Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   ...   14   15   16   17   18   19   20   21   22

55 

 

 



31 mart 

 

Rus  mütləqiyyəti  istibdadını  kökündən  yıxmış  olan  Rus  inqilabi-kəbiri, 

mütləqiyyətin  zənciri-əsarətinə  giriftar  olmuş  olan  millətləri  azad  etdi.  Əsrlərcə 

zəncirində qalmış olan zavallı millətlər, uyuşmuş bədənlərinə bir hərəkət verib qol-

qanadını  açmaq  istəyirdi  ki,  mütləqiyyət  istibdadı  əvəzinə  Rusiyada  bolşevizm 

istibada  caygir  olub  bədbəxt  millətləri  təkrar  əsarət  zəncirinə  vurmaq  əməlinə 

girişdi. 

Bolşevizm  amalına  qarşı  müqavimət  göstərmək  istəyənlərlə  “qrajdan” 

müharibəsi  açan  və  istiqlal  üzrə  yaşamaq  istəyən  və  böylə  yaşamağa  həqqi 

olanlarla  dəxi  milli  cəngə  girişən  Rus  bolşevizmi,  “azad  millətlər”  şüarını 

həqarətlə tapdalayıb bu millətlər füqərayi-kasibənin və demokratiyasının canını və 

malını əsir etdi. 

Onda ki, Rus bolşevizmi araya bir “qrajdanski” və bir də milli olmaq üzrə 

iki rəngli müharibə  salıb  çaylarca  qanlar  axıtdı,  milyonlarca  bəşər  övladını  tələf 

etdi, yüz minlərcə evlər viranə qoydu və bu qanlı vaqeədən hasil olan təsirat, təbii, 

böylə bir əqidə törənməsinə səbəb oldu ki, Rus inqilabı, yalnız bir rusluğa müxtəss 

olub çarizm istibdadını qaldırmaqla deyil, ümum millətləri, bəlkə Rus xalqını bu 

istibdad təhtindən qurtarıb, digər millətləri təkrar əsarət altında saxladı. Yalnız bir 

fərq bu oldu ki, bu... keşikçiləri əvvəl rus çarizmi idi, bu səfər isə rus bolşevizmi 

oldu.  Hər  halda  əsirlik  aradan  götürülmədi  -  qurd  əlindən  qurtulmuş  quzu, 

qurtaranın yemi olmaq məcburiyyətində qaldı... 

Bir  əsr  bundan  əvvəl  müstəqil  yaşamaqda  olan  Azəri  türkləri  rus 

istibdadının  yıxıldığını  görüb  təkrar  müstəqil  yaşamaq  ümidi  fərəhi  bəxşilə  şad 

olub  istiqiala  hazırlaşmaq  üçün  tədarükatda  bulunmağa  başlar.  Lakin  yeni 

hakimlərimiz  bu  fikrimizi həmandəm  duyub  əks  tədarükat görməyə  iqdam  edib: 

“Biz sizə istiqlal əvəzində xərabəzar verərik, torpağınızda daşı daş üstə qoymarıq” 

- deyə barmaq işarəsilə hədələdilər. 

İstiqlalımıza qarşı ittixaz edilmiş olan sui-qəsdlərində özlərini “inqilabçı” 

nöqteyi-nəzərindən həqli göstərmək niyyətilə, adımızı  “kontrrevolyüsaner” qoyub 

hücuma  hazırlandılar,  hazırlanıb  da  başımıza  Mart  fəlakətini  gətirib,  hədələrinə 

müvafiq olaraq paytaxtımızı xərabəzarə döndərdilər. 

Çarizm  zənciri-əsarətindən  yenicə  qurtulmuş  olan  Azəri  türkləri  bir  əsr 

müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki, istiqlalını müdafiə 

etməyə  və  istiqlal  düşmənlərinə  qalib  gəlməyə  qüdrəti  yox  idi.  Bu  zəitli  deyil, 

yalnız maddi və cismani qüvvətimizi, bəlkə bütün mənəvi və ruhani qüvvələrimizə 

şamil olub bədənimizin bütün qəvayi-ruhaniyyə və cismaniyyəsini atil qoymuşdu. 

Bu ətalət o dərəcə idi ki, özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz 

olmayıb düşmənin hücum və tərizləri qarşısında üryan bir bədnalə əli-qolu bağlı 

yıxılıb “ölüm-dirim” məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə, ya 

rəhmsizliyinə bağlı idi. 

Bundan  fəna  bir  hal  olmaz  ki,  sənə  qarşı  təcavüz  edilə  və  sənin  də  bu 

təcavüzü dəf etməyə heç bir vəsilən olmaya. Bakı müsəlmanları Mart günlərində 




56 

 

bu  halda  idilər.  Və  əgər  Türklər,  Osmanlı  türk  qəhrəmanları  vaxtlı-vaxtında 



gəlməsə  idilər,  Azəri  türkləri  Bakı  həzimətindən  sonra  özlərini  yığışdırıb 

müdafiəyə  hazır  olmağa  fürsət  tapınca  deyil,  bir  Bakıda,  Şamaxıda,  bəlkə  də 

ümum Azərbaycanda daş-daş üstə qalmazdı... 

Keçən keçdi və olan oldu; mart hadisatı Azərbaycan tarixində mühüm bir 

səhifə  işğal  edib  Azəri  türklərinin  istiqlal  yolunda  can  verib  qan  tökdüklərini 

gələcək  nəslə  oxutduracaqdır;  bugünkü  vəzifəmiz  isə  o  qara  günləri  yaddan 

çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, 

bu  hadisələr  bir  də  təkrar  edərsə,  müdafiəsinə  qadir  olalım:  bunun  üçün  həm 

hökumətimizin və həm də millətimizin yaşaması lazımdır. 

Bu  gün  istiqlal  ilə  yaşayıb  da  bu  neməti-əzamədən  istifadə  ediriksə  də, 

özümüzü xarica əmin və amanlıqda bilmək və istiqlalımızın iqbasını təmin etmək 

üçün  müdafiəyə  hər an hazır  olmalıyıq.  Biz  indi  öz  müqəddəratımızı  öz  əlimizə 

aldıq,  borcumuz  bu  müqəddəratı  gələcəkdə  zühuri-mütəhəmmil  olan  hər  növ 

təcavüzatdan qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır. 

 

Hacıbəyli Üzeyir, 

“Azərbaycan “ qəzeti № 147, 31 mart 1919. 

 

 



 


57 

 

 



 

 


58 

 

Matəmli gün 



 

İki  gün  sonra  31  mart  günü.  Matəm  insanların  həyatında  ən  müəssir 

(təsiredici)  və  əlim  bir  halətdir.  Matəm  ilə  vicdanımızı  tənbih  edər,  matəm  ilə 

mənəviyyatımızı tərbiyə eylər. 

Matəm  ilə  məmati  hiss  həyati  idrak, 

xətai-təsfiyə  səvab  və  günahı  təyinə  müqtədir 

oluruz.  Matəm  dini  olur:  Vicdaniyyatımızı  əta 

edər. Matəm milli olur: Özümüzü bildirər. Əfkar 

və idrakımıza hakim olmağı ögrətir. İştə bu milli 

matəmlərdən birisi 31 martdır! Matəmli gün! 

O gün türk və islam aləmində böyük bir 

hadisə  olmuş  idi.  Bu  günkü  paytaxımız  Bakı 

bolşeviklərin 

əlinə 


keçmiş, 

camilərimiz, 

məscidlərimiz  topa-təcavüzə  məruz  qalmış, 

yüzlər,  binlərcə  islam  qadın  və  erkəklər 

öldürülmüş,      həyati-milliyyəyə  bir  zərbə 

endirilmiş,  hər  hərakatı  -  milliyyə  durdulmuş, 

“İsmailiyyə”  yandırılmış  idi.    Fəlakət  böyük  idi. 

Fəqət,  fəlakəti  hiss  etmək  həm  də  bütün 

səmimiyyət  və  ciddiyyətimizlə  dərk  eyləmək 

böyüklük  idi.  Bu  böyüklüyün  mükafatını 

paytaxımıza yenidən sahib olmaqla qaxanacağıq.   

Maddi  bir  itki,  mənəvi  bir  cəvaliyyət  və 

fədakarlıqla  təlafi  edəcək  idik.  Bunlar  onlar 

hamısı oldu - Alman şairi Heydrix Heynenin “iştə 

o zaman yabançı... boyundurluğundan qurtulmaq 

üçün  bizdə  qarət  şiddətli  bir  arzu  peyda  oldu. 

Neçə  zamandan  bəri  təhlil  etdiyimiz  bu  əsarətə 

qarşı  qəlblərimiz  ən  mərdanə  bir  hiddətlə 

tutuşmaya  başladı.  Gözəl  nəğmələr,  qiymətsiz 

şeirlər belə bizi qəlyanə (coşğuya) gətirdi. İştə o 

zaman  hürriyyəti  cəngi-cida  ilə  qazandıq”  - 

deməsi eynən Azərbaycanda olmuş. Azərbaycanı 

da  əsarət  əzmiş,  hürriyyət  və  istiqlaliyyət 

yüksəlmiş  idi.  Azərbaycan  tarix  əsarətinin  ən 

əlim  (bəlli  olan)  bir  timsalı  isə  31  mart  faciəsi, 

matəmli  günüdür.    31  mart  yad  edilməli  və 

bilinməlidir  ki,  qapqara  düşmənlərimiz  bu  qara 

günə  hüququmuza  təcavüz  etmiş.  Neçə  binlərcə 

millətdaşlarımızm qanına-canına, malına qəsd etmiş. İffət 

və 


ismətli 

bacılarımızın namuslarına əl dəgmiş, balaca vətən övladlarını parçalamış,   sahibi-

izzət  və  şərəf  əmələ  və  proletariatlarımızı  məhv  eyləmişlər.  Və  mövcudiyyəti-

milliyyə və müqəddəratmıza qanlı bir cizgi çəkmək istəmişlərdir.  Matəmli  günü 




59 

 

yad edəlim. 



Matəm   tutalım.   Həqarət   oldu.  Çünki  o  gün  ümid  və 

etimadımızı  qırdılar.    Çünki  o  gün  millət  və  milliyyətimiz  vəhşət  və  zülmün

 

ən böyüyünü tanıdı, duydu. Matəm bizə vətənpərvərliyi bildirəcək.  Vətən 



yolunda  ölmənin,  vətən  üçün  qurban  vermənin  mənəvi  ləzzətlərini  hiss 

etdirəcəkdir. 

 

Matəm, istiqlal və hürriyyətimizin mənəvi dirəgi olacaqdır. Hürriyyət və 



istiqlaliyyət üçün ölmək  bir şərəf, yaşamaq bir vəzifə. matəm isə hamısını came 

bir elm!  Türkün  sənaye-milliyyəsi  istiqlal  və  şərəf  üçün,    ölüm  isə  ibadəti 

milliyyəsi də şəhidlər üçün yas 

və matəm tutmaqdadır. Şamaxı qaçqınları 

31 Mart günü hamımız, tacir, 

sənətkar,    arif,  alim,  burjua,  

demokrat vəbiləxəs əmələ və füqarayi kasibə matəm edəlim. Matəmli və mənhuz 

bir günün birinci sənə dövriyyəsinə irişdigimizi biləlim. Və deyəlim ki, 

-

 

Qəhr olsun 31 mart! 



-

 

Rədd olsun o mənhus gün! 

-

 

Lənət olsun düşmənlərə! 



-

 

Nifrət olsun zalimlərə! 

Sonra  bütün  siffət  və  imanımızla  şəhidlərimizə  dua  edəlim:  “Rəhmət 

olsun sizə, ey şəhidlər! Hörmət və təzim olsun siz ey vətən qəhrəmanları! Səlam 

və dua olsun Sizə ey millət fədailəri.” 

Haydı vətəndaşlar, millətdaşlar, 31 mart matəminə hazırlaşalım. 

Matəmli gün yad edəlim, matəm saklayalım. 

 

“İstiqlal” qəzeti № 7. 1919-cu il 29 mart. 




60 

 

Müraciətnamə 

 

Zaqafqaziyada bu son illərdə müsəlmanlara edilən təcavüzü təhqiq edən 



Fövqaladə  istintaq  komissiyası  bilzat  Şamaxı  şəhərində  və  mahalında 

müsəlmanların başına gələn fəlakətləri təhqiq etmişdir. Şamaxı şəhərindən bu gün 

bır  xərabazarlıq  qalmışdır.  Bu  xərabazarlıqda  müsəlman  hissəsindəki  yanmış 

məscidin minarələri isbat ediyor. Bu həman məsciddir təam 8 yüz il bundan əvvəl 

inşa edilmişdir. Şəhərdə qırğından qurtarmış olan 5 min müsəlman Zaqafqaziyanın 

müxtəlif  şəhərlərinə  pənah  aparmışdılar.  Bu  zavallılar  torbaları  çiyinlərində, 

ağacları  əlində  aclıq  ölümündən  nicat  axtarıyordular.  Şamaxı  uezdində  olan  80 

ədəd  müsəlman  kəndləri  də  bu  müsibətlərə  düçar  olmuşdular.  “Bolşevik”  adı  il 

özlərini adlandıran quldur dəstələrindən özlərini xilas edən və türklərin istiqlaldan 

sonra öz  yerlərinə qayıdan minlərlə müsəlman öz yerlərini yandırılmış, mallarını 

talan edilmiş, mal-qaralarını sürülmüş gördülər. Bu bədbəxtlər eşidilməmiş bir fəqr 

və  ehtiyat  içindədirlər.  Onlar  o  dərəcədə  bədbəxtliyə  düçar  olmuşdular  ki, 

müavinət diləmgə də gücləri çatmyordu. Amma bununla bərabər hər gah kənardan 

müavinət olmasa bizim fəlakətimiz şübhəsizdir. Öylə kəndlər vardır ki, orada nə 

bir inək, nədəki bir cücə  yoxdur. Əhali pərişan bir halda əli qoltuğunda gəziyor. 

Soyuqdan, aclıqdan gündə onlarla adamlar ölüyorlar. Bu da şühbə xaricindədir ki, 

millət tərəqqi və təhalisinə və cəmaət işlərinin islahına çalışmağa əzm etmiş olan 

hökumət  Şamaxı  fəlakət  zədələrini  yadan  çıxarmayacaqdır.  Lakin  hökumət 

edəcəyi  bu  müavinət  və  rəhm  vətən,  xüsusən  müsəlmanları  məsuliyyətdən 

qurtarmaz. Onlar da yəni cəmaət də biqədər-qüvvə bu bədbəxt bu fəlakət zədələrə 

müavinət əlini uzatmalıdır. Vətəndaş müsəlmanlar, məhv olan Şirvanı xilas ediniz. 

 

Fövqaladə istintaq komissiyasının sədri 



Ələkbər Xasməmmədov 

 

“Azərbaycan”. 2 aprel 1919-cu il № 48 

 

 


61 

 

“Numuneyi imtisali bir gün “ 



 

Musavat  firqəsinin  təşəbbüsü  ilə  çağrılan  müsəlman  əmələ-konfransı 

martın 31-ni vətəni bir matəm üzrə elan və o günü ümumi təlil ilə keçirməyə qərar 

vermişdir. 

Müsalman  əmələsinin  bu  qərarına  Bakının  bütün  məhəllələri  kəza-tabe 

olub,  matəm  tətil  komitəsi  cəmbində  məhəllə  məscidlərinin  nümayəndələrindən 

ibarət  bir  şəhər  şöbəsi  təşkil  etdilər.  Bu  günə  məxsus  qəzetelər  nəşr  olundu. 

Azərbaycan  qəzetələri  ilə  Musavat  vasiteyi  nəşr-əfkarları  olan  qəzetələr  matəm 

nömrələri  çıxartdılar.  Matəm  səhər  saət  8-dən  axşam  saət  6-ya  qədər  təyin 

olunmuşdur.  Tətilə  müsəlman  olmayan  əmələ  təşkilatı  fasil  baxacaq.  Tətil 

müntəzəm  və  mütəşəkkil  bir  surətdə  gedəcəkmi?  İştə  Azərbaycan  paytaxtını 

düşündürən bir məsələ! 

Kəndilərini  bilməm,  hanki  həqqə  görə.  Bütün  Bakı  füqərayi-kasibəsinin 

nümayəndəsi adlandıran “raboçi” konfransı heyyəti idarəsi ilə keçmişdəki tətilləri 

idarə edən “silateçniy komitet” ağızlarına su almışlardı. 

26  bolşevik  komisarlarından  ötəri  ümumi  tətil  etdirmək  istəyən  və 

əllərində qara bayraqlar və Şaumyanın fotografı olaraq nümayişlər yapan  “fəhlə 

nümayəndələri”  on  minlərlə  şəhid  düşən,  bıgünah  mart  qurbanlarını  xatırlamaq 

üçün çox da tələsmək istəmiyorlardı. 

Nəhayət,  müsəlman  əmələlərin  qəti  qərarları  təsirindən  olmalıdır  ki, 

“raboçiy konfrans” idarəsi ayın 31-ə deyil, 30-nu matəm günü və bu münasibətlə 

mitinqlər  tərtibini  elan  elədi.  Fəqət,  nə  mitinqlərə  gələn  oldu,  nə  də  mitinq 

çağıranlar  özləri  gəldi.  Onlar  bildikləri  kibi  mart  faciyəsinə  gözəyarı  baka 

bilərlərdi.  “Raboçiy  konfrans  “  idarəsində  hagdaş  quran  bolşevik  idarə  rəislər 

“mart gününü” matəm deyil bacarsalar da “bayram “ edə bilərdilər. Onun üçün 

də  onlar  matəmin  rövnəq  keçməsinə  çox  əhəmiyyət  verməmişlərdi.  Fəqət  türk 

demokratiyası kəndi qərarında sabit qədəm idi. Onun macərapərəst politikanlarla 

işi yox idi. O martın 31-də kəndi qüvvələrini göstərəcək mart şühədasını matəmi 

ilə müvəffəqiyyətsiz milinqlər yapmaq sürətiylə oynamaq mümkün olmadığını isbat 

edəcək. 

O  bu  gün  bütün  həyatı  durduracaq,bununla  kəndisinin  nə  gibi  xatirə 

saylar bir qüvvət olduğunu bildirməklə bərahər martda tökülən nahəq və məsum 

qanların  dəxi  ağız  sürütdirmə  “matəmə”yad  olunacaq,  “əhəmiyyətsiz”  bir  vaqiə 

olmadığını bütün cahanə qarşı elan edəcəkdir. 

Martın  31-i  yaxınlaşıyordu.  “Raboçiy  konfransı”  rəisləri  içlərində 

mövcud olan az-çox mətləb anlayanlarının “sözünə baxaraq” martın 30-da matəm 

mitingləri elan etmişkən bir də 31-ni matəm günü və eyni zamanda da tətil elan 

etdilər. Fəqət, tamamilə Musavata tabe olmamaq üçün olmalıdır ki, tətilə saət 6-

dan deyil, saət 12-dən etibarən qərar verdilər. Fəqət, gecə saət birdə çap olunan 


62 

 

bu elan bitəb rayonlarda saət 12-dən sonra çatacaq. Əmələlərin əksəri tərəfindən 



bir  türlü  anlaşılmayacaqdır.  Çünki  bir  gün  əvvəl  nəşr  olunan  müfəssəl 

vərəqələrində  tətildən  bir  kəlmə  olsa  da  bəhs  olunmamış,  biləks  məsələdən 

tamamilə başqa bir ruh ilə danışılmışdır. 

Matəm  günü  gəldi.  Səhər  saət  6-dan  bütün  əmələ  rayonları  “xəbərdar” 

borusunu  çalaraq  mədənlər  dayandı.  Şəhərdə  bir  danə  olsa  da  açıq  dükan  yox, 

fayton, araba, hammal tapılmaz. 

Kimlər  matəm  əlaməti  olaraq  bayraqlarını  yarıya  endirmiş,  şəhərdə  və 

mədənlərdə böyük bir sükut... 

Məscidlərdə pəsməzar məclisləri. 

Saət 2 radələrində Təzəpir məscidinin həyəli cəmi qəfır ilə dolmuş, Yasin, 

Fatihə nitqlər matəm -tətil komitəsinin bəyani-təziyyəti. 

Bilafərqi-millət  və  məzhəb  şəhərlə  mədənlərin  bütün  süknası  matəm 

halında... 

“Zabastovka” tarixi ilə aşina olanlar söylüyorlar ki, Bakı bu vaktə qədər 

böylə bir tətil görməmiş! 

Aşura  günü  belə  bu  dərəcədə  keçməmişdir.Hər  “zabastovka  “  da  az 

olsun, çox olsun işə şətəl qatanlar daima görülməmişdir. 

Fəqət, bu dəfə bilaixtilaf hər kəs vaqe olan dəvətə ləbbeyk demiş, işindən 

əl çəkmişdir. Aşura yalnız müsəlmanlara məxsus ikən, bu gün Azərbaycanın vətəni 

bir matəm olduğundan bütün azərbaycanlılar matəm saxlamışlardı. 

Bugünə  mən  matəm  günü  deyil,  birlik  günü  deyəcəm,  Görüldü  ki,  türk 

demokratiyası istər və ittihadlə bir məqsədə əzm edərsə də kəndisi ilə həmkar olan 

demokratıya dəxi onunla bərabər olur. 

Ayağının  altını  boş  görən  “raboçiy  konfrans  “  son  saətdə əqlə  gəldisə, 

rus  əmələlərindən  bir  çoxu  rayonlarında  daha  iki  gün  əvvəl  müsəlman 

yoldaşlarına  gələrək  onlarla  bərabər  tətil  edəcəklərini  bildirmiş  idilərdi. 

“Zabastovka” texnikasını bilənlər böylə bir tətil keçirmək müdrətən mümkün olur 

diyorlardı. 

Bütün gün kimsəyə təərüz edilməmiş, cuzi də olsa bir hadisə çıxmamışdır. 

Tətil ideal bir şəkildə icra edilmişdir. Tətilin idrak və disiplin üzərinə icra 

edildigi  köprü  hamballarının  əsəri-həmiyyətləri  kimi  parlaq  vaqeələrlə  isbat 

edilmişdir. 

Bu gün ki, tətil türk demokratiyasının, müsəlman cəmaətinin nə dərəcədə 

təşkilat  və  intizam  qabiliyyətinə  malik  olduğunu  aşkar  etmişdir.  Bu  qabiliyyəti 

tərbiyə edən, onu doğru və salim biryola salan həqiqi millət mənfəəti ilə çalışan 

siyasi  firqələrimiz  fəaliyyəti  və  təşəbbüslərini  artırar  və  hərəkətlərində  ciddi 

olurlarsa  o  zaman  Azərbaycan  paytaxtında  füqarayi-kasibə  naminə  işləyib  də 

hərəkətlərində Azərbaycan ruh və məqsədi ilə uyuşa bilməyən təşkilat əhəmiyyət və 

mənasını qayib edər. 


63 

 

1919 sənəsi mart matəmində xalqımızda görülən təşkilat istedadını hüsnü 



istifadə  etmək  heç  şübhəsiz  ki,  1918  sənəsi  mart  şühədasını  ruhi  məzlumini  razı 

salacaq ən böyük mükafat ən gözəl ehsandır. Buna çalışalım. 1919 yü martın 31-i 

bizə birlik və ittihad üçün bir nümuneyi imtisal təşkil eyləsin. 

 

M.Ə.Rəsulzadə 

“Azərbaycan”. 2 aprel 1919-cu il №

 

148

 

 

 

 

 



 


64 

 

Mündəricat 

 

Giriş ........................................................... Ошибка! Закладка не определена. 



Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı ................................................ 5 

“Qardaş qayğısı” ............................................................................................... 12 

Qan dəryası ....................................................................................................... 18 

Qanlı günlər ...................................................................................................... 20 

Bakının mart hadisəsi ........................................................................................ 21 

Azəri türkləri ..................................................................................................... 23 

Mədəni bir zərbə ............................................................................................... 25 

31 mart soyqırımına və Qafqaz İslam Ordusu hərəkatına işıq salan kitab ............ 27 

Seydağa Axunzadə “Mart hadisəsi 1918-ci il” .................................................... 34 

Mart hadiseyi-ələmiyyəsinin müxtəsər ............................................................... 46 

18-31 mart ........................................................................................................ 53 

31 mart.............................................................................................................. 55 

Matəmli gün ...................................................................................................... 58 

Müraciətnamə ................................................................................................... 60 

“Numuneyi imtisali bir gün “ ............................................................................. 61 

 

 



 

 

 



 

 

 




65 

 

Akif Aşırlı 



 

 

 

31 mart soyqırımı: 

1918-1920-cı illər mətbuatında 

 

 



 

Direktor: prof. N.B.Məmmədli 

 

Yığılmağa verilmiş 07.02.2011. 



Çapa imzalanmış 18.03.2011. 

Şərti çap vərəqi 6,2. Sifariş Ns 55 

Kağız formatı 60x84 1/16. Tiraj 500 

 

 



Kitab “Nurlan “ nəşriyyat-poliqrafiya müəssisəsində 

hazır diapozitivlərdən çap olunmuşdur. 

 

 

 



E-mail: nurlan1959@gmail,com 

Tel: 497-16-32; 050-311-41-89 

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 

 

 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə