Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   ...   25

 

Paşa,  məşhur  tatar  kommunisti  Mirsultan  Quliyevlə  Nərimanovu  bağlayan  siyasi  əlaqələr  indiyədək  öz 



tədqiqatçılarını  gözləsə  də,  hələlik  bizlər  Nərimanova  obyektiv  baxışı  bizə  bəlli  olan  iki  məktubun  üzərində 

qururuq. Sözügedən məktubların ikisi də akademik Püstəxanım Əzizbəyovanın təqdimatında 1992-ci ildə kitabça 

halında  nəşr  olunub.  Məmməd  Səid  Ordubadinin  “Nərimançılıq”  xatirəsi  iki-üç  il  öncəyədək  Əlyazmalar 

İnstitutunun seyflərində çapını gözləyirdi. Nə yaxşı ki, professor Şamil Qurbanov həmin məktubu əski əlifbadan 

çevirərək  çap  etdirdi.  Azərbaycanın  ərazi  problemləri,  sərhədlərinin  dəqiqləşdirilməsində  Nərimanovun 

səriştəsizliyi,  bacarıqsızlığı  və  hətta  xəyanətkar  mövqeyində  axtaranlar  ittihamlarını  əsaslı  şəkildə  izah  etməli, 

tarixi  dəlil  və  faktların  təhrifinə  yol  verməməlidirlər.  Əlbəttə,  Nəriman  ideal  siyasətçi,  bir  dövlət  xadimi  deyil. 

Onun  hakimiyyətə  gəldiyi  vaxt  və  Azərbaycanın  tarixi  vəziyyəti  olduğu  kimi,  təhriflərə  yol  vermədən,  antipatik 

yanaşmadan kənar təhlil olunmalı, real vəziyyət əksini tapmalıdır. Onun hakimiyyətə gəlməyi, yoxsa gəlməməyi 

xalqımız üçün daha münasib və əlverişli idi? Onun bu vəzifədə xidməti üstünlük təşkil edir, yoxsa qəbahəti? Bütün 

bu suallar aydın cavab istəyir. 

Zəngəzurun  Ermənistana  verilməsində  “1  dekabr  bəyanatı”  Nəriman  şəxsiyyətini  həmişə  alçaldacaq  bir 

durumda  qoyduğu  şəksizdir.  Ancaq  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  mübahisəli  ərazilərin  həlli 

istiqamətində  beynəlxalq  danışıqların,  müzakirələrin  hansı  nəticələr  verdiyi,  hakimiyyət  dəyişikliyindən  sonra 

hansı  situasiyanın  yarandığı  bəlli  olmayınca  ittihamlar  səngiməyəcək.  1920-ci  ilin  aprelindən  başlanan  bolşevik 

istilasına, milli burjuaziyanın aradan qaldırılmasına, insan şəxsiyyətini alçaldacaq hərəkətlərin baş alıb getməsinə, 

dini  inanclara  qarşı  yönələn  təbliğat  metodlarına  Nərimanovun  müqavimət  göstərmək  niyyəti  onun  Stalinə 

ünvanladığı  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  məxfi  qrifli  məktubunda  aydın  görünür.  İslamı  aradan 

qaldırmaqla Şərqin sovetləşməsinin mümkün olmayacağını, bu problemin böyük fəsadlar törədəcəyini anlayaraq, 

islamla kommunizmi bir araya gətirməyin nəzəri əsaslarını işləyib hazırlasa da, mövcud rejimin müqaviməti onun 

iradəsini  sındırdı.  Ermənilərin  azərbaycanlılara  qarşı  soyqırım  siyasətinin  məğzini  Çar  Rusiyasının  milli  ədavət 

siyasətində görən Nərimanov bu hisslərin təsiriylə “Bahadır və Sona” əsərindən sonra, dini inanclara qarşı yönələn 

“Pir”  hekayəsini  yazdı.  Bütün  bu  paradoksallığı  onun  siyasi  iradəsizliyində,  yaxşı  dövlət  xadimi  olmamasında 

görənlər  Nərimanov  şəxsiyyətinin,  fəaliyyətinin  dolanbaclarına  diqqət  yönəltməli,  alternativ  baxışları  tariximizə 

gətirməlidir. Nərimanov hakimiyyətə nə zaman gəldi, onun gəlişi dönəmi problemlərin nələrdən ibarət olduğu da 

diqqət tələb edir. Zəngəzur itkisindən  sonra Naxçıvan, Şərur-Dərələyəz, ən əsası da bu günümüz üçün əsas ağrılı 

problem  olan  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində  qalmasında  Nərimanovun  aparmış  olduğu  siyasət 

çözülməli, doğru-dürüst əksini tapmalıdır. Azərbaycanın sovetləşməsinin Rusiyanın yeni işğalçılığına azərbaycanlı 

bolşeviklərdən  biri  “bizim  məmləkətin  taleyini  yerin  altı  müəyyənləşdirir”  söyləyərək,  həqiqətə  işıq  salırsa, 

Nərimanovun  Rusiyanın  Azərbaycanda  “neft  kralı”  Serebrovskiyə  qarşı  apardığı  mübarizə  də  öyrənilməlidir.  O, 

Azərbaycanda  çıxarılan  neftin  bir  hissəsinin  ölkədə  qalmasının  vacibliyini  israrla  tələb  etsə  də,  nəticəsiz  qalırdı: 

“Azərbaycan  kəndlisi  ağ  neft  olmadığı  üçün  talaşa  yandıranda,  Azərbaycan  vətəndaşı  Tiflisdə  ağ  neftin 

Gəncədəkindən  ucuz  satıldığını  görəndə,  istər-istəməz  bütün  bunları  törədənlərin  ünvanlarına  tənə, 

müstəmləkəçilikdə  ittiham  eşitməyə  məcbur  olursan”.  Nərimanov  “müstəmləkəçilikdə  ittiham”ı  Stalinə 

ünvanlayaraq,  Leninin  vəd  etdiyi  “müstəqil  Sovet  Azərbaycanının”  yalnız  şüar  olduğunu  anlayaraq,  Şərqin 

milliyyətçi  kommunistlərini  bir  araya  gətirib  “Qızıl  Turan”  yaratmaq  istəyinə  düşməyə  bilməzdi.  Çünki  “ana 

dilimi sevirəm, çünki anamı sevirəm” söyləyən, ömrü boyu bütün məşəqqətliyə, çətinliklərə, siyasi qarşıdurmalara 

tab  gətirən  Nərimanov  Azərbaycanı  sevirdi.  “Aldananlar  üzərində  qələbə  yoxdur!  Nərimanov  aldanmışdı.  Ona 

müstəqil Azərbaycan vəd edənlər Azərbaycanı simasızlaşdırmaq niyyətini gerçəkdən həyata keçirmişdilər. 

Ömrünün  sonlarında  oğlu  Nəcəfə  yazdığı  məktubda  “bəlkə  sən  bu  məktubu  oxuyanda  bolşevizm 

olmayacaqdır”  söyləyən  Nəriman  ömrü  boyu  insanın  istismarına  qarşı  mübarizə  aparacağını,  bəşəriyyətə  xeyir 

verəcəyini deyirdi. Oğlu Nəcəfə yazdıqlarını Türkiyə diplomatı Doktor Rza Nura da eynən söyləyirdi: “Bolşevizm 

nə? O bir rəzalətdir. Mən buna yol verə bilmərəm”. 

Onun  istəyindən  asılı  olmayaraq  bolşevizm  Azərbaycanı  “simasızlaşdırdı”.  Məhz  bu  simasızlaşdırma 

siyasətində  onun  günahlarının  çox,  ya  da  az  olmasından  dolayı  Nərimanov  əyərəskikliyi  ilə  birgə  öyrənilməli, 

tədqiq  olunmalıdır.  Çünki  bu  tarixi  şəxsiyyət  dövlətçilik  tariximizin  bir  səhifəsini  yazmış,  Rusiya-Azərbaycan, 

Türkiyə-Azərbaycan  siyasətinin  tarixi  mərhələlərində  fəal  rol  oynamışdır.  Ona  görə  də  son  dövrdə  bəzi 

araşdırmalara yol açan “milli təmayüllü kommunist” deyiminin arxasında hansı mövqeyin, siyasi nöqteyi-nəzərin 

dayandığı  müəyyənləşdirməli  idi.  Nərimanov  Stalinə  müraciətdə  özünün  “millətçi”    olduğundan  imtina  etmir: 

“Mən həmişə bu nöqsanları (azərbaycanlıların sıxışdırıldığı haqqında) göstərirdim və əlbəttə, əleyhdarların dili ilə 

desək,  “millətçi”  adını  qazanmışdım”.  “Millətçiliyi”nin  səbəblərini  də  açıqlayır:  “Müqabil  tərəfin  millətçi 

təmayülü olduqca bu tərəfin də millətçilik təmayülü olacaq  

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə