Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

Azərbaycan yaratmaq istəyini, ermənilərin sıxışdırıldığını yazır. Bir tərəf azərini
vəhşicəsinə qovur, ona gözün üstə qaşın var deyilmir, o biri tərəf ermənini
sıxışdırmaqda ittiham edilir. Bu o vaxt idi ki, Ermənistanı tərk etmiş onminlərlə
azəri qaçqın Bakıda, Sumqayıtda, Gəncədə evsiz-eşiksiz, küçələrdə yaşayırdı,
amma yüzminlərlə erməni və rus vətəndaş öz dinc həyatını elə əvvəlki kimi
qorxusuz-ürküsüz, azərilərlə qaynayıb-qarışmış şəkildə davam etdirirdi. Xalqın
bu dincliyi və səbri heyrət doğururdu.
Bakıda Sumqayıtı təkrar etmək, ermənilərin öz əli ilə iki-üç ermənini öldürüb
azərbaycanlıların boynuna yıxmaq və onların “erməni dözümsüzlüyü”nü dünyaya
car çəkmək mümkün olmamışdı.
1988-ci il boyu xalq yerli hakimiyyətin vədlərinə inanıb dözdü. Moskva
məmurları həftə səkkiz-mən doqquz Bakıya səfərləri, televiziya çıxışları ilə mil​-
lətin başının altına yastıq qoymaqla məşğul oldular.
Akademik bu nisbi dincliyin arxasında məkrli bir oyun getdiyini duyur. İlin
ortalarında – xalq cəbhəsi yaranandan az sonra orda radikal bir qanadın
yaranması və sözdə vətəni qorumaq naminə silahlı dəstələrin yaradılması xəbərini
eşidəndə dalağı sancdı. İqtidarın cəbhə üçün quyu qazdığını görməmək cahillik
olardı. Azərbaycanlıların İs​lam təmayülçüsü, rus və erməni düşməni obrazını
yaratmaq üçün Moskva televiziyaları və qəzetləri dəridən-qabıqdan çıxırdı...
Bu azmış kimi indi də guya “təpədən dırnağa silahlanmış AXC-nin Azərbaycanın
qanuni haki​miyyətini yıxmasının qarşısını almaq” üçün havadan, qurudan, sudan
Bakını mühasirəyə almaqdadır. Sanki düşmən üstünə gəlirlər.
Ömrünün ən acı günlərini yaşayırdı. Moskvanın bu xə​yanətinin qarşısını almaq
imkanı yoxdu. Ürəyini gecə-gündüz yazmaqla soyutmaq istəyirdi.
Cibində son vaxtlar yazdığı bir neçə məqalə, ağır düşün​cələr altında zorla hərəkət
edirmiş kimi, asta-asta üçüncü mərtəbədəki redaksiyaya qalxdı. Otuzuncu illə​rin
repressiyaları haqqında silsilə məqalələri burda – Altay yaranmış vəziyyətdən
istifadə edərək – və hələ ki, respublikada yeganə müstəqil və demokratik qəzet
olan “Azərbaycan”da çap etdirirdi. Altay nəşriyyatdakı işiylə yanaşı, burda
qurduqları ictimai təşkilatın nəzdində 1918-1920-ci illər arasında buraxılmış eyni
adlı qəzeti bərpa etmiş, onun baş redaktoru olmuşdu. Qəzetin çox mötəbər
ziyalılardan seçilmiş redaksiya heyətinin tərkibində Akademik Ziyad Şıxlı da
vardı. Qəzet çox oxunurdu, hər nömrəsi əldən-ələ gəzirdi, buna görə də Ziyad bəy
repressiya qurbanları haqqında rəsmi qəzetlərin qorxudan yaxın qoymadıqları
yazılarını burda həvəslə çap etdirirdi.
Bura ərklə gəlməyinin başqa bir səbəbi də vardı.
Dövlətə bağlı olmayan, söz azadlığının, aşkarlığın ver​diyi imkanın ilkin bəhrəsi


olan qəzetin təsis olunmasın​da Altay və bir dəstə başqa dostlarıyla birgə
akademikin də əməyi vardı. Tirajı yarım milyona çatsa da, satış köşk​lərində
anında tükənən, əldən-ələ gəzən, hər nöm​rə​siylə hö​kuməti silkələyən qəzet Altayın
kitablarıyla, mey​dan​dakı fəaliyyətiylə qazandığı hörmətini bir az da artırmışdı.
Ayağı redaksiyaya dəyən kimi işçilər toplaşırdılar akademikin başına.
Altay onu xoş əhvalla qarşılasa da üzündəki yorğunluq Ziyad bəyin gözündən
yayınmadı:
– Xeyir olsun? Sabaha kimi yük daşımısan?...
Altay akademikin həssaslığını bilirdi, düzünə qalsa bu mövzunun açılması
ürəyindəndi:
– Neçə gündür Sizin dostunuzla qovğadayıq. – dedi.
– Kimdir mənim dostum? Əkbəri deyirsən?
Altay sakitcə:
– Əkbər ağıllı adamdır, ondan danışmıram. Onun ye​rinə gətirilən direktorumuz...
O da uzun müddət sizin əli​nizin altında, akademiya nəşriyyatında işlə​məyib?
– Düzdür, Natiq də Əkbər kimi, əvvəlcə bizdə işləyib. Sakit adamdır.
– Hə, o sakit və yalnız özünü düşünən, qorxaq adam, qürurla tez-tez sizinlə birgə
işlədiyini və dost olduğunuzu deyən adam qəzetin yuxarılarda na​razılıqla
qarşılandığını bildiyindən və bəlkə də elə onların tapşırığıyla məni nəşriyyatın
baş redaktorluğundan azad etmişdi. Şübhəsiz, burda 1988-ci il mitinqləri zamanı
dalaşmağımız da rol oynayıb. İkinci iş yerin var, ordan da maaş alırsan... deyir.
Başa sala bilmədim ki, qəzet ictimai işdir, maaş almıram. Məni işdən azad etmək
barədə əmr verib.
Akademik siqaret yandırdı:
– Sonra? Belə çıxır ki, sən qəzetdə bu boyda iş görə-görə, ikiqat çalışa-çalışa,
zəhmətinin mükafatı maaşsız qalmaq olub...
– Əsas bu deyil. Əsas bu adamın nadanlığıdır. Qəzetin ölkədə qazandığı şöhrəti və
buna görə böl​gələrdən nə qə​dər məktub gəldiyini bilir. Normal vətəndaş olsa özü
də şərait yaratmalı, kömək eləməlidi, çünki bu bir milli işdir. Neçə gün vaxtım
getdi. Ona başa salmağa çalışdım ki, Natiq müəllim, sən məni işdən çıxara, bu
haqda əmr verə bilməzsən, sənin səlahiyyətin çatmır buna, bu işə komitənin
kollegiyası baxmalıdır. Yox, belə olacaq deyə, dirənib durdu. Mən də məcbur
olub komitə sədrinə yazdım. Komitə sədri də bunun kimi hüquqdan bixəbər deyil
ki?! Əmri ləğv edildi. Amma ortada nə qədər əsəb gedir.
– Bəs Əkbər nə dedi? Komitəyə sədr müavini gedəndə Natiqi öz yerinə o gətirib.
Natiq Əkbərin yaxın dostudur, mənim yox, – deyə akademik maraqlandı.
– Nə deyəcək? Məni müdafiə elədi. Ancaq sözümü də dedim. Bizim nəşriyyat bu


cür savadsız və ancaq özünü düşünən adamın yeri deyildi. Siz gətirdiniz onu, bütün
işçilər narazıdır... Nə isə. Başağrısı olmasın.
Akademik növbəti məqaləsini masanın üstünə qoydu.
Altay yazının başlığını görən kimi öz iş söhbətini unutdu:
– Siz nə boyda bir iş gördüyünüzü bilirsiniz? Tezliklə bu məqalələri ayrıca bir
kitab kimi buraxmalısınız!
Alimin qayğısı ayrıdır:
– Bunu sonra danışarıq! Sən mənə de görüm, Xalq Cəbhəsində neynirsiniz?
– Neyləyəcəyik... İkitirəlikdir.
– Nə ikitirəlik, canım?! İndi bölünmək vaxtıdır?
– Bölünməyimizi istəməyən ziyalılarımız gərək ilk gündən bizi tək qoymayaydı.
Ziyad bəy onu diqqətlə süzdü:
– Nə iş görəcək Xalq Cəbhəsi? Əlinizə silah götürüb Qarabağı müdafiə edə
biləcəksiniz?
– Silahımız nə gəzir!
– Cəbhə deyəndə mənim yadıma Qafqazdan Berlinə uzanan döyüş yolları düşür.
Söz cəbhəsi ilə iş bitməz. Onsuz da məmləkət boşboğazlarla doludur. Yuxarıda
oturanlar da o cümlədən...
– Bəyənmirsinizsə, özünüz yaradaydınız cəbhəni, ya da gəlib başçılıq eləyəydiniz.
Axı qurultaya sizi də dəvət eləmişdik...
– Onlarla bir yerdə olmaq səni də xəstələndirib! – deyə akademik hirslənirdi. –
Sən nə təklif edirsən mənə? Gəlib ildə bir məqalə yaza bilməyən, on ildə
namizədlik işini ortaya çıxarmağı bacarmayan aspirantlarımın qoltuğuna sığınım?
Kimlərin layihəsi olduğunu bilmədiyimiz və cəbhə adına parodiya olan bir
qurumda uşaq-muşağa qoşulum?
– Meydanın əsas qəhrəmanlarından biri sizsiniz
– Meydan ayrı! Meydanın hökmünü və sevgisini unutdunuz. Cəbhənin idarə heyəti
xalq adına sayğısızlıqdır. Hansı ölçüylə, hansı məntiqlə seçdiniz bu adamları, nə
edə bilər onlar?
Akademik Altaya sayı o qədər də çox olmayan dostlarından biri kimi baxırdı;
səmimiyyətini, açıq danışığını, cəsarətini xoşlayırdı; onunla öz arasında bənzərlik
görürdü. Bir də ki, indi Xalq Cəbhəsinə qoşulanların çoxu yatanda onlar bir yerdə
kütlənin önündəydilər, ilk mitinqlərin təşkilində çəkdikləri zəhməti kimsə inkar
edə bilməzdi. Rayonlarda kütləvi surətdə cəbhəyə axın, özəklərin yaradılması
onların və bir-iki başqa nüfuzlu ziyalının müra​ciətindən sonra başlanmışdı.
Sonradan bu yola qoşulanlar döşlərinə döysələr də, Altay təvazökardı, zəhmətini
gözə soxmağı sevmirdi. Ancaq akademik hər şeyi görürdü. Bu dəfə də fikrini


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə