Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə70/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

böyük miqdarda pullar... Amma bu təkliflə gələnlər onun otağından şil-küt
vəziyyətdə, suları süzülə-süzülə çıxmışdılar. Cavab birmənalı idi: “Mən orda
yaşasam da yenə indiyədək yazdığım kimi yazacağam, yəni həqiqəti...”
Müxtəlif ölkə tarixçilərini də erməni diasporu və pulunun təsiri ilə azərbaycanlı
akademikə qarşı qaldırmağa çalışırdılar. Onun ən kəsərli əsərlərinə oğurluq
damğası vurmağa cəhd göstərir, yalan üstünə yalan uydururdular.
Ancaq alim yorulmadan, dəyişilməz bir aramla çalışır və tez-tez öz balaca
batalyonu ilə düşmən ordusuna qarşı dayandığı cəbhə illərini xatırlayır.
Nə qədər böhtan atırlar atsınlar, onun əsərlərini oxuyan, tər​çümeyi-halıyla tanış
olan ciddi alimlər qarşısında papağını çıxarmağa məcbur idilər. Elə bir
qəhrəmanlıq yolu keçən, ölümlərdən adlayan, belə əsərlər yazan bir insana dil
uzatmağı günah sayırdılar. Ancaq qonşu respublikanın tarixçiləri uzun
mübarizədən sonra onun elmi dəlilləri qarşısında gücsüz qalanda başqa yollar
axtarırdılar.
Erməni “elminin” bir dayağı da terrordur. Bunun ilk işarəsi 1988-ci ildəki siyahı
ilə verilmişdi...
***
Bütün yollar gəlib bir nöqtədə birləşirdi. Akademik bir dağ kimi ortadaydı və bir-
birindən xəbərsiz bir neçə dəstəni düşündürürdü. Xarici şirkətlər, yerli pul
düşkünləri, ticarət mafiyası, oliqarxlar, cəhalət bayquşları, üstəgəl, ermənilər və
onların Bakıdakı uzantıları... İdeal bir münaqişə və fürsət burulğanı yaranmışdı.
Üstəlik, bəzi vəzifəlilərlə açıq tənqidi dialoq belə bir təsəvvür yarada bilərdi ki,
hakimiyyət də onu qorumur və onun varlığı hakimiyyəti də narahat edir. Yaxşıyla
pisin, ağla qaranın sınırları qarışmışdı. Dünənin ateisti bu gün – ilahiyyatçı,
dünənin türk düşməni – bu gün türkçü, dünənin İranşünası – bu gün Turançı olub;
üstəlik bir sürü həvəskar, axına qoşulub gələn tarixbaz, səriştəsiz etnoqraf və
etimoloq peyda olub; diqqətlə baxsan nə əvvəlki mövqeləri səmimi idi, nə indi
səmimidirlər, heç nədən başları çıxmır, “qulaq ədəbiyyatı” əsasında danışırlar. Bu
cür oyunbazlıqlar akademiki hövsələdən çıxarır və belə məsələlərdə hətta ən
yaxın dostlarına da güzəştə getmir.
20-ci yüzil boyu davam etmiş repressiya, sürgün və köçür​mələr, Güney
Azərbaycandakı assimilyasiya, Dərbənd, Borçalı, İraq, Suriya türklərinin durumu,
millətin gələcəyi ilə bağlı qayğılar ortadaykən bir də, müstəqillik əldə edildikdən
sonra qarşılaşdığı və ya bəlkə də süni surətdə yaradılan sorunlar yüklənmişdi
çiyninə. Bütün ziyalılar bu gündəydi. Həlli çox asan olan və yalnız milli
səbatsızlıq üzündən yubadılan işlər onu əsəbiləşdirirdi. Bütün bunlar milli


düşüncənin hələ də yetərli bir səviyyəyə yüksəlmədiyini göstərir.
***
Səhər tezdən gənc alimləri və aspirantları yığmışdı. Belə yığıncaqlarda adətən
Milli Məclisdə, başqa görüşlərdə içinə dolmuş hirsi öz yetirmələrinə boşaldardı.
“Niyə tənbəlsiniz?”, “Niyə əsəriniz hazır deyil?”, “Müharibə şəraitində olan
ölkənin alimi beləmi çalışar?”
Ancaq bu gün sakit idi: “Ağır günlərdən keçirik, Akademiyanı qoruya bildik. Onu
da hərraca çıxarmaq istəyənlər vardı, həm də bunlar bizim öz yetir​mələrimizdi.
Elmdən güclü silah olmadığını bilsələr də, alimlərə qarşı savaşdan əl çəkmirlər.
Tariximizin, ədəbiyyatımızın da bizə ehtiyacı var. Şərqin böyük ölkələrinin –
Çinin, Hindistanın, Misirin, Türkiyənin, İranın arxivlərində bizə aid olan və ya
keçmişimizlə bağlı çoxlu əlyazma var. Onları sizdən başqa kim tapıb üzə çıxara
bilər? Yatmaq lazım deyil, iş planlarınıza yenidən baxacağam. Tək-tək hər
birinizin hesabatını dinləyəcəyəm.”
Toplantıdan sonra Muradı saxladı.
– Arxivdə işlərin necə gedir?
– Maraqlı materiallar toplamışam. Qiymət ver​mək​də, doğruluğunu, əyriliyini
müəyyən etməkdə çətinlik çəkirəm. Ancaq hansı qovluğu vərəq​lə​yi​rəmsə, gözüm
sizin dediyiniz qara siyahını axtarır. Mən də sizin kimi belə bir siyahının olduğuna
inanıram.
Akademik diqqətlə ona baxdı. Muradın bu mövzuya qayıtması gözlənilməz
olmuşdu.
Müstəqillik yolunda canını qurban verənlər, 20 Yanvarın, Qarabağ müharibəsinin
şəhidləri, terror qurbanı olan dostlar, elm və dövlət xadimləri, ölkənin say-seçmə
övladlarının bir vertolyota doldurulub ölümə göndərilməsi... dərd-dərd üstə
gəlmiş, bir terror o birisini unutdurmuşdu.
Birdən-birə ona elə gəldi ki, 30-cu illər ötüb keçməyib. Qəhrəman şair demiş,
“Davam edir 37!” Üzünü aspirantına tutub, “daha o siyahını axtarmağa dəyməz, –
dedi. – Çünki onu yazanlar bu gün də yaşayırlar. Cildlər dəyişilir, mahiyyət
dəyişilmir. Onlar yaşadıqca nə siyahı tamamlanacaq, nə terror bitəcək”.
***
Aysellə son görüşündən sonra Muradın içini dolduran narahatlıq daha da artır:
“repressiyalar yüzlərlə xoşbəxt ocağı dağıdıb, külünü göyə sovurub; bəs sən
səadətini niyə qurban verməlisən. Gördün akademik nə dedi? “Üz dəyişilir, iç
əvvəlkidi. Cəlladlar dünən əlibaltalı idi, bu gün baltanı daş-qaşla bəzədilmiş


telefonlar əvəz edir. Dünən diktatorlar baş kəsirdi, bu gün demokratlar onları mat
qoyur. İnsan qəssabxanasının suçunu ayrı-ayrı adam​ların boynuna yıxmaq heç nəyi
dəyişmir. Bütün düşüncə və idarəetmə sistemləri dövlət adından danışan,
əmmaməli, şlyapalı, araqçınlı, başıaçıq Şeyxlər, Şahlar, Sultanlar, Baş nazirlər,
Prezidentlər, Dini tədqiqat dəllalları tarix məhkəməsi qarşısında dayanmalıdır.”
Sən tarixçisən, onları bir kənara qoyub öz sev​diklərin üçün məhkəmə qurursan. Nə
təqsiri var Ayselin? Onun babası nə edə bilərdi? Sadəlövh uşaq kimi aparma
özünü”.
...Bəzən təsadüflər insanın bütün taleyini dəyişir.
Akademiyanın qarşısında qəfildən şair Altay Qızılbaşla üz-üzə gəldi. Maşından
yenicə düşmüşdü. Onu doğması kimi qucaqladı:
– Qanı niyə qaradır çöllər oğlunun?
“Çöllər oğlu” sözü onu titrətdi. Az qala unutmuşdu “Yeni gün” uşaqlarının sözünü.
Birdən-birə Murada elə gəldi ki, indi ona əzab verən suala cavab verə biləcək,
onu anlaya biləcək tək bir adam varsa, o da təsadüfən gəlib dayanıb qarşısında.
– Sizin məsləhətinizə ehtiyacım var.
– Buyur!
Muradın qoluna girib binanın yan tərəfinə doğru addımladı. Bir başa mətləbə
keçmək çətin gəldi Murada:
– Siz 37-ci ilin repressiya sənədlərində, ittihamlarda imzası olan ziyalılarımıza
necə baxırsız?
– Faciə qurbanı kimi...
– Dostlarını satıb yaşayanlara da?
Altay bəy bu məsələlər haqqında çox düşünmüşdü, öncə o imza sahiblərinə çox
sərt yanaşsa da zaman içində fikri də​yişmişdi. İndi həmin hadisələr bir az fərqli
müstəvidə görünürdü ona. Aydın məsələdir ki, Moskva üçün yaxşı və ya pis
azərbaycanlı ifadəsi yoxdur. Nə qədər yaxşıdırsa, ağıllıdırsa, istedadlıdırsa o
qədər arzuolunmazdır...
– O qəssabxanada ölümdən yayınmaq müvəqqəti aldanışdı. Qurban gedən cismən
öldürülürdü, onun əleyhinə yazan – ruhən. Repressiyanın növbəti dal​ğası
dostlarını satıb qalanları da aparacaqdı. Mü​haribə mane oldu. Bir mərhələnin
hökm kəsəni növ​bəti mərhələnin müttəhiminə çevrilir.
Sonra ayaq saxlayıb Murada doğru döndü,
– Səni kim maraqlandırır?
Sözü uzatmağın mənası qalmamışdı:
– Bakıda Ziyad bəydən və sizdən başqa məs​ləhət almalı adamım yoxdur. 37-ci
ildə yazılan mək​tublarda mənə çox doğma olan qızın babasının imzasına rast


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə