Akademik kamal abdulla şaiq oğlu talibzadə HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77016
1   2   3   4   5   6   7

 

 

10

 

tənqidin  tarixi  elmi  istiqamətini  müasir  ədəbiyyatşünalığın  əsas  sahəsinə  çevirdi,  tənqidşünaslığı  yaratdı. 



M.Arif  əsərin  elmi  yeniliyini  və  əhəmiyyətini,  onda  mürəkkəb  bir  tədqiqat  vəzifəsinin  yerinə  yetirildiyini 

göstərərək yazmışdır:  «Bu əsərin şəksiz qiyməti ondadır ki, özünün elmi münasibəti ilə bu tənqidin ədəbi 

həyatdakı  tarixi  yerini  inandırıcı  şəkildə  təyin  edir,  onun  nailiyyətlərini  Azərbaycanda  ədəbi-tənqidi  fikrin 

sonrakı  inkişafı  ilə  əlaqələndirir.  Talıbzadənin  kitabı  öz  tarixiliyi,  bütövlüyü  və  elmi  prinsipiallığı  ilə 

fərqlənir». 

Şübhəsiz,  monoqrafiyasının  çox  müsbət  və  qiymətli  tərəflərindən  biri  müəllifin  öz  qarşısında 

mürəkkəb  və  çətin  vəzifəni  elmi  cəhətdən  tədqiq  etməsindən,  milli  tənqidi  tarixi  bir  hadisə  olaraq  təqdim 

etməsindən  ibarətdir.  Buna  uyğün  olaraq  müəllif  əsərdə  estetik  fikrin,  ədəbiyyat  haqqında  nəzəriyyənin, 

tənqidin  Azərbaycan  ədəbiyyatının  çox  güclü  və  özünəməxsus  bir  sahəsini,  canrını  təşkil  etdiyini,  milli 

tənqidimizin  tarixi  inkişaf  xüsusiyyətlərini  və  mərhələlərini,  ədəbiyyatın  tərəqqisində,  xalqın  mənəvi  və 

estetik  düşüncəsinin  formalaşmasında  fəal  rolunu  göstərirdi  .  Kitaba  məzmunlu  bir  ön  sözü  yazmış 

ədəbiyyatşünas  Y.Qarayev  düzgün  qeyd  edibdir  ki,  burada  tənqid  “xalqın  ictimai  fikir  və  vətəndaşlıq 

tarixinin fəal bir ədəbi və publisist təzahür sahəsi”

2

 kimi tədqiqata cəlb olunmuşdur. Bu vəzifə öz növbəsində 



tədqiqatın elmi istiqamətini, strukturunu və metodologiyasını da müəyyənləşdirmişdir. Milli tənqidin tarixi 

kökləri,  X!X  əsrin  tənqidi,  onun  təşəkkülü  və  məktəb  səviyyəsinə  yüksəlməsi,  nəhayət,  XX  əsrin 

əvvəllərində  tənqidin  ədəbi  prosesdəki  iştirakı  və  mövqeyi,  tənqidin  əsas  ideya-metodoloci  cərəyanları 

monoqrafiyanın  müxtəsər  problematikası  və  elmi  strukturu  belədir.  Deməliyik  ki,  monoqrafiyanın  elmi 

strukturunun  bu  cür  təyin  olunması  onun  materialının  mürəkkəbliyi  və  çoxcəhətliliyi  ilə  -  XIX-XX  əsrlər 

ədəbi-tarixi prosesinin xüsusiyyətləri ilə şərtlənir. 

Lakin həmin əsrlərdə tənqidin bir çox cəhətdən yeni şəkildə və funksiyada meydana çıxmasını sübut 

üçün  müəllif  ilk  növbədə  qədim  və  orta  əsrlər  Azərbaycan  ədəbi  fikrinin  sistemli  bir  hadisə  kimi  inkişafı 

faktına  diqqəti  cəlb  edir  və  bununla  da  estetik  fikrimizin  bu  mərhələsini  daha  dərindən  və  hərtərəfli 

öyrənmək vəzifəsini müəyyənləşdirir. Kitabın bu ideyasını son dərəcə qiymətli və perspektivli hesab etmək 

olar, hətta müəllifin bu əsrlərin ədəbi fikri üzərində müxtəsərcəsinə dayanıb izah etməsi, Şərq və Azərbaycan 

ədəbi-estetik  irsinin  bu  əsrlərdə  necə  zəngin  və  bütöv  bir  estetik  sistem  olmasını  aydınlaşdırması  mühüm 

metodoloci əhəmiyyət kəsb edir. 

M.F.Axundov  tənqidinin,demək  olar  ki,  heç  bir  mühüm,  əsas  məsələsi  monoqrafiyada  müəllif 

nəzərindən  qaçmayıb:  əksinə,  o,  məsələlərin  təxminən  hamısını  əhatə  etməyə,  onlara  elmi  münasibət 

bildirməyə çalışır və bu məqsədinə nail olur. Lakin həmin məsələlər içərisində bir sıra elə ümumiləşdirici, 

konseptual xarakterli məsələlər vardır ki, onları konkret, müfəssəl aydınlaşdırmağa, geniş ədəbi-tarixi fakt və 

materialın təhlili ilə şərh etməyə çalışır ki, bununla da öz tədqiqatını əhəmiyyətli dərəcədə dərinləşdirməyə 

nail  ola  bilir.  Daha  doğrusu,  müəllif  sübut  edə  bilir  ki,  M.F.Axundovun  tənqidi  yalnız  ayrı-ayrı  ədəbi 

məsələlərin şərhindən ibarət bir yaradıcılıq hadisəsi deyildir, bəlkə əksinə, bu tənqid öz daxili məzmunu, öz 

nəzəri əsası etibarilə bütöv bir sistemdir və o da diqqətə layiqdir ki, bu sənət nəzəriyyəsinin əsas, mərkəzi 

məsələsi  realizm  problemidir,  realizmin  nəzəri  cəhətdən  milli  ədəbi  prosesdə,  Yaxın  Şərq  estetik  fikrində 

əsaslandırmaq  vəzifəsidir.  Eyni  zamanda  tədqiqatçı  Axundov  tənqidinin  bəzi  mübahisəli  müddəaları 

üzərindən  də  sükutla  keçmir,  əksinə,  bunları  da  tədqiqata  cəlb  edir.  Bu  barədə  fikirləri,  mülahizələri 

dəqiqləşdirir, dərinləşdirir. 

Axundovdan  sonrakı  dövrlərdə  Azərbaycan  ədəbi  tənqidinin,  heç  şübhəsiz,  ən  yüksək  və  zəngin 

inkişaf  mərhələsi  XX  əsrin  əvvəlləridir.  Vaxt  etibarilə  qısa  bir  zaman  məsafəsini,  yəni  1900-1920-ci  illəri 

əhatə etsə də, öz məzmunu, öz xarakteri, həll etdiyi yaradıcılıq məsələlərinin əhatəliyi və mənası etibarilə, 

ideya-estetik  meylləri  və  cərəyanlarına  görə  bu  illər  milli  ədəbi  tənqidin  daha  mürəkkəb  və  dinamik 

mərhələsidir.  Həmin  mərhələdə  tənqidimiz  daha  mürəkkəb  yaradıcılıq  məsələlərinin  həllinə  girişmiş,  öz 

dövrünün ideya-estetik axtarışlarında və mübarizələrində fəal, çoxcəhətli şəkildə iştirak etmişdir. 

K.Talıbzadə  kitabının  çox  qiymətli  məziyyətlərindən  biri  də  elə  budur  ki,  öz  təhlilləri  ilə  və  bu 

təhlillərə cəlb etdiyi zəngin, müxtəlif ədəbi-tarixi material vasitəsi ilə tənqidin ədəbi-bədii prosesdəki fəal, 

canlı  iştirakını,  tənqidi  təfəkkürdə  gedən,  mürəkkəbləşən  mübarizələri,  müxtəlif,  əks  estetik  və  ictimai 

baxışların üzləşməsini bütün təfsilatı ilə, geniş və ətraflı şəkildə açıb göstərməyə nail olmuşdur. 

XX  əsr  tənqidinin  həyata  keçirdiyi  vəzifələr  böyük  və  geniş  yaradıcılıq  vəzifələri  olmuşdur. 

K.Talıbzadə bunu həm realist, həm də romantik tənqidin fəaliyyətinin, ideya-estetik problematikasının izahı 

və  təhlili  ilə  qənaətbəxş  səviyyədə  hiss  etdirə  bilmişdir.  Ancaq  bu  vəzifələr  arasında  daha  mühüm  və 

əhəmiyyətli olanları da vardır ki, müəllifin həmin vəzifələri monoqrafiyanın mərkəzi mövzusu etməklə onun 

tədqiqat  ideyasını  əhəmiyyətli  dərəcədə  dərinləşdirmişdir.  Realizm  nəzəriyyəsini  M.F.Axundovun  bu 

sahədəki  ənənələrini  inkişaf  etdirmək,  tənqidi  realizm  konsepsiyasını  işləyib  hazırlamaq,  Azərbaycan 

                                                           

2

 Qarayev Y. Tənqidimizin tarixi // Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. – Bakı:1984, s.4 




 

 

11

 

ədəbiyyatının qabaqcıl xüsusiyyətlərini izah etmək, romantizmin prinsiplərini elmi cəhətdən əsaslandırmaq 



tənqidin yerinə yetirdiyi ümdə  vəzifələrdəndir. İkinci mühüm ideya-metodoloci vəzifə tənqidin milli ədəbi 

tarixi prosesin elmi konsepsiyasını yaratmaq sahəsindəki fəaliyyətidir. Monoqrafiyada K.Talıbzadə bu vəzifə 

üzərində də ətraflı dayanır, zəngin faktiki materialın təhlili ilə milli ədəbiyyatın tarixini yaratmaq ideyasını 

XX əsr qabaqcıl tənqidinin əsas tədqiqat vəzifələrindən biri kimi aydınlaşdırır. 

 «Azərbaycan ədəbi tənqidinin tarixi» monoqrafiyasının əsas elmi məzmunu və problematikası belədir. 

Bu  deyilənlərdə  müəllifin  necə  geniş,  əhatəli,  qollu-budaqlı  bir  problemi  işıqlandırdığını  göstərir.  Lakin 

bütün bunlarla yanaşı Azərbaycan ədəbi tənqidinin tarixi varlığını meydana çıxarmaq, təşəkkülünü və inkişaf 

yolunu  əks  etdirmək  monoqrafiyanın  ən  əsas  elmi-nəzəri  dəyəridir.  Tənqid,  estetik  fikir  -  Azərbaycan 

ədəbiyyatının  çox  güclü,  ayrılmaz  tərkib  hissəsidir.  -  K.Talıbzadə  kitabının  əsas  tədqiqat  ideyasının, 

nəticələrindən  birini  belə təyin  etmək  mümkündür.  Müəllif  tədqiqata  cəlb  etdiyi  külli  miqdarda  materialın 

təhlili ilə,  kitabın  bütün tədqiqat  gücü  və  miqyası  ilə  sübut  edə  bilir  ki,  Azərbaycan  ədəbiyyatında tənqid, 

estetika  və  ədəbiyyat  nəzəriyyəsi  XX  əsrdən  əvvəl  də  nəinki  mövcud  olmuş,  həm  də  bu  fikir  öz  dövrünün 

qabaqcıl, bədii təcrübəsi və elmi-nəzəri fikri səviyyəsində dayanaraq ədəbiyyatın inkişafına, onun vəzifəsinin 

həyata keçirilməsinə fəal təsir göstərə bilən bir yaradıcılıq amili olmuşdur. 

Tarixilik,  tədqiqat  ideyasının  əhatəliliyi  və  ideyanın  konkret  ədəbi-tarixi  material  və  kontekstdə 

açmaq, inkişaf etdirmək, nəzəri ümumiləşdirmə dərinliyi, milli tənqidin inkişaf mərhələlərini qabaqcıl dünya 

ədəbi-fəlsəfi  fikri  ilə  əlaqədə  izləmək  -  K.Talıbzadənin  monoqrafiyasını  müasir  ədəbiyyatşünaslığın  ciddi 

nailiyyəti kimi qiymətləndirməyə əsas verir. 

 

*             *             * 



Beləliklə, hər cür əsasımız vardır ki, K.Talıbzadənin ədəbi tənqid tarixinin və nəzəriyyəsinin görkəmli 

mütəxəssislərindən olduğunu, bu sahədə özünün diqqətəlayiq əsərləri, bu əsərlərdə əldə etmiş olduğu elmi 

nəticələri ilə müasir ədəbiyyatşünsalığımızda xüsusi tədqiqat istiqaməti yarada bildiyini təsdiq edək. Həm də 

yalnız «Azərbaycan ədəbi tənqidini tarixi» monoqrafiyası ilə yox, başqa əsərləri də bu nəticəyə gəlməyə əsas 

verir. 

Təniqidin  tarixi  onun  müasir  dövründən,  müasir  inkişafından  və  problemlərindən  ayrılmazdır. 



Azərbaycan  tənqidinin  də  son  iki  əsr  müddətində  tarixi  onun  bütün  mərhələ  və  cərəyanlarının  varislik 

vəhdəti  və  əlaqəsi  bunun  təsdiqidir.  Akademik  K.Talıbzadənin  kitablarının  birini  «Ədəbi  irs  və  varislər» 

/1974/  adlandırılması  da  təsadüfi  deyil,  tənqid  prosesini  tarix  və  müasirliyin  vəhdətində  təhlil  etməsinin 

göstəricisidir və bu  bizə haqq verir ki, K.Talıbzadənin ədəbi tənqidimizin tarixi ilə ardıcıl və sistemli məşğul 

olduğunu  təsdiq  edək.  Belə  ki,  alim  əllinci  illərin  axırlarından,  xüsusən  də  60-70-ci  illərdə  müasir  tənqid 

haqqında  müntəzəm  olaraq  problem  icmal  məqalələri  ilə  mətbuatda  çıxış  edərək  tənqidin  cari  meyllərini, 

qayğı  və  ehtiyaclarını,  tənqidin  yaradıcılıq  vəzifələrini  təhlildən  keçirmiş,  tənqidi  fikrin  hansı  istiqamətdə 

dəyişməsini, dərinləşməsini göstərmişdir. Tənqid necə olmalıdır, əsas vəzifə və rolu nədən ibarətdir, müasir 

ədəbi  və  sosial  prosesdə  tənqidin  yeri  necədir?  K.  Talıbzadənin  icmallarda,  problem  məqalələrdə  üzərinə 

düşündüyü, təhlil və tədqiq etdiyi məsələləri belə təyin etmək olar. Müasir tənqidin ünvanına «bizdə tənqid 

yoxdur»  ,  «bizdə  tənqid  geridə  qalır,  tənqid  ölgündür»  və  s.  bu  kimi  vaxtaşırı  mətbuatda  səslənən 

maksimalist  hökmlərin  və  nəticələrin  əsassız  olduğunu,  bu  cür  qənaətlərin  ədəbi-bədii  tənqidin  real 

vəziyyətinə  və  perspektivlərinə  bəsit  və  hikkəli  münasibətdən  doğduğunu  göstərir.  Bununla  yanaşı 

K.Talıbzadə  məqalələrində  tənqid  haqqında  onun  yüksək  vəzifəsi  və  rolu  haqqında  dəqiq  fikirlər  söyləyir, 

aydın  nəticələr  çıxarır:  «Tənqid  ədəbiyyatın  çox  çətin,  geniş  dünyagörüş,  yüksək  nəzəri  hazırlıq  və 

mədəniyyət tələb edən bir sahəsidir. Bütün bu xüsusiyyətlərə malik hazırlıqlı tənqidçi uzun müddətə yetişir, 

formalaşır». «Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə 

malik olmalıdır. Bütün bunlarla yanaşı həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşə sahib 

bir  adamı  olmalı,  dövrünün  hakim  görüşlərini  izah  və  inkişaf  etdirməyi  bacarmalıdır.».  «Tənqidçi  bədii 

əsərin əsl poetik gözəlliyini meydana çıxarmalıdır». «Nəzəri hazırlığın zəifliyi nəticəsidir ki, yazılan tənqidi 

məqalələrin çoxu təəssürat xarakteri daşıyır». «Ədəbi tənqid ədəbiyyatla yanaşı bədii əsər kimi cəmiyyətə, 

ədəbi  zövqün  inkişafına,  ictimai  fikrin  tərəqqisinə  xidmət  edir».  «Tənqid  əsər  haqqında  təəssürat  deyildir, 

oxucu  və  yazıçı  rəyi  də  deyildir.  Tənqid  elmi  şəkildə  müasir  ədəbiyyatın  qanunauyğunluqlarını  kəşf 

etməkdir».  Alimin  ayrı-ayrı  illərdə  yazdığı  müxtəlif  məqalələrindən  gətirilən  bu  sözlər,  bu  qənaətlər  və 

mülahizələr, söz yox ki, məlum və qəbul olunmuş həqiqətlərdir. Ancaq onlar K.Talıbzadənin məqalələrində 

tövsiyə, öyüd-nəsihət olaraq qalmır, alim bu qənaətə və mülahizələrə tənqidin sənət kimi, fikir və təfəkkür 

sənəti kimi dərkindən və təhlildən gəlib çıxır, ədəbi prosesə analitik baxışdan onları əxz edir və buna görə də 

onun məqalələrində tənqid barədə nəzəri fikir və mülahizələr mücərrəd səslənmir, mücərrəd təsir bağışlamır. 

K.Talıbzadənin tənqidin mahiyyəti, spesifikası barədə fikirlər silsiləsindən bir fikri də - tənqidin bədii hadisə 

olması, yaradıcılıq aktı olması barədə fikrini də qeyd etmək vacibdir, çünki bu fikir də onun tənqid barədə 




 

 

12

 

çoxillik fikri-hissi axtarışlarından, tənqidin mürəkkəbliyini idrakdan doğmuş, hasil olmuş həqiqətlərdəndir. 



O, düzgün olaraq belə hesab edir ki, tənqid ancaq izah və şərh etmir, həm də yaradır; tənqid də yaradıcılıqdır; 

özünəməxsus  sənətdir.  Bu  məqamda  onun,  məsələn,  bir  münasibətlə  söylədiyi  mübahisəsinə  də  bəraət 

qazandırmaq  lazım  gəlir.  K.Talıbzadə  hətta  «ədəbi  tənqid»  anlayışını  bir  o  qədər  də  dəqiq  saymır,  bunun 

əvəzində «bədii tənqid» anlayışını təklif edir; belə hesab edir ki, ədəbiyyatın predmeti insan, insanın mənəvi 

və  ictimai  varlığıdır.  Və  buna  görə  də  həqiqətən  «zəmanəmizdə  tənqidin  əhatə  etdiyi  məzmun  xeyli 

zənginləşmiş,  mürəkkəbləşmişdir».  Şübhəsiz  ki,  bu  belədir.  Böyük  tənqid  bütün  dövrlərdə  insanın  xüsusi, 

özünəməxsus  idrakı  deməkdir,  sənət  vasitsi  ilə,  bədii  əsərin  ideyası  və  materialı,  bədii  aləmi  vasitəsi    ilə 

dərki deməkdir. Məhz buna görə də tənqid-müasir sənətin fəlsəfəsidir. O da çox səciyyəvidir ki, tənqidin bu 

ali  missiyasından,  tənqidçi  mədəniyyətindən  və  şəxsiyyətindən,  tənqidçi  məsuliyyətindən  və 

mütəfəkkirliyindən  danışarkən  K.Talıbzadə  ilk  növbədə  M.F.Axundov,  F.Köçərli,  Ə.Hüseynzadə  kimi 

tənqidçilərin irsini yada salır, milli tənqidin bütün sonrakı inkişafının bu irs üzərində yüksəldiyini  mümkün 

olduğunu  göstərir.  Alimə  görə  bu  tənqidin  gücü  onun  fikrinin  dərinliyində  və  gerçəkliyində,  tərəqqi  işinə 

xidmət  etməsindədir.  Bir  ədəbiyyatşünas  və  tənqidçi  kimi  K.Talıbzadə  məşhur  tənqidçilər  nəslinin 

əhatəsində,  M.Arif,  M.Rəfili,  M.Hüseyn,  M.Jəfər,  M.İbrahimov,  J.Jəfərov,  Ə.Sultanlı,  H.Araslı, 

F.Qasımzadə,  ,  Ə.Ağayev,  O.Həsənov,  Ə.Mirəhmədov  kimi  müxtəlif  tənqidçilərin  fəaliyyət  göstərdikləri, 

S.Vurğun kimi işıqlı bir şəxsiyyətin tənqidlə də ehtiraslı məşğul olduğu, böyük sənət konsepsiyasını inadla 

müdafiə  etdiyi  bir  ədəbi  epoxada,  bir  ədəbi  prosesdə  və  hərəkatda  yetişmişdir.  O,  məqalələrində  bu 

tənqidçilərdən,  ədəbiyyat  alimlərindən  həmişə  xüsusi  bir  məhəbbətlə,  onların  hər  birindən  şəxsiyyət 

səviyyəsində danışır, bu tənqid irsinin tarixi rolunu, çətin bir recim şəraitində yaranmasına baxmayaraq onun 

böyük  tənqidə  məxsus  məna  və  fikir  aydınlığını,  estetik  və  bədii  idrak  gözəlliyini,  sənətə  qızğın  və 

təmənnasız xidmət hissini, ən ümdəsi isə vətəndaşlığı və cəsarəti, elmiliyi və ciddiyyəti qoruyub saxladığını 

göstərir.  Bu  bizcə,  K.Talıbzadənin  ədəbi  tənqidi  öyrənmək  sahəsindəki  fəaliyyətinin  ən  mühüm 

dəyərlərindən  və  yekunlarından  biridir.  Müasir  tənqidçilər  arasında  K.Talıbzadə  bir  adı  -  Məmməd  Arifin 

adını xüsusi bir vurğu ilə çəkir, bu tənqidçinin bütöv bir dövrün ədəbi prosesində və hərəkatındakı misilsiz 

xidmətlərini  araşdırır.  K.Talıbzadə  doğru  göstərir  ki,  M.Arif  «yazıçı  və  alimlərimizin  böyük  bir  nəslinin 

müəllimi  olmuşdur».  Özündən  əvvəlki  nəslin  işinə  və  xatirəsinə,  irsinə  və  ənənəsinə  bu  dərin  və  səmimi 

ehtiram  hissi  hər  tədqiqatçı  üçün  olduğu  kimi,  K.Talıbzadə  tədqiqatlarının  da  dəyişməz  mənəvi 

keyfiyyətlərindəndir.  Buna  inanmaqdan  ötrü  isə  müəllifin  «Tənqidimiz  haqqında  qeydlər»,  «Ədəbi  irs  və 

varislər», «Tənqid və tənqidçilər» kitablarını bir də oxumağı tövsiyə etmək olar. Bu kitablarında K.Talıbzadə 

müasir  tənqidin  ən  canlı,  ən  mürəkkəb  məsələlərinə  müraciət  etmişlər.  Lakin  elə  təsəvvür  yaranmasın  ki, 

K.Talıbzadə tənqidin nəzəriyyəsi ilə məşğul olmaqla kifayətlənmiş tədqiqatçılarımızdandır. Yox, bu qətiyyən 

belə  deyildir.  Tənqidin  gücü  onun  birinci  növbədə  müasir  ədəbiyyatı  dərketmə  və  qiymətləndirmə 

səviyyəsində  və  məzmunundadır.  K.Talıbzadə  bu  həqiqəti  çox  gözəl  başa  düşür  və  buna  görə  də  tənqidin 

tarixi ilə yanaşı o, müasir əsərlər haqqında, müasir ədəbiyyat haqqında, müasir yazıçılar haqqında da yazır, 

bu  yol    vasitəsi  ilə  də  müasir  ədəbi  prosesə  müəyyən  münasibəti  -  alim  və  ziyalı  münasibətini  bildirir. 

«Yazıçı ideyası və təhkiyə», «Müasir kənd və nəsrimiz», «Azərbaycan» curnalı-1981» və s. məqalələri onun 

hələ  əllinci  illərdə  yazdığı  tənqidi  məqalələrinin,  məsələn,  M.Hüseynin  «Səhər»  romanı  haqqında 

məqaləsinin  davamı  kimi  qeyd  oluna  bilər;  əsərə  ciddi  planda,  geniş  ölçülərlə  yanaşmağın,  əsəri  onun 

qanunları,  materialı  və  vəzifələri  daxilində,  əsəri  onun  konsepsiyasından  və  mövzusundan  çıxış  edərək 

yazıçının üslubu və poetikası işığında hərtərəfli və professional təhlilini verməyin nümunələri hesab etmək 

olar.  Bu  məqalələr  həm  də  bunu  təsdiq  edir  ki,tənqidin  təcrübəsinə  və  nəzəriyyəsinə  bələdlilik,  tənqidin 

spesifikasını  və  vəzifələrini  dərin  anlayış,  tənqiddə  aydın  ideya  mövqeyi  və  dəqiq  metodoloci  meyarlara 

yüksək  səviyyədə  riayət  -  müasir  ədəbiyyat  haqqında  ümumiləşdirici  nəticələr  çıxarmağın,  cəmiyyətin, 

insanın  həyatında  və  məişətində,  mənəvi  aləmində  onun  barədə  yeni  fikir  söyləməyi;  bədiiliyin  daxili 

meyllərini duyumun və duyumu, sezimi sosial-fəlsəfi kateqoriyalarda ifadə etməyin yeganə doğru yoludur. 

Yalnız onu qeyd etmək istərdik ki, öz fəaliyyəti dövründə akademik Kamal Talıbzadə nədənsə tənqidçilik 

istedadının və bacarığının bu imkanlarından bir qədər az, müəyyən fasilələrlə istifadə etmişdir. 

Akademik  Kamal  Talıbzadənin  çoxcəhətli  və  uzunillik  ədəbiyyatşünaslıq  fəaliyyətinin  ümumi 

cizgiləri  belədir.  Alimin  tənqiddə,  ədəbiyyat  elmində  keçdiyi  yol  ciddi,  miqyaslı  fundamental  tədqiqatlar 

yoludur,  ədəbiyyatşünaslığı  yeni  ideyalarla,  konsepsiyalarla  zənginləşdirmək  yoludur,  ədəbiyyatşünaslığın 

ali vəzifələrinə xidmət yoludur və varisləri qorumaq, inkişaf etdirmək, dərinləşdirmək yoludur.  

Ədəbiyyatşünas olmaq, ədəbiyyatşünaslığı vəzifə və fəaliyyət sahəsi kimi seçmək və bütün ömrü boyu 

bu vəzifəyə sadiq qalmaq, ona xidmət etmək böyük və şərəfli işdir; bu fikir və təfəkkür fəaliyyətidir, xalqın 

bədii ədəbiyyatında, sənətində, bədii sözündə, mədəniyyətində ifadə olunmuş mənəvi həyatının tədqiqatçısı 

olmaq deməkdir. Ədəbiyyatşünas olmaq ədəbiyyatda, poeziyada əks olunmuş insanşünaslıq elmi ilə məşğul 

olmaq deməkdir, ədəbiyyat vasitəsi ilə, ədəbiyyatın obrazlar, ideyalar, konsepsiyalar aləmi vasitəsi ilə insan 




 

 

13

 

taleyini,  insan  aləmini  idrak  və  tədqiq  etmək  deməkdir.  Ədəbiyyatşünas  olmaq  xalqın  bədii  sözündə 



təcəssümünü tapmış həyat və dünya fəlsəfəsinin, ictimai fikrinin dərkinə səy göstərmək deməkdir; sənətdəki, 

poeziyadakı səadət və gözəllik dünyasını insan üçün izah və şərh etmək, bu yol ilə dünyanı yeni bir şəkildə 

kəşf  etmək  deməkdir.  Ədəbiyyatşünas  olmaq  nəsillər  arasında  mənəvi  varislik  əlaqəsinin  qırılmamasına 

çalışmaq, bəşəri yaddaşı qorumaq, hifz etmək deməkdir, ziyalılığı, maarifçiliyi uca tutaraq nəsillərə aşılamaq 

deməkdir. Nəhayət, ədəbiyyatşünas olmaq ədəbiyyatın, sənətin varisliyini inkişaf etdirmək, ədəbi dövrlər və 

mərhələlər  arasında  bu  hissin  itməməsinə  əmək  və  qüvvə  sərf  etmək  deməkdir.  Azərbaycan 

ədəbiyyatşünaslıq məktəbinin ən əsas fəlsəfəsi və mənəvi məğzi bunlardan ibərətdir. Kamal Talıbzadə bütün 

fəaliyyəti  boyu,  özünün    yarım  əsrlik  tənqidçilik  və  ədəbiyyatşünaslıq  əməyi  ilə,  yorulmaz  və  ilhamlı 

fəaliyyəti ilə ədəbiyyatşünaslığın bu nəcib və yüksək ideallarına xidmət  etmişdir. Bütün bunlara əsasən də 

belə hesab edə bilərik ki, K.Talıbzadənin tədqiqatları milli ədəbiyyat elmimizin, tənqid sənəti nəzəriyyəsinin, 

ədəbiyyatşünaslığımızın  dəyərli  fonduna  daxildir.  Çünki  bu  əsərlərin,  monoqrafiyaların  tədqiqat  əsasları, 

mənəvi  başlanğıcı  sağlam  və  möhkəmdir,  ədəbiyyatımızın  fəlsəfi  və  estetik  ənənələrinə  güvənir. 

Dediklərimizə onu da əlavə etsək ki, Kamal Talıbzadə həm də bu müddət ərzində mötəbər elm təşkilatçısı 

olmuşdur, milli ədəbiyyatşünaslığın, milli filologiya məktəbinin mərkəzi Ədəbiyyat İnstitutunda işləmişdir, 

burada  kiçik  elmi  işçi  və  aspirant  olmaqdan  akademiklik  səviyyəsinə  qədər  yüksəlmişdir,  bu  institut  onun 

yeganə  əsas  iş  və  fəaliyyət  yeri  olmuşdur,  onun  divarları  arasında  ədəbiyyatımızın  çoxcildlik  tarixləri 

yazılmış və Kamal müəllim bu işin təşkilində ən fəal alimlərdən biri olmuşdur; iyirmi il institutda direktor 

müavini  vəzifəsində  çalışaraq  institutun  cari  və  perspektiv  tədqiqat  vəzifələrini, metodoloci  istiqamətlərini 

hazırlamış,  yeni  çoxcildlik  ədəbiyyat  tarixinin  elmi  konsepsiyasını  müəyyənləşdirmiş,  institutun  potensial 

intellektual qüvvəsini ədəbiyyatşünaslığın, ədəbi tənqidin miqyaslı nəzəri məsələlərinin əsaslı həllinə doğru 

yönəltmiş, bir sıra respublika və ittifaq miqyaslı konfransların, məsələn, realizm, romantizm müşavirələrini 

hazırlamış və keçirmiş, bundan əlavə, çoxlu əsərləri redaktə etmiş, mətnşünas kimi işləmiş, aspirantlar, elmi 

işçilər yetişdirmiş, bu kollektivdə ədəbiyyat elmimizin perespektiv problemləri, vəzifələri və yolları barədə 

öz  fikir  və  həyəcanlarını  bölüşdürmüş,  o  halda  Kamal  müəllimin  böyük,  çox  böyük  vəzifələri  həyata 

keçirdiyini  və  bununla  da  əsil  alim  vətəndaşlığı  və  ləyaqəti  nümayiş  etdirdiyini,  müəllimlərinin  yolu  ilə 

getdiyini  etiraf etməli oluruq. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə