Акционерный банк газовой промышленности (Закрытое акционерное общество) Москва 2007 утверждена



Yüklə 85 Kb.
tarix14.09.2018
ölçüsü85 Kb.
#68529

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

Müşahidə Şurası tərəfindən təsdiq edilmişdir:


Protokol № 3; Qərar № 3;

Tarix: 26.12.2014-cü il



Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrəAzərbaycan Beynəlxalq Bankı” ASC-nin Siyasəti

(Y E N İ R E D A K S İ Y A)
  1. Ümumi müddəalar





    1. Bu Siyasət “Banklar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mərkəzi Bankının “Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın banklar vasitəsilə leqallaşdırılmasının qarşısının alınmasına dair” Metodoloji Rəhbərliyinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin (bundan sonra Maliyyə Monitorinqi Xidməti) normativ hüquqi sənədləri, habelə Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu – FATF-ın tövsiyələrinin, Bank Nəzarəti üzrə Bazel Komitə-sinin prinsiplərinin və bank praktikasında geniş istifadə edilən ”Volfsberq prinsipləri”nin əsasında hazırlanmışdır.

    2. Bu Siyasət “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (bundan sonra Bank) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətinin prinsip, məqsəd və əsas istiqamətlərini müəyyənləşdirir.

    3. Bu Siyasətin prinsip və qaydaları, həmçinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin normaları Bankın Baş ofisi və struktur bölmələrinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyəti üzrə daxili nəzarət sistemlərinin və qarşılıqlı fəaliyyəti prosedurlarının reqlamentləşdirilməsi üçün bankdaxili normativ sənədlərin hazırlanmasında əsas hesab olunur.

    4. Bu Siyasət çərçivəsində Bankın həyata keçirdiyi kompleks tədbirlər Bankın daxili nəzarət sisteminin təşkilinə aid müvafiq Qaydalarda nəzərdə tutulmuşdur.

    5. Bankın müştərilərlə birbaşa işləyən və ya onlarla əlaqə qurulmasında iştirak edən əməkdaşlarının öz vəzifələrinin icrası zamanı Bu Siyasətin müddəalarının tətbiqi məcburidir.




  1. İstifadə edilən anlayışlar




  1. Pul vəsaitləri və digər əmlakla əməliyyatlar – Pul vəsaitləri və/və ya digər əmlakla bağlı mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam verilməsinə yönəlmiş əməliyyatlar.

  2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir;

  3. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir;

  4. Terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;

  5. PL/TMM – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.

  6. PL/TMM üzrə daxili nəzarət – qanunvericiliklə müəyyən olunan monitorinq olunmalı əməliyyatların və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli ola bilən digər əməliyyatların aşkarlanması üzrə Bankın kompleks daxili nəzarət tədbirləridir.

  7. Müştəri – pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatların həyata keçirilməsi zamanı Bankın hər hansı xidmətindən daimi və ya qeyri-müntəzəm istifadə edən fiziki və ya hüquqi şəxsdir.

  8. Bankın Məsul şəxsi – İdarə Heyəti Sədrinin əmri ilə təyin olunan, Bankda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq gündəlik hesabatları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

  9. Məsul şəxs – Bankın struktur bölməsinin rəhbəri tərəfindən təyin olunan, Bankın struktur bölməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qaydaların və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Bankın Daxili nəzarət və monitorinq departamenti ilə məlumat mübadiləsini həyata keçirməyə, habelə monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabat formaları hazırlamağa və təqdim etməyə məsul olan şəxsdir.

  10. Struktur bölmə – öz funksiyalarının icrası zamanı müştərilərlə əməliyyatların aparılmasını və ya onlarla əlaqələrin qurulmasını həyata keçirən bölmədir.

  11. Proqram – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində Bankdan və onun imkanlarından bir vasitə kimi istifadənin qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərdir (daxili qayda və prosedurlar, məsul şəxs, təlimlərin keçirilməsi, daxili audit və s.).

  12. Maliyyə Monitorinqi Xidməti – cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanıdır.

Bu sənəddə izahı verilməyən digər anlayışlar Maliyyə Monitorinqi Xidmətinin normativ hüquqi sənədlərindəki mənanı daşıyır.

3. PL/TMM məqsədilə daxili nəzarətin həyata keçirilməsində Bank siyasətinin prinsipləri, məqsədləri və fəaliyyətinin əsas istiqamətləri

3.1. Siyasətin prinsipləri:

3.1.1. PL/TMM sahəsindəki Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək.

3.1.2. Mövcud və potensial müştərilərin fəaliyyətini hərtərəfli təhlil etmək, onların təqdim etdiyi sənədləri qeydə almaq, yoxlamaq və ayrı-ayrı müştərilər tərəfindən həyata keçirilən şübhəli maliyyə əməliyyatları sxeminə Bankın cəlb olunmasının minimallaşdırılması üçün əlavə məlumatlar toplamaq. “Müştərini tanı” prinsipinə görə bu:


  • kommersiya fəaliyyətinin qanuni və vicdanla aparılmasına əsaslanır;

  • Bankın əməkdaşlarının istənilən şübhəli əməliyyatlara, xüsusilə Bankın fəaliyyəti ilə bir araya sığmayan fəaliyyəti barədə məlumat olan müştərinin əməliyyatlarına qarşı sayıqlığı artırır;

  • müştərilərin şübhəli əməliyyatlarının vaxtında aşkarlanmasına yönəldilir.

3.1.3. Müştərilərlə işgüzar münasibətlərin qurulmasından və ya davam etdirilməsindən aşağıdakı hallarda imtina etmək:

  • müştərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində iştirakı barədə əsaslı şübhələr olduqda;

  • müştərinin terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı barədə əsaslı şübhələr olduqda;

  • maliyyə-kredit təşkilatı PL/TMM sahəsində tam həcmdə tədbirlər görməyəndə ;

  • maliyyə-kredit təşkilatının qeydiyyata alındığı ərazidə fiziki mövcudluğu olmadıqda;

  • müştəri tərəfindən zəruri sənədlər təqdim edilmədikdə və ya saxta sənədlər (məlumatlar) təqdim edildikdə.

3.1.4. 3.1.3-cü maddədə nəzərdə tutulan müştərilərin iştirakı ilə aparılan əməliyyatların araşdırılması məqsədilə onları dayandırmaq, ehtiyac olduğu halda əməliyyatın həyata keçirilməsindən imtina etmək.

3.1.5. Anonim hesabların açılmasından imtina etmək.

3.1.6. PL/TMM sahəsində Bankın daxili nəzarət fəaliyyəti aşağıdakı qaydada qurulmuşdur:


  • PL/TMM sahəsində səmərəli sistemin yaradılması və müştərinin apardığı və ya aparmaq istədiyi bank əməliyyatları nəticəsində Bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması məqsədilə İdarə Heyətinin sədri tərəfindən PL/TMM dair daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, Maliyyə Monitorinqi Xidməti ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə görə məsuliyyət daşıyan Bankın işçisi Məsul şəxs təyin olunur;

  • Bankın filiallarında Bank tərəfindən Bankın PL/TMM-yə dair daxili qayda və prosedurlarının yerinə yetirilməsinə məsuliyyət daşıyan Məsul şəxs təyin olunur;

  • Bankın Məsul şəxsi PL/TMM məqsədilə Bankın daxili nəzarət proqramının yerinə yetirilməsinin nəticələri barədə İdarə Heyətinə hesabat verir. Filialın məsul şəxsi isə filialın müdirinə hesabat təqdim edir və mütləq qaydada öz işinin nəticələri barədə Bankın Məsul şəxsini məlumatlandırır;

  • Bankın Daxili nəzarət strukturu vaxtaşırı olaraq Bankda PL/TMM-yə dair qanunvericiliyə riayət olunmasını yoxlayır və bu sahədə daxili nəzarət sisteminin fəaliyyətinin uyğunluq səviyyəsini qiymətləndirir;

  • PL/TMM üzrə fəaliyyətin təşkilinə İdarə Heyəti nəzarət edir;

3.2. Bu Siyasətin məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində Bankdan bir vasitə kimi istifadə olunmasının qarşısının alınmasından ibarətdir.

3.3. PL/TMM sahəsində Bankın fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar daxildir:



  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində Bankın əməkdaşlarından, məhsul və xidmətlərindən bir vasitə kimi istifadənin qarşısının alınması üçün daimi və məqsədyönlü işlərin aparılması;

  • PL/TMM işində Bank əməkdaşlarının iştirakı;

  • PL/TMM işində əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, tədrisinin təşkili və əməkdaşların bilik səviyyəsinin yoxlanılması;

  • mövcud normativ sənədlərin təkmilləşdirilməsi və yenilərinin hazırlanması;

  • Azərbaycan Respublikasının Qanunvericiliyindəki, Mərkəzi Bankın və Maliyyə Monitorinqi Xidmətinin normativ hüquqi sənədlərindəki dəyişikliklərə uyğun olaraq PL/TMM sahəsində Daxili nəzarət Qaydalarının mütəmadi yenilənməsi, PL/TMM-də yeni mexanizmlərin Bank təcrübəsində tətbiqi;

  • Bankda tətbiq olunan proqram-texniki vasitələrin köməyi ilə PL/TMM məsələləri ilə məşğul olan struktur bölmələrinin təhlil və nəzarət edə biləcəkləri vahid informasiya məkanının yaradılması.

4. Bankın PL/TMM proqramı

PL/TMM sahəsində Bankın fəaliyyət proqramı aşağıdakı elementlərdən ibarətdir:

4.1. müştərilərin və benefisiarların eyniləşdirilməsi və verifikasiyası üzrə daxili qaydalar;

4.2. monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları (indikatorlar);

4.3. şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması üzrə qaydalar;

4.4. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi qaydaları;

4.5. İşə qəbul və işçilərin yoxlanılması ilə bağlı prosedurlar;

4.6. PL/TMM üzrə təlimlərin keçirilməsi qaydaları;

4.7. daxili audit.
5. Bu siyasətə əməl olunmasına məsuliyyət

5.1. Bu Siyasətlə müəyyən olunan tədbirlərin yerinə yetirilməsinə görə məsuliyyəti bu tədbirlərin icrasına nəzarəti həyata keçirən Bankın Məsul şəxsi və həmin tədbirləri icra edən Bankın digər əməkdaşları daşıyır;



5.2. PL/TMM sahəsi üzrə Bankın siyasətinin yerinə yetirilməsinə Bankın Məsul şəxsi məsuliyyət daşıyır.

6. Yekun müddəalar
6.1. Bu Siyasət qüvvəyə mindiyi gündən Bankın Müşahidə Şurasının 18.05.2011-ci il tarixli, 8 №-li qərarı ilə təsdiq edilən (protokol № 3) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Siyasəti qüvvədən düşmüş hesab edilir.


Yüklə 85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə