Akademik Milli Dram Teatrı Teatrın 1873 2012-d illər arasındakı yaradıcılıq yolunun salnaməsi



Yüklə 5,59 Kb.

tarix11.09.2018
ölçüsü5,59 Kb.

background image
 

Rəhimli İlham.  



Akademik Milli Dram Teatrı 

Teatrın 1873 - 2012-d illər arasındakı yaradıcılıq yolunun salnaməsi 

3 cilddə  

III cild 

1970-2012 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ayrı- ayrı dövrlərinə aid elmi-nəzəri 

tədqiqatlar apanlıb, kitablar nəşr olunub. Professor İlham Rəhimlinin üç cilddən ibarət bu kita-

bında ilk dəfə olaraq sənət ocağının tarixi peşəkar milli teatrın təşəkkül günündən çağdaş 

durumuna qədərki dövr xronoloji ardıcıllıqla araşdırılıb. Oxucu hər ilin teatr prosesinin inkişaf 

mərhələləri və real mənzərəsi ilə salnamə prinsipləri əsasmda tanış ola bilər. Həmin ildə 

kollektivin hazırladığı tamaşaların dəqiq tarixi, ifaçıların siyahısı verilib. Yarımçıq qalan işlər 

diqqətə çatdırılıb. Truppaya daxil olan və kollektivdən ayrılan sənətkarlar barədə məlumatlar var. 

Kitablarda tamaşaların proqramları premyera münasibətilə çap olunan nüsxələr əsasmda verilib. 

Ona görə də proqramda adı gedən, lakin tamaşada çıxış etməyən aktyorlar xüsusi qeyd və ya 

aydınlıq bölümləri ilə təqdim olunub. Müəllif teatrın tarixində əsəri ilk dəfə oynanılan 

dramaturqlar barədə də qısa məlumat verib. 

Üç cilddən ibarət kitablarda geniş mənada peşəkar milli teatr prosesinin (1873 - 1919), həmçinin 

1919-cu ildə Dövlət təsisatına keçən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 1919 - 

2012-ci illərdəki inkişaf mərhələlərinin geniş panoramının tarixi, elmi-nəzəri prinsipləri, üslub 

axtarışları, poetika səciyyələri, janr xüsusiyyətləri özünün bədii-estetik səciyyəsini tapıb. 

İstər təhlil prinsipinə, istər tədqiqat dəqiqliyinə və istərsə də tarixi əhatəliliyinə görə Akademik 

teatr haqqındakı üç cilddən ibarət kitab öz fundamentallığına, nəzəri-estetik təhlil prinsiplərinə 

görə çox orijinal və dəyərli elmi əsərlərdir. 

  

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə