Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   4   5   6   7   8   9   10   11   ...   75

çətindir.
Şübhəsiz, bu bataqlıqdan çıxmaq cəhdi onda da vardı. Ancaq, görünür, yeni
dövrün tarixini doğru-düzgün yazmaq qədim tarixləri yazmaqdan daha çətindir.
Bildiyi bir həqiqət birdən-birə gözündə daha da aydınlaşdı və gördü ki, iştirakçısı
olduğu və buna görə də ona sadə görünən yeni dövrün tarixi, 20-ci yüzil, özəlliklə
bu yüzilin müstəqilliklə bağlı olan səhifələri, uzaq keç​mişlərin ən dramatik hadi​-
sələrindən daha dramatik, daha enişli-yoxuşlu və daha qanlıdır. Gözünün önündən
keçib getsə də, bu olaylar silsiləsindən baş çıxarmaq, çağdaş tarixə işıq salmaq
daha çətindir; lakin çox vacibdir, çünki yaxın tarixin inkişaf məntiqini bəlirləmək
– xalqın gələcək yollarının seçilməsinə, səhvlərdən və faciələrdən qorunmaq işinə
yardım edə bilər. Tarixdə heç vaxt heç bir cümləyə nöqtə qoyulmur, tarix davam
edir, özü də yaxın dostları da həmin olayların içindədir və diqqətlə baxsan,
xarakter, dünyagörüşləri və milli mövqeləri etibarı ilə onların iyirminci yüzilin
əvvəllərində yetişmiş və çoxu qətlə yetirilmiş aydınlardan o qədər də fərqləri
yoxdur; eyni ağrılar içində qıvrılır, eyni ideallar uğrunda çalışırlar.
Bütün bunlar yazılmalıdır. Qədim tarix güzgü​sündə bu günü gördüyümüz kimi bu
günün uğur və uğursuzluqları da qədim tarixin sirlərini açmağa yardım edir: harda
yoldan çıxmışıq, o yolu düz getsəydik indi harda ola bilərdik? Ötəri meyil, maraq
və ehtiraslardan necə qorunmaq olardı? Təbii inkişafın məntiqi harda pozulub?
Din və siyasət savaşları insanlıq tarixində necə dərin yaralar açıb, nə qədər
günahsız insan aparıb? Bu gündən baxanda bunlara cavab vermək və o çağların əsl
tarixini yazmaq asanlaşır. Çünki üzdən dəyişilsək də mahiyyətimiz az dəyişilib.
Elə dünya da həmənki köhnə dünyadır...
Son araşdırmalarının bir dəyəri də bəlkə bu yüzilin öz taleyindən dəmir şırnağı
kimi yana-yana keçməsi ilə bağlıydı.
XX yüzillikdə sovetlərin vədlərinə inanıb qollarını çırmalayaraq bolşeviklərlə bir
yerdə işə girişən, yeni hö​kumətə sidq-ürəklə kömək edən, sonra bolşevik dərisi
geyinmiş daşnakların fitvasına qurban olan yüzlərlə parlaq zəka sahibinin, əxlaq
və ideal​larıyla millətin qaymağı olan insanların necə tələyə salındığı onu
sarsıtmışdı. Yüksək savadlı insanlar nadanların qanunsuz qərarları ilə Sibir,
Selefki cəhənnəminə atılanlar barədə çox şey bilirdi, ancaq Müsavat kimi
barışmaz bir partiyanın ölkədə qırğının qarşısını almaq üçün 1923-cü ilin avqust
ayının 14-də özünü buraxaraq, SSRİ daxilində xalqların hüquq bərabərliyinin və
sülhün qorunmasının mümkünlüyünü əsas gətirərək, sovet hakimiyyətinə qarşı
mübarizəsini dayandırması barədə məlumatı oxuyanda heyrətə gəlmişdi. Bunu
illərlə millətdən gizlətmişdilər. Müsavatın xalqı düşünməyən, həyatın nəbzini tuta
bilməyən bir obrazını yaratmaq üçün bu gizlilik sərf edirdi bolşeviklərə.


Bəyannaməyə Əb​dülvahab Məmmədzadə, Sadıq Quluzadə, Ələk​bər Salamzadə,
Seyid Hüseyn, Nəriman bəy Nəri​man​bəyli, Cəfər Cabbarlı kimi nüfuzlu
müsavatçılar imza atmışdılar. Sadəlövh, düz, vicdanlı adamlardılar və sistem
dəyişilsə də, xalqın xeyrinə çalışmaq istəyirdilər.
Yüksək təhsil almış ziyalıların sürgünə göndə​rilmək əvəzinə saxlanılıb ölkənin
quruculuq işlərinə cəlb edil​məsini və ya Rusiyada azad yaşayıb ölkəyə xidmət
etmə​lərini xahiş etsələr də, xahişləri nəzərə alınmamışdı. – Yox! Türk ziyalısına,
köhnə müsavatçılara güzəşt ola bilməzdi!
Yazıçı vicdanı siyasi və milli maraqlara baxmaz, hə​qiqəti gizlətməz. Oleq Volkov
rus olanda nə olar, Se​lev​kidə həbsdə yatan müsavatçılar haqqında yazdıqlarını
həyəcansız oxumaq olmur.
Bu qədər inamlı, qətiyyətli, mərd insanların yerini gör indi kimlər tutur?
Bütün bunları yazmalı idi, buna görə də ürəyi qalmışdı üzünə açılan arxivlərin
yanında. Əsas iş ipin ucunu tapmaqdı, çünki bu qırğınlar birdən-birə başlamayıb
və öldürülənlər də təsadüfi adamlar deyil. İlk növbədə bu qırğınlar haqqında ilk
fərman və ölümə məhkum edilənlərin siyahısı tapılmalıdır.
***
...Səsini udmuş, özünü unutmuşdu. Araşdırıb öyrəndiyi son iki min ilin qaniçən
hökmdarlarının törətdikləri vəhşiliklərin, əvvəlindən axırına iştirakçısı olduğu
Böyük Vətən müharibəsinin yaddaşına həkk olunmuş qanlı səhnələrinin heç biri
onu bu qədər sarsıtmamışdı. Ürəyi sıxılır, yaş gözlərini tuturdu. Arada işini
yarımçıq qoyub siqaret çəkmək üçün otaqdan çıxır, sanki oxuduqlarından beyninə
dolan xaosu nizama salmaq üçün başını boş dəhlizin divarlarına döyür, özünə
gələndən sonra yenidən özəl olaraq onun üçün hazırlanmış masanın arxasına
qayıdır, qarşısındakı qovluqları vərəqləyirdi.
Oxuduqca bu arxiv guşəsində oturmaq çətinlə​şirdi. Səhifə​lər​dən süzülən vəhşilik,
qanunsuzluq, düşmənçilik havası otağı doldurmuşdu və onu bur​dan qovurdu.
Ancaq köhnə iş vərdişi sənədləri yarımçıq qoyub getməsinə imkan vermirdi. Bura
girmək o qədər də asan olmamışdı, uzun müddət icazə gözləmişdi, müraciətlərini
dəfələrlə təkrar eləmişdi və çıxıb bir də qayıda biləcəyinə arxayın ola bilməzdi.
Bir əli ilə vərəqləri çevirir, o biri əli ilə ara vermədən yazırdı. Buna qeyd
götürməkdən çox köçürmək deyilsə, daha uyğun olar, çünki səhifələrin çoxunu
bütövlüklə tərcümə edirdi; arxivin böyük qismi rusca yazılmışdı.
Sənədlərin hər vərəqini aşırdıqca, sanki ağır bir döyüş tapşırığını yerinə yetirirdi.
Qovluqlardan qan süzülürdü, səhifələrin fotosunu çəkmək, sə​nədləri burdan
çıxarmaq olmaz, bu divarlar arasındakı vahiməli qadağalar nə akademikliyə baxır,


nə döşündəki qəhrəmanlıq ulduzuna; yalnız qeydlər götürə bilərsən. Ancaq
bununla iş aşmaz, əslində imkanı olsa, bu vərəqləri elə bütövlüklə qamarlayıb
dünyanın gözünə soxardı ki, baxın, özünüzü insan sayırsınızsa, öz həmcinsinizin
başına gətirilən bu müsibətlərdən xəbəriniz olsun, görün bunu törədənlərə insan
demək olarmı? Bu məhv edilənlərin hansı millətdən olduğunu qoyun bir kənara,
adam gözüylə baxın! Əgər adamsınızsa! Bəlkə ondan sonra bizi də başa düşdünüz,
bizim də səsimizə səs verdiniz...
Sənədlərin rusca tərtib olunması sanki oradakı düş​mənçilik ruhunu bir az da
artırmışdı, çünki hökmlərin, ölüm qərarlarının çoxunun altında ya rus, ya erməni
soyadı yazılmışdı, tək-tək yerli adlar vardısa da, onlar da elə əvvəlkilərlə eyni
qəlibdən çıxanlardı, onlara satılanlardı və daha artıq ikrah doğururdu. Cəlladın nə
milləti? Cəlladın milləti yoxdur, bu işi görənlərə də millət düşüncəsiylə baxmaq
olmaz, çünki onların nə rusa, nə erməniyə, nə gürcüyə, nə yəhudiyə aidiyyəti var.
Bunlar bolşevizmin özəl yetişdirdiyi bir qaniçən sürüsüydü və eyni vəhşiliyi uf
demədən öz millətlərinin də başına gətirmişdilər.
Kənardan baxan olsa, bu pəhləvan cüssəli adamın vərəqləri sürətlə yazıb dolduran
əlinin necə titrədiyini gö​rərdi. Növbəti dəfə havasını dəyişmək üçün otaqdan
çıxanda dəhlizin bir kün​cündə divardan asılmış telefona yaxınlaşıb köhnə cəbhəçi
dostunun nömrəsini yığdı:
– Slava! Nə iş görürsən, axşama bir işin yoxdur ki? Allaha şükür! Valyanı da
götür, gəl bizə... Qızgilə gedib? Onda tək gəl!
Danışdığı adamdan nə cavab gəldiyini anlamaq çətin deyildi.
Sonra telefonun gözlərinə sığışmayan iri barmaqları ilə diski çevirib yenidən zəng
vurdu:
– Xanım, qulaq as, şama bir şey hazırlayırsan? Yaxşı, saat yeddidə evdəyəm. Urus
balası da gələcək.
Yenidən masasına qayıtdı və ürəyi, əli əsə-əsə işini davam etdirdi.
Bir də saat 6-da “Bağışlayın, yəqin bizim iş rejimini bilirsiniz...” sözünü eşidəndə
gözünü kağızlardan çəkdi. Sənədləri səliqə ilə üst-üstə yığıb ayağa qalxdı. Yazı
dəf​tər​çəsini əlində yumalayıb otaqdan çıxdı və dəhlizin başındakı liftlə aşağı
endi. Girişdəki mühafizəçi onu hərbi qaydada salamlayıb zindan qapısına bənzər
qapını açdı və akademik həbsdən çıxan adam kimi azadlığa tələsdi.
Bir neçə saniyə sanki ilk dəfə görürmüş kimi, gözünü ətraf​dakı köhnə binaların daş
divarlarında gəzdirdi; Şubanı dağlarının arxasına tələsən günəşin şüaları
döşündəki Qızıl Ulduzda bərq vururdu.
Küləkdə yellənən şam və çinar ağacları sanki yelpik​ləyib sərinləşdirmək istəyirdi
onu. Qanrılıb ye​nicə tərk etdiyi hündür binaya bir daha göz atdı və sürətlə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə