Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   5   6   7   8   9   10   11   12   ...   75

uzaqlaşdı.
Başından fəsini çıxarmayan, döşü ulduzlu, üzün​də taleyə meydan oxuyan istehzalı
təbəssüm, küçələrdən iri addımlarla keçən bu cəngavər gör​kəmli adamı tanımayan
yoxdur, “sevməyən” də de​mək olar. İlk baxışdan hamının ürəyində özünə bir
rəğbət oyadır. Yolda, izdə rastına çıxan tanışlarla salamlaşır, uzun danışmadan
keçib gedir. Həmişə harasa tələsir.
Yaxın Şərqin və Azərbaycanın qədim və orta əsrlər tarixi haqqında yazdığı
kitablar ona ölkənin sərhədlərindən kənarda da şöhrət qazandırmışdı. Mü​haribə
qəhrəmanı həm də elm qəhrəmanı idi və ayrı-ayrı ölkələrin tarix qurumlarından
aldığı mükafatların sayını unutmuşdu, ancaq belə şeylər onun halını dəyişməz.
Çünki təpiyi ilə qapı açmaq səlahiyyətinin, şöhrətin, sevginin, bununla yanaşı,
həsəd və paxıllığın nə demək olduğunu gənc yaşından görmüşdü. Polşa torpağında
gedən döyüşlərdə, 1945-ci ilin yanvarında göstərdiyi qəhrəmanlıq bu gənc oğlanı
əfsanəvi şəxsiyyətə çevirmişdi. Zarafat deyil, 22 yaşlı kapitanın bölməsi düşmən
müdafiəsini yararaq çayın üstündəki körpünü almış, geri çəkilən bir neçə faşist
diviziyasının yolunu kəsmiş və nəticədə almanların minlərlə əsgəri, neçə generalı
əsir alınmışdı. Arıq, uca boylu kapitan güllələri qurtaranda özü irəli atılıb
əsgərlərini əlbəyaxa döyüşə aparmışdı. Həmin gün çəkilən bir şəkli evinin
divarına vurmuşdu. Arabir qonaqlarına göstərib “bu, mənim son şəklim də ola
bilərdi” deyirdi.
Böyük Vətən müharibəsində, düşmənlə döyüşdə aldığı bu ulduz vətəndəki maskalı
düşmənlərlə qəfil toq​quşmalarda, yəni dinc savaşlarda, məmurların və elm
bürokratlarının hücumlarında onun köməyinə yetmiş, bəzən böyüyərək sinəsini
tutan zirehə çevrilmişdi. Dəbdəbəli sözlərdən zəhləsi gedir, tərif sevmir, ancaq
Qəhrəmanlıq ulduzunu sinəsində həmişə qürurla daşıyır. Çoxlarının xəbəri yoxdu
ki, bu ulduz iki olmalıydı. Amma elə cəb​hədə də nə qədər istəsən – arxivdə
oxuduğu sənədlərə imza atanların davamçıları vardı və onların ucbatından birinci
qəhrəmanlığı elan olunsa da, sərəncam it-bata sa​lındı. Sonra inadla savaşaraq,
nəhayət ki, qızıl ulduza layiq görüldü. Müharibə qurtarmışdı, ancaq açıq-gizli
müharibə bitməmişdi: o sənədlərə imza atanların, birinci qəhrəmanlığını
gizlətməyi bacaranların törəmələri indi də elm aləminə doluşmuş və tarixin
repressiyasıyla məşğuldurlar.
Qonşu evin birinci qatındakı ərzaq dükanına girib çörək və bir şüşə araq aldı. Evə
çörəyi özü alardı, tələs​mədən seçər, əli dolu olanda çörəyi də kitab kimi
qoltuğuna vurardı. İsti olsa böyründən bir tikə qoparıb iştahla yeyər, sanki
müharibədə, tələbəlikdə çəkdiyi aclığın əvəzini çıxardı. Yarıqaranlıq, dar
pillələri qalxanda birdən-birə beynindən keçən bir fikir onu ayaq saxlamağa


məcbur etdi. Mərtəbələrarası meydançada dayanıb ilk dəfə görürmüş kimi ətrafı
gözdən keçirməyə başladı. “Pillələri niyə bu qədər dar tikiblər? Yəqin məni
nəzərə almayıblar. Evdə keçinsəm məni burdan çiyinlərinə alıb endirə bilməzlər”.
Sonra bu fikrinin cavabını da özü verdi. “Nə olsun, meyitimi də ayaq üstə
çıxararlar. Ölüsü də evindən ayaq üstə çıxdı, desinlər...”
Müharibədən sonra, nədənsə, ölüm haqqında az-az dü​şünürdü. Bəlkə də arxivlərdə
izinə düşdüyü haqsız və gözlənilməz ölümlərin bir gün də onu yaxalaya biləcəyi
düşüncəsinin təsiriydi bu...
Yarım saat sonra Vyaçeslav gəldi.
– Gəl, gəl, yoldaş leytenant!
Köhnə cəbhə yoldaşını belə çağırmağı xoşlayırdı. Leytenant da savaş bitən kimi
Bakıya dönmüşdü, indi rusca çıxan ədəbiyyat dərgisinin işçisiydi. Onun
oturmağını gözləmədən hirsini boşaltmalıydı:
– Sluşay, nə olub sənə, qocalmısan, yoxsa bu yaşında saqqalı əldən vermisən,
keçmisən arvadın bayrağı altına? Niyə görünmürsən?
Bu ev şəhərdə ən müasir və hökumətin səxavətlə tikdiyi evlərdən biri olsa da,
memarlar Ziyad bəyin boyunu nəzərə almamışdılar. Alçaq tavanlı mənzildə qəfəsə
salınmış aslan kimi asta-asta hərəkət edirdi. Səsi otaqları doldurmuşdu. Ehtiyatsız
olsa, başı çilçırağa toxunardı. Qonaq da, mətbəxdəki ev sahibəsi də gülürdülər.
Ziyad bəyin diliylə desək “urus balası” arada cəbhə vər​​dişiylə, bəzən də qəsdən
rusca kəlmələr işlə​dən aka​demikdən fərqli olaraq azərbaycanca tə​​miz danışırdı və
sanki bu bacarığını nümayiş etdirmək üçün arada Bakı ləhcəsinin alt qatlarına da
əl atırdı:
– Şeyx oğlu, sən bilirsən axı, mən bütün ömrüm boyu Valyanın bayrağı altında
olmuşam! Bir toxta da, imkan ver oturaq, görək mətbəxdə nə bişir, sonra danışaq...
– Moy doroqoy leytenant! Sən nə vaxtdan mətbəx pişiyinə döndün? Arağımız var,
çörəyimiz var, Allahına şükür elə. Ac qarına bir çappa araq vurub “Za Stalina, za
Rodinu!” – deyib irəli cuman sən deyildin?
Sonuncu sözlərdən sonra duruxdu. Sanki yazarı nə üçün çağırdığı indi düşdü
yadına:
– Amma ən böyük səhvimiz “Za Stalina!” de​məyimiz imiş.
Pianinonun üstünə düzülmüş fiqurları gözdən ke​çirən qonaq onun bu sözündən
sonra geri çevrildi:
– Nə oldu, indi ağıllandın?
Sonra əlindəki kötük parçasını göstərib:
– Sənin əsl rəssam olduğundan xəbərin var, yoldaş kapitan? – deyə soruşdu. – Bu
nə gözəldir! Birinci dəfə görürəm.


Akademikin fikri uzaqdaydı və qonağın söhbətinə cavabı xeyli yubandı:
– Rəssamlıq... – nə var orda, kötükdür də...
Dostunun səsi yüksəldi:
– Nə kötük, canım! Kötük olubmuş, sənin əlin toxunana qədər! Sonra canlanıb!
Şüşə göz taxmaqla kötüyü də adama çevirmisən. Hardan ağlına gəlib bu?
– Nə bilim e! Bəyəm ağac görmür? Yüz faiz əmin ola bilərsən ki, kötüyün də gözü
var! Kor olan adamlardır.
Qonaq pianinonun üstündəki fiqurların çoxaldığını sezdir​məklə dostunun
yaradıcılığının bu sahəsini də yaxından izlədiyini anlatmaq istəyirdi.
Ziyad bəy:
– Sən onlara fikir vermə! Gəl otur. Araq içməyi tərgit​məmisən ki? Aç o şüşəni.
Yox! Qonaq araq içməyi tərgitməmişdi. Xüsusən də köhnə cəbhə dostlarını
görəndə döyüş yollarında bu zəhrimarın onların yaxın silahdaşı olduğunu, onları
soyuqdan, havalanmaqdan qoruduğunu hökmən xatırlayır və bu, xanımların
etirazına baxmayaraq, araqdan qopmamalarına bəhanə olur...
Nəhayət, yemək masasının arxasında yerlərini rahatladılar. Bir tikə pendir-
çörəkdən sonra akademik:
– Xoş gəlmisən! – deyib arağı başına çəkdi.
– Nə olub sənə?
Qonaq dostunun ovqatının yerində olmadığını sezmişdi.
Ziyad bəy:
– Səni boş-boşuna çağırmamışam ki? Səbrin olsun!
Ancaq ikinci badəni içəndən sonra o, sanki özünə gəldi və dərdi açıldı:
– Bilirsən, son vaxtlar yeni dövr tarixiylə məş​ğulam. Repressiya haqqında bir
kitab yazmaq istə​yirəm. Bu gün arxivdə işləyərkən ilk dəfə mühari​bədən salamat
qayıtdığıma peşman oldum. Kaş bir al​man gülləsi deşəydi sinəmi, bu yazıları
oxumayaydım.
– Niyə? Nə olub? Bəyəm repressiyanın insanlıq fa​ciəsi, qansızlıq olduğunu
bilmirdin?
– Amma oxuduqlarım dəhşətə gətirdi məni. Sən demə, biz bu barədə heç nə
bilməmişik. Leninin ürəyindəki nifrət, Stalin və Beriya adlı iki Gürcüstan
lotusunun insanlara necə divan tutması ağıllı adamları da dəli edər. Bunların
yolunda həyatımızla o qədər risk eləməyimizə yandım.
Qonaq onu sakitləşdirməyə çalışırdı:
– Səni başa düşürəm... Ancaq həyatını riskə atmağına peşman olma! Səni qoruyan
cəsarətindi! Güllə qorxaqları tapırdı...
Uzun danışmağı sevməyən akademik o axşam ürəyini boşaltmaq üçün cəbhə


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə