Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   ...   25

 

Yazmış  olduğu  dərsliklər  minlərlə  gəncin  savadlanmasına  gətirib  çıxardı.  O,  “Azərbaycan  dilinin  sərhvi-



nəhvini”  yazıb  ana  dilinin  qramatik  qaydalarını  sistemləşdirib  kitab  halına  saldı.  Odessada  Tibb  Universitetində 

oxumaq  üçün  milli  burjuaziyanın  görkəmli  siması  Hacı  Zeynalabdin Tağıyevin  borc  iltizamına  qol  çəkib xalqın 

sağlamlığı yolunda çalışacağını düşünürdü. Bakının Qara şəhərində imkansız fəhlələr üçün açdığı xəs-təxana ona 

ömürlük  xalq  tərəfindən  “Bizim  doktor”  adını  qazandırdı.  “Bizim  doktor”  traxoma,  vəba  əleyhinə  tibbi  təbliğat 

apararaq, millətin səhiyyə mədəniyyətinin formalaşmasında çox böyük fəaliyyət proqramları müəyyənləşdirdi. 

Nərimanov  sosialist  hərəkatında  yaranmış  qeyri-millətlərin  monopoliyasını  dağıtmaq  və  azərbaycanlıları 

yeni  yaranmış  solyönümlü  ideyalardan  kənarda  qalmamalarını  təmin  etmək  üçün  1904-cü  ildə  “Hümmət”  adlı 

siyasi qurum yaradanlardan oldu. Azərbaycanın ilk sosialistləri, sonralar bolşeviklərin sıralarına qatılanların hamısı 

demək  olar  ki,  milli  təmayülçü  kommunistlər  kimi  güllələnib,  repressiya  olundular.  1937-ci  ilin 

ittihamnamələrində  müttəhimlərə  adətən  bir  sual  da  verirdilər:  “Siz  Nərimanovun  millətçi  qrupuna  nə  vaxtdan 

daxil  idiniz”.  SSRİ  tarixşünaslığından  fərqli  olaraq,  Avropa  tarixçiləri  Şərqdə  sovetləşmə  prosesinə  aid 

araşdırmalarında Nərimanovun “Hümmət”çilərinə daha geniş, əhatəli yer veriblər. A.Benniksenin “Azan səsləri” 

kitabı bu baxımdan tədqiqatçılar üçün yeni ola bilər. 

Nərimanov  kommunizm  ideyalarına  inanırdı.  Rusiya  bolşevikləri  elə  ki  Azərbaycanda  sovetləşmə  adı  ilə 

milli qırğınlara, fitnə-fəsadlara yol verib bu məmləkətin torpaqlarını parçalamağa başladı, onda Nərimanov səhv 

etdiyini  anladı  və  çalışdı  ki,  öz  yolunu  müəyyənləşdirsin.  Bu  yol  isə  rus  bolşevizminin  əsarətində  olan  türk 

cümhuriyyətini birləşdirib Turan Sosialist Cümhuriyyəti Birliyinin yaradılması idi. Tatar kommunisti, bir müddət 

Stalinin  “sağ  əli”  olan,  1929-cu  ildə  güllələnən  Mirsultan  Qaliyev,  türk  tarixçilərinin  yaxşı  tanıdığı  Zəki  Vəlidi 

Toğan və Nəriman Nərimanov bu ideya üzərində düşünməyə, qafalarda olan birliyin kağız üzərinə köçürülməsinə 

başladılar.  Yavaş-yavaş  sovet  diktatura  rejimini  formalaşdıran  Stalin  türklərin  bu  birlik  planını  elə  qafalardaca 

məhv etməyə girişdi və son nəticədə istəyinə nail oldu. Sovet hakimiyyəti, “bolşevik ideoloqları” Nərimanovun bu 

cəsarətini, xalqa bağlılığını, müstəqil dövlətçilik iddiasını ona bağışlamadı.  1925-ci ildə müəmmalı bir vəziyyətdə 

öldürüldü. 

 

Ənvər Paşa, Nərimanov və Şərq xalqlarının qurultayı 



 

Ötən əsrin qaranlıq səhifələri Azərbaycan tarixçiləri üçün kifayət qədərdir. Ələlxüsus 1905-ci ildən başlanan 

inqilabi  hərəkatlar  dönəmindən  sonrakı  Azərbaycan  tarixi  və  siyasi  coğrafiyası  əhatəli  və  obyektiv,  ədalətli 

tədqiqatını gözləyir. Bu sahədə müəyyən işlər görülsə də, yetərli deyil. 

Tariximizin nərimanovşünasları bu sahədə yeni tədqiqatlar aparmalı, sovet dönəmində bu tarixi şəxsiyyətin 

fəaliyyətinin  hansı  mərhələlərinə  aydınlıq  gətirmək  mümkün  olmayıbsa,  onu  yerli-yataqlı  nizamlayıb  öz  yerinə 

qoymalıdır.  Bu  baxımdan  Nərimanovun  yeritdiyi  Azərbaycan-Türkiyə  siyasətinin  detalları,  Moskvanın  bu 

əlaqələrə münasibətdə hansı mövqeni sərgilədiyi, hansı təsir və təzyiq mexanizmlərini işə saldığı maraqlı olduğu 

qədər də aktualdır. 

Ənvər Paşa, Atatürk, Mustafa Sübhi ilə Nərimanovun ilişgiləri diqqətdən yayınmamalıdır. Türkiyədə bəzi 

araşdırıcılar  artıq  bu  münasibətlərin  ayrı-ayrı  detallarını  arxiv  bilgilərinə  əsaslanaraq  ortaya  qoymaları  bizim 

tarixçiləri də bu işə həvəsləndirməlidir. Siyasətə erkən yaşlardan qatılan, gənc türklər inqilabının əsas simasından 

“İttihad  Tərəqqi”  Partiyasının  liderinə  çevrilən,  Osmanlı  İmperiyasının  hərbi  naziri  və  baş  qərargah  rəisliyinə 

qədər yol gələn Ənvər Paşanın Azərbaycana olan sevgisindən, Azərbaycan dövlətinin qurulmasında vermiş olduğu 

böyük mücadiləsindən bəhs edən xeyli sayda faktlar kitab halına salınıb. Bu əzabkeş, ürəyində türk sevgisi olan 

Turan  aşiqinin  Mudros  sazişindən  sonra  Osmanlı  Türkiyəsini  ağır  şərtlər  altında  öz  taleyinə  buraxması,  Ənvər 

Paşanın  yüksəklikdən  enməsidir  ki,  bu  eniş  onun  taleyini  müvəqqəti  olaraq  bolşevikə  bağladı.  Milliyyətçi 

Nərimanın bolşeviklərə inanıb, müstəqil Azərbaycan vədinə aldanaraq atdığı addımı sanki Ənvər Paşa da davam 

etdirməli  oldu.  Mudros  məğlubiyyətindən  sonra  alman  sualtı  qayığında  Tələt  Paşa  ilə  birlikdə  Odessaya,  oradan 

Berlinə gedən Ənvər Paşa bir müddətdən sonra Moskvaya  gəldi. Uçduğu təyyarə yolda qəzaya uğrasa belə Paşa 

salamat  qalmış,  gənc  rus  dövləti  üçün  təhlükəli  hesab  olunsa  da,  bütün  qadağaları  aradan  qaldırıb,  Kremldə 

Leninlə  görüşmüşdü.  Ənvər  Paşanın  kimliyi  və  fəaliyyəti  aydın  olduğundan  Türkiyənin,  Türküstanın 

sovetləşməsini  həyata  keçirmək  üçün  bu  məğrur,  iradəli  türk  generalından  yararlanmaq  “İnqilab  dahisi”nin 

nəzərində heç də pis plan deyildi. Lenin Ənvər və Tələt paşaların Cənubi Qafqazın sovetləşməsində bolşeviklərlə 

əlaqəli fəaliyyət göstərməsini də unutmamışdı. Leninlə Ənvər Paşanın münasibətlərini dərinləşdirəcək hadisələr də 

gözlənilən  idi  və  buna  Ulyanov  inanmaq  istəyirdi.  Türk  paşaları  Moskvada  razılıq  əsasında  “İslam  Dirçəliş 

təşkilatı”  yaratdılar.  Bu  elə  bir  dönəm  idi  ki,  Ənvər  Paşa  itirilmiş  mövqeyini  və  nüfuzunu  qaytarmaq  üçün 

addımlar  atır,  Şərq  xalqlarının  zülmdən  xilasını  bolşevikləşmədən,  sosialistlərlə  əlaqələrdən  gəlib  keçdiyini 

düşünürdü.  Ənvər  Paşa  Nərimanovu  qiyabi  tanıyır,  haqqında  müəyyən  məlumatlara  sahib  idi.  Paşa  Nərimanla 

əlaqəli məlumatları Qafqaz İslam Ordusunun komandanı kimi Azərbaycana göndərdiyi ögey qardaşı Nuru Paşadan 

eşitmiş,  onun  qərargaha  göndərdiyi  raportlarından  oxumuşdu.  “İttihad  Tərəqqi”çilər  Osmanlı  Türkiyəsinin  çətin 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə