Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   2   3   4   5   6   7   8   9   ...   75

əsəbiləşdirir. Filan bölmə üzrə bu qədər dissertasiya müdafiə edildi, filan sahəyə
bu qədər vəsait ayrıldı; alimlərin maaşı on beş manat əlli qəpik artırıldı, aşkarlıq
və yenidənqurma alimlərimizin ürəyindəndir, hamımızı səadətə qovuşduracaq...
Kimsə daha da cuşa gələrək, salonu alqış sədalarına bürüyən bir təklif də verir:
bəlkə Baş katib Qorbaçov yoldaşa alimlərimizin sevgisini izhar edən bir məktub
ünvanlayaq və s.
Bunlarla yanaşı, müzakirələrin əsas mövzusun​dan biri son zamanlar alimlər
arasında ictimai fəal​lığın artmasıdır. “Milli məsələlərin müzakirə edildiyi
məclislərdə alimlərimizin fəallığı rəhbərliyi narahat edir, Akademiyanı bu
millətçi qaragüruhdan təmizləmək lazımdır. Bizim tarix, dil, ədəbiyyat, fəl​səfə
konsepsiyalarımız qalıb bir kənarda, tanımadığımız müəlliflərin alternativ əsərləri
çap olunur. Gündə bir kitab çıxır və əsas tənqid hədəfi bizim alimlərin illərlə
zəhmət çəkib hazırladıqları çoxcildliklərdir. Bu, sovet elminə qarşı çıxmaqdır.
Xalqımızın təşəkkül tarixi haqqında, vahid sovet xalqının maraqları nəzərə
alınmaqla, Moskvada hazırlanmış ideya-nəzəri çərçivələri dağıtmaq istəyirlər.
Bunlara qarşı mübarizə gücləndirilməli, alimlərimiz səfərbər edilməlidir...”
Ziyad bəy bilirdi ki, ayağa qalxsa, yenə bir qov​ğa düşəcək. Bu zallarda otuzuncu
illərin siyasi cəhaləti və ya düşmənçiliyi səviyyəsində səslənən fikirləri
dinləməkdən yorulmuşdu. Ölkə dəyişiklik ərəfəsindədir, yeni bir intibah dalğası
yüksəlir, ictimai fəallıq və hər xalqın özünüdərk sürəci yeni bir mənəvi mühit
şəkilləndirir; bunlarsa hələ də Stalin dövrünün havasıyla danışırlar. Dişi
bağırsağını kəsirdi. Ciddi bir işlə məşğulmuş kimi, önündəki kağızda cızma-qara
edirdi. Yadına şairlərə yazdığı həcvlər düşmüşdü. Vallah, səbirli adamdır onlar.
Mənə demirlər ki, ay alim qardaş, bu həcvdən bir neçəsini də elə böyür-
başındakılara həsr elə. Hansı yolla və hansı elmi xidmətlərinə görə akademik
olduqları anlaşılmayan, hər bir yenilikdən canlarına vicvicə düşən, oturduqları
kürsüyə yapışıb qalan və kabinetlərindən naftalin iyi gələn qatı mühafizəkarlar
dəstəsi qalıb bir kənarda, sən də düşmüsən bu dilinin ucun​da həqiqət göyərdən
şairlərin üstünə. Bəyəndin-bəyən​mədin, cəmiyyət yenə onların ağzından eşidir
sözün düzünü. Dünyada nələr baş verdiyini yenə onlar gizli-açıq deməyə cəsarət
edirlər. Şeir məclisləri dolub-daşır. Sən də yoxlamaq üçün bu alim həmkarlarını
çıxar millət arasına. Gör neçə adam dinləyəcək və dinləyənlər də inanacaqmı
onlara?
Birdən bu günlərdə yanına gəlmiş Sara xanım düşdü yadına. Görəsən burda
oturanların neçəsi tanıyırdı onun atasını? Salona göz gəzdirdi. Bəli, burdakıların
çoxu o xanımın atasının vaxtında gəlmişdi elmə. Bəziləri onun faciəsinin şahidi,
bəlkə də birbaşa iştirakçısı olmuşdu... Elə bil qaynar su tökdülər başından...


Alimlərin çoxu dostları idi. Aralarında tanınmış fi​zik​lər, geoloqlar,
riyaziyyatçılar, filosoflar vardı. Di gəl, son vaxtlar toxluqla, “buğda yeyib
cənnətdən çıxmışıq” rahatlığı ilə deyilən hər söz onu əsəbiləşdirirdi. Hay salıb öz
haqqını istəmək əvəzinə millətin başı altına yastıq qoyur hörmətli alim həmkarlar.
Ziyad bəy getdikcə daha möhkəm şəkildə əmin olurdu ki, Sara kimilərin rahat
yaşamasını istəməyən, onları incidən, alimlərin otuzuncu illər arxivlərini
araşdırmasına əngəl olan elə o vaxt dostlarını “vətən xaini”, “millətçi” adlandırıb
tutduranların övladlarıdır. Nə fərqi, atası gedib, oğlu böyüyüb tutub onun yerini.
Bu düşüncəylə söz aldı:
– Hörmətli həmkarlar! Sizin Heydər Hüseynovun qızının taleyindən xəbəriniz
varmı?
Rəyasət Heyətinin üzvləri bir-birinə baxdı. De​mək istə​yirdilər ki, bu sualın bizim
yığıncağımıza nə aidiyyəti var.
Bayaqdan onun dalğın halda pəncərədən bayıra göz qoyduğunu, aparılan
müzakirələrə biganəliyini izləyən Həsən müəllim – Akademiyanın prezidenti – bu
atmacanı cavabsız qoymadı:
– Sənin fikrin ayrı yerdədir. İclasın gündəliyini eşit​məmisən, Ziyad?
– Yox! Fikrim burdadır, Həsən müəllim! Bu sualı da müza​kirələri dinləyəndən
sonra verdim.
Həmkarlarını incitməmək üçün susdu. Sözünü davam etdirsə, deyəcəkdi ki, bu
toplantıdakı çıxışlardan bəzisini dinləyəndə çaşıb qalıram, 37-ci ilin havası vurur
adamı. O zamankı şərait olsa, çox şey yenə yüzə-yüz təkrar olunar. Ona görə də
Heydər Hüseynovun adı gələndə susurlar.
Səsi yüksəldi:
– Mənə elə təəccüblə baxırsınız ki, sanki belə bir adam tanımırsınız. Bir vaxt üst
qatdakı kabinetlərdən birində oturan böyük alimimizdən danışıram. Tək bir qızı
qalıb, heç maraqlanan varmı onun taleyiylə?
Akademik Süleyman Süleymanzadə açıq sezilən istehza ilə “sən də bizlərdən
birisən, maraqlanıbsansa, bəsdir!” – dedi.
Ziyad ona tərs-tərs baxıb sözünü davam etdirdi:
– Şikayətə gəlmişdi. Xəstə, üzülmüş bir halda... Bizim Ədə​biyyat Muzeyində
işləyir. Muzey iş​çi​lərinin qəpik-quruş aldığını bilirsiniz. Onu bundan da məhrum
etmək, ixtisara salmaq istəyirlər. Məqa​lələrinin çapına mane olurlar.
Tarix İnstitutunun direktoru, akademik Qafar Və​liyev ona tərəf baxmadan, “Bu
məsələnin bizim yığıncağa dəxli yoxdur!” – dedi.
Akademik onun sözünü ağzında qoydu:
– Var! – dedi. – Elə birbaşa bizim iclasa aidiyyəti var.


Ədəbiyyat İnstitutunun direktoru, professor Vüqar Hüseynli müdaxilə elədi:
– Xəstədir o qız. Nə danışacağıq onun haqqında?!
Ziyad bəy hövsələdən çıxdı:
– Xəstə o deyil, bizlərik, Vüqar! Xəstə onu uşaq​kən ata​sız qoyan və sahib
çıxmayanlardır. Söhbə​timizdən hiss elədim ki, o tam sağlam adamdır. Bu boyda
itki və təz​yiqlər qarşısında sınmadan yaşayır və üstəlik elmlə məş​ğul olursa,
qəhrəmandır o qız! –Akademiyanın prezi​dentinə müraciətlə: – Həsən müəllim,
sizdən xahiş edirəm, o qızı nəzarətə götürün, vəziyyətilə maraqlanın. Ya da birinə
tapşırın bu işi. Qoy ixtisara salmasınlar. Ədəbiyyat İnstitutunun elmi əsərlərində
məqalələrinin çapına mane olmasınlar.
Tarixçi akademik səbirsizdi:
– Hər kəs öz cəzasını çəkir. Atası nə yazdığını bilsəydi, sonra intihar da etməzdi.
Akademik qəzəbdən dişlərini sıxaraq:
Düz deyirsən, intihar eləməli adamlar qala-qala o niyə qıymalıydı canına?
Ancaq nəzərə alın ki, onu da bu mühit, daha doğrusu, tarixi sifarişlə yazanlar
güdaza verdi. O, sizin ideolo​giya adlan​dırdığınız, amma nəticəsinə görə antimilli
olan çərçivələrinizə sığmadığına görə bu yolu seçdi. Əslində azad düşüncəli və
obyektiv tarixçiləri öz prinsiplərinizə uyğunlaşdırmaq da intiharın ayrı şəklidir.
Bir gün millət yaxanızdan tutub soruşacaq: “Nə istəyirsiniz bu tarix elmindən?”
Qafar Vəliyev də coşdu.
– Bu vaprosu mən sənə vermək istəyirəm, qadası! – Sonra sözünün dalını çatdıra
bilməyib ruscaya keçdi. – A vot, vı şto xatite ot istorii, sən ki, vastokavedsən, nə
işin var Azərbaycan tarixində? Cild-cild dolaşıq tarix kitabı yazmısan. Cavanları
çaş-baş salırsan...
Qafarın çaşması Ziyad bəyi sakitləşdirdi. İstehzalı təbəssümlə dedi:
– Düz deyirsən, mən sənin kimi tarixçi deyiləm. Sənə qalsa, bizim tariximiz İran
tarixindən başqa bir şey deyil, biz də farsdan əmələ gəlmişik.
Qafarın zəif yerinə toxunmuşdu:
– Bilirəm, “biz türkük və bu torpaqların ən qədim aborigeniyik. Qafar Vəliyev
tariximizi saxtalaşdırır” deyən gənclərin arxasında sən dayanırsan. Mənə
hücumları təş​kil elətdirən də sənsən. De görüm, bizim tarixi qədim İran tarixinə
bağlamağın nəyi pisdir?
– Qafar bəy! – Akademik hirslənəndə ona belə mü​ra​ciət edirdi. – Sən təcrübəli
alimsən, qədim dilləri bilirsən, bunu heç kim inkar eləmir. Sənin əleyhinə
kampaniyanın başında mən dayanmıram, əksinə, hər yerdə sənə olan qəzəbi
söndürməyə çalışıram. Ancaq onlar haqlıdır. Çünki sən ağlını və savadını millətin
xeyrinə işlətmirsən. Zəif adam olsaydın, heç kimi maraqlandırmazdın; ancaq


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə