Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
  1   2   3   4   5   6   7   8   9   ...   75




Sabir Rüstəmxanlı


AKADEMİKİN SON ƏSƏRİ
Bakı – 2017
Korrektor: Əyyar Tahirov


Sabir Rüstəmxanlı. AKADEMİKİN
SON ƏSƏRİ
Bakı, “Sabir Yazarlar Ocağı”nın nəşri, 2017, 320 səh.
Tarix bu günün güzgüsü olduğu kimi, bu gün baş verən olaylar da onun bir çox gizli
və qaranlıq səhifələrinə işıq salır. Yüz illər boyu mil​lətin başına gələn faciələrin
iç və dış səbəbkarları adını və rəngini dəyişmiş şəkildə bu gün də yaşamaqdadır.
Son iki əsrdə Azərbaycan xalqı işğal, soyqırım, köçürmə, rep​res​si​ya, milli
dəyərlərinin əlindən alınması, mənəvi aşınma kimi, bəlkə də heç bir xalqın
görmədiyi zülmlərdən keçib.
«Akademikin son əsəri» Azərbaycan xalqının üzləşdiyi yeni bir fiziki və mənəvi
repressiyaya – genetik savaşa həsr edilib.
Tarixçi alimin taleyi araşdırdığı tarixlərin bir parçasıdır.
Son otuz ilin olayları ilə bağlı zəngin informasiya ilə yüklən​məsi əsərin başlıca
özəlliklərindəndir.
ISBN 978-9952-36-364-7
© “Sabir Yazarlar Ocağı”, 2017
© Sabir Rüstəmxanlı, 2017


GİRİŞ ƏVƏZİ VƏ YA MURADIN
YUXUSU
O gün dünyadakı bütün doğum evləri yüyrüyə qoyulub​muş kimi irəli-geri
yellənməkdəydi. Həkimləri heyrət bürümüş​dü. Körpələr səssiz-səmirsiz
doğulurdu. Anaların ağrı qa​rı​şıq həsrətlə doqquz ay boyunca gözlədikləri çağa
çığırtısı yox ol​muşdu. Mamaçalar körpələrin ayaqlarından tutub yuxarı qaldırır,
yançaqlarını şapalaqlayıb, dünyanın ilk acısı ilə onları uzun yuxudan oyatmağa
çalışır, ilk qışqırıqlarını eşitmək is​tə​yirdilər; qoy var səslə çığırsınlar ki, ciyərləri
geniş​lənsin... Ancaq körpələr bu dünyanın havası üçün darıxıbmışcasına elə ilk
andanca, böyüklər kimi, dərindən nəfəs alır və yaşlı adamların gözlərinə bənzər
açıq, bir az da qayğılı gözlərlə ətrafa nəzər salır, sanki nə isə ax​tarırdılar. Hətta
bəzilərinin baxışlarında aşkar bir hirs oxunurdu, elə bil, rahatlıqlarının
pozulduğuna görə qəzəbliydilər, ancaq sirli bir inadkarlıqla susur, bu qəzəb​lərini
ürəklərində boğurdular.
Bir sözlə, o gün doğulan uşaqların heç birinin çağa çığırtısı eşidilmirdi, onlar lal
doğulurdu. Təkcə doğum evlərində deyil, həkimlərin, ginekoloqların əli çatmayan
ucqarlarda da körpələr dünyaya belə vahiməli səssizliklə gəlirdi. Sanki söz
vermişdilər ki, səslərini bu dünyanın adamlarına eşitdirməyəcək, onlarla
danışmayacaqlar, elə bil, ana bətnində tapşırıq almışdılar ki, o dünyada kəlmə
kəsib danışmayan körpələr də artıq ana bətnini tərk edərkən bütün insanlardan
küsülü olurdular. Biganəlik, laqeydlik aydın oxunurdu onların üzündən... Sanki bu
səssizliklə insanlara acıq verirdilər.
Bir neçə gün sonra bu lallığın yerini vahiməli şeylər tutdu. Körpələr sözləşibmiş
kimi eyni vaxtda ana südündən imtina et​dilər, dodaqları ana döşünə toxunan kimi
ikrahla büzdükləri üzlərini yana çevirir, kiçicik əlləri ilə anaların körpəsini əmiz​-
dirmək üçün darıxan məmələrini kənara itələyirdilər... Əvəzində rezin əmzikləri
həvəslə sorurdular. Günlərin birində uşaqların səsi qəfildən açıldı, lakin bu
normal uşaq səsi deyildi, qəribə, qarışıq xoru diqqətlə dinləyəndə quş səsi, inək
və keçi mələməsi, donuz xorultusu eşidilirdi... Sanki insan övladlarını yox, bütün
canlıların törəmələrini yığmışdılar bir yerə. Körpələr aylar sonra dil açanda da
ilk sözləri müxtəlif dillərdəydi. Bir millətdən olan anaların uşaqları ayrı-ayrı və
ya anlaşılmaz dillərdə danışırdılar.


***
“...Günlərlə başı içkidən ayılmayan, bəzən ge​cələ​rini parklarda, oturacaqların
üstündə keçirən bir avara şəhərin ana cad​dələrindən biriylə, zorla ağacdan-ağaca
adlayaraq gedir və mızıldana-mızıldana, nə isə oxuyurdu.
Həmin gün qəribə bir əhvalat oldu. Avara, qolundan tutub onu ayıltma
məntəqəsinə aparmaq istəyən polisin düz gözü​nün içinə baxdı və qışqırdı: “Əl çək
məndən!”. Sonra yenə başı sinəsinə düşdü və xırıltılı səslə, yavaşca əlavə elədi:
“Əl çək​məsən, oğlanlarıma şikayət edərəm”. Polis istehzayla “Kimdir sənin
övladların” – deyə soruşanda o yenə başını qaldırıb yenə düz polisin gözünün
içinə baxdı və: “Sizlərin nə günahı, hardan biləcəksiniz ki, yuxarıdakıların çoxu
mənim belimdən gəlib” – dedi. Başı xarabın biriydi. Heç kim nə dediyini anlamır
və ötüb keçirdi...
Bu şəhərdə kimsə kişi mayasının köçürülməsi barədə bilgi sahibi deyildi və
meyxanalardan çıxmayan bu avaranın donor olduğunu bilmirdi.”
(Akademikin son əsərindən)
***
“1997-ci ildə erməni katolik kilsəsinin Vatikanda keçirilən növbəti yığıncağında
Katolikos Patriarx XVIII Hovones Bodrusun xahişi ilə Roma Papası onu qəbul
etdi.
Söhbət Papanın təbriki ilə başlandı:
– Uca Allahın mərhəməti ilə yığıncağınız baş tutub. Nəhayət, erməni katolik
kilsəsinin nizam​na​məsini qəbul etmisiniz. Roma kilsəsi ilə fikir ayrılığınız
qalmayıb. Təbrik edirəm. Həmişə oldu​ğu kimi, bundan sonra da katolik ermənilər
Vatikanın diqqət mərkəzində dayanacaq.
Bodrus bu qəbulun Eçmiədzində necə bir qıcıq doğuracağını düşünür və bu
düşüncə onu bütün er​mənilər adından danışmağa həvəsləndirirdi.
– Vatikanın və sizin yüksək etimadınızı doğruldacağıq. Bilirsiniz Qriqoryan
Ortodoks kilsəsi yüz illərlə bizim Vatikana ya​xınlaşmağımıza imkan vermədi.
Bunu düşmənçilik sayıb, sizə yaxınlaşmaq istəyənləri terror ediblər. Şükür, bu
qorxudan qurtarmışıq. Xaric​də yetərincə gücümüz var, ancaq Ermənistanda güc​-
lən​​məliyik. Bundan ötrü Qarabağ məsələsində bizi müdafiə etməniz dünyada
erməni katoliklərinin hörmə​tini və təsirini artırar.
Papa başıaşağı dinləsə də, Bodrusun üzündən hansı çoxbilmişlik və biclik
dalğalarının ötüb keçdiyini duyurdu:
– Əziz qardaşım Bodrus! Dağlıq Qarabağ məsə​ləsi bizim​kilərin diqqət
mərkəzindədir. Allaha dua edirəm ki, ora tezlikcə sülh və əmin-amanlıq gəl​sin.
Məncə, siz Minsk Qrupunun işin​dən razı ol​ma​lısınız. Onların məsələni uzatması


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə