Akif aşirli


partiyanın  diqqətinin  2-u  türklərə  sərf  olunmalıdır.  Bundan  əlavə,  sovet  orqanlarını  fəaliyyət  enerjisinin  2



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

29 

 

partiyanın  diqqətinin  2\3-u  türklərə  sərf  olunmalıdır.  Bundan  əlavə,  sovet  orqanlarını  fəaliyyət  enerjisinin  2\3 



hissəsi  də  türklər  arasında  işin  təşkilinə  yönəldilməlidir.  Kimə  bizim  inqilabın  nailiyyətləri  qiymətlidirsə,  kimlər 

Azərbaycanı  sevir  və  ruhən  Azərbaycanla  bağlıdırsa,  kimlərə  “bütün  ölkələrin  proletarları,  birləşin!”  şüarı 

əzizdirsə, o, məhz bu prinsip üzrə fəaliyyət göstərməlidir. Öz vəzifə kürsülərində qalmaq üçün şirin sözlər işlədən 

“köçəri  quşlar”a  isə  biz  deyirik:  bu  gün,  sabah  da  Azərbaycanın  türk  və  rus  fəhlə-kəndlisi  sizin  əməyinizi 

qiymətləndirməyəcək və öz son sözlərini deyəcəklər. Nəhayət, bu məsələyə hüquqi nöqteyi-nəzərdən yaxınlaşmaq 

olar.  Türk  dili  Azərbaycanda  dövlət  dili  elan  olunub  və  o,  bu  dilin  bütün  hüquqlarından  və  üstünlüklərindən 

yararlanmalıdır. Heç kim bunu ləğv etməyə cürət edə bilməz və gücü də çatmaz. Azərbaycan öz doğma dilindən 

imtina  edə  bilməz,  kiməsə  Azərbaycanda  bu  dilin  əhəmiyyətini  aşağılamağa  da  imkan  verə  bilməz.  Qoy  bunu, 

müxtəlif pərdə altında Azərbaycanda türk dilinə qarşı çıxanlar qəti bilsinlər. 

Nəriman Nərimanov 

 

                                                  Redaksiyadan: Redaksiya bunu bildirməyi özünə 

                           borc bilir ki, “Bakı fəhləsi” səhifələrində türk dilinə  

                                                 və ya türk teatrına qarşı yönəlmiş heç bir məqalə 

                                    olmayıb və bundan sonra da olmayacaq. 

 

“Bakı fəhləsi”  

15 iyun 1922-ci il 

 

 

Xatirə 

Nərimançılıq 

 

1920-ci  illərdən  başlayaraq  doktor  Nəriman  Nərimanovun  Komissarlar  Şurası  sədri  olduğu  zamanlarda 

“Nərimançılıq” adı altında millətçi bir qrupun meydana çıxdığını eşitməyən çox az idi. 

Lakin  Nərimançılıq  doğrudan  da  millətçilikmi?  Yainki  orijinal  bir  nəzəriyyəmi?  Bunu  indiyə  qədər 

aydınlaşdıra biləcək bir ədəbiyyata rast gəlmədiyimizdən nərimançılığın tutduğu mövqe təyin edilə bilməmişdi. 

Elə zənn edirəm ki, mənim Nəriman haqqındakı xatirələrim nərimançılığın nə olduğu barəsində zəngin bir 

materialdır ki, bu material Azərbaycan tarixini yazanlar üçün də qiymətlidır. 

Mən 1918-ci illərə qədər doktor Nəriman Nərimanovla onun əsərləri vasitəsilə tanış olmuşdum. Lakin 18-ci 

illərdə sürgündən (Saritsin) Həştərxana qayıtdığım zaman onunla yaxından tanış olmuşdum. Mən hələ Həştərxanda 

olduğum  zamanlar  Nərimanovla  etdiyim  söhbətlər  nəticəsində  onun  əqidə  və  düşüncəsində  mürəkkəb  bir  fikrin 

böyüdüyünü və onu rahatsız etdiyini hiss edirdim. 

Buna görə də mən doktor Nərimanovu millətçi, liberal burjuaziya ziyalısı, avam və siyasət anlamayan bir 

şəxsiyyət kimi göstərənlərin heç birisi ilə razılaşmırdım. 

Mən  Bakıda  Ordubaddakı  məktəb  yoldaşım  İbrahim  Əbilovla  görüşüb  Nərimanın  görüşünə  getmək 

istədiyimi  xəbər  verdim.  Çünki  o,  Bakı  sovetləşəndən  sonra  Moskvadan  təzəcə  gəlmişdi.  Əbilov  da  bu  arzuda 

olduğunu bildirdi. 

Gündüz  saat  11-də  icazə  alıb  doktorun  qəbul  salonuna  getdik.  O  bizi  olduqca  gülər  bir  üzlə  qəbul  etdi. 

Rəsmi qəbuldan sonra doktorun əmri olmadan bizə çay gətirdilər. Bu əsnada buzovnalı molla Mirzə Əlinin görüşə 

gəldiyini xəbər verdilər. Doktor onun gəlməsinə icazə verdi. O içəri girən kimi doktoru qucaqlayıb öpdü, doktor da 

onu  çox  səmimiyyətlə  öpdü.  Mən  inqilab  rəhbər  ilə  bir  nəfər  mollanın  əlaqəsində  olan  bu  qədər  səmimiyyətə 

təəccüb etdim. 

Görüşə gələnlər çox idi. Söhbət oradan-buradan idi. Saat 4-ə qədər oturub qalxdıq. Çünki Nəriman tez-tez 

saatına baxırdı. Hamı ayaq üstündə idi. O mənim çiynimdən basıb: 

- Otur. Səninlə Həştərxanda yarımçıq qoyduğumuz söhbəti bu gündən etibarən davam etdirməliyik! - dedi. 

Mən Əbilovla vidalaşıb oturdum. 

Nahar  gətirdilər.  Süfrə  o  qədər  də  zəngin  və  yağlı  süfrə  deyildi.  Mən  heç  də  təəccüb  etmədim.  Çünki 

Nəriman şöhrətpərəst olduğuna baxmayaraq təntənə və dəbdəbə sevən adam deyildi. 

Mən  söhbətin  əsas  mövzuya  gəlməsinə  tələsirdim.  Onun  qəlbində  hiss  etdiyim  toxumun  göyərib-

göyərməməsini öyrənməyə çalışdım. 

Söhbətlər nəticəsində onun Həştərxanda gördüyüm Nəriman olmadığını və onun tamamilə dəyişdiyini hiss 

etdim. 

Lakin o yenə də Həştərxanda olduğu kimi kommunist olduğunu tez-tez təkrar edirdi. Buna baxmayaraq o, 



kommunizm məsələlərində bir çox mürəkkəb və qarmaqarışıq fikirlər meydana atırdı. 


30 

 

Onun bütün bəhsləri özünün təzə bir əqidə müəssisi olduğunu göstərirdi. Nəriman deyirdi ki, xalqların irq və 



adətləri müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə 

hər bir qidanı həzm edə bilməz. 

Buna görə də Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi. Yaxud o, Şərqə məxsus 

bir kommunizm tərtib etməyi düşünürdü. 

Onun nəzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu. 

Nərimançılıq eyni zamanda siniflərin təsviyyə etmək məsələsini kommunizm ilə burjuaziyanı barışdırmaqla 

həll etmək istəyirdi. Lakin nərimançılıq bu fıkirlə bərabər başqa bir fikir də meydana atmışdı. O deyirdi: “Dünyada 

bir əqidənin hakim olması milliyətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət 

üzərində böyük bir təsiri ola bilər”. 

Nərimançılıq  sosializm  və  kommunizmə  sinfi  mübarizə  yolları  ilə  deyil,  barışdırıcılıq  yolları  ilə  getməyi 

tövsiyə edirdi. 

Lakin  o  bu  qədər  müxtəlif  və  bir-birinə  zidd  olan  fıkirləri  vahid  bir  qəlibə  salmağı  bacarmırdı,  o  həmişə 

düşünür və çapalayırdı. Hərdən də bir köməksizliyindən şikayət edərək: 

- Məni anlayan yoxdur - deyirdi. 

Ancaq  nərimançılığı  bir  nəzəriyyə  olaraq  təhlil  etdiyi  zaman  millətçiliyin  qarmaqarışıq  və  mürəkkəb  bir 

şəkli olduğunu görə bilərik. 

Nərimançılıq bir xülyadan ibarət olsa belə o özlüyündə çox qərib bir nəzəriyyə idi. Doktor Nəriman bütün 

ziyalı təbəqəni öz ətrafında mərkəzləşdirmişdi. Buna görə də nərimançılığa olan bir hücum avam xalq tərəfindən 

Azərbaycan xalqına olan bir hücum kimi məna edilirdi. 

Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə çəkmişdi. Bunu da qeyd 

etmək  lazımdır  ki,  millətçiliyə  təzə  qan  aşılamaq  istəyən  bu  nəzəriyyə  nərimançılar  tərəfindən  müxtəlif 

məzmunlarda işlədilirdi. 

Nərimançılardan  Dadaş  Bünyadzadə,  İsrafilbəyov,  Qədirli  və  daxiliyyə  komissarı  Həmid  Sultanov  və 

sairləri  nərimançılıqla  şöhrət  tapsa  belə,  bu  nəzəriyyənin  nədən  ibarət  olduğunu  anlamırdılar.  Onlar  ancaq  bir 

qrupa ayrılaraq Mərkəzi Komitəyə və Bakı komitələrinin işlərinə əngəl törədirdilər. 

Mən elə zənn edirdim ki, Nərimanın qrupuna qarşı mübarizə aparan Ruhulla Axundov, Əliheydər Qarayev, 

Həbib  Cəbiyev,  Mirzədavud  Hüseynov,  Qəzənfər  Musabəyov  və  sairləri  də  Mərkəzi  Komitənin  mənafeyini 

müdafiə üçün mübarizə aparırdılar. 

Onların  mübarizələrinin  əsas  mündərəcatı  Nəriman  Nərimanovu  komissarlar  şurası  sədrliyindən  atmaq, 

onun yerinə Mirzədavud Hüseynov və Musabəyovlardan birini təyin etdirməkdən ibarət idi. 

Nərimanov düşmənlərinə qarşı hər cür silahdan istifadə edirdi. O, düşmənlərinin Levon Mirzoyan tərəfındən 

müdafiə olunduğunu bilməmiş deyildi. Buna görə də birinci növbədə Mirzoyanı həcv etdirir və tək-tək hökumət 

üzvlərini ifşa etdirməyə çalışırdı. 

Lakin  buna  baxmayaraq  Nərimançıların  mövqeyi  o  qədər  də  möhkəm  deyildi.  Çünki  bu  qrupun  görkəmli 

üzvlərindən  Dadaş  Bünyadzadənin  Nərimanovla  axıra  qədər  həmfikir  olacağına  etibar  yox  idi.  O,  lazım  gəldiyi 

zaman  Nərimanovu  çox  ucuz  sata  bilərdi.  Mərkəzi  Komitənin  təşəbbüsü  nəticəsində  Həbib  Cəbiyev,  Ruhulla 

Axundov  və  Mirzədavud  Hüseynov  ümumittifaq  Mərkəzi  Komitəsi  tərəfindən  Moskvaya  çağırıldı.  Lakin  bu 

çağırış  nərimançılığın  qalib  gəlməsi  kimi  məna  edilməməli  idi.  Çünki  partiya  bu  nəzəriyyəni  məhv  etmək  üçün 

bütün qüvvəsini sərf edirdi. Nərimançılığı tövsiyə etmək işinə başlanmışdı. Dadaş Bünyadzadə Nərimanı aralıqda 

tək buraxıb Mirzoyan tərəfinə keçmiş, Həmid Sultanov isə öz müavini Siviridov ilə apardığı mübarizə nəticəsində 

daxiliyyə komissarlığmdan götürülüb İran Ədalət Partiyasının katibi təyin edilmişdi. 

Nəhayət,  doktor  Nəriman  tərksilah  edildi.  O,  razı  qalmadığı  işlər  barəsində  Moskvaya  uzun  bir  məruzə 

məktubu göndərməyi qərara aldı. 

Məruzə  məktubunda  yazılan  məsələləri  yoxlamaq  üçün  məktub  Azərbaycan  Mərkəzi  Komitəsinə 

göndərilmişdi.  Mərkəzi  Komitədə  də  Mirzoyan  idi.  Məktubda  yazılan  narazılıqlar  da  Mirzoyanın  əleyhinə  idi. 

Buna görə də məruzə məktubunu müzakirə etmək işini bir firqə təhqiqatı kimi aparmayaraq Nərimanov üzərində 

bir məhkəmə prosesi qurdular. 

Bu prosesdə mən özüm də iştirak edirdim. Orada məktubda yazılan məsələlərin doğru olub-olmaması təhqiq 

edilmədi.  Burada  ancaq  məktub  yazılması  işinin  siyasi  bir  səhv  olduğunu  meydana  atmışdılar.  Nəticədə  bəziləri 

Nərimanın  partiyadan  qovulmasını  təklif  etdilər.  İran  kommunistlərindən  Ağazadələr  yuxarıdakı  təkliflərlə 

razılaşmadılar. Onlar Nərimanın güllələnməsini təklif etdilər. Bu hadisə məni o qədər də təəccübləndirmədi. Çünki 

Nəriman  əleyhinə  düzələn  qrupu  Levon  Mirzoyan  idarə  edirdi.  O  hər  nəcürə  olursa  Nərimanı  ifşa  etməli  və 

nüfuzunu  düşürməli  idi.  Məni  təəccübə  gətirən  bir  şey  varsa  o  da  Dadaş  Bünyadzadənin  Nəriman  əleyhinə  səs 

verməsi idi. 

Bu hadisədən sonra Nərimanla iki kərə də görüşdüm. O, başına gələn hadisələrdən şikayət etmirdi. Bunun 

faydasız olduğunu anlayırdı. O, Azərbaycanda işləyə bilməyəcəyini yəqin etmişdi. O ancaq Azərbaycandakı son 

görüşümüzdə Dadaş Bünyadzadənin satqınlığından şikayətlənirdi. 



31 

 

Moskvada çalışdığı zaman Zaqafqaziya qurultayına gəlmişdi. Tiflisdən qayıdıb Bakıya gələrkən onunla bir 



kərə də görüşdük. 

Qurultayda ona söz verməmişdilər. O bunu böyük təhqir hesab edirdi. Hətta bu hadisə onun səhhətinə də 

fəna  təsir  bağışlamışdı,  ürək  xəstəliyi  şiddət  etmişdi.  Nəhayət  o  Moskvaya  gedəndən  bir  az  sonra  ürək 

xəstəliyindən öldüyünü eşitdim. 

 

                                                              M.S.Ordubadi 

Azərbaycan Elmlər Akademiyasının 

Əlyazmalar İnstitutu, 

arxiv 16, g.55 (458) 



 

 

Oğluna yarımçıq qalmış məktubu 

 

1895-ci il yanvarın 15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq” pyesim tamaşaya qoyuldu. 



Həmin  günü  mən  ədəbi  işimin  başlanğıcı  hesab  edirəm.  Bu  gün  1925-ci  il  yanvarın  28-i  həmin  hadisədən  30  il 

keçir. Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... 

Əlbəttə,  əgər  ciddi  düşünsən,  demək  olar  ki,  mən  heç  bir  şcy  etməmişəm.  30  il!  Bu  müddət  ərzində  bəzi 

şeylər etmok olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan... 

Digər  tərəfdən  isə  həmin  vaxtı  təsəvvür  etdikdə,  bütün  şəraiti,  həyatımın  keçdiyi  dolanbac  yolları  nəzərə 

aldıqda, bir şeydə təskinlik tapırsan ki, az da olsa bir iş görülüb. Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə 

hərəkətindəki  ətalət,  ətrafımızdakı  həyat  təzahürlərinə  soyuq  münasibət,  millətlər  arasında  gedən  mənasız 

çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə 

rahatlıq  verməyib,  mənim  yazdıqlarım  bütün  bunları  göstərir.  Bəlkə  də  bu,  çox  sönük,  bədiilikdən  uzaq, 

bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi 

ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə 

heç olmazsa bir xeyir verim. 

Bu və yalnız bu, mənə bir qədər təskinlik verir ki, 30 il ərzində ictimai sahədə işləmişəm. Əgəri öz işimlə 

heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa, deməli, mən, mənim şüurum o mənada 

sakit olar ki, mən hədər yerə yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm... 

Əziz  oğlum  Nəcəf!  Əgər  hələ  yaşamaq  qismətim  varsa,  mən  səni  elə  hazırlamağa  çalışacağam  ki,  sən 

bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları 

üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən. 

Mənim  həyatım  daim  qayğılarla  dolu  olmuşdur:  Mən  iyirmi  yaşımdan  qardaş  və  bacılarımın  ailəsinə 

baxmış,  bu  30  ildə  11 adam  tərbiyə  etmişəm.  Onlardan  8  qızı  ərə  vermiş, qardaşımın  3  oğlunu  öz  az  maaşımla 

böyütmüşəm.  Bütün  bunların  hamısını  icra  etdikdən  sonra  mən  yenə  də  təhsil  almağa  başladım.  30  yaşında 

universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul 

oldum. 

Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad 



olmuşam.  Mənə  bunu  bir  il  keçəndən  sonra,  yəni  1925-ci  ildə  yazıram.  Bütün  bunları  ona  görə  yazıram  ki,  sən 

məni bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən. 

Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən. 

Əziz  oğlum!  Əgər  mənim  həyatımı  araşdırsan,  sən  əmin  olacaqsan  ki,  mən  1925-ci  ilədək  başqaları  üçün 

yaşamışam. Bəs sonra? Sonra da belə davam edəcək. Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram, xüsusilə 

ona görə ki, hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir. 

Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bütün varlığımla harada olursa-olsun köləliyin 

əleyhinəyəm.  Mən  bəşəriyyətin  tezliklə  azadlığa  çıxması,  nadanlıqdan,  habelə  köləlikdən  azad  olması  yollarını 

axtarırdım. 

Mən  sosial-demokrat  idim,  lakin  bu  təşkilat  getdikcə  daha  çox  idealdan  uzaqlaşır.  Mən  bolşeviklərin 

proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata 

keçməsini görürdüm. 

Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək deyil ki, bolşevizmi lazım 

deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmamışıq. 

Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə 

məşğul olaraq, əsl işi əldən buraxmışıq. 

Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir 

dövlətin müqəddaratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər... Bu ilk zamanlarda zəruri idi. Lakin 

indiyədək bu vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi. 



32 

 

İndi  mən  bu  sətirləri  sənə  yazarkən  iş  o  yerə  çatıb  ki,  Lenindən  sonra  özlərini  onun  “qanuni  varisləri” 



adlandıranların  dövləti  idarə  etməyi  bacarmamaları  nəticəsində  əmələ  gəlmiş  böyük  nöqsanlarımız  barədə 

kommunistlər öz aralarında da danışa bilmirlər. 

Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey 

aydın  olacaqdır,  həmin  məruzədən  sənə  bəlli  olacaq  ki,  bir  çoxlarının  cəsarəti  çatmadığı,  öz  vəzifə  və 

hakimiyyətlərini  itirəcəklərindən  qorxaraq  susduqları  şeylər  haqqında  sənin  atan  danışmaqdan  çəkinməmişdir. 

Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün 

daxili  aləmini  bilmək  istəyirsənsə,  həmin  adamı  bir  müddət  vəzifə  başına  qoy.  Həmin  adam  bütin  bacarığını  və 

nöqsanlarını biruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa 

hazır deyilsənsə yaxşısı budur, bu işdən imtina et... Əgər kütlə (fəhlələr və kəndlilər) sənə qiymət qoyurlarsa, sənin 

hakimiyyət başında qalmağını labüd hesab edirlərsə, sənə inanırlarsa və bu inamla  əlaqədar ümumi işə müəyyən 

mənfəət verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə kimsə məcbur 

edir onda imtina et. Əks halda sən nəinki, kütlənin hətta öz qarşında da ləyaqətini itirərsən. Hər dəfə dərk edəndə 

ki,  səni  hakimiyyətə  qabiliyyətin  üçün  deyil,  məcburən  təyin  etmişlər,  onda  sən  daim  vicdan  əzabı  çəkəcək,  öz 

mənliyini təkcə kütlə qarşısında deyil.habelə öz qarşında da itirəcəksən. Sənin dünya görüşündəki sonrakı pozulma 

məhz buradan başlayacaqdır. 

Bu,  ictimai  xadimin  həyatında  ən  qorxulu  andır.  Bütün  bunlara  o  vaxt  dözmək  olar  ki,  sən  sərbəst  həyata 

hazır olasan. Bu nə deməkdir? Sənə aydın olmaq üçün mən öz həyatımdan misal gətirmək istəyirəm. 

Sən artıq bilirsən ki, mən 30 yaşında kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin 

sonra mən hara daxil olum? - sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə 

universitet təhsili alım. Ona görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. 

Mənim  qarşımda  belə  bir sual dururdu:  hüquq fakültəsinə  (o  vaxtlar  o asan  fakültə  hesab olunurdu)  və  ya 

təbiyyat fakültəsinə (burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxsiyyətlərdən 

və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum 

ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi. 

Digəri: sənin nənən və mənim anam Həlimə ürəyi yumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, 

xəstə  qonşulara  qayğı  göslərir,  bir  parça  çörəyi  onlarla  bölürdü  vəə  s.  Uşaq  yaşlarından  mən  bütün  bunları 

görürdüm  və  bunlar  mənə  təsir  edirdi...Ona  görə  də  tibb  fakültəsində  oxumaq  müddətinin  uzun  olması  və 

çətinliyinə baxmayaraq mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən 

asılı olmayıb daha artıq mənəvi zövq alım. 

 

Moskva, 28 yanvar 1925-ci il. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


33 

 

Aşırlı Akif Abduləzim oğlu (Vəliyev) 



 

1969-cu il fevral ayının 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı 

kənd 1 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1988-90-cı illərdə hərbi xidmət keçib. 1994-cü ildə Bakı 

Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini başa vurub. BDU-da təəhsil aldığı illərdə 

paralel  olaraq  Azərbaycan  Jurnalist  Sənətkarlığı  İnstitutunda  oxuyub.  Jurnalist  ixtisası  üzrə  magistrdir.  Orta 

məktəb illərindən başlayaraq dövri mətbuatda müntəzəm olaraq məqalələri, bədii yazıları çap olunub. 1996-ci ildə 

“Şərq” ictimai-siyasi qəzetini təsis edərək nəşr etdirib. Həmin vaxtdan etibarən “Şərq” qəzetinin baş redaktorudur. 

1993-cü  ildə  ABŞ-ın  rəsmi  dövlət agentliyi  YUSİA-nın  dəvətilə  bu  ölkədə  olub,  “Amerikada jurnalistika” 

kursunu bitirib. ABŞ, Almaniya, Türkiyə dövlətlərində bir çox beynəlxalq konfransların iştirakçısıdır. 

2005-ci  ildə  İsveçin  Stokholm  şəhərində  keçirilən  Dünya  Azərbaycanlıları  Konqresində  Məclis  üzvü  və 

Məclis katibi seçilib. 

Azərbaycanda dörd, Türkiyədə çap olunan bir kitabın müəllifidir. 

2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına beynəlxalq mükafata layiq görülüb. 

Azərbaycan Beynəlxalq Universitetinin jıırnalistika fakültəsinin müəllimidir. 

2005-ci ildə juranlistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

ilə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. 

Ailəlidir, üç övladı var. 

 



34 

 

 



Korrektor: 

 Kəklik Abbasova 

 

 

Yığılmağa verilmiş 11.09.2006. 



Çapa imzalanmış 22.10.2006. 

Şərti çap vərəqi 6,6. Sifariş № 448. 

Kağız formatı 60x84 1/16. Tiraj 500. 

 

 



Kitab «Nurlan» nəşriyyat-poliqrafiya 

müəssisəsində  hazır diapozitivlərdən çap olunmuşdur. 

 

 

Direktor: prof. N.B.Məmmədli 



 

 

E-mail: nurlanl959@yahoo.com 



Tel: 497-16-32; 850-311-41-89 

 

 



Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4 

 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə