Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

dostundan uyğun həm​söhbət tapmamışdı. Baxdığı arxiv sənədlərinin təsirindən
dəli olmaq dərəcəsinə gəlmişdi, ürəyi part​layırdı. On minlərlə say-seçmə insan –
alim, neftçi, yazıçı, aktyor, yüksək peşə sahibi, rektor, in​stitut direktoru, general
amansız bir şəkildə, məh​kəməsiz, şahidsiz-sübutsuz, şikayət qəbul edilmədən
güllələnsin... Saralmış kağızları oxumaq belə əzablı bir işdir, zülmdür.
– Slava, belə allahsızlıq olarmı? İstirahət günü də yalançı məhkəmələr ara
verməyib. Bayram günü də hökm çıxarıb güllələyiblər. Sanki bir dəqiqə də
gecikmək olmazmış. Bu millətin axırına çıxmaq üçün işə salınmış üçtəkərli maşın
dayanmadan doğrayıb keçib. Hər on beş dəqiqədən bir yeni qərar, yeni-yeni
qurban!
Qonaq onu sakitləşdirmək üçün söz tapmırdı:
– Qardaş, Stalin eyni şəkildə ruslara da, öz gür​cülərinə də aman verməyib.
– Bilirəm, bilirəm, ruslar çox yazdılar bu barədə... Onların faciələrini də bilirəm.
Öldürməyə imkanları çatmayanda gəmilər, qatarlar dolusu alimlərin, din
xadimlərinin Avropaya ötürüldüyündən, Berdya​yevlərin taleyindən də xəbərim
var. Onlar da öz xalqlarının qaymağıydı. Savadsız bolşeviklər onlarla danışanda
öz cahilliyini ört-basdır etmək üçün şantaja əl atırdılar. Nisbətən ağıllıları bunu
etiraf edib, “sənin nə dediyini anlamıram, ancaq hiss edirəm ki, dahisən” – deyib
vəziyyətdən çıxırdı. Kütbeyin inqilabçı belə dahilərlə bir arada necə yaşaya
bilərdi? Sürgündən, ölkədən uzaqlaşdırmaqdan başqa yol tapa bilmirdilər. Ancaq
heç yerdə Bakıdakına bənzər bir sallaqxana olmayıb. Bir də Axısxa türklərinə
ağlasığmaz bir zülm edilib. Yüz min insanı xəbərdar etmədən, cəmi iki saatın
içində doldur maşınlara. Həm də aldat ki, üç-dörd günə qayıdacaqsınız evlərinizə,
onlar da heç olmasa bir həftəlik yemək, soyuqdan qorunmağa yorğan-döşək
götürməsinlər... Qışda, bir ay ac-susuz... Yollar boyu ölən minlərlə adamı
vaqondan tulla çöllərə, qurd-quşun ağzına... Həm də nə vaxt eləyiblər bunu?
Müharibənin bitməsinə beş ay qalmış... Belə zülmü ağıl almır... Bunu necə
yazasan? Başda Stalin dayanır, icraçıları da Mikoyanın qohumları... Burda da,
orda da bu iş bilərəkdən tapşırılıb daşnaqdı, daşşaqdı nədi, onlara...
Bu sözü eşidəndə qonaq “Ey, komandir, yavaş! Bura sənə səngər deyil!” –
söyləyərək mətbəxə tərəf işarə etdi.
Ziyad bəy halını pozmadı:
– Onların övladlarına, bizim düşmənlərimizə, Sumbatyanlara tapşırılıbmış. 1905-
ci ildə, 1918-ci il​də yarımçıq qalmış işlərini sovet hökumətinin qərarı ilə
rəsmiləşdirərək, davam etdirmişlər. Təsəvvür edə bilirsən, 1920-ci ildə
Azərbaycan hökuməti Qızıl ordunun Bakıya gəlməsinə razılıq verir; ordu kimsəyə
toxunmayacağına, əmin-amanlığı qoruyacağına im​za atır, sazişlər bağlanır, ancaq


sərhəddən içəri atdığı ilk addımdan başlayaraq kənd-kənd ağsaqqalları qurşuna
düzür. Bakıya girən günün sabahı başlayırlar oğraşdığa. Təkcə 20-ci ildə 48 min
insanın başı kəsilir. Kaş elə bizimkiləri də Rusiyada elədikləri kimi qatara,
gəmiyə doldurub Avropaya ötürəydilər. Lap Sibirə sürgün edəydilər, ancaq belə
amansızlıqla öldürməyəydilər...
Qonaq onun sözünü kəsdi:
– Qırx səkkiz min deyirsən, sən 48 milyondan danış! Bolşevizmin insanlığa
gətirdiyi faciə rəqəmlərə sığmır...
Ziyad bəy sanki onu eşitmirdi:
– Mən sənə bir ildə öldürülənləri deyirəm. Sən bu rəqəmi vur otuz üçə. Stalin
ölənə kimi əl çəkməyib bizim millətdən...
Köhnə Bakı rusları iyirmi-otuzuncu illərin qırğınları barədə çox şey bilirdi.
Vyaçeslav dostunu sakitləşdirmək üçün bildiyi əhvalatlardan danışmağa başladı:
– Bizim məhəllədə bir Mansur kişi vardı. 1920-ci ildə Qızıl ordunun Bakıya
gəlişini yaxşı xatırlayırdı. Sən “başı kəsilib” deyirsən. Ancaq o deyirdi ki, gülləyə
qənaət et​mək üçün adamları öldürməyin “asan” yolunu tapmışdılar. Məsələn,
şəhərdə gözlə​rinə dəyən nə qədər sağlam, boylu-buxunlu adam vardısa,
doldururdular gəmiyə. Aparıb dənizin ortasına töküb qayıdırdılar. Ancaq bir dəfə
bir kişi hansı möcüzəyləsə üzüb Bayıl tərəfdə çıxır sahilə.
Cəbhəçi dostunun bu sözləri Ziyad bəyi həyəcan​landırdı:
– Gör nə güclü, nə cəngavər adammış!
Qonaq onun sözünü yarımçıq kəsdi:
– Elə bilirsən bu igidliyinə görə onu bağışlayıblar? Əlbəttə, bağışlamayıblar!
Başqa gəmiyə basıb yenidən göndəriblər dənizin ortasına...
Ziyad bəy coşdu:
– Yer üzündə hər kəs bunların əsl adını bilməlidir: İnsan qatilləri! Allah Yer üzünə
Əzraili Stalinin və Beriyanın cildində göndəribmiş. Başa düşmürəm, nəyin
intiqamını alırmışlar? Millətin genefondu olan və yüz illərlə böyüyüb gəlmiş
bütöv nəsillərin kökü kəsildi. Hətta bəzi ziyalıları güllələməklə ürəkləri
soyumayıb və ya sən demiş, güllələrinə qənaət üçün generalları, alimləri diri-diri
doğrayıblar. Tək Şuşada Qacar ailəsindən üç generalı bir gündə doğrayıblar.
Bunun adı nədi, Slav? Sonra da bunun üstündən “yaşasın sosializm, yaşasın
xalqlar dostluğu!” deyib, sinəsi dağlanan milləti məcbur ediblər ki, cəllada
mədhiyyələr söyləsin... Kirov, Serebrovski, Mirzoyan... Hamısı bu xalqın
düşməni!.. 1920-dən 1938-ə qədər öl​kədə başıpapaqlı ovuna çıxıblar. Sonra da
müharibə maşını işə düşüb...
Dostunu nə yolla sakitləşdirəcəyini bilməyən yazıçı qədəhi qaldırdı:


– Yaxşı da! İndi sən də ürəyini partlat, nə olacaq? Biz bakılılar səbirli oluruq axı!
– Da paşol tı! Yeşyo poetom nazıvayetsya! Belə yaşamaq nəyimə lazım? Elə
alimləri güllələyiblər ki, mən onların yanında aspirantlığa layiq deyiləm.
Vyaçeslav qədəhi qaldırdı:
– İçməyəcəyik?
Akademik arağı başına çəkib, ağzına yemək almadan sözünü davam etdirdi:
– Məni yandıran nəhəng kişilərin sındırılmasıdır. Axx, necə əziblər, alçaldıblar
onları! Oxuyanda mərdliklərinə, düzlüklərinə heyran qalırsan. Gün​lərlə, aylarla
dözüb, “mən bu işdən xəbər​sizəm, əksinqilabçı deyiləm, Trot​ski​​dən xəbərim
yoxdur, əsl kommunistəm!” deyib, dirə​niblər. Sonra araya alıb o qədər döyüb,
incidib, soyuq su​da saxlayıb, dişlərini, dırnaqlarını söküb, ayaqlarından asıblar
ki... və guya onlar da günahını boynuna alıblar. Təsəvvür edirsənmi? Bilir ki,
boynuna alsa da, almasa da güllələnəcək, barı incidilməyim, deyir. Sən adlarını
eşitmisən onların: Tağı Şahbazi, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn,
Çəmənzəminli... Fikir divləri olub bunlar! Sən bu nəhəngləri Tapuridzenin murdar
təpik​lərinin altında təsəvvür edə bilərsənmi?..
Burda akademikin səsi titrədi və başını masaya qoyaraq başladı hönkürtü ilə
ağlamağa. İri bədəni əsir və masanı da silkələyirdi. Yoldaşı Mahirə xanım
mətbəxdən çıxıb gəldi. Əlini ərinin çiyninə qoyub “sakitləş, uşaq deyilsən!” dedi,
sonra onun yumşaq kürən saçını sığallamağa başladı.
Ziyad bəy ağlamağını kəsdi, ancaq gecə boyu bu mövzudan uzaqlaşa bilmədi.
– Elə bilirsən indikilər onlardan yaxşıdır? Əllə​rinə fürsət düşsə, eyni rəzaləti
davam etdirərlər.
Yazar bu dəfə onu gözləmədən arağı qurtumladı:
– Mənim günahım nədir, onlara olan qəzəbini mənə niyə boşaldacaqsan?
Akademik elə bil ayıldı:
– Sən heç ağıllanmadın da! Mən dərdimi bölüş​məyə çağırmışam səni, sən də
səfeh-səfeh danışırsan. İstəyirəm sən də anlayasan ki, biz gəncliyimizi eşşəklərə
qurban vermişik. Biz Avropa yollarını dizin-dizin sürünərək faşistləri Rusiyadan
çıxaranda o qəhbə oğlu Stalin də mə​nim millətimi Krımdan, Şimali Qafqazdan,
Gürcüstandan, Ermənistandan qoparıb evlərini yağmalatdırırmış... Azərbaycanda
38-ci ilə kimi törətdikləri cinayət azmış kimi bütün əhalini sürdürmək istəyirmiş
burdan Təsəvvür eləyirsən? Bizimkiləri qovsunlar, bütün şəhər doldurulsun
daşnaklarla. Ancaq birdən ayılıblar, ya da kimsə onlara anladıb ki,
azərbaycanlıları sürgün etsək, Bakıda nefti kim çıxaracaq. Təyyarələr, tanklar
yanacaqsız qalsa, necə savaşacağıq? Bakıya neftin xətrinə toxunmayıblar. Onlara
qalsa, heç vaqon, maşın tədarükü görüb əziyyət də çəkməzdilər, mənim xalqımı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə