Akif aşirli


Ərazi siyasəti və səhvlər



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

18 

 

Ərazi siyasəti və səhvlər 



 

“Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın 

ki, Ermənistan Zəngəzuru olmazdı, Gürcüstana müftə neft verilməzdi”. 

Nərimanov  Azərbaycana  elə  bir  dövrdə rəhbərlik  etmişdi  ki,  qismətinə  taleyüklü  problemlərin  kompromis 

həlli kimi ağır vəzifə düşmüşdür. Belə bir missiyanı həyata keçirmiş şəxsiyyətlər, dövlət xadimləri heç də həmişə 

müasirləri  və  sonrakı  nəsillər  tərəfindən  düzgün  qiymətləndiriləcəklərinə  ümidvar  ola  bilməzlər.  Təəccüblü 

deyildir ki, Nərimanov həm sağlığında, həm də ölümündən sonra ən yüksək təriflərin, gah da amansız təqiblərin 

obyekti olub. “Biz, əlbəttə bilirdik ki, bal ayından sonra qanlı ay gələcəkdir” söyləyən Nərimanov Azərbaycanda 

hakimiyyət  başına  gətirildikdən  sonra  rus  ordusunun  törətdiklərinə  xalqın  müqavimət  göstərib  ixtişaşlar 

yaradacağını, mübahisəli ərazilər hesab olunan torpaqların müzakirəsinin fəsadlar törədəcəyini bəri başdan bilirdi. 

Çünki doktor xalqın mental xüsusiyyətlərini, siyasi vəziyyəti, qonşu dövlətlərlə münasibətlərini, milli qüvvələrin 

təsirini  gözəl  saf-çürük  edirdi.  Ona  görə  də  Həştərxanda  “Biz  Qafqaza  hansı  şüarla  gedirik”  əsərini  yazmışdı. 

Nərimanovun ərazi siyasəti, bu siyasətdən doğan səhvlər, tarixi reallıqlar, mərkəzin məkrli oyunları, Azərbaycanın 

Gürcüstan  və  Ermənistanla  olan  münaqişəli  vəziyyəti  tarixçilər  tərəfindən  müxtətif  yöndə,  prizmalarda  tədqiq 

olunub.  Bəzi  tarixçilər  onu  Azərbaycan  torpaqlarını  qonşulara  bağışlayan,  səbatsız,  heç  bir  siyasi  iradəyə  malik 

olmayan  şəxsiyyət  kimi  səciyyələndirmiş,  digərləri  isə  tarixi  reallıqlardan,  yaranmış  beynəlxalq  siyasi  şəraitdən 

doğaraq atılmış addımların təzahürü hesab edərək Nərimanovun reputasiyasına çalışmışlar. Əslində Nərimanovun 

ərazi siyasətini düzgün dərk etmək və səhvlərin nədən yaranmasını qiymətləndirməkdən ötrü XX əsrin əvvəllərini, 

xalqımızın  payına  düşmüş  tarixi  kataklizimləri  öyrənmək  vacibdir.  Tarixi  fakt  və  sənədlərdən  bəllidir  ki, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Cənubi  Qafqazda  yerləşmiş  ingilis  hərbi  komandanlığı  1919-cu  ilin 

aprel ayında Naxçıvanda Araz-Türk Respublikasını ləğv etmiş 

VƏ 


zorla bu ərazini daşnak Ermənistanın tərkibinə 

qatmışdır.  Buna  cavab  olaraq  1919-cu  il  aprel  ayının  30-da  AXC-nin  xarici  işlər  naziri  M.Y.Cəfərov  Cənubi 

Qafqazda  Britaniya  silahlı  qüvvələrinin  komandanı,  general  Koriyə  etiraz  məktubu  göndərmişdir.  Bu  məktubda 

göstərilirdi  ki,  Naxçıvan,  Şərur,  Dərələyəz  və  Sürməli  rayonlarının  sizin  tərəfinizdən  Ermənistana  verilməsi 

düzgün  addım  deyil.  Çünki  milli  hökumət  göstərilən  əraziləri  həmişə  Azərbaycanın  ayrılmaz  hissəsi  hesab 

etmişdir.  General  Kori  bu  qərarı  qəbul  edərkən  Qarabağın  Azərbaycan  hökumətinə  verildiyini  bəyan  etsə  də, 

yuxarıdakı adı çəkilən əraziləri ermənilərin təkidilə onlara “bağışlamaq” siyasətini həyata keçirmişdi. Azərbaycan 

tərəfinin  etirazlarına  baxmayaraq  erməni  silahlı  birləşmələri  1919-cu  il  mayın  3-də  ingilis  silahlı  qüvvələrinin 

tərkibində  Azərbaycanın  adıçəkilən  rayonlarının  işğalına  başlamışdılar.  Ermənilərin  bu  hərbi  aksiyası  milli 

hökumətdə  ciddi  narazılıq  doğurdu  və  Fətəli  Xan  Xoyski  müttəfiq  qoşunların  Tiflisdəki  komandanı  Tomsonla 

görüşərək bu ərazi təyinatına etiraz edərək, ingilis hərbi komandanlığının mövqeyinə aydınlıq tələb etdi. General 

Tomson  bildirirdi:  “Naxçıvan  rayonunun  idarə  edilməsi  ermənilərə  müvəqqəti  verilmişdir.  Necə  ki,  Qarabağ 

Azərbaycana  müvəqqəti  verildiyi  kimi”.  Tomsonun  vermiş  olduğu  bu  bəyanata  Xoyski  kəskin  münasibət 

bildirmişdi:  “Naxçıvan  rayonuna  münasibətdə  qəbul  edilmiş  qərar  düzgün  deyil  və  ədalətsizdir,  çünki  əsasən 

əhalisi müsəlmanlardan ibarət olan bu rayon yaranmış vəziyyətlə heç vaxt barışa bilməyəcəkdir”. İngilis qoşunları 

komandanı  öz  qərarına  yenidən  baxmağı  vəd  etsə  də,  bu  məsələdə  ermənilər  sərt  mövqe  nümayiş  etdirirdilər. 

Görünür,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  İrəvanı  ermənilərin  elan  etdikləri  respublikaya  paytaxt  vermələri 

onları şirnikləndirmişdi. Ona görə ermənilər AXC ilə oyun oynamağı üstün tutaraq ərazi mübahisələri məsələsinin 

hüquqi həllini təxirə salırdılar. İngilislərin mövqeyi Azərbaycan hökumətində mənfi reaksiya doğurmuş, Paris sülh 

konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan Topçubaşova bu barədə məlumat 

çatdırmışdılar  və  sonuncu  da  bu  barədə  müttəfiq  dövlətlərin  nümayəndələrinə  memorandum  göndərmişdir. 

Memorandumda  deyilirdi:  “Baxmayaraq  ki,  Naxçıvan,  Şərur-Dərələyəz  və  yeni  Bəyazit  nahiyəsinin  bir  hissəsi 

Azərbaycanın  sözsüz  ayrılmaz  hissəsidir,  müttəfiq  komandanlığın  razılığı  ilə  Ermənistan  Respublikasının 

hakimiyyət  orqanlarına  verilmişdir.  Halbuki  yerli  əhali  buna  inadlı  müqavimət  göstərir  və  bunu  arzulamırlar. 

Azərbaycan milli hökumətinin bütün səyləri uğursuzluğa düçar oldu, güclü siyasi xadimlərin olmasına baxmayaraq 

onların  ərazi  bütövlüyünü  saxlamaq  cəhdləri  səmərə  vermədi.  Naxçıvan  və  Zəngəzuru  Ermənistana  verən, 

Qarabağı  isə  Azərbaycanın  tərkibində  saxlayan  ingilis  qoşunları  1919-cu  ilin  avqustun  23-də  Azərbaycanı  tərk 

etmiş, beləliklə özündən sonra həlli müşkülə çevrilən xeyli problemlər qoymuşdu. Həmin problemləri isə Nəriman 

Nərimanov həll etməli idi. Beləliklə, Nərimanov 1920-ci il aprel ayının 28-də qiyabi surətdə Azərbaycan İnqilab 

Komitəsinin  sədri  seçilərək,  mayın  16-da  Bakıya  gəlmişdir.  Azərbaycan  Sovet  hakimiyyəti  qurulduqdan  sonra 

Ermənistanın  Azərbaycana  ərazi  iddiaları  üstündə  aparılan  hərbi  əməliyyatlar,  Rusiyanın  siyasətindəki  təzadlı 

gedişlər  əhaliyə  qaçqınlıq,  səfalət,  yurd  itkisi  bəxş  etdi.  Azərbaycan  SSRİ-nin  Ermənistanla  münasibətində 

Rusiyanın mövqeyi ilk mərhələdə ikinci tabe etmək üçün birincini dəstəkləmək, ikincinin çıxılmaz vəziyyətində 

birincinin  torpağını  onlara  hədiyyə  etməklə  şirnikləndirib,  sovetləşməni  tətbiq  etmək  idi.  M.Ə.Rəsulzadə 

Rusiyanın mövqeyinə belə qiymət verirdi: “Həqiqətən də bir qəzanın ermənidəmi, yoxsa türkdəmi qalmasının nə 

əhəmiyyəti  ola  biliyordu!...  Yetişir  ki,  bunların  həpsi  Rusiyada  olsun  və  ortadakı  ixtilaflar  həll  edilsin”. 

Azərbaycandan  öz  qoşunlarını  çıxarmış  İngiltərə  hökumətinin  Ermənistana  silah  və  döyüş  sursatı  hazırlayıb 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə