Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

36 

 

Heyət  isə  təcili  surətdə  cavab  vermələrini  tələb  etdikdə:  “Biz  bu  məsələ 



barəsində xüsusi iclas yapıb və  asayişlə həll olunmasına söz verməyimiz ilə bərabər 

yerli  əhalini  sakit  etmək  biz  sizə  əxz  etdiyimiz  silah  sandıqlarının  açarlarını  verə 

biləriz” cavabını alırlar. 

Bu vaxt saət beş olar idi. 

Saət  3  radələrində  heyət  getdikdən  sonra  Bakı  müsəlmanları  həyəcanlı  bir 

surətdə  evlərinə  gedib  saat  6-da hər məhəllə  öz  məscidi dairəsinə toplaşıb  müntəzir 

cavab almaların təht qərara aldılar. 

Deməli, saət dörd ilə beş araları Bakı şəhərinin bir yas, guya, qəzaya düçar 

olduğun aşkarə müəyyən etmək mümkün ola bilərdi. Qəti surətdə bu gün bədbəxtlik, 

daha doğrusu, bir milli fəlakət baş göstərdiyi qət edilirdi. 

Saət beş ilə altı miyanında Şamaxı caddəsi tərəflərində bir neçə atəş səsləri 

eşidildi. Həmin atəşlər gələcək müqəddəratın başlandığın elan etdi və həmin atəşə də 

səbəb  müsəlmanlar  Cəmiyyəti  Xeyriyyə  binasında  iclas  yapdığı  zaman  xain 

müfəttinlər  (fitnəkarlar)  tərəfindən  yapılan hazırlıqlar icrasına  şüru  edilməsi əlaməti 

idi. Böylə ki, şəhərin bəzi mühüm nöqtələrinə gizli surətdə silah və pulemyotlar nəql 

edilib, şəhər şərq-şimal tərəfindən əhatə edildikdən sonra Şamaxı caddəsi ilə gedən bir 

nəfər müsəlmanın silahı fitnəçilik ilə alınmasından naşı olmuşdu. 

Bu  halda  mütəfərriq  (müxtəlif)  caddələrdən  atəş  sədaları  ara-sıra  eşidilirdi. 

Nikolayevski caddədə vaqei Cəmiyyəti Xeyriyyə binasına toplaşan müsəlmanlar təcili 

surətdə  qaçmağa  başladılar.  Şamaxı  caddəsində  başlanan  atəş  on  beş  dəqiqəlik  bir 

zamanda Nikolayevski caddəyə sirayət etdi. 

Nəhayət,  saət  6-da  tüfəng  sədalarının  çoxalması  və  arabir  əl  qumbaraları 

sədaları  da  eşidilirdi.  Mosuq  mənbələrdən  alınan  məlumata  görə,  bolşeviklər  ilə 

Müsavat firqəsinin müharibəsi olduğun söyləyirdilər. 

Mart  ayının  19-cu  gecəsi  (düşənbə  gecəsi)  ancaq  sabaha  qədər  tüfəng 

sədaları  ilə  keçdisə  də,  lakin  gecə  11  və  12  radələrində  bir  neçə  gurultulu  bomba 

sədaları da eşidildi. 

Nəhayət  düşənbə  günü  oldu,  saət  7-də  şiddətli  atışmalar  şəhərin  aşağı 

hissələrindən  başlandı  və  bir  az  tüfəng  atəşinin  qızışmasından  sonra  “Mitralyoz” 

atışmaları  da  başlandı.  “Mitralyoz”  atışmaları  gəldikdə  sədalarından  düşmənlərin 

hücuma  keçdiyi  məlum  olunurdu.  Bu  halda  İçərişəhər  hissələrində  böylə  şayiələr 

eşidilirdi  ki,  guya  müsəlmanlar  ilə  birləşib  bolşevikləri  tərk  edəcəklərdi.  Bu  nəhv 

şayiələr  və  get-gedə  çoxaldıqca  atışmalar  da  şiddət  kəsb  eləyirdi.  Beləliklə,  saat  10 

radələri  idi  ki,  bolşeviklər  tərəfindən  səfərbərlik  elanı  paylandığını  söylədilər.  Əldə 

edilən nüsxələrdən biri bu məzmunda idi: 

İştə elan: Nömrə 1. 

Yekşənbə  günü,  mart  ayının  on  səkkizindən  etibarən  ...  naşi  Bakıda  sakin 

hamı  xaçpərəst  əlinə  silah  almağa  dəvət  edilir.  Fövqəlzəkər  səfərbərlikdən  boyun 

qaçıran  vətəndaşlar  hərbi  inqilab  məhkəməsinin  şiddətli  cəzalarına  məhkum 

ediləcəkdir. 




37 

 

İmza. Bakı Hərb İnqilab Komitəsi. 



Bu elanı oxuyan müsəlman əhalisi işlərin bu növ bir mövqe aldığını görüb də 

və kəndilərınin keçən gün Cəmiyyəti Xeyriyyə salonunda gurultulu nitqlərinin ancaq 

əfsanə bir söz olduğunu başa düşüb, lakin işin işdən keçdiyini bir-birinə söyləyirdilər. 

Saət iki radələr idi. Atışma nəhayət, şiddət ilə artıyordu. Bu halda ikinci bir 

şayiə dövr etməyə başladı. Şaiyə isə bundan ibarət idi:  “Ermənilər söz vermişlər ki, 

bizim təcili iclasımız vardır və həman iclasda bizim həmin müharibədə müsəlmanlara 

kömək etməmiz qət ediləcəkdir. Bir saətdən sonra müsəlmanlara ermənilər tərəfindənr 

dəva ləvazimatı veriləcəkdir”. 

Bu  şaiyəni  eşidən  safdil  əhali  dərun  qəlbdən  inanıb  bir-birinə  gözaydınlığı 

verməyə başladılar. 

Fövqəlzikr  şaiyədən  iki  saət  sonra  ermənilərin  müsəlman  bazar-dükanların 

qarət etmələri şaiyəsi sürət ilə danışılmağa başlandı. Nəhayət, erməni millətinin dədə-

babadan  tapşırılma  xəyanətləri  ortaya  atıldı.  Deməli,  ürəyi  düz  müsəlmanları  bu 

tərəfdən xatir, o biri tərəfdən bolşevik hökumətinə xainanə bir surətdə qoşulub Şura 

hökumətinə yarasınayan bir namussuzluq icrasına iqdam ediyorlar. 

Bu  halda  düşənbə  günü,  saət  altı  radələri  idi.  Yavaş-yavaş  mitralyoz  və 

bomba  sədalarının  şiddətlənməsi  hücum  əlamətlərin  bildirir  idi.  Bu  halda  erməni 

kəndi tərəfindən müsəlman məhəlləsi tərəflərinə bir neçə top atıldı. Yüz illərdən bəri 

müharibə görməyən və top-tüfəng sodası eşitməyən Bakı müsəlmanları bu dəqiqədən 

özlərinin təhlükəli bir mövqe aldıqların qət etdilər. Yarım saət bundan əqdəm diliranə 

(cəsuranə)  bir  surətdə  müharibə  edən  müsəlman  cavanları  bir  neçə  top  sədasını 

eşitdikdə bir növ özlərin itirib kəndi xanələri tərəfə üz çevirdilər. 

Bu  halda hava  qaranlıqlaşıb  atışmanın  sədaları  uzaqlaşıb  və  ağırlaşırdı.  Bu 

gecə Bakı şəhəri zülmət içində qalıb ara-sıra atəşələr ilə sübh oldu. 

Bu  gün  seşənbə  günü,  mart  ayının  20-si  idi.  Sübh  saət  altı  radələri  idi. 

Atışmanın şiddəti bu gün Bakı şəhəri bir qan dəryasına döndügün bildirir idi. Bu gün 

Bakı  şəhərinin  müsəlman  məhəllələrindən  ah-nalə  sədalarının  ucalması  başlanır  idi. 

Saət səkkiz idi. Erməni kəndi tərəfindən dəfəat ilə (dəfələrlə) bir neçə top atıldı. Bu 

halda  dəniz  içində  duran  hərbi  vaporlarından  da  İçərişəhər  və  Tazəpir  üstlərinə  bir 

neçə  toplar  atıldı.  İçərişəhərdə  vaqe-i  xan  evləri  və  məscid  minarəsi  ilə  bərabər  bir 

neçə evlər də zərərdidə oldular. 

Bu halı görən İçərişəhərdə yaşayan xaçpərəst milləti dərhal bir yerə toplaşıb 

kəndi tərəflərindən bir nümayəndə liman içastokuna göndərdilər ki, biz İçərişəhərdə 

sakin olan xaçpərəstlər təmam istirahətlik ilə yaşadığımız bir halda bizi bombardman 

etməniz nə cəhətə olmalıdır. 

Liman  içastoku  isə  bir  saət  qabaq  aldığı  dokladı  (məlumat)  onlara  oxuyur. 

İştə məlumat: 

Biz (Daşnaksakin) firqəsi xüsusi adamlar vasitəsilə aldığımız rəsmi məlumatı 

binaən  yazıb  Hərbi  İnqilab  Komitəsinə  elan  ediriz  ki,  İçərişəhərdə  yaşayan  təmam 

xaçpərəst əhalisini yerli müsəlmanlar qətliam etdikdən sonra malların qarət etmişlər. 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə