Akademik kamal abdulla şaiq oğlu talibzadə HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77016
1   2   3   4   5   6   7

 

 

9

 

tarixini  yazmış  və  bu  mövzuda  fundamental  tədqiqat  əsəri  nəşr  etmiş  birinci  müəllifdir.  Bu  mövzuda 



doktorluq dissertasiyası müdafiə edən (1965) K.Talıbzadənin problemə aid xeyli məqaləsi, nəhayət, 1966-cı 

ildə    «XX  əsr  Azərbaycan  ədəbi  tənqidi»  kitabı  nəşr  olmuşdur.  Sonrakı  illərdə  də  K.Talıbzadənin  ədəbi 

tənqidin tarixi və nəzəriyyəsi ilə məşğul olduğunu görürük. Hətta bir müddət Ədəbiyyat İnstitutunda onun 

rəhbərliyi  altında  ədəbi  tənqidin  tarixi  və  nəzəriyyəsi  şöbəsi  yaradılmış  və  fəaliyyət  göstərmişdir.  Eyni 

zamanda o, bu mövzunu məqalələrində, ayrı-ayrı tədqiqatlarında da ardıcıl davam etdirmişdir. «Ədəbi tənqid 

haqqında  qeydlər»  kitabı  (1967)  bütövlükdə  müasir  tənqidin  vəziyyətinə  və  problemlərinə  həsr  olunmuş 

məqalələrdən  ibarətdir.  «Ədəbi  irs  və  varislər»  (1974),  «Sənətkarın  şəxsiyyəti»  (1978),  «Tənqid  və 

tənqidçilər»  (1989)  kitablarında,  məqalələr  toplularında  da  ədəbi  tənqidin  tarixi  və  nəzəriyyəsi  mühüm 

problemlərdən  birini  təşkil  etdiyini  deməliyik.  Nəhayət,  1966-cı  ildə  nəşr  olunmuş  kitabı  əsaslı  şəkildə 

işləyərək,  onu  yeni  materiallarla  daha  da  zənginləşdirərək,  strukturunda  və  nəzəri  təsnifatında  zəruri 

dəyişikliklər  apararaq  onu  1984-cü  ildə  «Azərbaycan  ədəbi  tənqidinin  tarixi  (1800-1920)»  adı  ilə  çap 

etmişdir.  Kitab  həmin  ildə  Respublika  Dövlət  mükafatına  layiq  görülmüşdür.  Maraqlıdır  ki,  bu  kitabdan 

sonra  da  K.Talıbhadə  tənqid  mövzusundan,  tənqid  tarixi  problemindən  ayrılmamışdır  və  bir  çox 

məqalələrində bu istiqamətdəki tədqiqatı müvəffəqiyyətlə davam etdirmişdir. 

Bir sözlə, görkəmli alim təxminən otuz ildən çoxdur ki, bu problemlə məşğuldur, tədqiqatlarını əsasən 

bu  istiqamətdə  aparır  və  son  illərin  hadisələri  də  sübut  edir  ki,  K.Talıbzadənin  bu  tədqiqat  yolu  düzdür, 

səmərəli və perspektivlidir. 

Beləliklə,  K.Talıbzadə  tənqidin  bütövlükdə  tarixini  yazdı,  yəni  ədəbi  tənqidi  sistemli  tədqiq  etdi  və 

bununla  da  ədəbiyyat  tarixi  elminin  çox  vacib  və  geniş,  fundamental  vəzifələrindən  birinin  həllini 

gerçəkləşdirdi.  Belə  ki,  60-cı  illərdə  nəşr  olmuş  üçcildlik  «Azərbaycan  ədəbiyyatı  tarixi»  əsərində 

ədəbiyyatın digər əsas canrları ilə bərabər və onlarla eyni səviyyədə ədəbi tənqidin də burada ayrıcı və xüsusi 

şəkildə  təmsil  olunduğunu  görə  bilirik.  Üçcildlikdə  M.F.Axundovun  tənqidi,  XX  əsrin  əvvəllərində  ədəbi 

tənqidin yaranması və milli ədəbi prosesdə bərqərar olması kimi köklü bir məsələ izah olunurdu. Ədəbiyyat 

tarixinin  bu  bəhsini  isə  K.Talıbzadə  yazmışdı.  Onun  oçerkində  yığcam,  lakin  əhatəli  şəkildə  əsrin 

əvvəllənrində  ideya  axtarışları  və  cərəyanları,  ədəbiyyatda  yeni  məzmun  və  forma  uğrunda  mübarizəsi, 

ədəbiyyatın ictimai fikir kimi fəallaşmasında tənqidin rolu və s.  çox mühüm məsələlər işıqlandırılırdı. Elə bu 

illərdə bu istiqamətdə elmi axtarışlarını genişləndirərək K.Talıbzadə XX əsr ədəbi tənqidinin tarixi üzərində 

tədqiqat işini intensiv şəkildə davam etdirir. Çox çəkmir ki, XX əsr ədəbi tənqidini bütöv, sistemli tarixini 

yazıb  tamamlamağa  nail  olur.  XX  əsrin  əvvəlləri  üzərində  əsaslı  və  geniş  duraraq  K.Talıbzadə  bu  dövrün 

tənqidini,  müfəssəl  və  sistemli  şəkildə  təmsil  edir,  onun  nəzəri-məfkurəvi  və  estetik  təsnifatını  verirdi: 

professional  tənqidin  inkişafında  F.Köçərli,  Ə.Hüseynzadə,  Ə.Ağayev,  .A.Sur  və  başqa  tənqidçilərin, 

ideoloqların  rolunu  müəyyənləşdirirdi.  Realist  tənqidlə  yanaşı  bu  dövrdə  ədəbi  tənqidin  xüsusi.  tipoloci 

cərəyanı  olaraq  meydana  çıxan  romantik  tənqidin  yaranmasını  elmi  cəhətdən  əsaslandırmaq,  bu  tənqidin 

ideya və estetik prinsiplərini, yaradıcılıq təcrübəsini təhlil etmək də K.Talıbzadənin qarşısında əsas tədqiqat 

vəzifələrindən biri səviyyəsində dayanırdı. Və demək lazımdır ki, romantik tənqid cərəyanının təhlili kitabın 

çox güclü tərəflərindən birini təşkil edirdi. 

Milli  tənqidin  tarixini  təhlil  edərkən  K.Talıbzadə  ancaq  tənqidin  təcrübəsi  ilə  məhdudlaşmırdı,  yəni 

tənqidi ədəbi prosesdən, ədəbiyyatın özündən, sosial həyatın kəsgin məsələlərindən ayırmırdı, əksinə, o, daha 

çox və əhatəli dərəcədə tənqidi məhz ictimai-sosial amillər kontekstində nəzərdən keçirir və bu əsasda onun 

problemlərini  müəyyənləşdirirdi.  Tənqid  vasitəsilə  müəllif  ədəbiyyata  nəzər  salır,  dövrün  ədəbi  prosesini 

əhatə etmiş olurdu. Və belə təhlil üsülu tənqidin ədəbi-tarixi prosesdə iştirakının geniş, əhatəli mənzərəsini 

yaratmağa imkan verirdi. 

“Azərbaycan  ədəbi  tənqidinin  tarixi”  əsəri,  hər  şeydən  əvvəl,  ədəbiyyat  tarixi  və  nəzəriyyə  tarixi 

arasındakı  münasibətlərin  açılıb  göstərilməsi  baxımından  qiymətli  və  diqqətəlayiq  tədqiqat  sayılmalıdır. 

K.Talıbzadə  müasir  ədəbiyyatşünaslığımızda  xalqın  ədəbi-estetik  fikir  tarixinin,  ədəbi  tənqid  tarixinin 

tədqiqatı ilə ardıcıl və fəal məşğul olan alim kimi tanınmışdır. O, ədəbiyyat tarixi və nəzəriyyəsinin başqa 

sahələri  və  problemləri  ilə  məşğul  olur.  Ancaq  bununla  belə  tənqid  tarixi  və  nəzəriyyəsi  onun  elmi 

fəaliyyətinin əsas problemi və istiqamətidir. O, Azərbaycan ədəbi tənqidinin tarixini yaratmış və bununla da 

müasir ədəbiyyatşünaslıqda çox vacib bir elmi məktəbin inkişafına əsaslı təsir göstərmişdir. Bu kitab ilk nəşr 

olunduğu vaxtda etiraf etmək lazımdır ki, ədəbiyyatşünaslıq hələ tənqid tarixi ilə ardıcıl məşğul olmurdu; bu 

sahədə ancaq bəzi ilk təşəbbüslər vardı. Ədəbiyyatşünaslıq tənqid tarixinin ancaq bəzi görkəmli hadisələrini 

və problemlərini öyrənməklə kifayətlənirdi. Tənqid tarixini yaratmaq, bir proses halında onu tarixi inkişafda 

tədqiq  etmək  elmi  ədəbiyyatşünaslığın  diqqətindən  kənarda  qalırdı.  K.Talıbzadə  əsəri  ilə 

ədəbiyyatşünaslıqdakı bu boşluğu aradan qaldırmaqla yanaşı həm də bu sahədəki tədqiqat təcrübəsini daha 

da  inkişaf  etdirdi.  Ədəbiyyatşünaslıqda  müəyyən  bir  tədqiqat  istiqamətini  təmin  etdi.  Buna  görə  də 

K.Talıbzadənin kitabı hələ ilk nəşri dövründə ədəbiyyatşünaslığın ciddi nailiyyəti olaraq qarşılandı. Bu kitab 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə