Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə71/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   67   68   69   70   71   72   73   74   75

gəldim.
Altay gülümsədi və onun ahəngi ilə cümləni tamamladı: – ...və sevdiyim qızdan
uzaqlaşmaq qərarına gəl​dim...
Muradın etirafdan başqa yolu qalmamışdı:
– Bəli...
Akademiyanın böyründən universitetə doğru uza​nan nazik bağarası yolun sağ-
solunda yemişana, zirincə bən​zəyən, üstündə qırmızı meyvələri olan kollaşmış
ağaclara baxan Altay sanki bu söhbəti unutdu:
– Gör nə zövqlə seçiblər! Bir neçə belə ağaca baxmaq bəs edir ki, Bakının səs-
küyünü unudasan, özünü dağlarda hiss edəsən, – dedi.
Vəhşi dağ kollarının əkildiyi bu guşəyə baxmaq sanki onun fikirlərini daha da
qətiləşdirdi:
– Belə bir addım ata bilməzsən! Əsl sevgi ömrə bir dəfə gəlir. Bu bir. İkincisi,
atanın, babanın cəzasını övlad çəkməli deyil. Sən zamanın günahını beş-altı
adamın çiyninə yükləmə! Tanıdığım onlarla adam var ki, 37-də bir cür, 17-18
sonra isə tam tərsinə yazaraq səhvini etiraf etmişdir. Adını çəkdiyin adamın 37-
dən sonra gördüyü böyük işlər ona elə bir sevgi qazandırıb ki, vaxtı ilə elədiyi
günahlar bu sevgini dəyişə bilməz. O, sanki özünə bəraət üçün gecə-gündüz bil​-
mədən çalışmış, günahlarını bağışlatmaq üçün nə mümkünsə eləmişdi. Bu gün
demək asandır. Düzünü axtarsan repressiya qurbanları kiminsə məktubuna görə
yox, yeni rejimi qəbul etmədiklərinə görə günahlandırılırdı. Bir də ki, o sənədlərə
ekspert gözü ilə baxan olmayıb, bəzən ziyalıların öz xəbəri olmadan atılıb
imzaları saxta ittihamlara.
Ayaq saxladı:
– İnandıra bildimmi səni?
Murad başı ilə təsdiq etdi.
Altay Muradın gözləmədiyi, amma ürəyindən olan bir şəkildə söhbəti tamamladı:
– Elçilik mənim boynuma, ata-ananı Bakıya dəvət etsən birgə gedərik...


Həbs
Arxiv materialları, çox da uzaq olmayan ta​rixdə törədilmiş və bir dalğası da onun
ailəsini yurdundan qoparıb atmış cinayətlər Muradın fikrini dağlardakı xaraba
kəndlərlə Qazaxıstan bozqırları arasında qoymuşdu; oranı-buranı düşünə-düşünə,
çabalaya-çabalaya qalmışdı. Ürəyinin ağrısını yazdığı məqalələrlə azaltmağa
çalışırdı. Bu yol elmi rəhbərinin yolunun davamıydı. Ancaq o, 20-30-cu illərin
hadisələri ilə yanaşı, tez-tez repressiyaya uğramış ailələrin hələ də davam edən
faciələrini, hələ də yuvalarına dönə bilməmələrini dilə gətirir, ədalətsizliyin
müstəqil dövlətdə də davam etdiyinə qarşı səsini yüksəldirdi. Repressiya
Qurbanları dər​nəyi onu ölkənin ictimai-siyasi həyatına qoşmuşdu. Siyasi
partiyalara girmək istəmir, düşünür ki, Qarabağ torpaqları qaytarılmadan diqqəti
daxili münaqişələrə, hakimiyyət uğrunda savaşlara yönəltmək vətən savaşını
unutdurmaq və milli işə xəyanətdir. Görünür, bu siyasəti körükləyənlər də var,
ancaq iqtidarın Qarabağ kartını öz toxunulmazlığı üçün qalxana çevirməsinə də
dözmək olmazdı. Bu yolu seçən hakimiyyət sağalmaz xəstəliyə tutular.
Dərnəyin sonuncu yığıncağı Məmməd Əmin Rəzul​zadənin seçilmiş əsərlərinin ilk
cildlərinin mü​zakirəsinə həsr olunmuşdu. Respublika günü öncəsi keçirilən bu
təqdimatdan sonra Şahinlə rayona getməyi qərarlaşdırıblar. İndi dağların gözəl
vaxtıdır və fürsəti buraxmaq olmaz. Murad yay aylarını keçirməyə uyğun bir yer
tapıb ata-anasını Qazaxıstandan dəvət etmək istəyir. Bu fikir o qədər cazibədardır
ki, ayağı yerə dəymir, günləri sayır.
Müzakirənin şirin yerində dərnəyin girişində səs-küy qopdu və polis işçiləri içəri
doluşdu.
– Nə olub? – yığıncağın aparıcısı soruşdu.
Əhəmiyyət verən olmadı. Oturanları itələyə-itələyə küçədə dayanan avtobusa
doldurdular. Hara aparıldıqlarını sonra öyrə​nəcəkdi. Murad heç nə anlaya bilmir,
onlar hara, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi hara? Kitab
müzakirəsində hansı cinayət ola bilərdi?
Gətirilənlər tək-tək, uzun-uzadı dindirilirdi. Murad arxayındı, siyasətə qarışmır,
yazılarında, çıxışlarında ölçü-biçi gözləyəndir, üstəlik, uşaq deyil, bu gün-sabah
alim olacaq. Ciddi bir əsas olmadan onları nə haqla polisə gətirə bilərdilər? Bu
sualları qarşısındakı zabiti özündən çıxardı:
– Sizin nə işlə məşğul olduğunuzu bilirik. Repressiya haqq olub onlara. Sizi də
dallarınca göndərə bilərik.


Murad güldü:
– Buna ehtiyac yoxdur. Mən elə ordan gəlmişəm.
Polis söyüşünü dişinin arasında sıxıb dayandı. Lakin yarıbükülü iri əlləri onun
paltarında gəzir, ya zəlzələdən, ya vəlvələdən, Muradın nə qısaqollu yay
köynəyində, nə yüngül cins şalvarında cib tapılmır. Tərs-tərs onun üzünə baxır.
Yəni “sən nə vecsiz adamsan, cibsiz də şalvar olar?”
Amma diqqətlə axtarsaydı, yan tərəfdə kəmərin altında gizli cibin zəncirini tapa
bilərdi, ancaq onu ikiəlli açmalı idi. O isə açıq ciblərə sürətlə girməyə və ordan
gözlənilməz əşyalar çıxarmağa öyrəşmişdi.
Bunlar küçədə rastlaşdığı dinc, mədəni polislərə bən​zəmirlər. Kəlpeysər,
yekəqarın, üzlərində yad və kobud bir ifadə var. Danışmasalar, bu yerin adamı
olduqlarına inanmazsan. Bəlkə elə doğrudan da yabançıdır, işğalçı ordunun
içində, xüsusi olaraq, camaatla bu cür rəftar üçün gətiriliblər.
Murad gülüşünü kəsib səbirlə soruşdu:
– Nə istəyirsiniz bizdən?
Polis:
– Bizim nə istədiyimizi görəcəksiniz! Əvvəl sən de görüm, siz nə istəyirsiniz bu
hökumətdən?
Murad:
– Ay rəis, bizim hökumətlə nə işimiz? Dərnəyimiz haqqında məlumatınız var?
Polis:
– Kimin nə işlə məşğul olduğunu yaxşı bilirik.
Murad:
– Onda bu qədər adamı niyə yığıb bura gətiribsiz?
Polis:
– Tələsmə! Biləcəksən nə üçün gətirildiyini.
Murad:
– Dərnəyə basqı haqqında bir icazə kağızı var əlinizdə?
Polis:
– Nə icazə? Bizim icazəmiz sənin kimiləri boğazlayıb bura soxmaqdır.
Murad özünü saxlaya bilmədi.
– Danışığına fikir ver!
Polis:
– Mənə danışıq öyrətmə, küçük.
Murad:
– Məni təhqir etməyə haqqın yoxdur.
Polis:


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə