Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

demokratiya cildində, Qorbaçovun və akademik Saxarovun silahlarıyla gələnlərin
cavabını vermək hakimiyyətlə kəllə-kəlləyə gəlməkdi. Ümid xalqın özünə,
meydanlara idi. Lakin meydan nəhəng bir yorğana bənzəyir, kim güclüdürsə, öz
üstünə çəkəcək.
Birdən-birə fikrinə gəldi ki, cibinə qoyduğu bu vərəq arxiv​lərdə axtardığı ölüm
siyahısının da​vamıdır; iyirminci yüzilin əvvəllərindən dol​durula-doldurula gəlir.
1937-ci ilin repressiya qur​ban​​ları ölüm siyahısındakının yalnız bir qismidir.
Hakimiyyətdəkilərin və onların əlal​tılarının nəzə​rində bu iş başa çatmamışdır. Hər
yeni türk nəslinin qaymağı yığılmalıdır. Fərqi yoxdur, dünən bu işə Stalin fərman
verirdi, bu gün Qorbaçov verir. Dünən bu xəyanət mikoyanların, mirzoyanların,
markaryanların, hovanesyanların əliylə həyata keçirilirdi, bu gün cəllad bıçağı
balayanların, kaputikyanların, ter-petrosyanların, sər​kisyanların, aqambekyanların
və bir sürü insanlığı, qon​şuluğu, həqiqəti çoxdan unudanların əlindədir. Yəni ölüm
siyahısını Bakıda yox, Moskvada, İrəvanda axtarmaq lazımdır...
“İpə-sapa yatmayan, dalaşqan, söyüşcül, lovğa, oppo​nent​lərini adam yerinə
qoymayan...” – Daha nə qalmışdı adına yapışdırmasınlar. Amma bunların nədən
belə olduğu, hardan qaynaqlandığı ba​rədə düşünən azdı. Düşünsələr də səbəbini
tapa bilməzdilər. Təkcə ömür-gün yoldaşından daha çox, dost, sirdaş olan Mahirə
xanım və ola bilsin ki, bir-iki cəbhə yoldaşı onun üsyankar xarakterinin hansı itki
və faciələrdən doğulduğunu, qaya kimi sərt görünüşünə baxmayaraq köksündə necə
kövrək bir ürək döyündüyünü bilirdilər. Kənar adamlara əzablı müharibə
həyatından danışmağı xoşlamazdı. “Keçdi getdi. İndi kimə lazımdır bu xatirələr!”
deyib söhbətdən yayınardı. Vətən müharibəsi onun üçün toxunulmaz, müqəddəs bir
mövzuydu. Təkcə ona görə yox ki, ilk günündən son gününədək cəbhənin ən ağır
yerlərində olmuşdu və ya ümumiyyətlə, anadan savaşçı kimi doğulmuşdu, məktəbi
qurtaran kimi sənədlərini hərbi təyyarəçilik məktəbinə vermiş, orda qarşısına
ayağının böyüklüyü, boyunun ucalığı bəhanəsi çıxanda hərbi piyada məktəbinə
tələsmiş, hətta qəbul eləsinlər deyə özünü iki yaş böyük göstərməkdən
çəkinməmiş, məktəbi qurtaran kimi, bircə gün yubanmadan, orduya yollanmış,
müharibə başlanan gün Bessarabiyada ilk zərbəni sinəsinə çəkənlərdən biri olmuş,
kəşfiyyatçı kimi dəfələrlə düşmən cəbhəsinin dərinliklərinə qədər gedib çıxmış,
ilk dəfə Sovet İttifaqı Qəhrəmanlığına təqdim edildiyi günlərdə rus dilini yaxşı
bilməyən azərbaycanlı əsgərləri təhqir edən yüksək rütbəli bir zabitin yerindəcə
dərsini vermiş, bunun nəticəsi olaraq, onu Sovet İttifaqı Qəhrəmanı adından
məhrum edə​rək cərimə batalyonunun komandiri olmaq kimi çətin bir işə
göndərilmişdir. Cərimə batalyonunun çoxu məhkum, cinayət işlətmiş əsgərlərini ən
ağır döyüşlərdən keçirə-keçirə ölkədə şöhrətlənmiş, iki dəfə ağır yaralan​mış,


düşmən qəlpəsini 35 il ayağında gəzdirmiş, ağır be​yin silkələnməsi ola-ola
əlbəyaxa döyüşdə düşmən əs​gə​rini məhv etməyi bacarmışdır. Nəhayət, ikinci dəfə
Qəhrəmanlığa layiq görülmüş, Berlinə sinəsində Qızıl Ulduzla daxil olmuş və
müharibədən sonra da qalıb şəhərdə qayda-qanun yaradılmasında iştirak etmişdi...
Bunlar hamısı olmuşdu. Ancaq onun ruhunda və təbiətində ömürlük və silinməz iz
buraxan, çiyin-çiyinə vuruşduğu və çoxunu itirdiyi əsgər dostlarıydı. Neçəsini yad
torpaqlara öz əlləriylə basdırmışdı. Təkcə bir döyüşdə 670 əsgərdən cəmi 47-
sinin sağ qalması nə deməkdir? Hər biri bir evin ümidi, bir elin yaraşığı igidlər...
Özünü hansı möcüzə qorumuşdu? Demək çətindir. O vaxtın qəzetlərində onun hər
döyüşə aslan kimi atıldığından, daim ölümün üstünə getdiyindən yazırdılar. Ancaq
o, müharibənin ilk günlərində qarşısına çıxmış və zorla, dilə tuta-tuta onun
taleyinə baxmış bir qaraçı qızının sözlərini unutmamışdı. Qaraçıya inandı-
inanmadı, bu sözlər ən ümidsiz döyüşlərdə də yadından çıxmamışdı: “Çox
çıxılmaz görünən çətinliklərdən çıxacaq, ölümlərdən alnıaçıq keçərək yüksəklərə,
ulduzlu zirvəyə doğru yüksələcəksən”. Evlərində o illərin şahidlərindən biri,
baldızı yaşayırdı. O da müharibənin əvvəlindən axırına cəbhədə olmuş, ağır bir
döyüş yolu keçmişdi...
Ermənilər “Qarabağ! Qarabağ!” deyirlər. Tarix qalsın bir yana, ermənilərin cəmi
yüz əlli il öncədən bura kö​çüb gəldiyini bilməyən yoxdur. Onlardan əvvəl burda
məskunlaşmış yerli xaçpərəstlərin erməniyə aidiyyəti yoxdur... Qarabağ deyəndə
o, saatlarla qədim alban tari​xindən və ya burda yetişən böyük mədəniyyət xadim​-
lərindən danışa bilərdi. Ancaq Qarabağ sözüylə gözünün qabağına savaşda, qürbət
ellərdə itirdiyi qarabağlı əsgərlər gəlirdi, aralarında erməni dostları da vardı...
Aradan bu qədər illər keçmişdi, ancaq onlardan biri haqqında baldızının söylədiyi
və Mahirə xanımın qələmə aldığı acı xatirə onu həmişə ağladırdı: Savaşın ağır
yerində qızı çağırırlar, “burda bir əsgər bərk yaralanıb, yerlisi olan birisini
axtarır, sözü var” deyirlər. Əsgər ona yaxınlaşan qaraşın qıza baxıb
“Azərbaycanlısan?” deyə soruşur. Qız “hə!” deyir. “Bacı, bir ağı de, bizim
tərəflərin adətincə, son nəfəsimdə ana dilimizi eşitmək istəyirəm...”
Akademik burda dözə bilmirdi... İlahi, mühari​bənin nə qədər ağlasığmaz, həm də
insanın böyüklüyünü göstərən belə xatirəsi var! “Qafqaz uğrunda! Azadlıq
uğrunda!” deyəndə ayrı-seçkilik bilmirdik... Azərbaycanlı, gürcü, erməni...
hamımız birdik. Amma, sən demə, biz orda ölüm-dirim savaşına atılanda burda
bizim xalqa ölüm hökmü çıxaranlar varmış. Niyyətləri Bakıdan bizim milləti
bütövlüklə köçürüb başqalarını bura doldurmaqmış... Bir möcüzəylə, ya da neftin
xətrinə xilas olub bu şəhər, bu şəhərdə yaşayan qohumlarımız, ailələrimiz...
Bəli, o ərköyündü, çünki vətən üçün gəncliyinin ən gözəl illərini vermişdi və heç


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə