Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   ...   22

 

İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir 



ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”. Qırğınları icra 

edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə 

azərbaycanlı  qətlə  yetirildi  və  sonra  qətliamlar  şəhərin  müsəlmanlar  yaşayan 

hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə 

tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı 

hissəsi ilə əlaqə kəsilib. 

3  gün  ərzində  Bakı  qan  gölünə  çevrildi.  Uşaq,  qoca,  qadın  bilmədən 

qarşılarına  keçənləri  qətlə  yetirən  bolşevik-daşnak  birləşmələri  bəzən  insanları 

diri-diri alovlanan  evlərin  içinə  atırdılar.  Küçələr,  evlər  parçalanmış  qadın,  qoca, 

uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları 

talan  edilirdi.  Bakı  əhalisinin  3  gün  aramsız  qətlini  gözləri  ilə  görüb  bu  barədə 

kitab  yazan  Seyidağa  Axundzadə  qeyd  edir  ki,  şəhəri  bürüyən  tüstüdən  qırğının 

miqyasını  təyin  etmək  olardı:  “Daşnak  firqəsi  əllərinə  düşən  müsəlman  övrət  və 

uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin 

icrasına  qədər  varmışlar”.  Hamilə  övrətlərin  bətnində  olan  məsum  səbilləri 

(uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfidən vaqe 

bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə 

yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”. 

İnsanların kütləvi  qırğına  məruz  qalmasını,  erməni  vəhşətlərini  gözü  ilə 

görən  Məhəmməd  adlı  bir  şəxs  “Azərbaycan”  qəzetində  “Saralmaz  yaralarımız” 

sərlövhəli  məqalədə  yazırdı:  “Küçələr  meyitlərlə  dolmuşdu.  Quba  meydanından 

(indiki Füzuli meydanı nəzərdə tutulur - A.A) Nikolayevski hazırkı “İstiqlaliyyət” 

küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı. 

Uşaq,  böyük,  arvad,  kişi  -  heç  kəsə  fərq  qoyulmadan  hamısını  qətl 

edirdilər.  Müsəlmanların  ev,  dükan  və  mağazaları  yandırılmışdı.  Bir  müsəlman 

həyətinə  daxil  olub  burada  30-dan  40-a  qədər  uşaq,  arvad,  kişi  cənazələrini 

gördüm. Müsəlmanlarm tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”. 

Bu  qanlı  olayları  öz  səhifələrinə  köçürən  milli  mətbuat  orqanlarımız 

soyqırımın  təfərrüatına  vararaq  yazır:  “Bütün  vəhşət  və  zalımlıqları  sayıb-

qurtarmaq  olmaz.  Bunu  bilirəm  ki,  bolşeviklərin  öz  hesabına  görə,  8  min  islam 

qırılmışdı.  Bu  yalandır.  Çünki  onlar  ətrafda,  kəndlərdə  qırılanları  hesaba  daxil 

etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla 

üzləşdi.  Nəvai  kəndinin  tamamən  yerlə-yeksan  olduğu,  əhalisinin  məhv  edildiyi 

barəsində də mətbuatda məlumat dərc edilib. 

İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni 

vəhşiliyinin bariz nümunəsi idi. Xəstəxanada yatan bir yaralı jurnalistə  öz başına 

gələnləri  nəql  edərək  söyləyir  ki,  9  nəfər  araba  ilə  gedən  zaman  yolda  erməni 

silahlılarına  rast  gəlirlər:  “Yolda  bir  neft  quyusunun  yanında  bizi  saxladılar.  5 

şəhərlini  diri-diri  quyuya  tullayıb  bizi  də  gülləbaran  etdilər.  Mənim  3  yoldaşım 



 

öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli 



yerdən uzaqlaşdım. Yolda bir həmişəri mənı saxlayıb xəstəxanaya apardı”. 

Hadisələr  səngiyəndən  sonra  yalnız  martın  25-də  “Vulkan cəmiyyətinin 

köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi. 

“Azərbaycan”  qəzeti  1919-cu  ilin  martın  31-də  147-ci  sayında  “Mart 

hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan 

və  Arekyanın  rəhbərlik  etdikləri  dəstənin  Bakıdan  öncə  Şamaxıda  qırğınlar 

törətdiklərini  və  bu  xəbərin  Bakıda təşviş  yaratdığını  yazır:  “Martın  16-da xəbər 

gəldi  ki,  bolşevik  soldatları  Şamaxıya  hərəkət  edərək  intizamsızlıq  salıb,  yolda 

qabaqlarına  gələn  müsəlman  kəndlərini  o  cümlədən  Ağdərə,  Novxanlı,  Qarxunlu 

kəndlərini  qarət  edib  müsəlmanları  qırırlar”.  Martın  17-də  Bakıya  xəbər  çatır  ki   

Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. 

“Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 

yaşından  50  yaşınadək  olan  Şamaxı  erməniləri  bolşeviklərin  Qırmızı  ordusunun 

tərkibinə qatılmışdırlar. Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: 

“Şamaxı şəhəri bütünlüklə yanıb”. 

Milli  mətbuatımızda  Bakıda  törədilən  qırğınlarla  yanaşı,  Şamaxıda  7 

mindən  çox  müsəlmanın  qətlə  yetirilməsinə  diqqət  yönəldilib,  kəndlərində 

ermənilərin törətdikləri vəhşiliklər qələmə alınıb. 

“Azərbaycan”  qəzeti  Şamaxı  qırğınında  iştirak  edən  bolşevik-erməni 

silahlı  birləşmələrinin  sayını  da  göstərir:  “Şamaxı  mahalına  bir  qitə  göndərilib, 

əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”. 

Bakı  və  ətraf  bölgələrdə  törədilən  soyqırımın  sinfi  deyil,  milli  qırğın 

olduğunu,  minlərlə  insanın  qətlə  yetirildiyini  görən  N.Nərimanov  Şaumyana  və 

Çaparidzeyə  sərt  ittiham  dolu  məktub  göndərdi:  “Siyasi  mübarizə  axırda  milli 

mübarizə  yolu  alıbdır.  Bu  halət  Şura  hökumətinə  ləkə  salıb  onu  qara  örtük  ilə 

bürüyür.  Hərgah  siz  bu  yavuq  vaxtda  bu  qara  örtüyü  cınb,  bu  ləkəni 

təmizləməsəniz,  bolşevik  fikri  və  Şura  hökuməti  burada  davam  edə 

bilməyəcəkdir”.  Top-tüfənglə  qurulan  hakimiyyətin  ömrünün  çox  qısa  olacağını 

yazan  N.Nərimanovun  uzaqgörənliklə  söylədiyi  fikir  çox  keçmədi  ki,  özünün 

təsdiqini  tapdı.  Tiflisdə  noyabrın  12-də  yalnız  bir  sayı  işıq  üzü  görən  “Qardaş 

qayğısı”  qəzeti  bütövlükdə  Şamaxı  və  Bakıda  ermənilərin  törətdikləri  qırğınlara 

həsr  olunub.  Böyük  formatda,  iki  səhifəsi  ərəb  qrafikalı  Azərbaycan  əlifbasında, 

iki səhifəsi rusca nəşr olunan qəzet "Turan" Gənclər Təşkilatı tərəfindən xeyriyyə 

məqsədi üçün nəşr edilib. Qəzet erməni bandalarının Bakıda, İrəvanda, Şamaxıda 

törətdikləri  qeyri-insani  hərəkətləri,  vəhşilikləri  emosiyasız  təsvir  edə  bilmir; 

"Xunxan erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız 

uşaqlarını dizlərinin üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat olurlar 

idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini məscid həyətinə yığıb siyirmə 

xəncər bunların üstünə düşüb vay həsrəta ilə doğramışlar". 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə