Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

İllər uzunu bəzi erməni tarixçilərinin mif və yalanlarını ciddi elmi əsaslarla
darmadağın edən və indi də həm özünün, həm də tarixçi qrupların adından yazılan
məqalələri ilə Qarabağ iddialarına bir-birindən kəskin cavablar verən və bu
cavabların bir qismini birbaşa Qorbaçova göndərən alimi xalqın meydanda
ağlasığmaz bir sevgi ilə qarşılaması yuxarılarda bir çaşqınlıq yaratmış və bu
məsələ gizli tapşırıqla Akademiya rəhbərliyində müzakirə mövzusuna çevrilmişdi.
– Elmi işlərimiz, qədim əlyazmaların öyrənilməsi, çoxcildlik tariximiz qalıb bir
tərəfdə, akademik həm​kar​larımız düşüblər meydanlara. Elm siyasətə niyə
qarışmalıdır? Respublikanın böyük​ləri “xalqı sakitləşdirin” deyir, bizim bəzi
həmkarlarımız xalqın qabağına düşürlər.
Ziyad Şıxlının səbri çatmadı:
– Hörmətli akademik! Dilinin altındakını çıxart, görüm nə deyirsən? Sənə kim
öyrədib ki, düş​mən xalqın torpaqlarını əlindən almaq istəyəndə alim kabinetdə
yatıb qalmalı və ya siçovul kimi arxivlərdə gizlənməlidir?! Erməni bicdir,
yalanını həqiqət yerinə sırımağı bacarır. Ona kim cavab verməlidir? Əlbəttə, bu
işdə səriştəsi olanlar. Bizsə oturub gözləyirik nə vaxt Mərkəzi Komitədən tapşırıq
gələcək: “Filan şeyə cavab hazırlayın!” Onu hazırlatdırıb yenə sakit oturacaqsınız.
Biz kimik? Alim, bu torpağın övladı, vətəndaş, yoxsa Vəzirovun əl quzusu? Kölə?
Akademiyanı doldurmusunuz yarımçıq məmur uşaqlarıyla. Öz tarixindən,
mədəniyyətindən xəbərsizlikləri bir yana, heç ana dilində normal danışa da
bilmirlər. Dissertasiyanı pulla yazdırıb, özləri üzə çıxmayanlarmı inkişaf
etdirəcək Azərbaycan elmini? Düşmənin yalan və iftira dolu kitablarına onlarmı
cavab verəcək? Üç-dörd nəfər ortaya çıxarılmalı alimimiz var, onların da səsini
kəsmək istəyirsiniz? Əgər “xalqa qoşulurlar” deyəndə mənə işarə vurursansa,
səhv edirsən. Mən heç xalqdan ayrılmışam ki, ona qoşulmağa ehtiyac da olsun.
Akademiyanın susub diqqətlə onu dinləyən prezidenti dil​ləndi:
– Mitinqlərə qoşulmağın bizi narahat etmir, Ziyad! Ancaq sən orda danışanda belə
çıxır ki, bu hərəkata Akademiya rəhbərlik edir.
Ziyad bəyin prezidentə hörməti vardı. Hirsini boğub dedi:
– Kaş ki, elə biz edəydik rəhbərliyi. Bu, Akademiya üçün başucalığı olardı.
Parisdən akademik Aqanbekyan banlayanda cavabını bizdən başqa kim
verməlidir? Mən susub dura bilmərəm. Xalq kimi tanıyırsa, kimi sevirsə, onu
dinləmək istəyir...
Onunla mübahisənin mənasızlığını bilirdilər. Az sonra vəziyyət dəyişdi. Yuxarıdan
tapşırıq almışdılar: “Aka​demiya bu işdən kənarda qalmasın!” Gənc alimləri
itələmişdilər ortaya.
İki gündən bir Akademiyanın dəyirmi salonu dolub-boşalırdı. Adətən ilk sırada


oturan akademik ara-sıra kürsüyə qalxır və oturanları heyrətə salan bir gənclik
ehtirası və çox geniş bilgi ilə məsələlərə aydınlıq gətirirdi. Səsi dəyirmi salonun
şüşə güm​bəzində dalğalanırdı.
Amma həmin gün onun içində nə isə qırıldı. Elə bil yuxarıdan bomba atmışdılar.
Şüşə gümbəzin böyük bir parçası qopub düz birinci sıranın qarşısına, alimin
ayaqları altına düşdü. Yarım metr o yan, bu yan olsa, o, elə yerində qalardı.
Çevrilib sağına, soluna baxdı. İlk sıralarda oturanlardan şair dostu Altaydan
başqa heç kimi yerində görmədi; kürsüdə aslana dönənlər sakitcə aradan çıxmışdı.
“Savaş görməyiblər axı”, – deyə düşündü. Ancaq özünə də hirsi tutdu ki, sən bu
qorxaq uşaq-muşaqla nə edə bilərsən.
Ətrafdakılar Ziyad bəyin halını pozmamasına təəccüb​lənmişdi. Tək-tək qayıdıb
yerlərini tutdular. Hamı oturandan sonra o gözucu Altaya baxıb, üzündəki
dəyişilməz təbəssümlə salonu tərk etdi.
Gənclərin bir yerə yığışıb, birgə hərəkət edəcək​lərinə ümidləri hələ
tükənməmişdi; lakin az sonra bu təcrübəsiz adamlardan əlini üzdü, belə mürəkkəb
vəziyyətdə səhv buraxmaq olmazdı, onun fikrincə, hərəkatdakılar səhvi səhvin
dalınca edirdi. Daxili münaqişələrin, hakimiyyət davalarının xalq hə​rəkatına
yansımasına yol vermək olmazdı. Təəssüf ki, ordakılar arasında meydana məhz bu
məqsədlə ötürülənlər də çoxdu.
Bu arada Sumqayıt həqiqətlərini açan məqaləsini bitirib yüngülləşdi; bununla
belə, içinə rahatlığını əlindən alan bir hiss doldu: Ermənistandan köçün qabağı
alınmasa, sabah Sumqayıta bənzər bir faciə Bakıda baş verəcək, gələn qaçqınların
əsəbi onları qovanların əqrəbalarının bu şəhərdə keflə yaşamasına dözməyəcək.
Nə isə bir iş görülməlidir...
***
Bu düşüncələrlə Mərkəzi Komitəyə, ikinci katibin yanına getdi. Köməkçisinə zəng
vurub katiblə görüşmək istədiyini bildirmişdi. Beş dəqiqə sonra cavab gəlmişdi
ki, katib sizi gözləyir. “Bunun adı ikinci katibdir, əslində çar dövrünün
canişinlərindən fərqi yoxdur – deyə düşündü. – Bizimki oturub birinci yerdə, quzu
kimi, hökmü verən budur”.
Konovalov onu zahiri bir səmimiyyətlə qəbul etdi:
– Nə yaxşı gəldiniz, akademik! Hardan bilmisiniz ki, mənim də ürəyimdən sizinlə
görüşmək keçir. Dəvət edəcəkdim sizi.
– Sizə əziyyət verməyib özüm gəlmişəm... – akademikin cavabındakı gizli
istehzanı onu yaxından tanıyanlar duya bilərdi. Katibsə ciddi qəbul elədi:
– Məsələ burasındadır ki, sizin bəzi hərəkətləriniz Moskvadakıları da narahat
edir. Guya kimlərisə təhqir etmisiniz... Mənə tapşırıblar ki, bu məsələni


aydınlaşdırım.
– Açıq danışaq, Konovalov! Mən hərbçiyəm. Elm də mənim üçün savaş
meydanıdır. Kimi təhqir eləmişəm? Erməni arvadının çaldığına oynayan
Saxarovu? Onların yanındakı missionerlər dəstəsini? Onların nə məqsədlə
gəldiyini siz bilmirsiniz məgər?
Konovalovun təsdiq etməkdən başqa yolu qalmadı.
Akademik bu mövzunun açılacağını gözləməsə də, cavabı hazırdı:
Mən onu təhqir eləməmişəm, yerini göstər​mişəm. Sənə fizik kimi hörmətimiz
var, – demişəm, – ancaq Xanım Bonnerin təsirinə düşəndən, ixtiyarını ona
verəndən və siyasətə qarışandan sonra yolunu çaşmısan... “Mən sizə Qarabağ
məsələsinin çözüm yolunu təklif edirəm!” – deyir. Nəymiş bu çözüm yolu?
Ermənistan Naxçıvanla arada Meğri dəhlizi açacaqmış, Azərbaycan da Dağlıq
Qarabağı Ermənistana verəcəkmiş... Bonnerin, Staravoytovanın fitvasıyla
sərsəmləyən bu qocaya nə cavab vermək olardı? Dedim, Ermənistana torpaq
vermək istəyirsənsə, buyur, Rusiyada iddialı olduqları Krasnodar vilayətini,
yaxud Armavirin çevrəsini bağışla onlara. Sənin torpaqlarındır, özün bilərsən.
Ancaq mənim torpaqlarımla işin olmasın. Bunun nəyi təhqirdir? O elə bilir,
Azərbaycan alimləri çörəyi qulaqlarına yeyir, Nobel mükafatı laureatı adını
eşidən kimi diz çökəcəyik onun qabağında...
Konovalov nə isə demək istəyəndə alim əvvəlki sərt ahənglə bura gəlişinin
səbəbini söyləməyə başladı:
– Bu missioner dəstələri Qorbaçovun oyunlarıdır. Gə​rək siz alasınız qarşısını!
Ancaq bu gün sizin yanınıza gəlməkdə məqsədim ayrıdır.
Konovalovun “buyurun” deməkdən başqa yolu qal​mamışdı.
– Ermənistandan gələn avtobusları Ağdamdan geri qaytartdırmısınız. Niyə
qoymursunuz qaçqınlar öz evlərini dəyişib Dağlıq Qarabağda yerləşsinlər?
Qarabağlı ermənilər başa düşür ki, Ermənistanda azəri qalmayıbsa burda
ermənilərin qalması çətin olacaq. Ağıllı adamlardır, özləri istəyirlər bunu.
– Amma Moskva istəmir... – deyə Konovalov buynuzunu göstərdi.
– Niyə? Moskva məsələnin həllini istəmir?
Bu sualın cavabı onun özünə aydın idi, əlbəttə, Moskva bu məsələnin həllini
istəmir, su ordan bulanıb, ermənilərə ümid verən, onların rüşvətlərini qəbul edib,
“gedin, başlayın, biz dayanmışıq arxanızda” deyənlər mərkəzdə oturanlardır.
Katib buz kimi soyuq gözləriylə ona baxaraq:
– Moskva qan töküləcəyindən qorxur! – dedi.
O, “Qəhrəman adına güvənib ərköyünlük edən” alimlə danışmağın çətinliyini
bilirdi, haqqında çox eşitmişdi, yazılarını oxumuşdu, lakin oturduğu kür​süyə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə