Академик олигархийа вя


Mərkəzləşmə və müxtəliflik



Yüklə 0,72 Mb.
səhifə4/4
tarix08.10.2017
ölçüsü0,72 Mb.
#3938
1   2   3   4

Mərkəzləşmə və müxtəliflik:

ABŞ və hollandiya ali təhsilinə hökumət siyasətinin təsiri məsələsinin dəyərləndirilməsi
Ceroen Huisman, Kristafor S.Morfyu

Giriş. Müasir ali təhsil sisteminin yenidən qurulması sahəsində proqram müx­tə­­lifliyi əsas məsələlərdəndir. Müxtəlif millətlilik və dəyişkən əmək bazarlarının möv­­­cud olduğu bir zamanda ali təhsil sisteminin imkanları bu müxtəlif tələbatları ödə­­­mə sahəsində müsbət indikator rolunda özünü səciyyələndirməkdən ibarət ol­ma­lıdır.

Ali təhsil üzrə tədqiqatçılar, dövlət sistemləri və yerli hökumətlər təhsildə fərq­­lilik faktorunu vacib nə­zə­ri və siyasi məsələ kimi qiymətləndirirlər. Hal-hazır­da Avs­tri­ya, Avstraliya, Hollandiya və Finlandiya əhalisi öz ali təhsil sistemlərində müx­təliflik prinsipini artıq qəbul etməyə başlamışlar.

ABŞ da öz ali təhsil sistemlərində dəyişiklik edərək müxtəliflik sahəsinə da­xil olmağa çalışır.

Bu dəyişiklik siyasəti həm sistemi, həm də proqram islahatını əhatə edir.

Hal-hazırda Avstriyada hökumət artıq bu islahat sahəsində işə başlayıb və ilk addım da daha rəngarəng ali təhsil sisteminə nail olmaq olub. 1980-cı illərin sonun­da Avstriya hökuməti böyük miqdarda müxtəlif təhsil müəssisələri təsis etdi. 1990-cı il­lərin əvvəllərində isə milli keyfiyyət təminatlı strukturlar təqdim etdi, əlavə fondlar yaratdı ki, həmin ali təhsil müəssisələrinin fəaliyyətinə yardımı olsun.



Bu məqalənin məqsədləri. Bu məqalə əsasən ABŞ və Hollandiyada ali təhsil sistemində müxtəliflik prinsipini yaratmaq sahəsində hökumətin atdığı addımlardan bəhs edir.

Əvvəlcə biz ali təhsil sahəsindəki müxtəliflik prinsipi üzərində əvvəlki təd­qi­qat­­çılar haqqında qısa şərh veririk.

İkinci olaraq, bu proqramın ABŞ-da və Hollandiyada nə qədər vacib olması mə­sələsini tam aydınlığı ilə təqdim edirik.

Üçüncüsü isə, məqsəd təhsil proqramının müəyyən zaman kəsiyində, xüsusilə də ABŞ və Hollandiyada pisləşməyə doğru gedib-getməməsini praktik tarixlər Vasi­tə­­silə tədqiq etməkdir.

Nəhayət, bu məqalədə biz yeni tapıntılardan və gələcək planlara dair izahat­lar­­dan bəhs edirik.

Müxtəliflik üzərində tədqiqat: qısa şərh. Qeyd olunduğu kimi, müxtəliflik üzə­rində aparılmış elmi tədqiqatlar istər konsepsiyalaşma, istər nəzəri, istərsə də me­to­doloji cəhətdən fərqli olub. Perspektivlər fərqli olsa da, bəzi faktorlarda uyğun­gəl­mə halları nəzərə çarpır. Amerikalı alim Berinbaum qeyd edir ki, 1960-1980-cı illər ər­zində həmin proqram Ştatlarda genişlənməmişdir.

Alim Roudiz qeyd edir ki, bu sahədəki inkişaf Fransa ali təhsil sistemində özü­nü göstərir və eləcə də, ABŞ, İngiltərə, Şotlandiya təşkilati sahədə iş aparma­lı­dır­lar.

Maassen və Rotman inkişaf planlarını tədqiq edərək belə nəticəyə gəliblər ki, Hollandiya universitet sektoru da müvəffəq ola bilməyib. Təhsil müəssisələri heç bir məzmunlu və fərqlənən profillərə nail ola bilməyiblər.

Bütövlükdə isə tədqiqatçıların bir qismi daha çox inanır ki, bu sahədəki irəliləyiş ancaq hökumətin təsiri altında baş verə bilər.

Bir sıra maneələr isə hələ də akademik təşkilatlarda özünü büruzə verir.

Hollandiya ABŞ-da müxtəliflik dublikat proqramlar. Hal-hazırda 42 ştat­da dövlət səviyyəsində ali təhsil agentliyi fəaliyyət göstərir və onlara səlahiyyət ve­rilir ki, ictimai kollec və universitetlərin təklif etdikləri yeni dərəcə proqramlarını təs­diq və ya rədd etsinlər.

Hollandiyada hökumət müxtəliflik (fərqlilik) proqramını genişləndirməyə səy göstərir. Hollandiya hökuməti təhsil sistemində sərbəst qərar çıxartmaya daha çox üstünlük verir. Hökumət yalnız bu qərarlar ziyanlı olduğu halda ona müdaxilə edə bilər. Onların da ABŞ-dakı kimi agentliklərə ehtiyacı vardır ki, dərəcə proqramm­la­rı­na nəzarəti gücləndirə bilsinlər.



Nəticə. Bizim gəldiyimiz nəticələr çox vacibdir, çünki, bununla biz sübut et­dik ki, «ali təhsilin bazar idarəetmə sistemi müxtəlifliyi təmin edir» hipotezi yan­lış­dır, eyni zamanda hökumətin ali təhsil siyasətinin bu proqramı məhdudlaşdırdığı fik­rini rədd etdik.

Bu tədqiqat ali təhsil sisteminə hökumətin effektiv təsir edə biləcəyi sahənin tədqiqi sahəsində atılan ilk addımdır. Belə ki, bu iş cavabdan daha çox suallar do­ğurur.

Bütün bunlara baxmayaraq, bizim tapıntıla­rımız özü-özlüyündə əsaslıdır. Bu sahədə bizim işimiz nə praktik, nə də nəzəri cəhətdən proqnozlaşdırıl­mayıb. Biz isə tədqiqatlarımızı planlı şəkildə davam etdirəcəyik. Müxtəliflik təhsil proqramının inkişaf hipotezini aşkar etmək yolunda işimizi quracağıq. Bu isə müxtəlif institutlar və sistem kontekstlərin ilə əlaqədə olacaq.

Akademik rəhbərliyə göstərişlər
Mixail Daksner
Qısa məzmunu. Universitetlər dilemma qarşısında dayanırlar: onlar bir tə­rəf­dən yaranmaqda olan sosial və iqtisadi şəraitə uyğunlaşmalı, digər tərəfdən isə öz­lərinin tarixi missiyalarını qoruma­lıdırlar. Belə bir şəraitdə universitetlərin missi­ya­larını, idarəetmə strukturlarını və öz vəzifələrinin həyata keçirilməsində ənənəvilik və çeviklik arasında olan ziddiyyətləri nəzərdən keçirmək tələb olunur. Akademik proq­ramların bütövlüyü qorunmalıdır. Lakin şərait dəyişdikdə bu proqramlar ope­rativ məsələləri həll etmə qabiliyyətini saxlamalıdır.

Gərək universitetin bəzi cəhətləri dəyişməz qalsın ki, onlar həqiqətən dəyişə bil­sinlər. Artıq 20 ilə yaxındır ki, universitetlərin daha effektli, bazar münasi­bət­lə­ri­nə uyğun, dövlət müdaxiləsindən qismən azad və daha liberal idarə olunması haq­qın­da diskussiyalar aparılır.

Universitetlər müasir cəmiyyətlərin rifahının təmin olunmasında mərkəzi rol oynayırlar. Onlar geniş xidmət institutları şəbəkəsinə daxildirlər. Universitetlər təc­rid olunmamış, özlərinin missiyası və elmi standartları vasitəsilə qlobal şəbəkənin his­sə­lərin təşkil edirlər. Universitetlərin missiyası onların «məqsədləri» və «və­zi­fə­lə­ri» arasında fərqi göstərən binar modellə açıqlana bilər. Universitetlərin növləri və iye­rarxiyaları arasında fərqlərə baxmayaraq, onların məqsədləri eynidir: 1) Təlim və tədris; 2) Tədqiqat; 3) Xidmət.

Vəzifələr. Universitetlər özlərini müəssisə kimi yox, müəssisəyə bənzər qu­rum­lar kimi aparmalıdırlar. Biz öz regionumuzun sosial, iqtisadi və mədəni hə­ya­tı­nın başlıca amiliyik. Biz qarşımıza qoyulmuş suallara cavab verməliyik, elmə yol tap­mış səhv müddəaları düzəltməliyik. Və biz pul qazanmalıyıq.

Biz öz qabiliyyətimizi, işçi qüvvəmizi və təcrübəmizi müştəriyə təklif edirkən 2 əsas şərti yaddan çıxarmamalıyıq: 1) Vəzifələrimizin bir qismi həyata keçirilərkən heç bir güzəşt ala bilməz; 2) Akademik müstəqilliyimizi və azadlığımızı məhdud­laş­dı­ran hər bir saziş rədd edilməlidir. Burada qarşıya sual çıxır – biz bu stan­dart­la­rı­mı­zı qoruya bilərikmi? Bizim bazara təklif etdiyimiz dəyər tədqiqatlarımızın və təd­ri­simizin məhsuludur. Missiyanı müəyyən edərkən biz digər məsələlər üçün əlavə və­sait­ləri almaq üçün heç bir akademik sahənin azalmasına və ya inkar olunmasına razı olmamalıyıq.

Universitetlər ləng dəyişirlər. Lakin bu onların gerçəkliyin tələbinə uyğun ola­raq sürətlə dəyişməsini istisna etmir. Kollektiv oxşarlıq nəzəriyyəsinə uyğun olaraq, universitetlərin «korporativ oxşarlığı» iki cəhəti göstərməlidir: ardıcıllıq və çeviklik. Ardıcıllıq universitetlərin missiyası baxımından irəli gəlir. Yeni kontrakt, reputasiya əldə etmək üçün taktiki səylər qarşısında Universitetlərin əsas məqsədlərinə üstün­lük verilməlidir. Bu bir az idealist səslənir. Çeviklik tələbələr və işçi personal üçün çox vacibdir.

Akademiyanın əksər cəhətlərinin saxlanması yeni əsrin tələblərinin həyata ke­çi­­rilməsi üçün zəruridir.

İslahatın 5 elementi: 1) Universitetin başçısının qarşısında duran sual «Alma­ni­yada təlim və tədrisi necə təkmilləşdirmək olar» deyil, «Təlim və tədrisi burada və indi, həmçinin yeni tələbələr və müəllimlər nəsli üçün necə təkmilləşdirmək olar» sua­lı olmalıdır. 2) «Biz milli ali təhsil sisteminin maliyyələşdirilməsini necə dəyişdirə bi­lə­rik» sualı yox, «Gələn maliyyə ili və bir il sonra biz pulu necə əldə edə bilərik» sualı durmalıdır; 3) «Təhsil sistemi hər fənn üzrə ən yaxşı müəllimi necə yetişdirə bi­lər» sualı yox – «Bu xüsusi vəzifəyə biz ən yaxşı kadrı necə tapıb təyin edə bilərik» sua­lı olmalıdır. 4) “Kollecin və ya departamentin təşkil olunmasının ideal forması han­sıdır?” sualı yox – “olan insanlarla mümkün qədər səmərəli necə işləyə bilərik və uy­ğun əmək haqqı ilə işçilərin tərkibini necə inkişaf etdirə bilərik?” sualı olmalıdır; 5) «Yaxşı universitetlər hansılardır» sualı yox – «Bizim universitetimiz onun hər bir üzvü üçün və ictimaiyyət üçün necə yaxşı bir yerə çevrilə bilər? sualı olmalıdır.

Universitetlərin muxtariyyətini

yenidən müəyyən edərkən
Henri Vasser
Muxtariyyətin xarakteri. Tarixən muxtariyyət məfhumunun tələbə seçici­lə­rə şamil edilən Boloqna modeli və əsasən universitetə şamil edilən, tədrisin azadlığı ki­mi qəbul olunan Paris modeli olmuşdur. Lakin sonrakı Humboldt modeli döv­lə­tin müdaxiləsi ilə universitetə öz işçi heyətini seçmək və onların azad işlərini təmin et­mək hüququnu verdi. Dövlət akademi­yanın «daxili həyatına» müdaxilə etmir. Britaniya modeli alimlərin mülkiyyəti olan korporasiya kimi təsəvvür olunur ki, bu korporasiyada Universitet Qrant Komitəsi, dövlət və universitet arasında danışıqlar səhnəsi idi.

Digər interpretasiya muxtariyyətin bir-birindən az fərqli olan 4 müxtəlif formalarını irəli sürür: 1) Kant forması (dövlət yalnız müəyyən məsələlərə müdaxilə edir; 2) Humboldt forması (dövlətin böyük köməkedici rolu var); 3) Napaleon for­ması (dövlət məsələlərin əksəriyyətini həll edir); 4) Britaniya forması (alimlərin mül­kiy­yət sahibi olan korporasiyası dövlət tərəfindən dəstəklənir, lakin onlar özləri öz mü­qəddəratlarını müəyyən edirlər).

Son onillərdə akademik muxtariyyətin mahiyyətini müəyyən edən həlledici fak­tor ali təhsilin genişlənməsi olmuşdur. O, universitet və dövlət arasında sərhədi də­yişdirmişdir. Fərdi tarixdən, dövlətin inkişafı və mədəniyyətindən asılı olaraq bu də­yişmə bir ölkədə digərindəkindən fərqli olmuşdur. Əgər Britaniyada dəyişmə mərkəzi hakimiyyətə tərəf yönəlmişdirsə, Fransada – universitetə tərəf olmuşdur. Xro­noloji olaraq, muxtariyyət ən böyük səviyyəyə 1960-cı illərdə çatmışdır. Lakin 1980-ci illərdə dövlətin rolu artmışdır. Paradoks bir hal yaranır. Dövlət mux­ta­riy­yə­ti o vaxt genişləndirir ki, universitet milli normaları yerinə yetirsin. Akademik mux­ta­riyyəti ali təhsil müəllimlərinin öz elmi işlərinin mahiyyətini müəyyən etmək hü­qu­quna oxşatmaq olar.

Muxtar universitetin idarə olunması
Conni Anderson
Hətta Özəl universitetlər bazarın şərtlərini qəbul etməli, tədrisdə, tədris planında və tədqiqatda milli standartlara müraciət etməlidirlər. Muxtar universitet de­dikdə, biz tamamilə dövlət nəzarətindən və ya ictimai fondlardan müstəqil olan ins­titutu nəzərdə tutmuruq. Bu məfhumu biz o universiteti şamil edirik ki, o, hətta ic­timai fonlardan asılı olsa da, özünü idarə etməkdə azaddır, tədrisdə, tədris pla­nın­da, tədqiqatda öz standartlarını və başlıca məqsədlərini müəyyən edir, digər mən­bə­lər­­dən vəsait tapır və öz təşkilatı barəsində qərar qəbul edir. Yaxın gələcəkdə, yəqin ki, hakimiyyətə münasibətdə tam muxtar universitet olmayacaq, lakin biz bir çox öl­kələrdə universitetlərin muxtariyyətinin tədricən artmasının şahidi olacağıq. Mux­ta­riyyətin artması təkcə hakimiyyətin universitetlərə qarşı artan altruist möv­Qe­yin­dən asılı olmayacaqdır. Bunun səbəbi o cümlədən ictimai fondlarda cə­miy­yətin ali təh­sil və tədqiqata olan tələbini ödəmək üçün vəsaitin çatışmaması ola­caq­dır. Uni­ver­sitetlər öz fəaliyyətlərini maliyyələşdirmək üçün mənbələr tapma­lı­dır­lar. Bu yeni azad­lıq indiyədək dövlət tərəfindən tam idarə olunan universitetlər üçün göz­lə­Nil­məz­dir. Lakin medalın özünü yaxın gələcəkdə göstərəcək digər tərəfi bu yeni azad­lıq­larda riskin olmasıdır. Dövlət nəzarətindən və fondlarından azad ol­ma uni­ver­si­tet­ləri digər mənbələrdən asılılığa gətirir ki, bu da onların mux­ta­riy­yət­lə­ri­ni məh­dud­laşdırır. Buna baxmayaraq, bir çox universitetlər geriyə dönməməyi qə­rara al­mış­lar. Avropa universitetlərinin inkişafına baxdıqda görürük ki, tam muxtar uni­ver­sitet çox azdır. İndi məsələ muxtar yox, keçid dövrünü yaşayan universitetləri ida­rə etməkdən ibarətdir.

Muxtar universiteti cəmiyyət «azad zona» kimi bazarın, siyasi təşkilatların və di­­gər maraq qruplarının məhdudiyyətlərindən kənar olan tənqidi təfəkkürə və inki­şaf edən biliyə xidmət etməyə çağıracaq. Demokratiyanın zəfəri naminə insanlara elə bir yer lazımdır ki, orada onlar dəqiq məlumat əldə edə və cəmiyyətdəki hadisə­lə­ri tənqid edə bilsinlər; orada onları əmin etsinlər ki, onların tədqiqatlarının, dü­şün­cələrin nəticələrinə heç bir iqtisadi və ya ona bənzər maraqlar təsir etməyəcək. Belə olan vəziyyətdə muxtar universitet konflikt vəziyyətə düşəcəkdir. Bir tərəfdən, o, kənar maraqlardan azad olmalı, digər tərəfdən isə bir çox mənbələrdən vəsait əldə etməli, sənaye və cəmiyyətlə əməkdaşlıq etməlidir.



Yeni avstriya universitet sistemi:

desentralizasiya yolu ilə muxtariyyət
Cerald Bast
Avstriyada 12 universitet vardır və bunların hamısı dövlət tərəfindən demək olar ki, tamamilə maliyyələşdirilir. Bu universitetlərdə 200 min tələbə təhsil alır, 9 mi­nə yaxın tam ştatlı müəllim, bundan bir qədər az sayda kənardan dəvət olunan müəllimlər işləyirlər. 1993-cü ilin noyabrında parlament «Univer­si­tetin Təşkili haq­qın­da Qanun» qəbul etdi. Muxta­riyyət sözü tez-tez, xüsusən də universitetin struk­tu­­ru və tənzimlənməsi məsələlərində işlədilir. Muxtariyyət məfhumu 3 əsas kom­po­­nenti ehtiva edir: 1) Derequlyasiya; 2) Desentralizasiya; 3) Məsuliyyət.

1987-ci ildə universitetlərin özəl maliyyələşmələrinin hüquqi əsası demək olar ki, inqilabi yolla dəyişdirildi (Baxmayaraq ki, Avstriya təfəkkürü inqilabı qəbul et­mir). 1987-ci ilə qədər Avstriya universitetləri ianə, bağışlama, miras qəbul edir­di­lər, həm­çinin sənaye və digər partnyorlarla müqavilə bağlaya bilərdilər, lakin bu yol­la qa­zanılan pul Avstriya Respublikasının mülkiyyəti hesab edilirdi. 1987-ci il­dən son­ra bütün bunlar universi­tetlərin mülkiyyəti hesab olundu. Bu fondlar federal büd­cə­dən ayrıldı. Federal büdcədən tənzimlənmə dayandırıldı. Beləliklə, hal-ha­zır­da Avs­tri­ya universi­tet­ləri federal institut olmalarına baxmayaraq, kənar mən­bə­lə­rin əldə olun­ması və xərclənməsində müstə­qildirlər. Təhsil nazirinin rolu hüquqi nə­za­rət ilə məh­dudlaşır: o, universitetin qeyri-leqal qərarlarını ləğv edə bilər.

1993-cü ildə qəbul olunan Qanun 5 universitetdə 1994-cü ildə tətbiq olundu.

Universitetlərin_keyfiyyət_attestasiyası:__Avstraliyanın_təcrübəsi_'>Universitetlərin keyfiyyət attestasiyası:

Avstraliyanın təcrübəsi
Brayn Vilson
Qərb ölkələrində ali məktəbin keyfiyyəti məsələsi mühüm mövzudur. Uni­ver­sitet sektorunda tədrisin və tədqiqatın səmərəliliyini qiymətləndirmək, yoxlamaq və təhlil etmək məqsədilə xüsusi dövlət agentliyi yaradılmışdır. Bundan başqa, ali təhsil sektorlarının daxilində keyfiyyət auditi agentliyi yaradılmışdır. Bunlar niyə yara­dıl­mış­dır? Cəmiyyətdə universitetlərin fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır. Haki­miy­yət ali təhsilə yüksək xərclər qoyduğundan universitetdə təhsilin keyfiyyə­ti­nin art­masını istəyir. Əksər dövlətlər xərclərin azaldılması yollarını araşdırırlar. İq­ti­sa­di inkişafda gözlənilən məhdudiyyətlər ali təhsilin inkişafına yönəldilən fondların azal­masına gətirir və geniş ictimaiyyətin təhsilin keyfiy­yətinin artmasını tələblərini ço­xal­­dır. Tələbələr təhsilin keyfiyyətinin artmasını ona görə istəyirlər ki, aldıqları dip­lom­larla yaxşı iş tapa bilmirlər; işverən isə – işə götürülən məzunların səviyyə­si­nin yük­­sək olmasında maraqlıdır. Bundan başqa, biznes və sənayedə artıq belə bir fik­ri qə­­bul ediblər ki, müasir dünyada keyfiyyət idarəçiliyi və keyfiyyət təminatı çox mü­hüm əhəmiyyət kəsb edir.

1991-ci ildə «Keyfiyyətin əldə olunması» adlı məruzə qəbul olundu. Burada Ali Təhsil Şurası tərəfindən 5 prinsip irəli sürüldü: 1) Özünü idarə edən bir təşkilat ki­mi, institutlar təhsilin, tədqiqatın, məzunların yüksək səviyyədə olmalarına təmi­nat verməlidirlər; 2) Yüksək nailiyyətlər nəinki mövcud olan resursların səviyyəsinin funk­siyasıdır, həmçinin bu resursların işlədilməsi yoludur; 3) Keyfiyyətin müəyyən edil­­məsində institutun özünü qiymətləndirməsi əsas rol oynayacaq; 4) Ali təhsildə müx­­təliflik institutun öz missiyası və məqsədlərinin kontekstində inkişaf etdiriləcək; 5) Ali Təhsildə Keyfiyyətin təmin olunması üzrə Komitənin məqsədi institutun miss­si­­yasını və məqsədlərini yoxlamaqdır.



Vasitəçi komitələr və universitetlər:

Türkiyədə muxtariyyət
Məhmət Sağlam
1933-cü ildəki böyük universitet islahatından sonra təhsil sahəsində ən mü­hüm yenilik 6 noyabr 1981-ci il Ali Təhsil qanununa əsasən milli vasitəçi komitənin – Ali Təhsil Komitəsinin yaradılmasıdır. Bu Komitə tam muxtariyyətə malik olan qeyri-siyasi və qeyri-dövlət qurumudur. Onun səlahiyyətinə ali təhsili idarə etmək daxildir.

Hal-hazırda dünyada ali təhsil sistemində idarəçiliyin 2 əsas modeli – Anqlo-Sak­son və Kontinental modellər mövcuddur. Onların arasındakı əsas fərq ali təhsi­lin idarə olunmasında dövlətin rolu ilə yanaşı, idarə olunmaq və qərar qəbul edil­mək üçün milli və institusional səviyyədə istifadə edilən proseduralardan ibarətdir. Anqlo-Amerikan modelində ali təhsilin idarə olunması vasitəçi komitələrin vəzifə­si­dir. Bu komitələr hökumət və ali təhsil arasında inzibati buferdir. Bu model bəzi də­yi­şikliklərlə əsasən Şimali Amerikada, Britaniyada və əksər Britaniya Birliyi döv­lət­lərində istifadə edilir. Britaniyada Vasitəçi Komitələr əsasən universitetdən kənar­dan gələn, müxtəlif sektorları və ictimai təşkilatları təmsil edən üzvlərdən ibarətdir. Uni­versitet şurası geniş icraedici hakimiyyətə malikdir və ilk növbədə universitetin rəhbərliyinə tabedir. Bu orqan təyinatlar (o cümlədən universitetin icra başçısının), aka­demik və qeyri-akademik irəliləyişlər, institutun inkişaf siyasətinin müəyyən edil­­məsi üçün tam məsuliyyət daşıyır.

Kontinental modeldə ali təhsil dövlətin bilavasitə məculiyyətində qalır. Ali təh­sil ocaqları hakimiyyətə və ya Təhsil Nazirliyinə bilavasitə tabedirlər. 1981-ci ildə qə­bul edilən Ali Təhsil Qanunu ilə Türkiyə Ali Təhsil idarəçiliyi köhnə, ənənəvi Kon­tinental modeldən Anqlo-Amerikan modeli ilə daha çox oxşarlığı olan bir sis­te­mə çevrilmişdir. Ali Təhsil Komitəsinin bir növ milli vasitəçi orqan kimi yaranması bu­nun göstəricisidir. Bu Komitə tamamilə müstəqildir.

Muxtariyyətin mahiyyəti
Frenk Şmidtleyn
«Muxtariyyət»in tərifi. «Muxtariyyət» termini müxtəlif ölkələrdə müxtəlif mə­­­nalarda işlədilir: tədrisdə azadlıqdan başlayaraq dövlətin bəzi sahələrə mü­da­xi­lə­si­­nə; universitetlərin, alimlərin mülkiyyəti olan korporasiyalar tərəfindən qanuni şə­kil­­də yaradılmasınadək. Bast hesab edir ki, xüsusilə hakimiyyət dairələrində «mux­ta­­riyyət» termini neqativ məna daşıya bilər. O, məculiyyət və hesabatdan yayınma ki­­mi qələmə verilib. Bu səbəbdən Avstriya Ali Təhsilinin yenidən qurulmasını nə­zər­də tutan qanun layihəsində bu termin deyil, «derequlyasiya», «desen­tra­li­za­si­ya» və «mə­culiyyət» kimi terminlər işlədilmişdir.

Bütün müəlliflər muxtariyyətin şərti mahiyyətini qeyd edirlər. İnstitutlar heç zaman hakimiyyət nəzarətindən və ya bazarın tələblərindən tamamilə qaça bil­məz­lər.



Dövlət tənzimlənməsinin cəhətləri. Muxtariyyət məhfumunu yalnız uni­ver­si­tetlərə yox, həmçinin universitetlərin müxtəlif qurumlarına tətbiq etmək lazımdır. Bal­derstonun fikrincə, təşkilatlarda münasibətləri idarə edən «universal qanun» var­dır. «Təşkilatlarda bütün vəzifələrdə çalışanlar özlərindən yuxarıda olanlardan mak­simum müstəqillik, özlərindən aşağı olanlardan isə tam tabeçilik istəyirlər».

Daksnerin fikrincə, bazar münasibətlərinin irəli sürdüyü hesabat univer­si­tet­lə­rin muxtariyyət üçün təhlükədir. Mədəniyyətin qabaqcıl dəstəsi və cəmiyyətin tən­qid­çiləri olan universitetlərin tarixi missiyası bazar şəraitində müasir cəmiyyətə tələb olu­nan səviyyədə lazımi dəyəri saxlaya bilmir. Mühüm fundamental tədqiqat uzun müd­dətdən sonra özünün əhəmiyyətini göstərir və maraqlı tərəf kimi fəaliyyət gös­tərən sponsorların qısamüddətli maraqları üçün kifayət deyil. Anderson hesab edir ki, universitetlər bazar şəraitində ənənəvi olaraq keyfiyyət uğrunda mübarizə apa­rır­lar. Əgər bu mübarizənin nəticəsində qapalı (yəni informasiyanı kənara çıxarmayan) bir quruma çevrilsələr, onlar öz ənənəvi rolunu – düzgün informasiyanın pulsuz pay­­lanması – itirəcəklər. Bu risq onlar milli iqtisadi maraqların inkişafı üçün biznes dün­yası ilə əlaqəyə girəndə daha da artır. Bilik üçün artan bazar tələbatı uni­ver­si­tet­lə­rin tarixi rollarına mənfi təsir göstərəcək.



Nəzarət çeviklik arasında tarazlığın tapılması. Daksner arzu olunan uni­ver­sitet nailiyyətləri barəsində cəmiyyətin razılığının alınması ilə bağlı olan prob­lem­lə­ri nəzərdən keçirir. Belə bir razılıq hesabatı müəyyən etmək üçün standartların ol­ma­sı üçün tələb olunur.

Universitetlər öz muxtariyyətlərini qorumaq üçün etməlidirlər? Daksner və Andersonun fikrincə, universitetlər yeni şəraitə uyğunlaşarkən öz ənnəvi dəyərlərini qo­rumalıdırlar. Bunanla bərabər, universitetlər özlərinin birliyini və tədris, tədqiqat iş­lərinin açıqlığını saxlamalıdırlar.

Əgər XIX əsr və XX əsrin əvvəllərində Avropada Ali Təhsilin tarixi istis­na­çı­lıq və qadağan strategiyası ilə xarakterizə edilirdisə, müharibədən sonrakı dövr imti­yaz bastionlarının dağılması və universitetlərin kütləvi təhsil ocaqlarına çevrilməsi ilə qeyd olunmuşdur. 1850-ci ildə Avropa və ABŞ-da 18-24 yaş qrupu arasında uni­ver­sitetlərdə oxuyanlar 2% idisə, 1980-ci ilin ortalarına bu göstərici ABŞ-da 44%, Hol­landiyada – 22%, Qərbi Almaniyada – 20%, Fransa və Britaniya – 15% oldu.

İstər Qərb ölkələrində, istərsə də Şərq bloku ölkələrində təhsilin genişlənməsi nə­zə­ri əsasa arxalanırdı. Bu nəzəri əsası sonralar «insan kapitalı» nəzəriyyəsi ad­lan­dır­­dılar (kapitalı insana qoymaq ideyası). 70-ci illərin əvvəllərində bu ideyadan, da­vam edən tənəzzül səbəbindən imtina etdilər. O vaxt təhsil büdcəsi ən yüksək sə­viy­yə­də idi. «İnsan resurslarının inkişafı» adı ilə 80-cı və 90-cı illərdə «insan kapitalı» nə­zəriyyəsi yenidən bərpa olundu.

Avropada 3-cü səviyyəli təhsilin ənənəvi sisteminə universitetlərin akademik per­sonalı tərəfindən nəzarət edilirdi. Bu personal tədris planını müəyyən edirdi: sin­fi, irqi və cinsi əsaslarla müəyyən siniflərin qəbul olunmasına qərar verirdilər. İndi bu növ nəzarət siyasətçilərin və büdcə inzibatçılarının əllərindədir.

Avropa ölkələrinin ali təhsilin genişlənməsi üzrə siyasəti:

1) 3-cü və ya Ali Təhsil ocaqlarının müxtəlifliyinin yaranması. Bunlardan ço­xu bilavasitə peşəkar hazırlanmasına yönəldilib və bəziləri universitetin alternativi ki­mi fəaliyyət göstərir;

2) İmtahanın məzmununun və standartların müəyyən edilməsi;

3) Tələbələrə müxtəlif yollarla maliyyə yardımının göstərilməsi;

4) Tələbələrin xüsusi kateqoriyaları üçün (pozitiv diskriminasiya və ya qəbula müxtəlif maneələr qoymaqla) sxemlərin tətbiq olunması;

5) Bakalavr qəbul imtahanlarından fərqli olan yeni qəbul meyarlarının tətbiq olunması. Məsələn, tələbələrin yetkinliyinin, şəxsi təcrübəsinin qəbul olunması və ya qeyri-formal sertifikat və alternativ sertifikatlar.

Müxtəlif Avropa ölkələrində bu sadalanan siyasət müxtəlif formalarda tətbiq olunur. Fəhlələrin qəbulunu təmin etmək üçün pozitiv diskriminasiya Macarıstan, Pol­şa, Çexoslovakiya və Maltada tətbiq olunmuşdur. Bu pozitiv diskriminasiyaların biri qiymət sisteminin, digəri imtiyazsız ailələrdən gələn tələbələrin nəzərə alın­ma­sıdır.

Hər bir siyasət və ya strategiya eyni nəzəriyyəyə arxalanır: təhsil hər kəsin həyatda şansını artırır; dövlət tərəfindən təmin olunan təhsil sinfi, cinsi, milli və yaş bərabərsizliyini aradan qaldırır.



1 БМТ Баш Мяжлисин 217 А (III) сайлы гятнамяси иля 1948-жи ил декабрын 10-да гябул вя бяйан едилмишдир.

2 БМТ Баш Мяжлисин 16 декабр 1966-жы ил 2200 А (III) сайлы гятнамясиндян.

Rövşən Quliyevin tərcüməsinə əsasən çap olunur.

 Тяржцмя едяни Елдяниз Мяммядов

Ю.С. Давыдов. Вестник ПГЛУ 1, 2004. Tərcümə edəni Fəxrəddin Məhərrəmov.

 İnternet səhifələrindən götürülmüş məlumatlar Xalid Rəcəcbov tərə­fin­dən tərcümə edilmişdir.

 İnternet səhifələrindən götürülmüş məlumatlar Xalid Rəcəcbov tərə­fin­dən tərcümə edilmişdir

Erich Leitner. Academic oligarchy and higher education re­search. Implications for the reform of institutions of higher education in Austria. – Higher Education Policy. The Quarterly Cournal of the Inter­national Assosiation of Universities (IAU). Pergamon, 1999, p. 27-31.

Roberto Rodriguez Gomez. The modernisation of higher educa­tion in Mexico. – Higher Education Policy. The Quarterly Cournal of the In­ter­­national Assosiation of Universities (IAU). Pergamon, 1999, p. 53-67.

Ceroen Huisman, Christopher C.Morphew. Centralization and diversity: eva­lua­ting the effects of government policies in USA and Dutch higher education. - Higher Education Policy. The Quarterly Cournal of the International Assosiation of Universities (IAU). Pergamon, 1999, p. 3-13.

Michael Daxner. Intimation to Academic Governance. - Higher Education Poli­cy. The Quarterly Cournal of the International Assosiation of Universities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 11-14.

Henry Wasser. Redefining Autonomy of Universities. - Higher Education Po­li­cy. The Quarterly Cournal of the International Assosiation of Universities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 15-17.

Cohnny Andersson. Managing the Autonomous University. - Higher Education Policy. The Quarterly Cournal of the International Assosiation of Universities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 18-22.

Gerald Bast. The New Austrian University System: Authonomy by Decentra­li­za­­tion. - Higher Education Policy. The Quarterly Cournal of the International Asso­sia­ti­on of Universities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 33-34.

Brian G. Wilson. Quality Assessment of Universities: The Australian Expe­rien­ce - Higher Education Policy. The Quarterly Cournal of the International Assosiation of Uni­versities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 37-39.

Mehmet Saglam. Intermediary Bodies and Universities: Autonomy in Turkey. – Higher Education Policy. The Quarterly Cournal of the International Assosiation of Uni­ver­sities (IAU). - vol. 8, № 3. – September, 1995, p. 40-42.

Frank A.Shmidtlein. The Nature of Autonomy: Observations and Insights. Hig­her Education Policy. The Quarterly Cournal of the International Assosiation of Uni­ver­si­­ties (IAU). - vol. 8, № 3. – September, 1995, p. 49-50.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə