Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə67/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   63   64   65   66   67   68   69   70   ...   75

– Çıxsın e, sözüm yoxdur, ancaq indi bunun vaxtı deyil.
Qızılgül:
– Həqiqətin növbəsi nə vaxt gələcək? Düz sözü demək üçün sıra gözləmək
lazımdır? Ona qalsa, insanlar gərək min illər boyu söz demək məqamı gözləyə-
gözləyə susub duraydılar. Ədəbiyyat dərs​lik​lərini aç, 30-cu ildə güllələnənlərlə
onların güllə​lənməsinə imza atanları yanaşı görəcəksən. İkisini də eyni sevgi ilə
öyrədirlər. İmza atanları daha çox!.. Səncə, bu normal işdir? Həm Stalinin
tərənnümçüsü ol, həm də müstəqil dövlətdə, yenə sovet rejimində olduğu kimi, göz
bəbəyi ol, qorun! Bu ədalətdir? Müstəqillik uğrunda canından keçənlər
unutdurulsun, qapı arxasında qalsın, Müstəqillik düşmənlərinin, saray şairlərinin
zəif əsərləri uşaqlarımıza ədəbiyyat nümunəsi kimi öyrədilsin... Mən belə
prinsipsizliyi qəbul edə bilmirəm. Hərdən ürəyimə şübhə dolur ki, bunun özü də
bir qəsddir.
İlqar:
– Yaxşı, səni başa düşürəm. Həqiqət deyilsin, ancaq babaların cəzasını nəvələr
niyə çəkməlidir? Baba səhv eləyib, sağlığında mənəvi əzabını da çəkib.
Dostunun bu sözləri Muradın ürəyindən xəbər verirdi.
Qızılgül:
– Bura bax, İlqar, bu qədər liberal olmaq olmaz! Allah özü hər şeyi nizamlayıb.
30-cu illərdə satqınlıq edib, yağ-bal içində üzənlər elə bilirdilər yaşadıqları
səltənət əbədidir. Onlar daim yuxarı başda oturacaqlar. Deputatlıq, orden, medal,
heykəl, fəxri xiyabanlar, muzeylər... Bütün bunlara şirniklənənlər anlamırdı ki,
güllələtdirdiklərinin, vətəndən sürgün elətdirdiklərinin də Allahı var? Görürsən,
yerlər necə dəyişilir. On il əvvəl döşündə Sosialist Əməyi Qəhrəmanının qızıl
ulduzunu qürurla gəzdirənlərin, hik​kəsi yerə-göyə sığmayanların uşaqları başlarını
soxmağa yer axtarır, ya da özlərini Xalq Cəbhəsinə soxmaqla dədələrinin günahını
yumağa çalışırlar. Yadında saxla, onlar Xalq Cəbhəsinə də xəyanət edəcəklər.
Çünki mayaları çürükdür.
İlqar acı-acı güldü:
– Onlara görə başımızı niyə ağrıdırıq, bilmirəm? Sən də elə danışırsan ki, elə bil
cəhənnəmdən çıxıb cənnətə düşmüsən. Adam da bu qədər sadəlövh olar? Ay
əzizim, bir gözünü aç ətrafına diqqətlə bax, müstəqilliyin xeyrini görən yenə
onların övladlarıdır. Dünən sovet bayrağının altında otururdular, bu gün üçrəngli
bayrağın. Bax, gör vuruşa-vuruşa min cür əziyyətlə yox yerdən dövlət quranların
birinin heykəli var? Gör, Rəsulzadəyə münasibət necədir, gör, repressiya
qurbanlarının, köhnə rejimlə barışmayanların övladları nə haldadır.
Murad bu dartışmanı yumşaltmaq üçün bərkdən:


– Biri elə mən, gözünüzün qabağındayam, acından günorta qalxıram yerdən. Dədə-
baba yurdlarımıza buraxmırlar ki, ailəmi köçürüb gətirəm.
Gülüşdülər, mübahisə kəsildi və Muradın fikri yenidən Ayselə qayıtdı: “Görəsən,
məktubuna necə baxacaq? Hər halda yazmağa daha uyğun vaxt seçə bilərdi. Elə
biləcək qəzet yazılarının təsirinə düşmüşəm”.
***
Murad məktubu verəndən sonra bir daha Aysellə üz-üzə gəlməyəcəyini düşünürdü.
Ancaq günortadan sonra Aysel gözlənilmədən qapını açıb içəri girdi. Bəlkə də
piyada gəldiyindən rəngi ağarmışdı, ancaq üzündə heç bir həyəcan hiss olunmurdu.
Salamlaşıb Muradla üz-üzə oturdu.
– Məktubunu da, qəzetdə çıxan məqaləni də oxudum. Heç üzülmə, mən də
üzülmürəm. Bu söhbətin nə vaxtsa ortaya çıxacağını bilirdim. Bizim üçün
gözlənilməz hadisə deyil, babamızın şöhrət və hörmət yükünü daşımışıq, qeybət
yükünü də daşıyarıq. “Kiminin əvvəli, kiminin axırı” – deyiblər, ancaq biz bunu öz
axırımız saymırıq. Yəqin babamın da səhvləri olub, ancaq babam o addımları
atmasaydı və özü də qurban gedənlərdən olsaydı, sonra vətəni üçün o boyda işləri
də görə bilməzdi. 37-dən sonra göstərdiyi xidmətləri xatırla. Öz səhvlərini özü
hamıdan öncə görüb və əzabını da çəkib. Stalinə inanmışdı, bəlkə də sevmişdi
onu. Bəlkə də Qafqazdan olduğuna görə. Stalinin cəlladlığı ortadadır, ancaq guya
ondan sonra dünya cənnətə döndü, yoxsa indi dünyanı idarə edənlər ondan çox
fərqlənir, ondan az qan tökürlər? Cavab verməsəydim, elə biləcəkdin məktubun
məni sındırdı, səndən incidim. Yox, biz qan düşmənləri deyilik, şəraitin
qurbanlarıyıq. Bilirsən məni nə ağrıdır? Anamın sənə inanmağı! Mən öz sevgimi
demirəm, ancaq anam məndən artıq sənə inanırdı...
Bu yerdə özünü saxlaya bilməyib ağladı.
Murad yaxınlaşıb onu sakitləşdirmək istədi. Aysel əlini çəkib “Lazım deyil!” –
dedi. Bu iki kəlmə məhkəmə qərarından daha ağır idi.
Murad:
– Mən sənə yalnız tərəddüdlərimi yazdım, Aysel. Mənə kömək edəcəyini
düşündüm.
Aysel göz yaşlarını silərək:
– Nə yardım edim sənə? Qərarını vermisən...
Və çıxıb getdi.
***
Akademik Ziyad Şıxlının repressiya qurbanları haqqındakı kitabı ziyalılar
arasında geniş söz-söhbət doğurdu. Əldən-ələ gəzdi. 30-cu illərin müsibətlərini


görmüş hər kəsin ailəsində bu kitab bir bəraət kağızına döndü.
Murad kitabı ilk oxuyanlardan biriydi.
– Müəllim, tariximizin böyük bir boşluğunu doldurubsunuz, təbrik edirəm! Mənim
dissertasiyama söz qalmayıb. Hər şeyi özünüz yazıbsınız.
Akademik:
– Mən ziyalıların taleyini yazmışam. Bunun sənə nə aidiyyəti? Sən 20-30-cu
illərin Azərbaycan kəndini yazacaqsan. Araşdırmaq, öyrənmək üçün nə qədər
desən, maraqlı sənədlər var. Ömür çatmır!
Murad:
– Amma sizin kimi güclü adamlar bir ömrə bir neçə ömür sığışdırır.
Akademik özünə məxsus gülüşlə:
– Bura bax, aspirant bəy, bu komplimentlərini bağda görüşdüyün xanıma deyərsən.
Murad heyrətə gəldi. Rəhbəri onun Aysellə görüşdüyünü hardan bilirdi?
– İnanın, kompliment demirəm. Siz bu boyda işləri necə çatdırırsınız? Heyrət
edirəm.
Ziyad bəy ciddiləşib susdu. Sonra fikirli-fikirli dedi:
– İndi ki maraqlanırsan, deyim. Mən Aristoteli indi başa düşürəm. Yer üzündə elə
sirlər var ki, onu tarix kitabları aça və sübut edə bilməz. Düz olmaq yetərli deyil,
tarix dəlil, sübut istəyir. Məsələn, nədənsə mənə elə gəlir ki, sizin kəndlərin
köçürülməsi ilə ilk insan məskənlərinin Savalan ətəklərində axtarılması arasında
bir əlaqə var.
Murad az qala yarımçıq kəsdi onun sözünü:
– Onda gərək qəzaya düşməyinizi də bu zəncirə qoşasınız.
Akademik:
– Bəlkə də! Amma bunları necə yazasan? Bunu de​mək​nən sənin sualına cavab
verirəm. Tarixi bir kə​nara qoyub ara-sıra bədii yazılar yazmağımın səbəbi də bu​-
dur. Məsələn, indi Rusiyanın başladığı bu Qarabağ mü​haribəsinin təfərrüatlı
tarixini necə yazasan? Amma burda insanlıq faciələrinin yüzlərlə bir-birindən
ağrılı süjetləri çalın-çarpaz hörülüb.
Müstəqilliyə bəslənən ümidlər sarsılmışdır. Rusiyanın Cənubi Qafqazı işğalından
sonra param-parça olmuş xalq yağışdan çıxıb yağmura düşmüşdü. Moskvanın
Kirovun əli ilə 1923-cü ildə Azərbaycanda basdırdığı Dağlıq Qarabağ bombası
indi partlamışdı. Danışıqlar, yazılar, etirazlar, mitinqlər... hay-küy başdan aşır,
ancaq nəticə yoxdur. Başçılar bir-birinin dalınca getmişdilər. Tanıdığı adamlardı,
çəkinmədən sözünü deyə bilirdi. Təəssüf ki, deyilənlərin nəticəsi görünmürdü. Hər
gedən də sonra şikayətlənir ki, imkan vermədiniz, mən qələbənin qapısını açıb
içəri girmək üzrəydim ki, ətəyimi dartıb, qolumdan tutub saxladılar. Siz də onlarla


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə