Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   ...   25

 

beynəlxalq çəkişmə və müharibələrin çıxılmaz vəziyyətində, Azərbaycan istiqlalını bolşeviklərlə siyasi əlaqələrə, 



yaxınlıqlara qurban verməli oldular. 

Türkiyənin  istiqlal  savaşını  apararaq,  səngərlərdən  çəkilməyən  Mustafa  Kamal  Paşa  da  eynən  “İttihad 

Tərəqqi”çilər kimi düşünür, sovet Rusiyası ilə əlaqələrə başlamaq üçün Şərq Orduları komandanı Kazım Qarabəkir 

Paşaya  bolşeviklərlə  əlaqələr  qurmağı  tapşırırdı:  “Bu  gün  Anadolunun  xilası  üçün  bolşevik  orduları  ilə  əl-ələ 

verərək,  hərəkətdən  başqa,  bir  çarəmiz  qalmamışdı.  Türkü  və  islamı  əbədiyyən  yaşatmaq  və  bu  fürsəti  qalib 

etməklə olacaqdır. Azərbaycanın şərəfli bir iş yapacağı ve yaxud 150 milyon islamın həyat və namusunu boynuna 

alacağı dəqiqələri yaşayırıq, bolşeviklərlə müttəfiqlik hərəkətimiz də bu sürətlə Anadolu türkləri ilə çalışmanıza 

ümid edir və intizardayıq”. Kazım Qarabəkir Paşanın çox təsirli bu müraciətinin ardınca Mustafa Kamal Paşanın 

1920-ci ilin aprelin 26-da Moskvaya, Leninə göndərdiyi məktub bu məqsədi daşıyırdı. Bakıda türk  zabitləri, başda 

Xəlil  Paşa  olmaqla,  Qızıl  Ordunun  Azərbaycana  gəlməsini  istəyirdilər.  Sovet  Rusiyası  Türkiyənin  düşdüyü  bu 

əlverişsiz vəziyyətdən istifadə edərək, bir tərəfdən “İttihad Tərəqqi”çilərlə, digər tərəfdən isə Mustafa Kamal Paşa 

ilə əlaqələr qurur, təsir dairəsini genişləndirməklə bu iki siyasi güc mərkəzləri arasında manevr edirdi. Nərimanov 

mərkəzin  bu  siyasətini  çox  yaxından  izləyir,  hələlik  hər  iki  tərəflə  münasibətlər  qurmaqda  maraqlı  görünürdü. 

Çünki  Anadoluya  sosializm  ixrac  etmək  üçün  Ənvər  və  Tələt  Paşalar  kifayət  qədər  yararlı  görünürdülər.  Məhz 

buna görə Leninin tövsiyyəsi və Stalinin göstərişi ilə 1920-ci il iyun ayının əvvəllərində Nərimanovun sədrliyi ilə 

keçirilən Şərq xalqları konqresində Ənvər Paşa qurultay nümayəndəsi qismində iştirak etdi. Nərimanovla görüşən 

Ənvər  Paşa  “əzilən  türk  xalqlarının  istiqlalını  Sovet  Rusiyası  ilə  əməkdaşlıqda  gördüyünü”  söyləyərək, 

bolşeviklərin  1917-ci  ildə  qəbul  etdikləri  “xalqların  öz  müqəddaratını  təyin  etmək”  direktivlərini  yüksək 

qiymətləndirirdi. Azərbaycanda əvvəlcə Nuru Paşanın, sonra isə Mustafa Kamal Paşa Atatürkün müşaviri işləmiş 

Əhməd  bəy  Ağaoğlunun  baxışları  ətrafında  müzakirələr  apardılar.  Nərimanov  Paşanın  Azərbaycan  istiqlalında 

əvəzsiz xidmətlərini xatırlayaraq, xalqın ona olan sevgisinin dərin olduğunu bilirdi. Ona görə Paşaya lazımi qədər 

hörmət-izzət  göstərdi.  Ancaq  “ÇK”-nın  həmlələrindən  onu  qorumaqda  aciz  idi.  8  gün  çəkən  Şərq  Xalqları 

Qurultayını  Nəriman  Nərimanova  giriş  nitqi  ilə  açaraq  gündəliyi  elan  etdi.  Fəxri  başqanlığa  Lenin,  Trotski, 

Znovyev, başqanlığa isə Nərimanov, Znovyev seçildilər. Türkiyə heyəti ilə qurultaya qatılanlardan Mustafa Sübhi, 

Bahəddin Şakir, Trabzonlu Hafız Mehmet, Təhsin bəylər Şərq Şurası üzvlüyünə seçildilər. Türkiyə Böyük Millət 

Məclisi isə Bakıya müşahidəçi sifəti ilə İbrahim bəy Qalini göndərmişdi. “Şərq-Qərb məsələsi: Mirsultan Qaliyev” 

kitabında  araşdırmaçı  Oğuz  Şaban  qurultayın  materiallarını  geniş  təhlil  edərək  yazır:  “Bakı  konqresindən 

danışarkən bu toplantı ilə əlaqəli Ənvər Paşadan bəhs olunmalıdır. Çünki Moskvanın bu konqresdən gözlədiyi ən 

böyük iş, bəlkə də başda gələni Ənvər Paşanın Şərq xalqları üzərindəki nüfuzundan yararlanmaq niyyətiydi. Ənvər 

Paşa  ilə  hər  dəfə  görüşündə  müsəlman  nümayəndələr  ayağa  qalxaraq  “salavat”  çevirirdilər.  Müsəlman 

nümayəndələrinin  Ənvər  Paşaya  sevgisi  o  qədər  böyük  idi  ki,  onun  əlini,  ətəyini  öpürdülər.  Hətta  özünü  onun 

maşının qabağına atanlar da vardı”. 

Təbii  ki,  bu  səhnələr  Zinovyevin,  Kirovun,  Orconikidzenin  nəzəri-diqqətindən  yayına  bilməzdi.  Bu  arada 

bolşeviklər Ənvər paşadan yararlanmaq yerinə, onu nüfuzdan salma yollarını aramağa başladılar. Nərimanovdan 

kənar  tədbirlər  planı  hazırlamağa  başlayan  Zinovyev  Ənvər  Paşanın  qurultay  nümayəndələri  üçün  edəcəyi 

məruzənin  Mustafa  Sübhi  tərəfindən  oxunmasını  təşkil  etdi.  Bu  tədbirlər  yenə  də  istədikləri  nəticəni  vermədi. 

Türkiyənin şanlı kommunisti Mustafa Sübhi Paşanın məruzəsini oxuyurdu: “Türkiyə savaşa girdiyi anda dünya iki 

hissəyə  bölünmüşdü.  Birincisi,  yaşlı  Çar  Rusiyası  və  onun  kapitalist  və  imperialist  müttəfiqləri,  ikincisi  isə 

Almaniya  və  ətrafı.  Amacları  bizi  boğmaq  olan  Çar  Rusiyasına,  İngiltərəyə  qarşı  mübarizə  apardırdıq,  ancaq  ən 

azından həyatımıza qəsd etməyəcəyini söz verən Almaniyanın yanındayıq. Demə, alman imperialistləri yağmaçı 

amaclarını gerçəkləşdirmək üçün bizdən yararlanırmış. Ancaq bizim yalnız bir düşüncəmiz vardı. Müstəqilliyimizi 

qorumaq”. 

Kiçik  xalqlara  öz  müqəddaratını  təyin  hüququ  verən,  müstəqillik  vədlərini  pafosla  söyləyən  Sovet 

Rusiyasının  siyasi  məzmununda,  taktiki  gedişlərində  heç  də  Çar  Rusiyasından  fərqlənmədiyini  Nərimanovla 

yanaşı,  Ənvər  Paşa  da  proseslərin  gedişində  anladı.  Anladı  ki,  Sovet  Rusiyası  Şərq  xalqlarına  “qoyun  sürüsü”, 

onların  tarixi  torpaqlarına  isə  müstəmləkəsi  kimi  baxır.  Türkiyə  tarixi  bilicilərinin  yaxşı  tanıdıqları  Zəki  Vəlidi 

Toğan Şərq Xalqları Qurultayında Zinovyevin, Kirovun davranışlarını təhlil edərək bunları söyləyir: “Qurultayda 

iştirak etmək üçün iyul ayında gizlin Bakıya gəldik. Mustafa Sübhinin siyasəti altında iç dairələrlə, rəsmi hökumət 

nümayəndələri ilə müzakirələr apardıq. Qurultayda Zinovyev və radiklər şərqlilərə qoyun sürüsü kimi baxır, hər 

kəsin arxasından biri neçə xəfiyyə təyin edib, təqib etdiklərindən bir çox şərqli sovet dostlarının fikirləri dəyişildi”. 

“Tağıyev  Teatrı”ndan  çıxıb  qaldığı  otelə  gedən  zaman  rus  “ÇK”-nın  killeri  Reissic  tapançadan  Ənvər 

Paşaya atəş açsa da, rus gilizləri yan keçdi. Reissic tutuldu. Sonradan həbsdən azad edilərək, növbəti terraktlarını 

həyata  keçirmək  üçün  fövqəladə  komissar  kimi  Daşkəndə  göndərildi.  Bütün  bu  qalmaqallı  Bakı  qurultayından 

sonra Ənvər Paşa Nərimanovla görüşüb, sovet Rusiyası ilə Şərq ölkələri arasında dərinləşən ziddiyyətləri görüb 

Türküstana yola düşdü. Bəzi araşdırmaçılar Ənvər Paşanın Türküstana gedişinin Leninin xahişi ilə gerçəkləşdiyini, 

basmaçalarla  Qızıl  Ordu  arasında  vasitəçilik  missiyasını  həyata  keçirmək  təklifiylə  əlaqələndirirlər.  Hər  halda 

həqiqət naminə obyektiv, dəlillərə əsaslanan tədqiqatların aparılması vacibdir. Ancaq Ənvər Paşanın Nərimanovla 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə