Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

13 

 

lazımdır.  Zaqafqaziyanın  keçmişi,  ümumiyyətlə  və  xüsusilə  1918-ci  ildə  Bakıdakı  vəziyyət  bu  məsələ  üzərində 



düşünməyə məcbur edir”. 

Bu  o  zaman  idi  ki,  1918-ci  ilin  martında  Azərbaycanda  günahsız  insanları  qətlə  yetirib,  Bakını  “qan 

hamamı”na  çevirənlərin  bir  qismi  bolşevik  adı  ilə  hakimiyyəti  zəbt  etmişdilər.  Bütün  bunlar  qırğınlara  məruz 

qalan,  faciələr  yaşamış  Azərbaycan  türklərini  qıcıqlandırmaya  bilməzdi.  Ona  görə  də  Nərimanov  Stalinə  Bakı 

fəhlələrinin  dilindən  deyir:  “Sərkis  düz  danışmır.  Bakı  Partiya  Komitəsi  fəhlələr  üçün  heç  bir  iş  görmür.  Biz, 

müsəlman  fəhlələri  Sərkisdən  bir  neçə  dəfə  xahiş  etmişdik  ki,  bizim  vəziyyətimizə  diqqət  yönəltsin,  məktəblər 

açdırsın, bizim dilimizi bilən katiblər təyin etsin. Lakin indiyə qədər heç bir iş görülməmişdir”. 

Bu həmin Sərkis idi ki, Şaumyanla birgə erməni milli birləşmələrini formalaşdırıb, qırğınlar törətmişdi. İndi 

isə  cildini  dəyişib,  bolşevik  simasında  Bakı  Partiya  Komitəsinə  rəhbərlik  edirdi.  Tarixi  məktubuna  Nərimanov 

Bakı  Sovetinin  məsul  işçilərinin  milli  tərkibi  haqqında  arayış  da  əlavə  edir  və  bəlli  olur  ki,  vəzifə  tutanların 

əksəriyyəti rus, yəhudi və ermənilərdi, Azərbaycan türkləri isə bu azlıq içərisində itib-batır. Vəzifə təyinatlarının 

belə qeyri-bərabər aparılmasına aydınlıq gətirmək üçün qarşılaşdığı bir faktı da yazıya köçürür: “Xəstəxana üçün 

cərrah  həkim  lazım  idi.  İki  namizəd  vardı:  yəhudi  Belinki  bitərəf,  birillik  stajı  olan  adam.  O  birisi  isə  türk 

Talışinski beşillik stajı var, yerli əhali yaxşı tanıyır. Hər ikisi 8 səs qazanır. Nəyə görəsə, Bakı İcrakomu Belinkini 

bu vəzifəyə təyin etmək istəyirdi. Ona görə ki, Belinkinin qardaşı Bakı Partiya Komitəsinin üzvüdür, İcrakomun 

sədri  Kirov  da  buna  görə  onu  bu  vəzifəyə  qoymağa  çalışır.  Mənim  müdaxilə  etməyim,  nəhayət  Belinkiyə  öz 

qardaşını yerləşdirməyə imkan vermədi”. 

Əgər indi Neftkomun və Bakı Sovetinin qulluqçularının tərkibinə nəzər salınarsa, onda qərəzsiz müşahidəçi 

dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və 

yəhudilərlə doldurulmuşdur”. Bunları da Nərimanov deyir. 

Yerli  kadrların  işə  cəlb  olunmasının  milli  təmayülü  yaradan  amil  olduğunu  Stalinə  cəsarətlə  söyləyən 

Nərimanovu məhz bu düşüncələrinə, fəaliyyətinə görə milliyyətçi adlandırır, ona qarşı hücum əməliyyatları həyata 

keçirir,  sıradan  çıxarmaq  haqqında  düşünürdülər.  Bu  niyyətləri  görən  Nərimanov  partiya  sıralarından 

kənarlaşdırılacağı təqdirdə “kütlələrin içərisində mədəniyyəti yaymaqla məşğul olacağını” söyləyərək, onun üçün 

vəzifənin o qədər də önəmli olmadığını oğluna məktubunda da yazırdı. Bu qabaqlayıcı tədbir idi. Nərimanovun bu 

gedişlərini anlayan Mərkəz, nəinki onu vəzifədən kənarlaşdırdı, hətta Azərbaycandan uzaqlaşdıraraq, guya yüksək 

səlahiyyət  daşıyan  vəzifələrə  irəli  çəkdi.  O,  heç  bir  səlahiyyəti  olmayan  Zaqafqaziya  Federasiyasının  İcraiyyə 

Komitəsinə  seçildi,  oradan  da  SSRİ  MKİ-nin  həmsədrlərindən  biri  oldu.  Çünki  o,  dəfələrlə  iclas  və  təşkilat 

yığıncaqlarında  deyirdi  ki,  mən  Azərbaycanın  rəhbəriyəmsə,  bütün  sahələrə  cavabdehəm,  bəs  “Azneft”  nə  üçün 

mənim fəaliyyətimdən kənar qalsın? Ona görə də Stalinə yazırdı: “Azərbaycan kəndlisi neft olmadığı üçün talaşa 

yandıranda,  Azərbaycan  vətəndaşı  Tiflisdə  neftin  Gəncədəkindən  ucuz  satıldığını  görəndə,  istər-istəməz  bütün 

bunları  törədənlərin  ünvanına  tənə,  müstəmləkəçilikdə  ittiham  eşitməyə  məcbur  olursan”.  Bu  məşhur  məktubun 

böyük  bir  hissəsini  “Azneft”in  rəisi  Serebrovskinin  fəaliyyətinə  həsr  edən  Nərimanov  xalqın  yeraltı  sərvətindən 

istifadəsinə qoyulan qadağaları, iqtisadi sanksiyaları cinayət hesab edirdi. Ancaq cinayətkar tək Serebrovskiydimi? 

Yox. Azərbaycana müstəqilliyin davamını vəd edən, sonralar isə bu müstəqilliyə qənim kəsilən Sovet Rusiyasının 

rəhbərləri,  siyasi  elitasının  onlarla  üzvü  bu  siyahıda  özlərinə  yer  eləmişdilər.  “Azərbaycanda  kəndlilərin  cəhalət 

bataqlıqlarında boğulması onların əsla vecinə deyil. Bəs MİK-in sədri Ağamalıoğlu, Xalq Komissarlar Sovetinin 

sədri Musabəyov kimi müsəlman işçilər nə iş görürlər? Bəli, bu bədbəxtlər vəzifələrə ona görə irəli çəkilmişdilər 

ki,  sussunlar”.  Susmaqla  öz  varlıqlarını,  ictimai-siyasi  mövqelərini  qoruyub  saxlayanlardan  fərqli  olaraq 

Nərimanov susmurdu, haqsızlıqları, ədalətsizlikləri açıq şəkildə deyirdi. Özü də bu boyda günahların səbəbkarına, 

günah sahibinə cəsarətlə məktub ünvanlayırdı: “Mənim zərrə qədər şübhəm yoxdur ki, Serqo (Orconikidze nəzərdə 

tutulur  -  A.A)  və  Stalinin  simasında  AKP  MK  biz  türklərə  etibar  etmir  və  Azərbaycaın  taleyini  erməni 

daşnaklarına tapşırır. Nə kimi nəticələr olacağını demək çətindir, əgər olsa bunun məsuliyyəti Serqo və Stalinin 

üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fıkirləşirlər ki, türklər o qədər axmaqdır ki, bütün bunları başa 

düşmürlər”.  Təbii  ki,  türklər  bütün  oyunlardan  xəbər  tutur,  baş  verənləri  analiz  edir  və  hakimiyyətin  yuxarı 

eşalonlarında olan azərbaycanlı kommunistlərin bir qismi isə vəziyyətdən çıxış yolu kimi susurdular. Nərimanov 

belə kəslərin Stalinə, Orconikidzeyə, Kirova sərf etdiyini söyləyir və bu tip insanların Azərbaycanda hakimiyyətə 

gətirilməsini  “heç  birinin  müstəqil  mövqeyi  olmaması”  ilə  bağlayırdı.  Çünki  müstəqil  mövqedən,  alternativ 

fıkirdən  çəkinirdilər,  qorxurdular.  “Görəsən,  Azərbaycanda  Azərbaycanı  təmsil  edən  partiya  varmı?”  Sualın 

qoyuluşuna Nərimanovun özü sərt və qısa cavab verir: “Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar 

öz siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də olmayacaqdır”. Nərimanov 

ilk mərhələdə kommunizm ideologiyasına o qədər mübtəla olmuşdur ki, millətin taleyini, tarixini bu ideologiyaya 

bağlamağa səy edir, bu yöndə var qüvvəsiylə işləyirdi. O inanırdı və bu mövqeyində yanlışlıqlara yol verirdi: “Biz 

xalqları azadlıq haqqında çağırışlarımızın səmimiliyinə inandırdıq və tezliklə daha az mədəniyyətli xalqların, daha 

çox  mədəniyyətli  xalq  olan  velikoruslarla  qovuşması  üçün,  beləliklə  inqilabı  qüvvətləndirmək  və  inkişaf 

etdirməkdən  ötrü  təbii  yollar  axtarırdıq.  Bu  cəhdlər  zamanı  biz  rus  şovinistləri  və  vəzifəpərəstləri  ilə  ucuz 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə