Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   ...   75

xəyanət et​məkdənsə, onun yolu ilə getməyi qərarlaşdırıb; çox istedadlı alim idi.
Akademikin rəngi qaralmışdı. Sara xanım göz​lərini rəflərdəki kitablara zilləyib
danışırdı.
– Biri də sonralar üzə çıxıb və yenə qeyb olub. Bunu mənə Altay Qızılbaş danışdı.
Sən demə, qə​zetə, onun yanına bir nəfər gəlir, dəftərlərini verərək oxumasını xahiş
edir. Altay çaşıb, təəccüblə, “Sizi tanımıram, bu dəftəri niyə mənim oxumağımı is​-
təyirsiniz?” – deyə soruşur. Gələn adam, “Mən Heydər Hüseynovun aspirantı
olmuşam, – deyir. – 23 yaşımda müdafiə etmişdim və universitetdə dərs deyirdim.
Müəllimimin ölümündən sonra sarsıldım, havalı kimi gəzirdim. Üstəlik, onun
əleyhinə yazmağımı tələb edirdilər. Razılıq vermədiyimdən universitetdən
qovuldum. Qovsunlar, nə olacaqdı, ancaq bu yetmədi, məni dəlixanaya saldırdılar.
İndi çıxmışam. Həkimlər başqa işlə məşğul olmağıma izin vermirlər. Düşünürəm,
şeir yazmaq düşüncələrimi nizama salacaq. Yazanda olub keçənləri unuduram”.
Akademik maraqla:
– Oxuyubmu şeirlərini? – deyə soruşdu.
Qız güldü.
– Nəyə gülürsən? Bəzi şairlərimizin yazdığından pis olmazdı...
Sara xanım:
– Mən bu haqda bir şey soruşmadım.
– Sonrası nə olub?
– Gəldiyi kimi də yoxa çıxıb. Harda yaşadığını soruşan olmayıb. Solğun, əzabkeş
sifətində zərrə qədər dəlilik əlaməti yoxmuş. Redaksiyada görənlər belə deyirdi.
Bu sözlərdən sonra ayağa qalxdı:
– Başınızı ağrıtdım, bağışlayın! – Çantasını açıb qə​zetdə dərc olunmuş
məqalələrinin surətini masanın üstünə qoydu.
– Maraqlansanız, baxarsınız. Atamın qurduğu bir yerdə kiçik elmi işçi olmağımı
da çox görməsinlər mənə. – Bu dəfə səsi ötkəmdi. Sözü də ağarmış üzünə
bənzəyirdi, bıçaq tiyəsi kimi parıldayır və adamın ürəyinə işləyirdi. – Bu ölkədə
heç nə dəyişilməyib. Repressiya davam edir. Atamdan sonra mənə də aman
yoxdur. Öldürmək istəyirlər. Onsuz da mən çoxdan ölmüşəm: atamla birgə. Nə
istəyirlər ortada gəzən quru qəfəsdən? Bu hökumətin qarşısında nə günahın
sahibiyəm?
Gözləri doldu, ağlamağını gizlətmək üçün “bağışlayın” deyib, titrək addımlarla
çıxıb getdi.
Onun belə qəfil gedişinə təəccüblənmədi. “Ömür​lərini atalarına qurban vermiş,
onların zülmü​nü çəkən bu qızları da qoruya bilməsək, bizdə kişilikdən əsər-əlamət
yoxdur”, – gəldiyi nəticə bu idi.


Sara onun yaralı yerinə toxunmuşdu. İllər uzunu onu düşün​dürən məsələydi.
Doğrudan da, adlar, maskalar, vitrinlər, ge​yimlər, papaqlar və nəhayət, siyasət,
daha doğrusu, siyasətin adı dəyişilsə də, köhnə hava qalmaqdadır, dəyişilmir,
vücudun çürüklüyü, münasibətin saxtalığı, din və irq davalarının ibtidai iyrəncliyi,
istismar niyyətinin vəhşi xisləti buqələmun kimi cilddən-cildə girir və yaşayır.
Bütün sərvəti əlindən alınandan sonra ev dustağı kimi yaşamasına imkan verilmiş
Bakı milyonçusunun Sibirdə çürüdülən böyük dramaturqdan, yaxud sözünə,
əqidəsinə xəyanət etmədiyinə, tarixi saxtalaşdırmadığına görə gözümçıxdıya
salınanda intihardan başqa yolu qalmayan böyük alimdən nə fərqi var? Millət
bunların heç birini müdafiə edə bilmədi. Qorxdu! Qorxunu başa düşmək olur,
amma sonra onların övladlarına sahib çıxa bilməməsi rəzalətdir. Qonşunun
qonşuya yardımının qarşısını kim kəsə bilər? Küçələrdə qalmış bir əlacsızı
qoltuğunun altına alıb xilas etməyinə nə don biçə bilərlər? Bir adam olsa, bəlkə
də damğa vurarlar. Ancaq eyni vaxtda yüz adam, min adam himayədarlıq eləsə,
bütün şəhər bir ağsaqqalının, minlərlə adamı yaşatmış bir xeyirxahın borcunu
verməyə qalxsa, hansı yolla buna əngəl ola bilərlər?
İndi hamısı yekə-yekə danışır. Yuxarıdan verilən pay, xaricin təsiri ilə ortaya
atılan yeni libaslı köhnə şüarlar... Yadına kitabının korrektoru düşdü. Milyonçu
Dadaşovun nəslindən olan nəcib bir insandı, amma korrektorluqdan aldığı qəpik-
quruşla dolanırdı. Bir əli ilə gözdən qaçan səhvləri düzəldir, biriylə də gün uzunu
alnını ovuşdurur, başının gurultusunu sakitləşdirməyə çalışırdı. Bu sakit, iddiasız
adam keçmişini xatırlayanda heyrətə gələrdin. Bəlli olurdı ki, tez-tez qapısını
döydüyün dövlət idarələrinin, hər gün yanından keçib getdiyin gözəl tarixi
binaların bir çoxu onların halal mülküdür, babalarının zəhmətiylə, puluyla, alın
təriylə tikilib və neçəsinin varislik kağızını da qoruyub saxlayır. Ancaq bu
kağızları kiməsə göstərmək mənasızdır. Canlarını qurtarmaq üçün illər uzunu
qohumluq əlaqələrini də danıblar, bəziləri soyadını da dəyişdirib. İndi-indi xof
dağılır...
Bir müddət əvvəl başqa bir dahinin sürgündən qayıtmış oğlu çarəsiz qalıb ona üz
tutmuşdu. Anası, başında bir dəstə uşaq, nələr çəkmişdilər Şimali Qazaxıstanın
şaxtasında, buzunda. Ana özünü və övladlarını necə müsibətlə qorumuşdu?
Yazılmamış bir əfsanədir.
...Çox şeyi açıb-ağartmadan, ucundan-qulağından danışıb keçmişdi. Ancaq
dedikləri bu xalqa müstəqilliyi daddırmış bir nəhəngin ailəsinə verilən əzabın nə
boyda bir günah və cinayət olduğunu təsəvvür eləməyə bəs edir. Dünyanın işinə
bax. Rə​sulzadənin evini erməni zəbt edibmiş, indi də orda yaşayır, evin əsl
sahibinin mülk tələbinə məhəl qoyan yoxdur. Erməni olmasın türk olsun, fərqi


yoxdur, əsas məsələ bu evin halal sahibinə, bu gün adı dillərdə gəzən kişinin
ailəsinə qaytarılmasıdır. Ancaq dinləyən yoxdur. Bu o deməkdir ki, Rəsulzadə
kimilərə hələ yenə də çarizm və ya sovet gözüylə baxırlar, ona nifrətin kökündə
əqidə fərqi dayanmır, onun niyə milli şüur sahibi olması dayanır. Niyə öz
kimliyini dərk etmişdi, niyə azadlıq uğrunda, Rusiyadan qopmaq uğrunda
mübarizə aparmışdı, niyə türkü ayıltmış, millətin ləyaqət duyğusunu itiləmişdi?
Əsas məsələ budur və bu yerdə kapitalistlərlə bolşeviklər arasında heç bir fərq
qalmır, zatən Bakıdakı rusların əksəriyyəti mühacirətdən gətirilən
ağqvardiyaçıların nəslindəndir, bolşeviklərlə yanaşı, bütün fəhlə sinfinə, çarizmi
yıxıb müstəqillik uğrunda vuruşanlara nifrət edirlər; Rəsulzadəyə də o cümlədən...
Bu düşüncələr neçə müddətdi ona rahatlıq vermirdi. Uğrunda vuruşduğu dövlətinin
onun millətinə tutduğu divanın, otuzuncu illərin vəhşi qırğınlarının hələ də
araşdırılıb üzə çıxarılmamasının səbəblərini dərk etməyə çalışırdı.
Sara xanımın gəlişi onun yeni tarixin gizlinlərini üzə çıxarmaq niyyətini bir az da
möhkəmləndirdi.
Müharibədən sonrakı ilk illərin ən xırda cizgi​lərinə qə​dər yadında olan hadisələr
yenidən xəyalın​da canlandı.
...Berlinin ən böyük bölgələrinin birində komendantın müavini işləyirdi, sonra ali
hərbi məktəbdə oxuyacaq və Moskvada yüksək vəzifədə çalışacaqdı.
Seçim qarşısındaykən gecə yuxuda Bakını görmüşdü. Yaydı, deyəsən, Şıx
səmtiydi, dəniz qırağında, göyün işığı ilə dənizin işığı bir-birinə qarışıb və bu
işıqdan bir adam çıxıb ona yaxınlaşır. Böyüklərindən hansıdır, bəlkə də
nəsillərinin kökündə dayanan ulu Bakı Şeyxidir?! Ayırd edə bilmir... Əsas üz
deyil, o üzdən yayılan nur və sehrli səsdir. “Allah səni qoruyub ki, nahaq
öldürülənlərin adını yaşadasan, basdırılmış tarixləri dirildəsən”.
Bakıya qayıdıb bütün sonrakı ömrünü Azərbay​canın yad tarixçilər tərəfindən
saxtalaşdırılan, təhrif edilən qədim tarixinə həsr etmişdi.
Bəs öldürülən nə deməkdi? Birdən-birə anladı ki, Saranın onun yanına gəlməsi və
“repressiya davam edir” deməsi ilə o uzaq yuxu arasında əlaqə var. Bunların heç
biri təsadüfi ola bilməz; yəni arxivlərdə təkcə xalqın uzaq tarixinin izlərini yox,
həm də bu günün yaxın köklərini, günahsız qurbanların haqqını araşdırmalısan.
***
Akademiyanın Rəyasət Heyətinin növbəti iclası alim məclisindən daha çox
təsərrüfat yığıncağına bənzəyir; havadan, sudan, xarici siyasətdən,
yenidənqurmanın vəd etdiyi xoşbəxtliklərdən, Azər​baycanın sürətlə cənnətin
qapısına yaxınlaşmasından danışılır; elmin vəziyyəti qalmışdır kənarda. İlbəil
təkrarlanan və artıq kiflənmiş statistik “yeni​liklər” barədə çıxışlar Ziyad bəyi


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə