Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   ...   75

dua, ağı... hamısı yoxa çıxır. İnsan səsinin yerini küləyin, yağışın, suların,
ildırımların səsi tutunca zaman donur, yaranmışlar unudulur, təbiət amansızlaşır,
yerin-göyün vəhşi xisləti baş qaldırır; elə bilirsən, insanları bu yerlərdən qoparıb
aparmayıblar, onlar durduqları yerdəcə dəyişilib ağaca, daşa, quşa, heyvana
çevriliblər və günün birində hansı möcüzəyləsə əvvəlki hallarına qayıdacaqlar.
Bu Qırmızı qatarın əsas sərnişini insandı, yerin​dən, yurdundan, təbiətindən
qoparılmış insanların səsi bu qatarla Qərbdən Şərqə yayılırdı. Düz yollarda bu
qatar onlarla gözü olan bir neyə də bənzəyirdi və çöllər boyu bu neydə insanlığın
indiyədək eşitmədiyi ən uzun, ən acı bir ölüm havası çalınırdı...”
Burda dərindən nəfəs alıb masanın arxasından qalxdı. Çünki artıq nə yazacağını
bilirdi. Bu başlanğıcdan sonra təmkinlə məsələnin mahiyyətinə dalacaqdı. Aradan
neçə gün keçsə, başı başqa işlərə qarışsa və yazı masasından uzaq düşsə də, bu
qeydləri onu yenidən bugünkü ovqatına qaytaracaqdı. Həyat yoldaşının mətbəxdə
olduğunu bilə-bilə yenə köhnə vərdişiylə, “Xanım, hardasan, bir çay ver, işə
tələsirəm!” – deyə səsləndi.
Mətbəxdən cavab gəldi:
– Gəl, əzizim, gəl! Çay da, qayğanaq da hazırdır...


BÖYÜK ATALARIN ZƏRİF
YADİGARLARI
Payız rüzgarının pəncərədən içəri atdığı saralmış yarpaqdı, solğun çiçəkdi, əsə-
əsə dayanmışdı ota​ğın ortasında. İllərlə onun-bunun qarşısında boyun bü​kərək,
yalvararaq dayanmaların sonunda bədəni azacıq irəliyə əyilmişdi. Bəlkə də
çiynindəki gözəgörünməz yükün təsiriydi bu?
Belə zərif, arıq xanımlara yaş vermək çətindir; 30 deyən də olar, 45 deyən də.
Yalnız gözlərinin yanındakı incə qırışlar onun artıq gənc olmadığını, başının
üstündə son bahar rüzgarlarının dolaşdığını xatırladır, sadə çit donu geyim-kecim
peşində olmadığını göstərir. Bir ruh kimi sezilmədən girdiyi otaqda havadan
asılıbmışcasına, titrəyə-titrəyə dayanmışdı.
Uşaq təmizliyini və parlaqlığını itirməmiş iri göz​lə​rində kədər çoxdan yuva
bağlamışdı; bunu sezmək çətin deyildi.
Akademik Ziyad Şıxlı balaca kabinetinin küncü​nə sıxışdırılmış masasının
arxasından qalxıb qıza yaxınlaşdı, əl verib görüşdü və kətil çəkib oturmağına
yardım etdi:
– Otur, Sara xanım! Mən səni yaxşı tanıyıram. Atan kişi adam idi. Belələri indi
azdır.
Saranın gözləri doldu; belə isti qarşılanacağı​nı göz​​lə​​mirdi. Bu qapını açanadək
çox çək-çe​vir elə​​​mişdi, çə​kinirdi, qorxurdu akademikdən. Dö​şün​​dəki Qızıl
Ulduzdan, köhnə zabit xasiyyətini tərgitmədiyindən, boy-buxunundan, güclü, bir az
da yo​nulmamış adam olmağından, ürəyindəkini şap​​​​​​padan adamın üzünə
çırpmağından qor​xurdu. Elmlə, tarixlə, Akademi​ya​nın ümumi işləriylə bağlı
məsələlərdə onun güzəştsizliyi, sərtliyi, gözlənilməz rəftarı barədə çox söz-söhbət,
hətta gülməli əhva​latlar eşit​mişdi.
Düzünə qalsa, Sara xanım tək ondan yox, bütün adamlardan qorxurdu. Onların
üzünə baxmaqdan, onlarla ün​siy​yətdən, kiməsə ağız açmaqdan çə​ki​nirdi. Şöhrətin
zir​vəsində olan atasını birdən-birə itir​məsi, bircə günün içində xalqın sevimlisinin
qızından xalq düşməninin qızına çevrilməsi onun ürə​yinə heç bir təskinlik və
qayğıkeşliklə dağılmayan bir xof doldurmuşdu. Elə bilirdi ki, hər kəs onu incidə,
əzib keçə, toza çevirə bilər. İmkanı olsa gözə görünmədən və ya kölgə kimi
yaşayardı bu həyatda... Küçədə də belə gəzirdi. Adamların az olduğu yollarla,
yerə ağırlıq salmaqdan çəkinirmişcəsinə, barmaqlarının ucunda, kəpənək kimi


uça-uça keçirdi. Ömrü boyu bircə qarışqaya da əziyyət verməmişdi.
Bu qorxunu üzündən də görmək olar. Sanki ağzından çıxan hər kəlməni
havadaykən, qulaqlara çatmamış tutub geri qaytarmaq istəyirdi. “Bir ayağı irəli,
bir ayağı geri...” Tərəddüdlə yeriyənlər haqqında belə deyirlər. Ancaq Saranın
danışığı beləydi: bir sözü irəli, bir sözü geri... Elə bil ağzından çıxan kəlmə
qasırğaya dönüb onu da qabağına qatıb aparacaqdı. Bəlkə buna görə də həmişə
ətrafına dörd gözlə baxırdı; gözündən heç nə yayınmır, hər şeyi görür və anındaca
özünü yığışdırırdı.
Ancaq akademikin yaxın adam kimi davranması onu cəsarətləndirdi. Çəkinə-
çəkinə olsa da, fikrini dedi:
– Mən pis yaşayıram, olduqca pis. Heç kim buna dözə bilməz, maaşım çox azdır,
ancaq bununla da keçinərəm, mənnən işləri olmasın.
– Kimin nə işi var sənnən?
– “İxtisara düşürsən”, deyirlər.
Ziyad bəy yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Gözü istər-istəməz çinar bağının
arxasında, Cavidin heykəlinə sataşdı.
Heykələ ani baxış və qarşısındakı qız... Arada nə əlaqə var? Niyə Saranı
dinləyəndən sonra gözü məhz Cavidin heykəlini axtarmışdı? Uzaq tarixlərdən
yazır, ancaq bir tarix də orda, yolun o üzündədir, əbədi əyilməzlik, cəfakeşlik
rəmzi və millətin ürək ağrısının elə ürəyə bən​zər daşlardakı davamı, bir tarix də
qarşısında sızıldayır. Nədənsə, Saranı sonadək din​ləmədən, daha doğrusu, onun
niyə gəldiyini anladığından həmin məsələnin üstündən keçərək soruşdu:
– Sən Sona xanımı görmüşdünmü?
– Hansı Sona xanım?
– Sona Hacı Zeynalabdin qızı Tağıyeva...
– Əlbəttə, – Sara tələsik cavab verdi.
– Minlərlə ailəyə çörək verən kişinin qızı evsiz-eşiksiz, ac-yalavac, küçələrdə
qalmışdı...
Akademikin öz-özünə danışırmış kimi dediyi bu sözlər Saranın yaralı yerinə
toxunmuşdu.
– Nə fərqi, mən də onun günündəyəm. Atam öz lə​ya​qətini qorudu, amma bilmədi
ki, ondan sonra bizi hansı zülmlər gözləyir.
“Bu arıq, üzgün qız o boyda faciəni görüb, sarsılıb, buna sahib çıxmaq əvəzinə
biri xəstə, biri əsəbi deyir. Əslinə qalsa o boyda itkidən sonra bu, dəli olmalıydı
və bu dəlilik düzgün anlaşılmalıydı”, – Ziyad Şıxlının ürəyindən keçdi.
Sara elə bil ürəyini oxudu onun:
– İnsanlıq qalıb ki? Ölüb küçələrdə qalsan, meyitini götürən olmaz. Deyəndə də


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə