Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   2   3   4   5   6   7   8   9   10   ...   25

10 

 

etdim.  Ola  bilsin,  Azərbaycandakı  vəziyyət  bəlkə  də  belə  olmasını  şərtləndirib.  Onunla  bir  daha  görüşmədim. 



Partiyadan  çıxarıldıqdan  sonra  Tağı  Şahbazi  ilə  yalnız  1928-ci  ilin  baharında  Yambayevin  yanındakı  axşam 

yeməyində görüşdüm. 

Fəqət bir şey soruşmadım, öz odasına gələcəyim və bir şeyləri müzakirə edəcəyimi söylədim. Bunun səbəbi 

o dönəmdə bütövlükdə bir çalışma istəyində olmadığımdan qaynaqlanırdı. Daha doğrusu, başqa bir yol ayrımında 

idim. İsrafilbəyovla 1919-dan sonra görüşməmişdim. Bizim qrupdan olub Azərbaycan sağçı qrupu ilə bu və ya digər 

şəkildə  əlaqədə  olan  yoldaşlarımız  onların  çox  zəiflədiyini  hiss  etmişdi.  Bəlkə  də  bunun  səbəbi  milli  məsələ 

mövzusunda fıkir dəyişiklikləri idi. Buradan da göründüyü kimi, Azərbaycan “sağ”çıları ilə ilişgilərin təzələnməsi 

və  onların  fəaliyyətinin  canlandırılması  məqsədi  ilə  şəxsən  mənim  və  digər  “sağ”çı  yoldaşlarımın  fəaliyyətləri 

olmuşdur”. 

Maraqlıdır  ki,  Mirsultan  Qaliyev  1929-cu  ildə  növbəti  həbslərinin  birində  həbsxanadan  həyat  yoldaşına 

yazırdı.  “Göndərdiyin  şeylərin  hamısını  aldım.  Növbəti  gəlişində  Nəriman  Nərimanovun  Stalinə  ünvanladığı 

məktubu  gətirəcəyin  yükün  içərisində  keçirə  bilsən  yaxşı  olar”.  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  məxfi 

qrifli  məktubun  varlığından  Qaliyevin  xəbərdar  olması  bu  iki  tarixi  şəxsiyyətin  gizlin  münasibətlərindən,  ideya 

yaxınlığından doğurdu. Nərimanov məxfi qrifli məktubunda Stalinə Azərbaycanın sovetləşməsi dönəmindən sonra 

necə 

“simasızlaşdırıldığından”, 



Mirzoyanın, 

Orconikidzenin, 

Mikoyanın, 

Sərkisyanın 

Bakının 

erməniləşdirilməsindən  yazır  və  emosional  tərzdə  Azərbaycanın  müstəqilliyinin  məhvindən  doğan  hisslərini, 

fikirlərini bildirirdi. 

Mirsultan  Qaliyev  partiya  sıralarından  kənarlaşdırıldıqdan  sonra  1928-ci  ilin  baharında  Tağı  Şahbazi 

Simurqla  görüşdüyünü  söyləsə  də,  aralarında  olan  danışıqların  mətninə  toxunmur.  Həmin  dönəm  Tağı  Şahbazi 

Bakı  Dövlət  Universitetinin  prorektoru  vəzifəsində  çalışır,  eyni  zamanda  bədii  yaradıcılıqla  məşğul  olurdu. 

Azərbaycan kommunistlərinin “sağçılar” qrupuna aid olan Tağı Şahbaziyə 1937-ci ildə elan olunan ittihamnamədə 

onun  Nəriman  Nərimanovla  əlaqələrinə,  Azərbaycanın  SSRİ  tərkibindən  çıxarılması  haqda  mövzulara  da 

toxunulur. 

 1937-ci ilin noyabr ayının 2-də Azərbaycan SSRİ XDİK-nın idarə rəisi Sumbatov müttəhim haqda “KQB”-

yə aşağıdakı məzmunda arayış təqdim edir: 

“1892-ci  ildə  anadan  olmuş  Tağı  Şahbazi  1922-ci  ildə  Zaqafqaziya  Federasiyasının  yaradılması  ilə  bağlı 

milli təmayülçülərə qoşulmuş, Zaqafqaziya əleyhinə fəal mübarizə aparmışdı”. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  liderləri  Nərimanovun  münasibətləri  Sumbatovun  arayışında  da  özünü 

göstərir:  “1923-cü  ildə  Müsavatın  xarici  bürosu  Azərbaycan  SSRİ-də  milli  təmayülçülərin  fəaliyyəti  haqqında 

Bakıda  Müsavatın  ikinci  gizli  komitəsindən  məlumat  aldıqdan  sonra  MK-ya  belə  göstərişlər  vermişdir:  “Siz 

bolşeviklərlə  əlaqə  saxlayın,  kommunistlərdən  İsrafilbəyov,  Muxtar  Hacıyev,  Xanbudaqov,  Kazımov,  Zeynallı, 

Əsəd  Axundov,  Tağı  Şahbazi,  Əhməd  Əhmədovla  danışıqlar  aparın.  Siz  hətta  doktor  Nəriman  Nərimanova  da 

yanaşa  bilərsiniz:  1937-ci  ilin  noyabr  ayının  3-də  həbs  olunmuş  kommunist  Əli  Kərimovla  Tağı  Şahbazi 

üzləşdirilir.  Kərimov  istintaqa  bunları  ərz  edir:  “Tağı  Şahbazi  hələ  1921-ci  ildə  Nərimanovun  millətçi  qrupuna 

daxil  olmuşdur.  Şahbazi  qrupdan  formal  olaraq  ayrılsa  da,  milli  təmayülçü  kimi  tanınmışdır.  O,  Azərbaycanın 

SSRİ-dən  ayrılması  haqqında  söhbət  aparırdı”.  Azərbaycanın  SSRİ-dən  ayrılması  haqqında  söhbətlər 

Nərimanovun  ölümündən sonra  belə  milli  təmayülçü  kommunistlərin  gizlin  danışıqlarının  mövzusu  olaraq qaldı. 

Yalnız bu cür danışıqların məğzi 1937-ci ilin repressiyaları zaman açıldı. 

 

Stalinə məktub 

 

"Azərbaycan  kəndlisi  neft  olnıadı-ğı 

üçün  talaşa  yandıranda,  Azərbay-can 

vətəndaşı  Tillisdə  neftin  Gəncə-dəkindən  

ucuz satıldığını görəndə, istər-istəməz bütün 

bunları 


törədən-lərin 

ünvanına 

tənə, 

müstəmləkəçi-likdə ittiham eşitməyə məcbur 



olur-san". 


11 

 

“Azərbaycan  kəndlisi  neft  olmadığı  üçün  talaşa  yandıranda,  Azərbaycan  vətəndaşı  Tiflisdə  neftin 



Gəncədəkindən ucuz satıldığını görəndə,istər-istəməz bütün bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə 

ittiham eşitməyə məcbur olursan”.  

1990-cı  ilin  əvvəllərinə  kimi  Azərbaycan  Tarix  Muzeyinin  seyflərində  saxlanılan  Nəriman  Nərimanova 

məxsus  iki  məktubu  tarixçilərimiz  oxusalar  da,  onları  çap  etmək,  əsərləri  siyahısına  salmaq  haqqında 

düşünməmişlər. Əgər bu istəkdə olsaydılar belə, onun dərcinə imkan verilməzdi. Stalinə və oğluna ünvanlanan bu 

yazılarda çox şeydən danışılıb, çox məsələlərə toxunulub, kommununizmə olan inamın itmə səbəbləri göstərilib. 

Həm də yazılar Nərimanovu sadəlövh, siyasətdən başı çıxmayan adam kimi xarakterizə edənlərə verilən ən yaxşı 

cavabdır.  Azərbaycanın  sovetləşməsi  prosesindəki  insani  cinayətlər,  Azərbaycan  türklərinə  qarşı  yürüdülən 

ayrıseçkiliyin  kökü,  bolşevizmin  ağır  təzahürləri,  şərqli  kommunist  liderlərinin  şəxsiyyətinin  alçaldılması,  ərazi 

siyasətində  yol  verilmiş  səhvlər  bu  yazılarda  kifayət  qədər  işıqlandırılıb.  Əlbəttə,  belə  məktubların  tədqiqi, 

Mərkəzə xeyir gətirmir, partiya tarixinin şanlı səhifəsinə uyğun gəlmirdi. Sovetlərin Azərbaycandakı fəaliyyətinin 

üçillik emosional təftişi, həqiqət və yalanın üz-üzə qoyulması, görünür, həmin vaxtlar Sovet tarixinin səhifələrinə 

lazım deyilmiş. Bu məktubların tarixi  əhəmiyyəti ondan ibarətdir ki, Leninin, Stalinin, Orconikidzenin, Kirovun 

Azərbaycanı  “simasızlaşdırmaq”  texnologiyaları,  fənn  və  üslubları  faktların  dili  ilə  təqdim  olunur.  Nərimanov 

irihəcmli  məktubunu  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  adlandırsa  da,  əslində  Azərbaycanın  və  Şərq 

ölkələrinin  öz  baxışlarını,  siyasi  nəzəriyyəsini  ortaya  qoyub.  Yazının  girişində  partiya  xidmətlərini  xatırlayır, 

sonrakı  mərhələlərdə  kəskin  tənqidi  üsluba  keçərək,  bir  növ  özünü  millət  qarşısında  günahkarlardan  hesab  edir. 

Hesab  edir  ki,  bu  qədər  qanlı-qadalı  mərhələlərdə  insanların  sovetlərə  olan  ümidlərinin  doğrulmamasında,  yaxşı 

yaşamalarının əlindən alınmasında bir millət övladı kimi onun da günahı var. Günahı var ki, Azərbaycan torpaqları 

ermənilərə  bağışlanıb,  dini  inanclara  zərbə  vurulub,  sinifləri  ortadan  qaldırmaq  adı  altında  insanlar  təhqirlərə, 

təzyiqlərə və talanlara məruz qalıb. 

Yazının  birinci  hissəsində  Həştərxanda  olduğu  zaman  “Biz  Qafqaza  hansı  şüarla  gedirik?”  məqaləsinə 

toxunduqdan  sonra,  Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  tarixinə  diqqət  yönəldərək  Stalinə  bunları 

yazır: “Bakıya gedən zaman hələ yolda öyrəndim ki, Bakı bizim qoşunlarımız tərəfindən alınıb, bu, bir qədər dəqiq 

deyil.”  Qoşunlar  şəhərə  maneəsiz  daxil  olmuşdu”.  Bəzi  tarixçilərimiz  XI  Qızıl  ordunun  fəaliyyətini  şişirdib, 

rəşadətli  ordu  fonunda  göstərmək  üçün  Müsavatın  silahlıları  ilə  döyüşüb,  şəhəri  azad  etdiyini  yazırdılar. 

Nərimanov isə həqiqəti deyirdi və təbii ki, bu olmuşları Stalin də bilirdi. Həmin dönəmlər Azərbaycanın XI Qızıl 

Ordu  tərəfindən  işğalını  görmüş,  Türkiyədə  bir  neçə  dəyərli  tarixi  kitabları  ilə  tanınan  Şövkət  Sürəyya  Aydəmir 

“Suyu arayan adam” əsərində yazır: “Bu olub-bitən şeylərə baxaraq bir məna vermək lazım gəlsə, buna sadəcə bir 

çılğınlıq demək mümkün olardı. Baş verənlərə bir ad vermək lazım gəlirsə, buna inqilab demək olmaz. Əgər bu 

inqilab idisə, bəs inqilabçılar hardaydı?” 

Təbii  ki,  inqilabçılar  yox  idi.  Şaumyanın  Bakının  göbəyində  formalaşdırdığı  erməni  milli  qüvvələri, 

daşnaklar  parçalanmışdı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  formalaşdırdığı  milli  ordu  hissələri  Qarabağda, 

Zəngəzurda  torpaq  iddiasında  olan, talan  və  qırğınlarla  həyat  sürən  Andranikə  qarşı  mübarizə aparır,  sərhədlərin 

bərpasına, asayişin təmininə çalışırdılar. Bolşevizm qəbul olunmurdu deyə, belə bir siyasi qüvvənin heç bir hərbi 

birləşməsi də yox idi. Elektorat və tərəfdarlardan danışmağa isə dəyməzdi. Ona görə, Sovet Rusiyasına Nərimanov 

kimi  xalq  arasında nüfuzu olan insan  lazım  idi.  Nərimanovun  İnqilab  Şurasının  sədri  kimi  Bakıya  aprelin  28-də 

yox, mayın 16-da gəlib çıxması da kifayət qədər maraq doğurur. Bunu Nərimanovun Leninin qəbuluna getməsi ilə 

əlaqələndirməsi də düzgün deyil. Ona görə də bu məsələnin tədqiqinə ehtiyac var. Nərimanov Bakıya dönüşünü 

Stalinə  belə  xatırladır:  “Biləcəridə  məni  bəzi  yoldaşlar  qarşıladılar  və  görünür,  mənim  gəlişimə  çox  sevinirdilər. 

Onlar  belə  dedilər:  “Bəlkə  sizə  qədər  olan  biabırçılığa  son  qoyula.  Azərbaycanı  başdan-başa  qarət  edirlər,  sağa-

sola  güllələyirlər”.  Azərbaycan  Xalq  Cümhuriyyəti  üzüntülərlə  başa  vurduğu  parlamentin  axırıncı  iclasında 

hökuməti  “Milli  kommunistlər”ə  təhvil  verdikdən  sonra  Bakı  qanlı  hadisələr  meydanına  çevrilmiş,  mülklərə 

basqınlar 

adi 

hal 


almışdı. 

İnsanlar 

vahimə 

içərisində 



səhərin 

necə 


açılacağını 

düşünürdülər.  Bəzi  inqilabçılar  keçmiş  ədavətləri  yadına  salır  cümhuriyyət  dövründə  vəzifədə  çalışanlardan 

intiqam  alır,  onların  heysiyyətinə  toxunur,  ən  alçaq  vasitələrə  əl  atırdılar.  Nərimanov  Bakıya  gələnə  qədər 

Pankratovun göstərişi ilə XI Qızıl Ordu 20 mindən artıq insanı məhkəməsiz, fakt və sübutsuz güllələmişdi: “Mən 

məsələni belə qoydum ki,  İnqilab Komitəsinin sanksiyası olmadan heç kəs güllələnməsin”. Pankratov, Mikoyan, 

Mirzoyan  bu  qərarın  qəbul  olunmasının  əleyhinə  çıxıb,  sovetləşmə  prosesinin  Bakıda  yalnız  qan  bahasına  başa 

gələcəyini  düşünüb  yeni  tədbirlər,  planlar  üzərində  çalışırdılar.  Onlar  hərəkətlərini  Azərbaycan  türklərinə  qarşı 

milli  qırğın  adı  verilməsin  deyə,  öz  sıralarına  azərbaycanlı  kommunistləri  də  daxil  etmişdilər.  Nərimanov  bu 

kommunistlərin adını göstərir: Əliheydər Qarayev, Mirzə Davud Hüseynov. Milli adət-ənənələrə zidd hərəkətlərin, 

namusa toxunacaq davranışların fəlakətlə nəticələnəcəyini söyləyən Nərimanov Stalinə belə bir məlumat da verir: 

“Bir  dəfə  məşhur,  hörmətli  bir  qadın  gözüyaşlı  yanıma  gəlib,  ailəsinin  namusunu  qorumağı  məndən  xahiş  etdi. 

Məlum oldu ki, hökumət üzvü M.D.Hüseynov həmin xanımın qızına evlənməyi təklif edib, o isə rədd cavabı verib. 

Deyib ki, o, başqa birisinə, elə onun dostuna ərə getməyə hazırlaşır. Hər gecə “ÇK”nın agentləri həmin xanımın 

evinə  gedərək  axtarış  aparıb,  gələcək  kürəkənini  axtarıblar.  M.D.Hüseynovu  yanıma  çağırıb  belə  hərəkətlərə  yol 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə