyəti  də  bunda  idi. Təsadüfi 

deyil ki, bu əsərdən sonra Qorki və Azərbaycan mövzusunun ayrı-ayrı problemlərinə ədəbiyyatşünaslıqda bir 

sıra tədqiqatlar həsr edildi. 

 

*         *         * 



Ədəbiyyatşünas  kimi  K.Talıbzadənin  həyata  keçirdiyi  çoxcəhətli  tədqiqat  vəzifələri  sırasında, 

şübhəsiz,  onun  milli  tənqidin  tarixini  yaratmaq  sahəsindəki  xidməti,  bu  istiqamətdə  apardığı  uzunillik 

tədqiqatları xüsusi və ayrıca qeyd olunmağa layiqdir. O, müasir ədəbiyyat elmimizdə milli tənqidin sistemli 

                                                           

1

 Talıbzadə K. Seçilmiş əsərləri. – Bakı: 1994, s. 185. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə