Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

12 

 

verməməyi  tapşırdıqdan  sonra  ailə  artıq  rahatlığını  tapıb”.  Bu  sözləri  söyləyən  inqilab  rəhbəri  Stalini  qınayaraq 



“Azərbaycanın  taleyini  kimlərə  həvalə  etmələrini”  sorur.  O,  Şərqə  kommunizmin  ixracını  əxlaqdankənar 

formalarla,  islami  dəyərləri  aradan  qaldırmaqla  və  orta  sahibkarlığa  qadağalarla  həyata  keçirməyin 

mümkünsüzlüyünü  qeyd  edərək,  milli  məsələlərdə  ehtiyatlılığı  əldən  verməməyi  məsləhət  görürdü.  Məktubun 

planından görünür ki, Lenin Nərimanovun baxışlarını qəbul edir, həyata keçirilməsini istəyirdisə, Stalin, Çiçerin, 

Orconikidze  və  Kirov  onun  əleyhinə  fəaliyyətdə  bulunublar.  Artıq  Azərbaycanın  daxilindəki  müxalifətlə 

mərkəzdəki antinərimançılar birləşmiş, Bakı müsəlman şəhəri sifətindən çıxıb rus və ermənilərin nəzarətində olan 

şəhərə  çevrilmişdi.  Antinərimançılıq  əvvəllər  Bakının  muxtar  siyasi  qurum  olaraq  Rusiyanın  tərkibində  olması 

planlarını  həyata  keçirmək  istəyirdilərsə,  sonrakı  mərhələlərdə  Nərimanov  bunun  qarşısını  ciddi-cəhdlə  almışdı. 

İndi isə Azərbaycanın Bakıdan ibarət olduğunu söyləyir, əyalətlərin isə erməni daşnakların nəzarətinə keçirilməsi 

üzərində  işləyirdilər.  Dağlıq  Qarabağın  muxtariyyətindən  sonra  Gəncənin  dağlıq  hissəsinin  də  belə  idarəçilik 

formasına verilməsi gündəlikdə idi. N.Nərimanov özünə qarşı olan bütün qrupların fəaliyyətini təftiş edərək belə 

qənaətə gəlirdi ki, bu zərbə Azərbaycana ünvanlanıb. Buna görə də Leninə açıq şəkildə söyləyirdi: “Ya mənə bu 

qrupla  açıq  döyüşməyə  girməyə  icazə  verin,  ya  da  qoy  RKP  MK  bu  işi  özü  həyata  keçirsin”.  Nərimanova  bu 

qrupla  mübarizə  aparmağa  icazə  verməsələr  də,  o,  cəsarət  nümayiş  etdirərək,  bacardığı  şəkildə  müqavimət 

göstərirdi. Ətrafında olan azərbaycanlı kommunistlərin bir hissəsi vəziyyətin Mərkəzin xeyrinə dəyişdiyini görüb 

ondan  uzaqlaşmağa  başladılar.  Orconikidzenin,  Mirzoyanın,  Sərkisin  təsiri  altında  “Azərbaycanı 

simasızlaşdırmaq” prosesinin fəal iştirakçılarına çevrildilər. 

XI Qızıl Ordunun qarəti, evlərin talanı hesabına əldə etdikləri pul, qızıl, zinət əşyaları sovetlərin büdcəsinə 

deyil, talançılıqla iştirak edən insanların evlərinə daşınırdı. Fəhlələrsə bu plansız, əsl qarəti xatırladan müsadirənin 

nəticəsi olaraq “nimdaş pal-paltarlarla təmin olunur, bir qisminə isə heç nə düşmürdü”. Müsadirələrin bu şəkildə 

həyata  keçirilməsinin  əleyhinə  olan  Nərimanovun  səsi  eşidilmir,  göstərişləri  yerinə  yetirilmirdi.  Fəhlələr  etiraz 

edərək  bu  müsadirədən  onlara  heç  bir  şey  düşmədiyini  söyləyir,  partiyanı  məzəmmət  edirdilər.  “Nəhayət, 

təşkilatçıların  özləri  böyük  səhvə  yol  verdikləri  haqda  danışmağa  başladılar.  Bu  səhvlər  bütün  Azərbaycan  boyu 

təkrar  edilirdi.  Bütün  bunlara  göz  yummaq  olmazdı.  Təftiş  təyin  edildi.  Nəticədə  şeylərin  düzgün 

bölüşdürülməməsi, təşkilatçıların hər şeydən qabaq özlərini yaddan çıxarmaması, ən əsası isə ilhamverici Sərkisin 

himayədarlığı  altında  şeylərin  itməsi  haqqında  bir  cild  iş  tərtib  olundu”.  Ancaq  bu  cinayət  işinin  istintaqı, 

məhkəməsi  və  günahkarların  cəzalandırılması  baş  tutmadı.  Nəticədə  şikayətçi  qismində  Nərimanovun  özü 

Yaroslavskinin qrupu tərəfindən təftiş edildi. 

Nərimanov  məktubunda  yazır  ki,  Bakının  erməniləşdirilməsi  planı  var  və  bu  planın,  ideyanın  başında 

Mikoyan dayanır. Bu planın baş tutmasında Stalinin də fəaliyyətinin olmasını üstüörtülü şəkildə söyləsə də, o yazır 

ki, Bakı Partiya Komitəsi Azərbaycanda hər şeyi həyata keçirməyə qadirdir. Məhz ona görə ermənilər istəyirlər ki, 

Bakı  Partiya  Komitəsi  irsən  ermənilərin  əlində  olsun:  “Mikoyandan  sonra  BK-nın  katibi  Sərkis  olur,  Sərkisdən 

sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq”. Bütün bunları əsəbi şəkildə çatdırmaqla, 

Azərbaycanda  milli  hakimiyyətdən  əsər-əlamət  qalmadığını,  bunun  isə  düzgün  olmadığını  söyləyirdi.  Məhz  bu 

arqumentlərinə görə, milliyyətçilikdə günahlandırılaraq onu zərərsizləşdirmək istəyirdilər. 

Azərbaycan  dili  getdikcə sıxışdırılıb  çıxarıldığından Azərbaycan  türklərinin  öz hüquqlarını  müdafiə  etmək 

imkanları azalır, onların dövlət orqanlarında çalışmaları problemə çevrilirdi. Bütün bu olayları görən Nərimanov 

Azərbaycan  dilini  dövlət  dili  elan  edib,  dövlət  idarələrində  yazışmaların  rus  dili  ilə  yanaşı,  Azərbaycan  dilində 

aparılmasını həyata keçirirdi. Lakin onun Genuya konfransına səfəri vaxtı məktəblərdə azərbaycan dili dərslərinin 

azaldılması hesabına, rus dilinin tədrisinin çoxaldılmasıyla bağlı qərar qəbul etmişdilər. 

Stalinə məktubunda bu ədalətsizliyə qarşı çıxaraq Nərimanov faktların dili ilə vəziyyətin nə yerdə olduğunu 

göstərir:  “Azərbaycan  paytaxtında  türklər  Bakı  Sovetinin  qulluqçularına  istər-istəməz,  şifahi  şəkildə  müraciət 

etdikdə, bu rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində damşmırlar. Bildirirəm ki, hələ 

Dövlət  Duması  olanda  türklər  belə  sıxıntıya  məruz  qalmırdılar”.  Nərimanov  çəkinmədən  Azərbaycan  dilini 

sıxışdıranların  hərəkətinin ikinci  Nikolayın  mövqeyi  ilə  üst-üstə  düşdüyünü  vurğulayır, belə  düşüncə  sahiblərini 

“rus  şovinizminin  xidmətçiləri”  hesab  edirdi.  O,  Stalinə  belə  bir  müqayisə  aparmağı  lazım  bilərək  yazırdı: 

“Götürək  türklər  üçün  açılan  məktəblərin  və  uşaq  evlərinin  sayını.  Hər  şeydən  dəhşətlisi  təqaüdçü  tələbələrin 

sayıdır: 30 rus və 5 türk”. Bu vəziyyətin yaranmasının kökündə milli ayrı-seçkiliyin dayandığını, Orconikidzenin, 

Kirovun,  Bakı  Partiya  Komitəsinin  yüksək  vəzifələrini  zəbt  etmiş  Mirzoyanın,  Sarkisin  apardığı  antiazərbaycan 

siyasəti dayandığını yazaraq bunları da dilə gətirirdi: “Əhalinin üçdə iki hissəsi yoxsul və savadsız azəri türkləri, 

üçdə biri isə savadlı ruslar olduğundan, ən çox savadlanmaq, təhsil almaq imkanları müsəlmanlara yaradılmalıdır”. 

Problemləri  göstərməklə  yanaşı,  Nərimanov  çıxış  yolunu  da  açıqlayır:  “Biz  gərək  dövlət  vəsaitinin  üçdə  iki 

hissəsini türklərin maariflənməsinə xərcləyək, ümumiyyətlə bütün energiyamızm üçdə iki hissəsini gərək türklərə 

həsr edək”. 

Ermənilərin 1905-ci və 1918-ci illərdə Azərbaycanda törətdikləri milli qırğınları xatırlayaraq, insanların bu 

faciələri unutmadıqlarını dilə gətirir, mövqeyini açıq şəkildə bildirirdi: “İşimizin ilk günlərində açıq deyirəm: bir 

çox  mülahizələrə  görə,  hələlik  erməni  yoldaşların  görkəmli,  məsul  vəzifələrə  təyin  edilməsini  dayandırmaq 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə