Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   18   19   20   21   22   23   24   25   ...   75

İndi dağıdılmış Bakıya baxanda şəhəri bu günə qoyanın öz sevdiyi ordu olduğunu
düşünmək dəh​şətli bir əzab idi.
Bir həftə öncə Altayın “bilirsiniz, Ziyad müəllim, Ba​kını dağıdacaqlar. Mən
təsadüfən bir məqalə ilə bağlı çağırıldığım Ali Sovetdə xanım Qafarovanın
masası üstündə ordunun Bakıya yeridilməsi və komendant saatı elan edilməsi
haqda Qorbaçovun fərmanını oxumuşam. Qol çəkilmişdi. Bircə tarix yeri boş
qalmışdı. Tarix Bakıda qoyulmalıymış.” sözünü qulaq ardına vurmasına təəs​-
süflənmişdi. Ancaq başqa cür yanaşsa nə dəyişəcəkdi?
Qəzetlər çıxmır, zavodlar və universitetlər ölü sükutu içində, Akademiyada iki gün
ara vermədən danışdılar, gəldikləri qərarı, yəni xalqla bir olduqlarını mitinq
keçirən xalqa çatdırmaq üçün üç nəfər yazıçı da göndərdilər. Pah, qərara bax e!
Xalqla bir olmaq... Guya xalqla bir olmaqdan başqa bir yol da var! Və ya xalqla
bir olmayıb, nə qələt eləyəcəksiniz? Bu da bir başaldatmadır. Xalqla bir olan
ziyalı elə ordadır, mitinqdədir. Başqaları çarəsizlikdən, çıxış yolu tapa
bilmədiyindən danışır. Məsələn, iki nəfər əvvəldən meydana ayağı dəyməyən,
birinci katibin yaxını olan ziyalı Altaya qoşulub gedir. Nə deyəcəklər? Altay,
onsuz da iki ildir xalqın içindədir. Siz də iki ildir yuxarıların ağzına baxırsınız...
Daha kimlərəsə məhkəmə qurmaq vaxtı deyildi. Əsl məh​kə​məlik olan ordudur, ona
da güc çatmır. Əlində Allahın ov tüfəngi də olmayan xalqın üstünə əlində atom
bombası olan bir ordu göndəriblər...
Radio və televiziya susdurulub... Qəzəbini kimə boşalda bilər? Hərbçilərdən
başqa kim var ki! Başqalarından fərqli, o, hərbçilərlə danışmağın yolunu bilirdi.
Gərək onlarla danışsın. Ən azı bu vəhşiliklərin nə qədər sürəcəyini öyrənə bilər...
Ancaq son bir ayda ikigündənbir Bakıda peyda olan, televiziyadan düşməyən
Moskva nazirləri, komitə sədrləri birdən-birə yoxa çıxıb. Sən demə, məqsəd
Bakını viran qoymaqmış. Vəssalam! İndi də Moskvada oturub Bakı olaylarını ört-
basdır eləməklə, bu cinayət haqqında məlumatların dünyaya yayılmasının qarşısını
almaqla məşğuldurlar. Bakı faciəsi ərəfəsində onların, guya toya gəlibmişlər kimi,
yığışıb yeyib-içdiklərini, SSRİ-dəki son hadisələri arxayınlıqla müzakirə
etdiklərini dəfələrlə görmüşdü. Primakovla birgə keçirilən görüşdən sonra onunla,
ölkədə nüfuzu olan alim və müharibə qəhrəmanı kimi, ayrıca görüşmüşdü.
Söhbətin ilk on dəqiqəsindən sonra artıq onu dəvət edən generalların kimliyini
anlamışdı. Yazov, Bakatin, Kryuçkov, Şatalin... Bakıda özlərini nə qədər
yekəxana, qüdrət sahibi kimi aparsalar da, alim onlarda heç bir səlahiyyətin
olmadığını görmüşdü. Tapşırıq alıb gəlmişdilər və onu yerinə yetirməkdən başqa
yolları yox idi. Danışıqları, rəftarları generala, zabitə yaraşan deyil, ancaq ölkəni
onlar idarə edir. Onlardan yüz dəfə ağıllı ol, fərqi yoxdur, hakimiyyət əllərindədir


və ölkəni də istənilən tərəfə dartıb aparırlar. Bizim üzdə olanlarımızı da guya
yüksəldib yuxarı dartır, orda zəhərləyir, məhv edir, geri buraxmırlar. Yaxşı ki, hələ
ağsaqqalı və ya Sonuncu Mogikanı məhv edə bilməyiblər. Bizim üçün Sonuncu
Mogikan olana Sonuncu Məhkum kimi baxırdılar... Bu qədər yüksəlmisən, bəsdir.
Bizə inanmağın, daha doğrusu, cəhənnəm alovlarına bu qədər yaxınlaşmağın
aqibətini düşünməliydin. Bizimlə bir olmaq üçün Stalin, Beriya kimi rusdan artıq
rus olmalısan; hardan gəldiyini unutmalısan. Onlar üçün bu çətin deyildi, çünki
inqilab barrikadasından, küçə inqilabçılığından, türmələrdən birbaşa Kremlə
düşmüşdülər, ata-anaları, vətənləri Kremldi. Amma bunun taleyi başqa cür olub,
öz ölkəsində rəhbər olmağın ləzzətini görüb, indi də respublika arxasındadır,
boyunduruq altına girən deyil. Ağıllı adamdır, Moskvanı sədaqətlə aldatmağın
mümkünsüzlüyünü bilir, ən azı Nərimanın taleyini düşünür və yəqin ki, onun
ağrısını da çəkir. Cani-dildən qulluq edə-edə, başdakıların hamısından çox çalışa-
çalışa yenə də vicdansızlıqla əyalət, ikinci sinif yanaşmasından xilas ola
bilməməyin əziyyətini o da dəfələrlə yaşayıb. Ağıl, düşüncə etibarilə səndən
aşağıda olanların əsirinə çevrilmək dözülməz işdir. Ayağı torpağından qopandan,
millətindən ayrı düşəndən sonra O da öncə dəbdəbəli kabinetlərin, sonra
Qorbaçovun hakimiyyət oyunlarının əsirinə çevrildi. Onu da hiss elədi ki, mümkün
qədər güclü olmalısan. Gücləri çatsa, onu da çoxdan aradan götürərdilər.
Ancaq 20 Yanvarda öz qəfəsini qırıb meydana çıxdı və Moskvadan bütün dünyaya
qışqırıb “Mənim xalqıma qarşı cinayət işlədilib. Dünya bunu bilməli və
cinayətkarları tanımalıdır!” – dedi.
Bu çıxış Ziyad bəyin həmişə dediyi sözü bir daha təsdiqləmişdi. Niyə öz yurduna
qayıtmasın? Bu qarışıqlıqda ondan böyük ümid yeri ola bilməz. Xalq onu qəbul
edər; biz də oturub arxayınlıqla öz elmi işlərimizlə məşğul olarıq.
Bu cinayət açılmalıdır, dünyaya çatdırılmalıdır. Elə faciənin törədildiyi gün
deputatların təklifi ilə Ali Sovetin fövqəladə yığıncağına dəvət olunmuş ziyalılar
arasında o da, Xalq Cəbhəsinin bir dəstə fəalı da vardı.
İclasdan qabaq Sumqayıt alimlərindən İsmayıla zəng vurdu. Bir gün öncə
həyəcanla onun görüşünə gəlmişdi... Xəttin o başından hıçqırıq səsi gəldi:
“İsmayıl müəllimin maşınını tank yerə suvayıb. Maşındakı dörd alimin dördü də
ölüb Ceyranbatan yolunda.
Budur şəhərə dinc niyyətlə, hakimiyyəti, yaxud ermə​niləri qorumağa gələn 12-ci
qızıl ordunun iyrənc siması. Sakitcə, öz yolu ilə gedənlərə belə aman verməyiblər.
Ali Sovetdə qeyri adi bir hüzn, çarəsizlik, əzab, milli matəm havası və bu havanın
gətirdiyi qürur vardı. Hamı qucaqlaşır, ağlayır, ancaq eyni zamanda bir-birinə
təskinlik verirdi. Milləti əzmək istəyənlər onu daha sıx birləşdirmişdilər.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə