Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   ...   25

 

söhbətindən  sonra  qələmə  aldığı  xatirə  yazısında  bunları  anladır:  “İndi  daha  anlayıram  ki,  idealımı 



gerçəkləşdirmək  üçün  imperializmin  boyunduruğu  altında  əzilən  xalqların  qurtuluşu,  üçün,  öncə  bu  xalqlar 

üzərində rus imperializminə son verməliyik”. 

Türk  xalqlarının Sovet  Rusiyası  adı  altında  cildini  dəyişmiş  qoca  imperialist  dövlət tərəfindən  istismarına 

qarşı  mücadiləyə  başlayan  Ənvər  Paşa  Türküstanda  ətrafına  kifayət  qədər  mücahidlər  toplaya  bildi  və  Qızıl 

Orduya  qarşı  mübarizələrə  başladı.  Məhz  onda  Nərimanovun  Mirsultan  Qaliyevin,  Zəki  Vəlidi  Toğanın  “Qızıl 

Turan” Sosialist Cümhuriyyətləri ideyasının əsası qoyuldu. 




 

“Qızıl Turan” ideyası 

 

Azərbaycan  sovetləşməsinin  ilk



 

mərhələsini

 

Moskvanın  güc  və  siyasi  birlikləri  vastitəsilə  həyata  keçirən  



Nərimanov artıq 1921-ci ilin əvvəllərində xalqa vəd edilən müstəqilliyinin, firavan həyat şəraitinin puçluğunu dərk 

edir,  siyasətində  müəyyən  dəyişikliklər  etmək  istəyirdi.  Tək  Azərbaycan  daxilində  mərkəzə  qarşı  müxalifətçilik 

etmək  mümkünsüz  idi,  çünki  Mikoyanın  təbirincə deyilsə,  “Nərimanov”  elə  əhatə  olunmuşdu  ki,  öz  nüfuzundan 

istifadə edə bilmirdi”.   

Getdikcə  böyük  nüfuz  itkisinə  düçar  olan  inqilab  rəhbəri  Azərbaycan  Xalq  Cümhuriyyətində  mübahisəli 

ərazilər hesab edilməyən bölgələrin mübahisəli elan olunaraq Ermənistana verilməsi prosesinə etiraz etsə də, fayda 

vermədi.  Öz  siyasi  bioqrafıyasına  “1  dekabr  bəyanat”ı  ilə  ləkə  vuraraq  çıxılmaz  vəziyyətə  düşdü.  Onun  manevr 

imkanları  getdikcə  tükəndiyindən,  Azərbaycanın  xaricində  dayaq  axtararaq,  şərqli  kommunistlərin  içərisində 

ideyaca  özünə  yaxın  olanları  bir  araya  gətirib  mərkəzə  güc  nümayiş  etdirmək  istədi.  Bu  cür  siyasi  davranışlar 

Azərbaycanın itirilmiş müstəqilliyin bərpası və torpağının qorunmasına cəhddən doğurdu. Stalinə, Çiçerinə qarşı 

sərt  ittihamlarla  çıxış  edən  məşhur  tatar  kommunisti  Mirsultan  Qaliyev  ideyaca  Nərimanova  daha  yaxın 

görünürdü.  Sovetlərin  Şərq  siyasətinin  mənfi  təzahürlərinə  görə  “rus  burjuaziyasının  rus  proletariatı  ilə 

əvəzlənməsi  Şərq  insanının  kədərini  azaltmaz”  fikrini  cəsarətlə  söyləyən  Mirsultan  Qaliyev  çox  məsələlərin 

əleyhinə idi. O, “parçala və hökm sür!” şüarının Çar Rusiyasından siyasi varisçilik baxımından Sovet Rusiyasına 

keçdiyini gözəl anlayır, islam dininə qarşı aparılan zor siyasətini qəbul etmirdi. Düşüncə etibarı ilə Nərimanovla 

eyniyyət təşkil edən Mirsultan Qaliyev təhlili məqalələrində yazırdı: “İslam sinfi deyil, sinifləri ortadan qaldırdığı 

üçün kommunizmlə uyğunlaşa bilər. Ancaq bu siyasəti həyata keçirmək istəmirlər. Ona görə də Rusiyada əzilən 

məzlum şərq xalqları birləşməlidir. Turan yaratmalıdır. Müstəqil Türk Cümhuriyyətləri yaradılmalıdır”. Bu tezislər 

milliyyətçi  kommunistlərin  proqramlarının  ana  xəttini  təşkil  edirdi.  Məmməd  Səid  Ordubadi  də  “Nərimançılıq” 

xatirə  yazısında  məhz  bu  proqramın  varlığına  işarə  edərək,  bu  ideyanı  “miliyyətçiliyin  qarmaqarışıq”  təzahürü 

kimi  qiymətləndirirdi.  Azərbaycanda  “Nərimançılıq”la  Orta  Asiyadakı  “Sultan  Qaliyevçilik”  siyasi  mahiyyət 

etibarı  ilə  bir-birinə  bağlı  idi.  Ağsaqqal  yazıçı  M.S.Ordubadinin  xatirəsində  toxunduğu  “Nərimançılıq”  türk 

cümhuriyyətlərinin sovetləşməsindən sonra dövlətlərin milli məzmununun qorunub saxlanması, idarəçiliyin milli 

kadrlar  tərəfindən  həyata  keçirilməsini  özündə  ehtiva  edirdi  ki,  bu  da  yalnız  ideya  olaraq  Sovet  Rusiyası  üçün 

ziyanlı  görünürdü.  Bakıda  Şərq  Xalqları  Qurultayından  sonra  Ənvər  Paşa  vəziyyəti  görüb  təhlil  edərək,  çıxış 

yolunu  Rus  İmperializminə  qarşı  mübarizədə  görürdü  və  o,  bu  mücadiləni  qəhrəmancasına  apardı.  Və  nəticədə 

Türküstanda  XI  Qızıl  Ordu  tərəfindən  1922-ci  ildə  Orucluq  bayramı  günü  qətlə  yetirildi.  Ənvər  Paşanın  taktiki 

baxımdan  müəyyənləşdirdiyi  ideyanı  Mirsultan  Qaliyev  də  Nəriman  Nərimanov  siyasi  nəzəri  baxımından 

proqramlaşdıraraq,  gizli  müzakirələrə  rəvac  verdilər.  1929-cu  ildə  növbəti  dəfə  Stalinin  göstərişi  ilə  “KQB” 

tərəfindən  həbsə  alınan  Mirsultan  Qaliyev  “Qızıl  Turan”ın  ideya  müəlliflərinin  adlarını  açıqlamalı  oldu. 

Azərbaycandan  bu  siyahıda  Nərimanovun,  Tağı  Şahbazi  Simurqun,  Sultan  Məcid  Əfəndiyevin,  doktor 

İsrafılbəyovun adları sadalanır və bəlli olur ki, bu ideyanın müəllifliyi Nəriman Nərimanova məxsusdur. Partiyanın 

XII qurultayı vaxtı Moskvada keçmiş “Paris” otelində yoldaş Nərimanovun odasında iki toplantı keçirdik. Mən ilk 

toplantıya  telefonla  yoldaş  Nərimanovun  adından  dəvət  edilmişdim.  Buraya  xeyli  sayda  kommunistlər  toplaşdı. 

Gürcüstandan iki yoldaş da bizimlə idi. Fəqət  isimlərini  unutmuşam: “Xatırlayıram, birisi yoldaş Qəmbərov idi. 

Toplantıda Türk-Sovet Cümhuriyyətləri Birliyinin qurulması yolunda ayrı-ayrı insanların əlaqələrini uyğunlaşdıran 

söhbətlər gedirdi. İkinci toplantı yenə eyni yerdə təşkil olundu”. 

Mirsultan  Qaliyevin  “KQB”-yə  vermiş  olduğu  ikinci  ifadə  də  bu  baxımdan  xeyli  maraq  doğuraraq 

nərimanovşünaslar üçün xeyli materiallar verir: 

Təşkilatımızın  digər  milli  bölgələrlə  ilişgiləri  mövzusunda  daha  öncə  anlatmışdım.  Burada  sadəcə  iki 

məsələyə  toxunmaq  istəyirəm.  Birincisi  Azərbaycan  mövzusu  ikincisi  isə  müxtəlif  milli  bölgələrdə  çalışmaqda 

olan  krımlı  məsləkdaşlarımla  bağlıdır.  Bir  zaman  bizimlə  əlaqədə  olanlardan  doktor  Sultan  Məcid  Əfəndiyev, 

doktor İsrafilbəyov və Tağı Şahbazini Azərbaycan sağ yönümlü partiyalar olaraq tanıyırdıq. Əfəndiyevi 1919-cu 

ildə Şərq Kommunist Xalqlarının 2-ci qurultayından tanıdıq. Baxmayaraq ki, bir zamanlar bizim əleyhimizə idi və 

Vladimir İliçin yanındakı toplantıda şəxsən mənim əleyhimə ağır ifadələr işlətmişdi. O da 1921-ci ildə rəhmətlik 

Nərimanovla birlikdə bizə qatıldı. Tağı Şahbazini 1917-ci ilin fevral inqilabı zamanı Bakıda Hümmət Partiyasında 

olduğu zamanlardan tanımışdım. Rəhmətlik Nərimanovu da 1915-ci ildən şəxsən tanıyırdım. 1920-ci ildə onların 

hamısı ilə yazışırdım. Partiyadan çıxarıldıqdan sonra 1926-cı ildə bir dəfə Əfəndiyevi gördüm. Oteldəki odasına 

getdim  və  Azərbaycan  “Sağ”çılarının  müxalifətə  baxışı  mövzusunda  söhbət  etdim.  Eyni  zamanda  o  dönəmdə 

Azərbaycanda  çalışmaqda  olan  Z.Buluşevə  qarşı  diqqətli  olmalarını  söylədim.  Z.Buluşev  “sağ”çı  olaraq  tanınsa 

da,  fəqət  1923-1924-cü  illərdən  öncə  bəzi  həmkarlarımız  onun  səmimiyyətindən  şübhələnmişdilər.  Öncə  mən, 

daha  sonra  da  Yunis  Validov  onun  bəzi  hərəkətlərini  ifşa  etmişdi.  Yoldaş  Əfəndiyev  müxalifətə  baxışımız 

xüsusunda  bu  görüşü  ortaya  qoydu.  Nəriman  Nərimanov  zamanında  mövcud  olan  və  milli  məsələdə Trotski  ilə 

eyni mövqedə hərəkət edilməsinin yanlışlığı ortaya çıxmışdı. Bu hərəkət tərzini dəyişdirmək və partiyanın mərkəzi 

komitəsi  ilə  ilişgilərimizi  çətinə  salmamağımız  lazım  gəlirdi.  Mən  yoldaş  Əfəndiyevin  məsələyə  baxışına  etiraz 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə