Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə69/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

qurban vermək dünyanın ən ibtidai insanının da ağlına gəlməz.
Lakin akademiya rəhbəri ciddi xəbərdarlıq almasa, narazılıq eşitməsə, bu söhbəti
açmazdı.
Hər halda, havadan danışmır. Akademiyanın prezidenti ağıllı adamdır və Qarabağ
savaşı ilə yanaşı, ölkədə başqa, gizli savaş cəbhələrinin açıldığını da inkar edə
bilməz.
***
Ön cərgədə oturan həmkarı Altay Qızılbaş ilə yı​ğıncaq başlanmamış
dərdləşmələri, ölkədəki vəziyyəti müzakirə eləmələri vərdişə çevrilmişdi.
Bu gün Altayın fikri uzaqda idi. Heç onu görmürdü. Ziyad Şıxlı uzun barmaqlarını
onun kürəyinə dirəyərək:
– Nə olub? Niyə mısmırığını sallamısan? – deyə söhbətə körpü saldı.
– Görmürsünüz, sədr elə bil qapıçıdır, seçmişik ki, ancaq bizim vurduğumuz
topları tutsun. Heç bir təklifə xoş münasibət bildirmir. “Baxarıq, öyrənərik”
demir. Yox! Bunun işi ancaq hamını acılayıb mikrofonunu söndürməkdən ibarətdir.
– Yaxşı, bəs mən bunun sədr olmasına qarşı çıxanda siz niyə danışmırdınız? İndi
baxarsan, görüm o məni susdura bilər, yoxsa yox! Bilirsən əlimdəki nədir? Ana
südünün əvəzləyicisi, bizim dildə desək, sıyıq. Yalnız körpələrə vermək olar; on
bir ayı tamam olana kimi, amma bunu bizim əsgərlərə yedizdirirlər. Guya bunu
yeyəndən sonra əsgərin yerindən tər​pənməyə gücü də olacaq. Bir də Braziliya
kofesi, Belçika şokoladı... Müharibədən, Sovet ordusundan heç nə öyrənməyiblər.
İsti borşu içib, üstündən də yüz qram araq vurub cumurduq düşməni boğazlamağa,
amma bizimkilər sanki körpə böyüdür.
– Hörmətli akademik! – Altayın əlinə fürsət düşmüşdü. – Bu işlə sizin də
yaradılmasında xüsusi rol oynadığınız partiya məşğuldur. Bunu mənə niyə
deyirsiniz? Sözünüz var, düyməni basın, mikrofona deyin! Mane olsalar, kürsü var,
ora çıxa bilərsiniz.
İclas başlanandan on-onbeş dəqiqə sonra akademik artıq kürsüdə idi.
Əvvəlki iqtidarı sevmirdi, ancaq indiki durum da xoşuna gəlmirdi, qoy onun özünü
günahlandırsınlar. “Bu partiyanı yaradan​lardan, Ağsaqqalı başımıza gətirənlərdən
biri sənsən” desinlər, nə olsun, məsuliyyətdən qaçmır. Millətin taleyi müza​kirə
edilərkən o, heç vaxt güzəşt bilməyib, burda kimə güzəştə gedəcəkdi? Əhalinin
ehtiyacından tutmuş, ordunun ərzaqla təminatınadək. Əyintilərin hamısını
deyəcək...
Sədr rəng verib, rəng alsa da, onun çıxışını kəs​məyə cəsarət etmirdi. Xasiyyətini
bilirdi. Məclis​dəkiləri ildırım vurmuşdu elə bil. Rəhbərliyə ən yaxın adamlardan


biri ölkədəki korrupsiyanı çox sərt şəkildə və ünvanları göstərərək tənqid edirdi.
Özü bilirdi ki, bu çıxış elə belə qalmayacaq, hər yerdə, mətbuatda müzakirə
ediləcək. Balkonlardan jurnalistlər qulaqlarını şəkləyiblər, bir cəsarətli söz,
orijinal fikir, özəlliklə iqtidar əleyhinə fikir eşitmək istəyirlər ki, sabah qəzet
manjetlərini bəzəsinlər... Deməli, lazım olan ünvanlara çatar və təsirsiz qalmaz.
Bəlkə işə bir xeyri dəydi.
***
Doğrudan da, zarafatla “əliqırıq” dediyi yeni oli​qarxlar nəsli ölkə iqtisadiyyatını
nəzarətə götürməkdə idi. Bir neçəsi xırda ticarətdən gəlmişdi. İranla aranın
açıldığı illərdə dəmir, mis, ağac – əllərinə nə keçirdisə, ya da Rusiyadan nə
qopara bilirdilərsə, cənub taya ötürüb mayalanmış, sonra tədricən başqa ölkələrlə
də ticarət şəbəkəsi qurmuşdular. Köhnənin komsomolu, pivə satanı, idman
müəllimi birdən-birə dönüb milyoner olmuşdu. Ağır günlərdə iqtidardakılara
yardım etdiklərinə görə indi dövlət bankları üzlərinə açıq idi və istənilən qədər
kredit götürüb böyük tikinti, ticarət, yükdaşıma şirkətləri qurmuş, kürəklərində
iqtidardakıların himayədar əlini duyduqca tədricən qanun dışında ipə-sapa
yatmayan bir gücə çevrilmişdilər. Kapitalizm adına bic bir uşaq doğulurdu, əlinin,
ağlının gücüylə yetişən əsl iş adamlarının yerini dövlətin və şəraitin yox yerdən
cücərdib, böyütdüyü təsadüfi işbazlar tutmuşdu. Gözlənilməz imkan onları bir-
birinə bağlamışdı. Daha doğrusu, onlar bir-birindən doğulmuşdular. İlkin bağlılıq,
qohumluluq daha da möhkəmlənmiş və dövlət içində dövlətə çevrilmişdi.
Savaş, hakimiyyət içindəki çalxalanmalar, mil​lətin başının öz torpaqlarını
qorumaq qayğısına qarışması bunlar üçün dədələrinin də yuxusuna girməyən bir
şərait yaratmışdı. Bu qarışıqlıqda su​dan-çörəyə, dərmandan-silaha – ölkəyə gələn
hər şey onların nəzarətində idi.
“Ağsaqqal bunları görürdümü? Yəqin görürdü! Nə əvvəlki illərdə, nə indi heç bir
əyinti və kriminal onun gözündən yayınmır, ancaq savaş və ölkənin təməldən
yenidən qurulması şəraitində bu anormal sistemi dağıda bilməzdi. Ölkə yaşamalı
idi. Dövlət büdcəsi boş olanda ümid bu “əliqırıqlara” qalır. Hansı yolla olur-
olsun, ölkə bu böhran vəziyyətində də keçinməli idi. Hər şeyi yüksək ədalət və
milli dövlətçilik meyarları baxımından dəyərləndirmək, ağı qaradan seçmək
zamanı gələcək və onda bütün daşlar yerinə oturacaq” – deyə düşünürdü.
Bu barədə qulağına çatan narazılıqlara “qoy bir savaş bitsin, hər şey yerini
tapacaq!” – deyirdi. Savaş isə bitmirdi.
Ağsaqqalın iş prinsiplərinə uyğun olmayan, onun Moskvadan geri dönə biləcəyini
ağıllarına gətirmədən əleyhinə çalışan, hətta onu “siyasi meyit” adlandıran
adamları yenidən ətrafına yığması, irəli çəkməsi barədə işarələrə, yeni


komandasının şika​yətlərinə cavabı gecikməzdi: “Kimlə işləyim? Cəbhənin
adamları özlərini dondurdular. Amma biz ölkənin donmasına imkan verə
bilməzdik. Mən yenidən köhnə kommunistlərlə işləməyə məcbur oldum, hətta
mənə xəyanət edənləri də, iş qabiliyyəti varsa kənarda qoymadım, çağırıb
ətrafıma yığdım.” Bunu “qoy əlimin altında xəcalətdən ölə-ölə işləsinlər!” kimi də
başa düşmək olardı. “Xəya​nətkarın anasını ağlatmağın bir yolu da budur...” –
deyənlər də vardı.
Ziyad bəyin sərt və güzəştsiz çıxışlarından narazı olanları da sakitləşdirirdi:
– Onunla işiniz olmasın, xasiyyətini bilirsiniz. Pis niyyətlə danışmaz, mən özüm
başa salaram onu.
Akademikin ağzından çıxan söz ildırım sürəti ilə ölkəyə yayılırdı. Bu demokratiya
yox, dəmokratiya dedimi, hamı demokratiya çağırışlarının kefliliklə bağlılığını
axtarmağa başlayırdı. Dedikləri söz olaraq qalmır, qazanc yollarında kimlərəsə
əngəl yaradırdı. Söz “ağır günlərində ağsaqqalın yanında olmuşam...” deyə
saymazyanalıqla meydan açan für​sətgirlərin bazarını bağlayır, müştərini ayıq salır;
əsgərə verilən keyfiyyətsiz çörək, körpə sıyığı ticarətinin hansı səviyyədən idarə
olunduğu ortaya çıxır. Bu, elə-belə tənqid deyil, doğrudan da oliqarxların əlini
qırmaqdı.
Haram biznes sahiblərinin narahatlığına Abşeronu zəhərli tullantılar yerinə
çevirən neft şirkətlərinin təm​silçiləri və onların Bakıdakı şərikləri də qoşulur, bu
tən​qidlərin tezlikcə kütləvi etiraza çevriləcəyindən qorxurdular: “Bu ipə-sapa
yatmayan akademik bizə mane olur”.
Ancaq alim təkcə ölkə içində deyil, ölkədən çox-çox uzaqlarda da elmi siyasətə
qurban verənlərin, ölkə sər​vətini xaricilərin ayağı altına atanların, döv​lət
sərmayəsini atalarının haqqı kimi yeyənlərin yuxusunu qaçırır. Alimin
araşdırmaları birdən-birə göz önündə ağlasığmaz dərəcədə mürəkkəb olan bir
mənzərə açır. Bölgə tarixi haqqında erməni tarixçi​lərinə və onların
qalmaqallarına uymuş rus, fransız, alman tarixçilərinin uydurma konsep​siyaları
darmadağın edilir, qonşuların əridib erməni tarixinə qarışdırmaq istədikləri
Qafqaz Albaniyası parlaqlığı ilə ortaya çıxarılır, Naxçıvan və Qafqazda
ermənilərin məskunlaşma tarixi və səbəbləri aydınlaşdırılır, xristianlığın Cənubi
Qafqazdakı tarixi, Sumqayıt olaylarının mahiyyəti təkzibi mümkün olmayan dəlil-
sübutla yazılıb dünya siyasətbazlarına təqdim edilir. Azərbaycan sözünü eşidəndə
dəli olan, böyük bir xalqı tarix səhnəsindən silməyə, Qafqazdan yox etməyə
çalışan qonşuların Ziyad bəyə qarşı qarayaxma təbliğatı sərrast elmi dəlillərlə
heçə çıxarılır.
Vaxtilə onu ələ almaq cəhdləri çox olmuşdu, İrə​vanın mər​kəzində mülk, maşın,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə