Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   ...   25

 

Ömürlüyü 

 

Nəriman  Nərimanovu  ziddiyyətli,  fəaliyyəti  aydın  olmayan  bir  şəxsiyyət  kimi  dəyərləndirənlər  nədən  bu 



qənaətə  gəldiklərini  əsaslandıra  bilmirlər.  Əgər tarixi  şəxsiyyət  barəsində fikir  səsləndirirsənsə,  dediklərini  sübut 

etməlisən.  Məsələ  budur  ki,  sübut  yoxdur.  Sübut  Nərimanovun  keçib  gəldiyi  yolun  hamar  olmamasında 

müəyyənləşə bilər ki, tədqiqatçılar indiyə qədər bu “nahamar yolun” bütün hissələrini tədqiq etməyiblər. 

Nərimanov  haqda  doğru-dürüst  fikir  yürütmək  üçün  onun  doğulub-böyüdüyü  ailə  və  mühit  də  nəzərə 

alınmalıdır.  1870-ci  ildə  Tiflisin  məşhur  Şeytanbazar  məhləsində,  Novruz  bayramından  iki  həftə  sonra  dünyaya 

gələn  Nərimanın  soykökü  Cənubi  Azərbaycanın  Urmiya  mahalına  bağlıdır.  Adını  oğluna  qoyduğu  ulu  babası 

Nəcəf  17-ci  əsrdə  Tiflisə  köç  edərək,  Kaxetiya  valisi  birinci  İraklinin  “eşik  ağası”  olub,  dövrün  tanınan,  seçilən 

insanlarındandır.  Bu  nəslin  ədəbiyyata,  incəsənətə  meyli  olduğundan  Nəriman  onu  əhatə  edən  mühitin  və  aldığı 

tərbiyənin  təsirindən  həmişə  yaşıdları  arasında  seçilib.  Babası  Allahverdi  bəy  Zaqafqaziyanın  tanınmış  musiqi 

xadimi,  əmisi  Əlimirzə  dövrün  savadlı,  elmli, bir  neçə  dildə  yazıb  oxmağı  bacaran  ziyahlarındandır  ki,  Nəriman 

onun vasitəsilə ərəb və rusca yazıb-oxumağı öyrənib. 

1879-cu ildə Tiflis ruhani məktəbində oxuduqdan sonra onu Qori Müəllimlər Seminariyasına qoyublar. Elə 

Nərimanın  faciəli  günləri  də  seminariyada  təhsil  aldığı  zaman  atasının  dünyasını  dəyişməsi  ilə  başlayır:  “Mən 

təhsilimi  davam  etdirmək  arzusundan  əl  çəkdim.  Atamdan  sonra  pulsuz-parasız  qalmış  ailəm  haqqında 

fıkirləşməyə  başladım.Vəziyyət  həm  də  ona  görə  ağır  idi  ki,  böyük  qardaşım  Salman  xəstə  yatırdı.  Nəslin 

ağsaqqalı Əlimirzə taqətdən düşmüşdü”. Atasının dəfnindən sonra təhsil qayğılarına əlvida deyən Nəriman anasına 

təskinlik verərək söyləyirdi: “Mən evdə qalıb pul qazanacağam”. Bəli, pul qazanmaq, ailə dolandırmaq artıq onu 

düşündürür,  vəziyyətdən  çıxış  yolları  arayır,  götür-qoy  edirdi.  Pul  qazanmağın  elə  sadə,  adi  bir  iş  olmadığını 

duyurdu.  Müəllimliklə  məşğul  olmaq  ailənin  ehtiyaclarını  ödəməsə  də,  qismən  kömək  idi.  EIə  ona  görə  də 

Borçalının  Qızılhacılı  kəndində  müəllimlik  etməyə,  həm  də  bədii  yaradıcılıqla  məşğul  olmağa  başlayır.  Elə 

“Nadanlıq” əsərini də dərs dediyi kənddə yazır. Nərimanov ailəyə hədsiz bağlı olduğunu öz fəaliyyəti ilə göstərsə 

də,  insan  tərbiyə  edib  yetişdirməyin  cəmiyyət  üçün  gərəkli  olduğunu  oğlu  Nəcəfə  məktubunda  bildirir:  “Əziz 

oğlum Nəcəf! Mənim həyatım qayğılarla dolu olmuşdur. Mən 20 yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, 

bu  30  ildə  11  adam  tərbiyə  etmişəm.  Onlardan  8  qızı  ərə  vermiş,  qardaşımın  3  oğlunu  maaşımla  böyütmüşəm. 

Bütün bunları icra edəndən sonra, mən yenə də təhsil almağa başladım. 30 yaşımda universitetə daxil olmuş, onu 

bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsilə məşğul oldum. Bütün bu işlərdən mən 

indi qurtardım. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş görməkdə ittiham etməyəsən”. 

Atanın 5 yaşlı oğluna ünvanladığı bu məktubun mahiyyəti, Nəriman Nərimanovun mənsub olduğu nəsil-şəcərəyə, 

ailəyə  bir  türk  olaraq  necə  bağlı  və  sədaqətli  olduğunun  göstəricisi,  bariz  nümunəsidir.  Çoxlarının  ağız  büzüb, 

məzəmmət  etməsindən  fərqli  olaraq,  o,  ömrünün  gənclik  çağında  deyil,  düz  50  yaşında  ailə  qurub.  Əsasını 

yaratdığı ailənin sevinci də uzun sürmür. Müstəqil sovet Azərbaycanı qurub istədiyi kimi inkişaf etdirə bilmədiyi 

kimi, şəxsi faciəsi də tez gəlir. Oğlu Nəcəflə, həyat yoldaşı Gülsüm xanımla Kislovodskdən yadigar qalan yeganə 

şəkildə Nəriman türk kimi, kübar baxışlarla fotonun yaddaşında donub qalıb. 

Borçalıdan  Bakıya  boylanan  Nərimanov  ictimai-siyasi  proseslərlə  zəngin  olan  azərbaycandilli  mətbuatın 

çoxlu  nümunələrini  ortaya  çıxaran  şəhər  həyatına  qovuşur.  Bakıya  köç  etməsinin  səbəblərini  xatırlayaraq  yazır: 

“Rus-tatar  məktəbi açmaq  üçün  Bakıya  köçdüm.  Belə  ki  həmin  ildə  Bakı  şəhər  Dumasında  rus-tatar  məktəbləri 

açılmağa  başlanılmışdı.  Yeni  açılmış  rus-tatar  məktəblərinin  birində  işləməyi  məqsədəuyğun  saydım.  Xahişim 

qəbul  olundu”.  Sadəcə  olaraq  bu  məktəbdə  Nərimanov  ştatdan  kənar  müəllim  kimi  çalışırdı.  Çünki  Maarif 

Nazirliyinin  sərəncamına  və  nöqteyi-nəzərinə  görə,  müsəlman  müəllim  dövlət  qulluğunda işləyə  bilməzdi,  haqqı 

yox idi. 

Çox  yaxın  münasibətdə  olduğu  ədib  Abdulla  Şaiq  Nərimanovun  Bakıya  köç  etməsi  və  yaşayış  şəraiti  ilə 

əlaqəli  “Xatirələri”ndə  xeyli  məlumatlar  verir.  “Mən  hələ  kiçik  ikən  Nəriman  Qori  Seminariyasını  qurtarandan 

sonra  atam  ilə  görüşə  gəldiyi  yadımdadır.  Nərimanovu  ilk  dəfə  o  vaxt  görmüşdüm.  Ailə  dostluğumuz  olduğuna 

görə Bakıya köçdükdən sonra anam ilə onu görməyə getdim. O zaman Pazinovski küçəsində, Cəfərovların evində 

yaşayırdı.  Kabineti  kiçik,  qaranlıq  bir  otaqdan  ibarət  idi.  Belə  ki,  yaşayış  şəraitində  yaşayan,  çox  çətinliklərlə 

dolanan,  sonralar  adına  teatr,  kino-klublar,  mədəniyyət  ocaqları  verilən  Şərqin  Lenini  millətin  inkişafı  üçün 

düşünür, təkcə müəllimliklə məşğul olmur, müxtəlif sahələrdə çalışırdı. Millətin oxumağa ehtiyacı olduğunu görüb 

duysa da, belə vəziyyətlə bir kimsənin maraqlanmadığını düşünüb nəinki Qafqazda, Şərqdə ilk olaraq qiraətxana 

açdı. 

Bir tərəfdən müxtəlif əsərləri səhnələşdirir, toplanan vəsaiti ehtiyacı olanlara, gimnaziya tələbələrinin təhsil 



haqlarının ödənilməsinə yönəldir, digər tərəfdən isə yaradıcılıqla məşğul olurdu. Ziyalı o kəsdir ki, millətə lazım 

olan  mənəvi  ehtiyacları  görsün,  bu  çatışmazlıqları,  ehtiyacları  fəaliyyəti  ilə  aradan  qaldırsın.  Bu  məzmunda 

Nərimanov əsl Azərbaycan ziyalısıydı. Müxtəlif sahələrdə xalqına təmənnasız xidmət etməyə hazırıydı, təki millət 

onu anlasın, başa düşüb, inkişaf yolunu müəyyənləşdirsin. Bütün bunlar onun ən böyük amacı idi. 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə