Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

O, dostuyla fəxr edirdi və onun Konovalovla atışması yağ kimi yayılmışdı canına.
Buna görə də bu hərbə-zorbasından sonra sözünü yumşaltdı:
– Ancaq bu gün Konovalova dediyin sözlərə görə udmayacağam səni!
Akademik hirsləndi:
– Yaxşı da!
Bu onun tez-tez işlətdiyi sözdü. Zəri taxtadan götürüb Rüstəmin ovcuna basdı:
– At görüm! Yaxşı deyiblər, “oynaya bilməyənə daşşaqları mane olur”.
Əkbər indi artıq nəşriyyatda onunla birgə çalışan, daha doğrusu, nəşriyyatın baş
redaktoru olan Altay Qızılbaşın köməyi ilə yeməkləri süfrəyə düzə-düzə onların
bitməyən mübahisələrinə qulaq asır, gülüşürdülər...
Bu bağa həvəslə gəlmələrinin bir səbəbi Rüstəmlə nərd haqq-hesabını
“çürütməkdi”, bir səbəbi də hələ burda köhnə dostu Əkbərlə və yığıncaqlarda
söhbətə vaxt, macal tapmadığı Altayla məsləhətləşməkdi. Əkbərin də çevrəsi
genişdi, məlumatlı adamdı, hətta Moskvada, sonuncu beynəlxalq kitab sərgisində
işdən çıxandan sonra – köhnə dostları qeybə çəkilmiş ağsaqqalla da görüşmüşdü,
Altay bunun şahidiydi, ancaq sərgidən çıxıb gedəndən sonra nə anışdıqlarını
bilmirdi.
Ziyad bəy ağsaqqala rəğbət bəsləyir, ona inanırdı və son hadisələrə münasibətini
öyrənmək istəyirdi; gizlətmədən “o gəlməsə işlər düzəlməyəcək...” – deyirdi.
Altayın qəzetdən Əkbərin yanına gəlib o boyda nəşriy​yatın baş redaktoru təyin
edilməsinə çox sevinmişdi və oğlu yerində olmasına, bu bağ məclislərinə
sonradan qoşulmasına baxmayaraq, ona da köhnə dost və ürək adamı kimi baxırdı.
Bunun bir səbəbi də Əkbərin danışdığı əhvalat olmuşdu. Sən demə, Əkbər də
Altayı vaxtilə Akademiya nəşriyyatı haqqında yazdığı bir məqaləsindən tanıyırmış
və yeni nəşriyyatda şöbə müdirliyinə namizəd axtararkən ilk yadına düşən o
olubmuş. Altayın redaktorluq qabiliyyəti ilə yanaşı, prinsipial, sözünü gizlətmədən
üzə deyən, əsərlərin bədii-elmi dəyərləndirilməsində güzəştə getməyən, gözütox
və etibarlı bir adam olduğunu görür. Bu arada nəşriyyatda baş redak​tor yeri
boşalır. Yazıçılar Birliyi ondan və Dövlət​nəşrkomdan xəbərsiz, daha doğrusu,
onların başı üstündən Mərkəzi Komitəyə təqdimat yazaraq istəyir ki, Ali Sovet
Rəyasət Heyəti sədrinin qardaşı oğlu ora qoyulsun. Hətta Mərkəzi Komitənin
əlaqədar şöbəsindən bunun razılığını da alırlar. Əkbər bunu eşidəndə dəli olur,
“necə yəni, mən nəşriyyatın direktoru ola-ola, kiminlə işləyəcəyimi soruşmalı
deyillər, yoxsa məni adam yerinə qoymurlar?” Dövlətnəşrkomu vurur bir-birinə,
sonra gedir Mərkəzi Komitəyə. Şöbə müdiri ilə aralarında xoş münasibət varmış.
Oturur onun yanında və başlayır işdən çıxmaq haqqında ərizəsini yazmağa. Şöbə
müdiri ərizəni alıb cırır: “Nəşriyyatı yaradan, ayaq üstə qoyan sənsən, indi nə


adla azad edək səni?”
Əkbər özündən çıxır: “Onda nə adla tanımadığım birini mənim yanıma, həm də
məndən və Komitədən xəbərsiz, baş redaktor qoyursunuz? O gəlsə, mən
gedəcəyəm!” Şöbə müdiri onu dostcasına dilə tutur: “Ali Sovet Rəyasət Heyəti
sədrinin xətrinə dəyər, Yazıçılar Birliyində inciyərlər” və s. Ancaq Əkbər dirəşir,
sözündən dönmür. Axırda şöbə müdiri soruşur: “Yaxşı, kimlə işləmək istəyirsən?”
“Öz aramızdan olan birisiylə!” – deyir. “Məsələn?” “Məsələn, Altay Qızılbaş!
Yaxşı tanıyırsan. Haqqında səninlə də neçə dəfə söhbətimiz olub. Yuxarılarda
qohumu, tanışı yoxdur deyə, əzilməlidir? O qala-qala başının üstündən yazı-
pozusuyla, iş qabiliyyətiylə onunla müqayisəyə gəlməyən birini gətirəcəksiniz
nəşriyyata?” Əkbəri yola gətirməyin mümkün olmadığını görəndə razılaşırlar.
Direktor, Altaydan xəbərsiz, elə həmin gün sənədləri hazırlayır və maraqlıdır ki,
komitə sədri də onunla razılaşır, kollegiyanı gözləmədən üzvlərdən telefonla tək-
tək fikirlərini soruşduqdan sonra nəşriyyata yeni baş redaktor təyin olunması
qərarı verilir.
Axşamüstü əmri görəndə Altay gözünə inanmır və de​yir: “Qohumuna güvənən o
adam, gəlib burda oturacağı kabinetə də baxıb, Birliyin katiblərini, dostlarını
Mingəçevirə aparıb, orda onlara yaxşı bir qonaqlıq da verib...”
Əkbər gülür: “Nuş olsun! Qoy yeyib-içsinlər!”
Aradan illər keçmişdi, onlar ürək dostuna çevril​miş​dilər...
Rüstəmin qarnına ağrı dolmuşdu. Ziyad bəyin cəsarə​tinə, hər şeyi katibin üzünə
açıq deməsinə sevinsə də, məsələnin elə-belə bitməyəcəyinin dər​dini çəkirdi...
Ancaq akademikin fikri kitablarında, yazı masasında, atılan böhtanlara verəcəyi
cavablardaydı. İndi bu işlərin cərgəsinə arxivdə üst-üstə yığı​lıb onu gözləyən
qovluqları da qoşmuşdu. Elə bi​lir​di, bu qovluqlardakı faciələri, xalqını məhv
etməyə yönələn repressiya siyasətinin iç üzünü açıb göstərməsə, “Öldürüləcək
türklərin Qara siya​hısı”nı tapa bilməsə, özü də ölüm makinasının qurbanına
çevrilərək məhv olub gedəcək...
***
Bağdakı görüşlərindən bir neçə gün sonra Rüstəm ona zəng vurdu:
– Qonaqlıqla aran necədir? Sonra da bir-iki tas uduzaram sənə!
Onun sözlü adamlar kimi danışdığını anlamaq çətin deyildi. Ziyad bəy:
– Xeyir olsun? – deyə səsini yüksəltdi. – “Şah​namə”ni yenidən nəşr eləyiblər?
Rüstəm bu zarafata əhəmiyyət vermədən dedi:
– Yox e, yox! Gözün aydın, dostunu ötürdülər getdi!
– Hansı dostumu? Kimdən danışırsan?


– Bundan açıq danışmayacağam ki! Konovalovu işdən çıxartdırdın! O boyda
katibin başını yedin!
Akademik işin nə yerdə olduğunu anladı:
– Onun başını heç it də yeməzdi. Mənlik deyil. Kimi gön​dəriblər yerinə?
– Polyaniçko deyilən birini. Zalım oğlunun familiyasını yadımda saxlamağa yarım
saat vaxt sərf eləmişəm. Hazırlaş, onnan da kəllə-kəlləyə gə​ləcəksən.
– Zarafata salma! Qorbaçovun bütün dərdi bizim səsi​mizi boğmaqdır.


Döyüş ovqatı
Meydana toplanan yüz minlərlə insanın qarşısına da döyüş ovqatıyla çıxmışdı. Bu
xalq dənizinə baş vurmuş, dəniz onu coşqun dalğaları üstündə gətirib mitinqləri
idarə edən Altayla yanaşı qoymuşdu. Tribunaya dırmaşmağa çalışan və Altayın
əllərində bayraq kimi tutduqları son kitabına avtoqraf almağa can atan gəncləri
görəndə gənc dostunun əsərlərinin ona necə böyük bir oxucu sevgisi
qazandırdığının şahidi olmuş və bu boyda insanın kimsəyə yox, məhz şairə,
jurnalistə inanmasına sevinərək axşam zəng vurub bu sevinci Əkbərlə
bölüşmüşdü: “Sən bir meydana get, öz baş redaktorunu tribunada gör! Gör o sakit,
təvazökar dediyin adam meydanda necə qəhrəmana dönüb, gör saatlarla necə
danışır və xalq onu necə diqqətlə, sevə-sevə dinləyir”. Əkbər özünü
sındırmamışdı: “Bu, bizim üçün gözlənilməz hadisə deyil! Mən onun qabiliyyətinə
çoxdan bələdəm!”
Akademik uzun illərdən sonra yenidən önündə bir sözü, əsgər diliylə desək,
əmriylə döyüşə atılmağa hazır olan bir güc, yüz minlərlə əsgər görmüşdü. Ömrün
hədər getmədiyini göstərən xoş bir duyğuydu.
Elmi araşdırmaları kimi, meydan çıxışlarının da qarşı tərəfi tərk-silah etdiyini,
dalınca əleyhinə yazılan yazıların yenə uc-uca calanacağını yaxşı bilirdi.
Buna görə də son çıxışından sonra meydanda ona ve​rilən “ölüm siyahısı”na
təəccüblənmədi. Bu siyahıda onun adıyla Altayın adı yanaşıydı. “Böyük
şairlərimizi Sibirdə çürütdükləri bəs eləmədi, indi də onları əvəz edən yeni nəsli
terror qurbanı edəcəklər” – deyə düşündü. Cavab verməyə sözləri olmayanda
ölümlərinə fitva vermişdilər. İrəvanda hazırlanmış bu siyahıda azərbaycanlı
aydınlar, görkəmli şəxsiyyətlər arasında öz adının birinci yazıldığını görəndə
özünəxas istehzalı təbəssümlə ətrafında dayananlara baxıb, “da paşli oni na xer!”
deyib kağızı səliqəylə qatlayıb cibinə qoymuşdu.
– Dədələrimiz demiş, su çanağı suda sınar. Belə şeylərlə kimi qorxutmaq
istəyirlər? Mən döyüş​çüyəm və döyüşçü üçün savaşda ölməkdən şərəfli iş
bilmirəm. Nə olsun indi elmlə məşğulam?! Elmin də əsgəriyəm!..
Bunu deyərkən üzündəki rahatlıqdan kağızı ona verən​lərin sıxıntısı dağılıb getdi.
İllər uzunu Şərq tarixinin ən gizli və ya gizlədilmiş mənbələrini üzə çıxararaq
saxta tarixbazlara cavab verərkən işi asandı, ağlının, biliyinin, məntiqinin
qabağında kimsə dura bilmirdi, ancaq indi za​man dəyişilmişdi; zorakılıq maşını,
uyuşdurucu diplomatiya, hiyləgərlik bazarı işə düşmüşdü. Üstünə yalançı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə