Akademik kommunikasiya



Yüklə 16,45 Kb.
səhifə1/2
tarix06.01.2022
ölçüsü16,45 Kb.
#82623
  1   2
Akademik kommunikasiya


Akademik kommunikasiya

Akademik kommunikasiya anlayışı.Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutur.

Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı terminlərlə ifadə olunur:

1. Elmdə kommunikasiya (Science communication)

2. Elmi kommunikasiya (Scientific communication)

Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science communicatio termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir.

“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə tutulur.

Akademik kommunikasiya isə hər iki istiqaməti özündə birləşdirən mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir.

Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması XX əsrin sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb ola bilər.


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə