Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə68/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   64   65   66   67   68   69   70   71   ...   75

bir yerdə. Qarşılıqlı ittihamlar, yeni gələnlərin yeri gəldi-gəlmədi, özündən
əvvəlkiləri günahlandırması, hakimiyyət davaları hər şeyi oyuncağa çevirmişdi.
Müharibə yada düşmürdü. Bütün bacarıqlı hərbçilər qalıb bir kənarda, siyasi
oyunbazlar düşüb ortaya.
Onu məsələnin fəlsəfi tərəfi daha çox maraqlandırırdı. Bu adamlar harda
yetişdirilmiş və yüksək vəzifələrə necə gətirilmişdilər. Necə olur bir-bi​rindən bu
qədər fərqli olan adamlar yuxarı başa keçən kimi bir qəlibdən çıxma robota
çevrilir, hamısı eyni səhvləri təkrar edir?
Müqavimətsizlik toxumu nə zaman səpildi? Assimilyasiyaya meyillik əyilməz bir
xalqın qanına necə yeridildi? Buna nail olmaq üçün ideoloji narkotikdən başqa
hansı genetik və bioloji vasitələrdən istifadə olunmuşdu?
Yeni aspirantının diqqətini bu mövzulara yönəl​dərkən niyyəti deportasiya işinin
məqsədlərini, daha doğrusu, köç coğrafiyasının arxasında həm də genetik savaşın
dayandığını vurğulamaqdı.
Bu heç kimin fikir vermədiyi, bəlkə də şübhə​lənmədiyi bir sahəydi, ancaq dəlil,
sübut gizli bir gen savaşının getdiyini yüzə-yüz təsdiqləyirdi.
“Yox, Savalanda ilk insan yurdlarını axtarmaq işin yalnız üzdən görünən tərəfidir.
Bu, Bibliya rəvayətlərinə tarixi reallıq donu biçməkdir. Onları düşündürən ayrı
şeydir. Bu, təxminən neft, qaz axtarışına bənzər bir işdir. Təkcə enerji mənbəyi
axtarmırlar, həm də genetik enerjinin güclü olduğu bölgələri axtarırlar. Bir yandan
da özlərini zorla bu torpaqlara bağlamağa çalışırlar. Görünür, Savalan çevrəsi
insanın genetik fondunun ən təmiz qaldığı yerlərdəndir. Əgər dünyanın atlası
varsa, orda hər şey olduğu kimi düzgün göstərilirsə, Savalan çevrəsi və
bütövlükdə Azərbaycan genekologiyası baxımından təmiz yerlərdən biri sayılardı.
İki yüz ildir gedən savaşlar bu fondu zəiflətmək, qarışdırmaq və yox etməkdən
başqa nə məqsəd daşıya bilər? Azərbaycanın dağ yerlərindən əhalinin kütləvi
köçürülməsi və 20-ci yüzilin əvvəlindən axırına ara verməyən qırğınların əsas
səbəbi də budur. Əslində türk dünyasının başı üstünü almış ekoloji fəlakət də
bununla bağlıdır. Aral və Urmiyənin qurudulması, Qazaxıstanda atom sınaqları,
Xəzərin çirkləndirilməsi, bütün zəhərli kimya şəhərlərinin türk coğrafiyasında
yerləşdirilməsi bu genetik savaşın müxtəlif cəbhələri və mərhələləridir. Ancaq
indi müstəqilik. Heç olmasa indi havamıza, suyumuza, qəbul etdiyimiz qidanın və
dərmanın keyfiyyətinə nəzarət etməliyik.
***
Növbəti məqaləsindən sonra Akademiyanın prezidenti onu dəvət elətdirdi. Və
birbaşa mətləbə keçdi.


– Bu iqtidarı hakimiyyətə gətirənlərdən, “dövləti uşaq-muşağın əlindən xilas
etməliyik” deyənlərdən biri sən deyilsən?
Ziyad Şıxlı sözün hara gələcəyini hiss eləmişdi.
– Nə olub? Sözünü de! Yenə nə çatıb qulağına?
Ondan cavan olan prezidentlə ərkyana danışırdı.
– Deyirlər, xalqın böyük alimi yaratdığı partiyanın siyasətini niyə müdafiə eləmir?
– O siyasəti müdafiə eləmədiyimi harda görüblər? Belə söz deyiblərsə, siyasətdən
başları çıxmır.
– Məqalələrini oxuyub danışırlar.
– Mənim məqalələrimdə siyasət yoxdur və ölkə​nin idarə olunmasında səhv
axtarmıram. Baxmayaraq ki, səhv​lər başdan aşır, ancaq bu barədə danışmaq
istəsəm, məqalə yazmaram, Kişinin özünə deyər, fikrimi özünə çatdıraram.
Çəkinəcək bir işim yoxdur! Məqalələrim elm haqqındadır, əhalinin sağlamlığı,
qəbul etdiyimiz qidaların ekoloji təmizliyi haqqında...
– Yaxşı eləyirsən, kim sənə nə deyə bilər? Nə yeyib, nə içmək hər kəsin öz işidir.
Mən başqa şeydən danışıram.
– Nədir o başqa şey?
Prezident ona doğru əyilərək:
– Biotexnologiyaların tarix elminə nə dəxli var?
Ziyad Şıxlı gülümsədi, prezidentin nə deyəcəyi məlum idi.
– Onun arxasında böyük elmi kəşflər dayanır. Gen quru​​luşlarının açılması və
genlərin daşıdığı informasiyala​rın oxunması, genetik aparata müdaxilə, genlərin
köçürül​məsi, dəyişdirilməsi – dəhşətli hadisələrdir. Elə mikroorqanizmlər
tapıblar ki, heç bir təbiət qanununa uymur. Oksigensiz yaşayır, yüksək
temperaturda məhv olmur.
– Qardaşım, mən fil qulağında yatmıram, bütün bunların bizə, yəni sənlə mənə nə
aidiyyəti var?
Ziyad bəy özündən çıxdı:
– Səni bilmirəm, mənə aidiyyəti var. Dünyanı dəyişmək, təbiəti ram etmək, insanı
ölümsüzləş​dir​mək. Çox danışılır bu barədə, amma nəticəsini düşünmürlər.
Bilmirlər ki, Allah insanın bu həya​sızlığını hansı sürprizlərlə qarşılayacaq.
Avropalıların başı xarabdır. Bir azdan bir uşağın iki anası olacaq. On min il əvvəl
nəsli kəsilmiş mamontu təzədən dirildəcəklər. Yəqin hələ bütün ölmüş Roma
papalarını da həyata qaytaracaqlar. Ana bətnindən kənarda insan yetişdirəcəklər,
ata-ana anlayışı olmayacaq. Hər şey mutonlaşır, ancaq bunlar da heç, qoy bunu
dünya düşünsün. Mən bunları demirəm, mən deyirəm ki, ölkəyə taxılın, ətin,
toyuğun, dərmanın hardan gətirildiyinə və keyfiyyətinə nəzarət edək. Dövlətin pulu


verilirsə, ekoloji cəhətdən təmiz ərzaq alaq. Çürük toyuqlarla xərçəng xəstəliyi
yaymayaq, gərəksiz dərmanlarla bədənimizin təbii müqavimətini öldürməyək, taxıl
əvəzinə toyuq dəni satmayaq camaata! Günah iş görürəm? Mən deyirəm ki, böyük
fermalarımız boş qalıb, niyə onları bərpa etmirik? İranın almasına o qədər dərman
vururlar ki, bir dilimi üç gün boğaz ağrıdır. Mən deyirəm onlara bu qədər pul
verib gətirtdirməyək, öz meyvəmizi qoymayaq ağacda çürüsün.
– Bazardır, qardaşım, bazar!
Ziyad bəy qarşısındakının vəzifəsini nəzərə alan deyildi:
– Bu, bazar deyil, qardaşım, bir dəstə adamın alverxanasıdır! Bəyəm sərbəst alver
var? Bir neçə adam necə istəyir, elə də idarə edir iqtisadiyyatı. Qazanc xətrinə
camaatın məhsulunu əlində çürüdürlər.
– Bunu mənə niyə deyirsən? Milli Məclisin deputatı sənsən, mən yox!
– Elə bilirsən demirəm? İndi söhbət açıldığına görə sənə dedim. Bilirsən Şimali
Qafqazda mənə nə danışırdılar? “Sizin taxıl biznesi ilə məşğul olanlarda vicdan
yoxdur. Aldıqlarının yarısı toyuq dəni olsun, təki ucuz olsun, amma öz
respublikasına baha qiymətə satsın, öz xalqına toyuq dəni yedizdirib, para
qazansın.” Adam utandığından yerə girmək istəyir.
Akademiyanın prezidenti təmkinli idi:
– Hər halda ehtiyatlı ol. Gedib yuxarıya başqa cür çatdırırlar. Ağsaqqalı
incidərsən.
– Ağsaqqal məni tanımır? Ona nə qədər sayğım olduğunu bilmir? Ancaq gərək
ətrafında nələr baş verdiyini, onun kölgə​sindəkilərin quldura çevrildiyini də
görsün?
– Elə bilirsən görmür? Ancaq hamını düşmən eləyə bilməz.
Akademik:
– İçimizdəki düşmənləri də görməliyik. Nə bi​lirsən, bəlkə bu ərzaq, dərman
işğalının dalında da erməni qarışıqları, ya da adını dəyişmiş düşmənlər dayanır?
Prezident bu söhbəti davam etdirməyin mənasız​lığını anlamışdı. Ziyad bəyin
xasiyyətinə yaxşı bələddir. Bilir ki, bir az da danışdırsa, dayandırmaq olmayacaq.
Mövzunu dəyişir:
– Çağırmaqda məqsədim ayrıdır. Son kitabına görə minnət​daram. Oxuyuram və
millətimizə yazığım gəlir.
– Çox sağ ol. 37-də başımıza o müsibətləri gəti​rənlərin kökü kəsilməyib hələ!
Mənim dediyim budur. Ayağa qalxdı və tələsmədən iri addımlarla otaqdan çıxdı.
Haqqında yazdığı yararsız ərzaq məhsulları və ölkəyə gətirilən keyfiyyətsiz
dərmanlara münasibəti yuxarıdakıları niyə narahat eləməli idi? Bəyəm onlar bu
millətdən deyil? Belə bir ticarət, yəni xalqın sağlamlığını və gələcəyini qazanca


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə