Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr olunmuşdur



Yüklə 7,67 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü7,67 Kb.
#51098

background image
“Xalq qəzeti”.-2014.-14 yanvar.-N 06.-S.5. 

 

Akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks 



etdirən biobiblioqrafik göstərici nəşr olunmuşdur 

 

Ölkəmizin  ən  nüfuzlu  elm  məbədi  olan  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA) 



Mərkəzi  Elmi  Kitabxanası  “Azərbaycanın  elm  və  mədəniyyət  xadimləri”  seriyasından  görkəmli  oftalmoloq 

alim,  akademik  Zərifə  Əziz  qızı  Əliyevanın  elmi,  pedaqoji  və  ictimai  fəaliyyətini  əks  etdirən  biobiblioqrafik 

göstəricini nəşr etmişdir. 

 

Kitabxanadan  AzərTAc-a  bildirmişlər  ki,  nəşrin  tərtibçi  müəllifi  filologiya  üzrə  elmlər  doktoru 



Aybəniz Əliyeva-Kəngərlidir. 

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi 

Elmi  Kitabxanasının  direktor  müavini  Firəngiz  Hüseynova  və  akademiyanın  Mərkəzi  Elmi  Kitabxanasının 

bölmə  müdiri  İsmət  Səfərovun  redaktorluğu  ilə  işıq  üzü  görən  biobiblioqrafiyaya  alimin  kitab  və 

monoqrafiyaları,  dərs  vəsaitləri,  dövri  mətbuatda  və  ayrı-ayrı  məcmuələrdə  dərc  olunmuş  elmi  məqalələri  və 

başqaları daxil edilmişdir. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilmişdir: “Həyatı, elmi-pedaqoji 

və  ictimai  fəaliyyətinin  əsas  tarixləri”;  “Görkəmli  dövlət,  elm  və  mədəniyyət  xadimləri  Zərifə  Əliyeva 

haqqında”;  “Əsərlərinin  biblioqrafiyası”;  “Dissertasiyalara  elmi  rəhbərlik”;  “Həyatı,  elmi-pedaqoji  və  ictimai 

fəaliyyəti haqqında ədəbiyyat”; “Veblioqrafiya”. 

Biobiblioqrafiyada  AMEA-nın  prezidenti,  akademik  Akif  Əlizadənin  “Böyük  insan,  unudulmaz 

alim”  başlıqlı  məqaləsində,  akademik  Əhliman  Əmiraslanovun  “Zərifə  Əliyevanın  elmi-pedaqoji  və  ictimai 

fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin 

inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb. 

Biobiblioqrafiyadan  istifadəni  asanlaşdırmaq  məqsədilə  alimin  əsərlərinin,  həyat  və  fəaliyyəti 

haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilmişdir. Biobiblioqrafik-göstərici 

akademik Zərifə Əliyeva haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir. 



Yüklə 7,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə