Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

Akif Aşırlı 



 

 

 

 

 

 

 

 

31 mart soyqırımı:  

1918-1920-cı illər mətbuatında 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“Elm və təhsil”  

Bakı -2011

 



 

Elmi redaktor: Cahangir Məmməddli 



BDU-nun jurnalistika fakültəsinin jurnalistika nəzəriyyəsi və 

təcrübəsi kafedrasının müdiri, filalogiya elmi üzrə fəlsəfə doktoru, 

professor 

 

Rəyçilər: Asif Rüstəmli 



AMEA-nın Nizami adına Ədəbiyyat institutunun elmi işçisi, 

filalogiya elmləri üzrə fəlsəfə doktoru 

 

Alxan Bayramoğlu 



BDU-nun jurnalistika fakültəsinin müəllimi, filalogiya elmi üzrə 

fəlsəfə doktoru, professor 

 

 

 

Vəliyev Akif Abduləzim oğlu (Aşırlı), 



31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında. 

Bakı, “Elm və təhsil”, 2011. 100 səh. 

 

 

“31  mart  soyqırımı:  1918-1920-ci  illər  mətbuatında”  kitabı  ermənilərin 



Azərbaycan  xalqına  qarşı  törətdikləri  kütləvi  qətliamdan  bəhs  edir.  Kitabda 

soyqırım  tarixşünaslığı  üçün  yenilik  sayılacaq  faktlar,  məqalələr  əksini  tapır. 

“Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanlarla yanaşı ilk dəfə olaraq 

adı mətbuat tariximizə yazılan 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı” 

qəzetində  çap  olunmuş  məqalələr  ərəb  qrafikasından  müasir  əlifbaya  çevrilərək 

oxuculara çatdırılır. 

Əslən  Maştağadan  olan  Seyidağa  Axundzadənin  I919-cu  ildə  “Turan” 

mətbəəsində  çap  olunmuş  “Mart  hadisəsi  1918...”  kitabı  da  ilk  dəfə  müasir 

əlifbada işıq üzü görür. 

 

 



A 4702000000 

N- 098 -2011 

 

© “Elm və təhsil”, 2011 



 

 



 

Kitabı ermənilərin törətdikləri soyqırımın qurbanı, 1992-ci ilin noyabrın 26-



da qəlpə yaralarından dünyasını dəyişən atamın əziz ruhuna ithaf edirəm. 

 

XIX  əsrin  sonlarından  başlayaraq  ermənilərin  Azərbaycar  xalqına  qarşı 



davamlı şəkildə apardığı terror və soyqırım siyasəti bu gün də Dağlıq Qarabağda, 

Ermənistanla  həmsərhəd  bölgələrdə  həyata  keçirilməkdədir.  Cənubi  Qafqaz 

bölgəsində  sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə 

çevrilən  və  terroru  dövlət  səviyyəsində  dəstəkləyən  Ermənistan  Respublikası 

tarixən  bu  coğrafiyada  törətdikləri  qanlı  olayları  yenidən  dirçəldir,  günahsız 

insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir. 1905-

ci  ildə  ermənilərin  Qafqazda  oynadıqları  terror  siyasətini,  mülki  insanların  qətlə 

yetirilməsini  Tiflisdə  Daşnaksütyun  Partiyası  və  erməni  ziyahlarının  üzünə 

söyləyən  Əhməd  bəy  Ağaoğlu  uzaqgörənliklə  bu  günün  vəziyyətini  də  təsvir 

edərək deyirdi: “Biz müsəlmanlar bu halətdə davam etməyəcəyik və aşkar deyirik 

ki,  hərgah  işlər  belə  gedərsə,  nə  qədər  Qafqazda  bir  elə  terror  dəstələri  hökm 

edərsə, Qafqazda asayiş bərpa olunmayacaqdır. Qafqazda olan mənsəb sahibləri və 

hakimlərin çoxu erməni terorundan qorxub ədalət və insaf ilə iş görmürlər”. 

Tarix eynən bu gün də böyük mütəfəkkir Ə. Ağaoğlunun söylədiyi kimi 

davam  edir.  Erməni hərbi  birləşmələrinin  öz  siyasi-hərbi havardarlarının köməyi 

ilə Azərbaycanın tarixi Qarabağ torpaqlarını işğal edərək, bölgədə etnik-təmizləmə 

siyasətini  həyata  keçirib,  Dağlıq  Qarabağ  və  ətraf  bölgələr  nəzarətsiz  zonaya 

çevrilib.  Dünyada  qəbul  olan  beynəlxalq  hüquq  normaları,  insan  hüquqları  ilə 

bağlı qanun və deklorasiyalar erməni terroru qarşısında öz gücünü itirməkdədir. 

Ermənilərin Qafqazda terror və qeyri-sabitlik mənbəyi olması bu millətə 

məxsus  ziyalıların  öz  xalqını  qan  hamamına  çəkib-aparmaları  XX  əsrin 

əvvəllərindən  gürcü  və  Azərbaycan  aydınları  tərəfidən  ciddi  tənqid  olunurdu. 

Həsən  bəy  Zərdabi,  İlya  Çavçavadze,  Əhməd  bəy  Ağaoğlu,  Əlimərdan  bəy 

Topçubaşov,  Məhəmməd  Əmin  Rəsulzadə,  Nəriman  Nərimanov  bölgədə 

təhlükəsizliyin  təmin  olunması  üçün  ermənilərin  qədimlik  xəstəliyindən,  torpaq 

iddialarından,  başqa  xalqların  mədəniyyətini  özünküləşdirmək  cəhdlərindən  əl 

çəkməli  olduqlarını  dönə-dönə  mətbu  yazılarında  xatırlasalar  da,  bir  nəticə  hasil 

olmadı. Ötən əsrin başlanğıcından başlayaraq hər 20-30 ildən bir ermənilər Qafqaz 

coğrafıyasının köklü və qədim xalqı olan azərbaycanlılara qarşı ağır-iqtisadi-siyasi 

təcavüzü davam etdirirlər. 

Ermənilərin  xalqımıza  qarşı  törətdiyi  soyqırımlar  müxtəlif  tarixi 

mənbəələrdə,  salnamalərdə,  yerli  və  xarici  ölkə  alimlərinin  əsərlərində  öz  əksini 

tapır.  1918-1920-ci  illəri  əhatə  edən  Cümhuriyyət  dövrü  mətbuatında  31  Mart 

hadisəsi, törədilən soyqırımın miqyası da kifayət qədər işıqlandırılıb. Kitabxana və 

arxivlərimizdə qorunub saxlanılan milli mətbuat nümunələrimizdən qarşıma çıxan 

məqalələri  ərəb  qrafikasından  müasir  əlifbaya  çevirib,  mart  soyqırımı 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə