Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Azərbaycanlılara  qarşı  bütün  vəhşi  üsullardan  istifadə  edən  erməni-



bolşevik  birləşmələri  Şamaxının  ən  qədim  tarixə  malik  məscidini  yandırmışlar. 

"Azərbaycan" qəzeti yanmış məscidin şəklini öz səhifələrində dərc etməklə tarixdə 

ermənilərin  xalqımızın  milli-mənəvi  dəyərlərinə  qarşı  oynadıqları  rolu  bir  növ 

faktlaşdırıb, bu günümüzə çatdırmışdı. 

Şamaxının  yalnız  xarabalıqlarının  qaldığını  yazan  milli  mətbu 

nümunələrimiz  sağ  qalan  insanların  yaşayışını  bu  cür  təsvir  edir:  "Biçarə 

şamaxılılar,  öz  isti  ocaqlarını  buraxıb  yağış-yağmurun  altında  bu  səhraları  ata-

oğlunu,  ana  qızını  gözlərinin  yaşını  tökə-tökə  axtarırlardı".  Şamaxıdan  didərgin 

düşən,  Bakıya  və  ətraf  bölgələrə  sığınanların  siyahısı  1918-ci  ilin  iyununda 

"Hümmət" qəzetinin 6 nömrəsində "Şamaxı qaçqmlarının siyahısı" adı altında çap 

etmişdir. 

Şamaxı  qəzasında  80-ə  yaxın müsəlman  kəndi  yerlə-yeksan  olunmuş,  8 

əsr  yaşı  olan  Cümə  məscidi  yandırılmışdı.  Bu  bölgədə  törədilən  qanlı  olaylarla 

bağlı  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaratdığı  föaqəladə  təhqiqat 

komissiyasının sədri Ələkbər bəy Xasməmmədov "Çağırış" məqaləsində bu barədə 

geniş məlumat verir. 

"Zaqafqaziya  tarixçəsinin  qanlı  səhifələri"nə  toxunan  "Qardaş  qayğısı" 

qəzeti İrəvan quberniyasında 42 kəndin viran olduğunu  yazır. Həmçinin İrəvanda 

199 kəndin yerlə-yeksan olunduğunu, müsəlman yurduna ermənilərin koçürüldüyü 

də bu mətbu orqanda əksini tapan mühüm faktlardandır. 

Ermənilərin  Bakıda,  Şamaxıda  törətdikləri  soyqırım  aktları  sırasına 

ziyahların məhvi planları da daxil idi. Bu barədə 1918-ci ilin martından sentyabra 

kimi Bakıda olan M.Ə.Əfəndinin Tiflisdə "Qardaş qayğısı"nın müxbirinə verdiyi 

açıqlamada  bu  barədə  kifayət  qədər  məlumatlar  var.  M.Ə.Əfəndi  söyləyir  ki, 

Bakını bürüyən qətllər zamanı ennənilər evbəev gəzib müsəlmanları yığırdılar və 

naməlum  bir  yerə  aparırdılar:  "Çox  vaxt  aparılan  ziyalı,  oxumuş  müsəlmanların 

meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək 

mümkün  olmayırdı".  Şahid  misallar  da  çəkirdi:  "İki  doktor  Kərim  bəy,  Balabəy 

Sultanovlar heç  tapılmadı.  O  cümlədən T.V.Qulubəyov  da  itdi.  Meyitaxtaran  bir 

dəstə bir quyuya rast gəlir. Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, 

uşaq meyiti var imiş. İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi 

çıxırmış.  Bir  nəfəri  quyuya  salırlar.  Fəqət  o  tez  çıxarılmasını  rica  edir.  Zira, 

durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılardan 

məlum olmuşdur ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur". 

Ermənilərin Şamaxıya hücumu zamanı evinə od vurulmuş Azərbaycanın 

böyük  mütəfəkkiri,  milli  şair  Abbas  Səhhət  şəhəri  tərk  edib  Gəncə  istiqamətinə 

qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olunmuş, mənəvi-psixoloji sarsıntı 

keçirmiş,  az  sonra  Gəncədə  vəfat  etmişdi.  Bu  barədə  o  dövrün  mətbuat 

səhifələrində  məlumatlar  var:  "İslam  aləmi  Abbas  Səhhət  kimi  böyük  ədibi  bu 



10 

 

Milli qəzetlərin çapının 



dayandırılması haqqında Şaumyanm əmri 

 

bandalara qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər 



qətl  olunmuşlar".  A.Səhhətin  ermənilər  tərəfindən  qarət  olunması,  ağır  psixoloji 

sarsıntı keçirməsi və bu səbəbdən vəfatı barədə "Azərbaycan" qəzetinin 13 noyabr, 

1918-ci il tarixi sayında da məlumat verilir. Azərğaycan mətbuat tarixində bir sıra 

solyönümlü qəzetlərin əməkdaşı, həmçinin “Tuti” məzhəkə jurnalının təsisçisi və 

redaktoru  olan  Cəfər  Bünyadzadə  də  ermənilərin  törətdiyi  qətliamın  qurbanıdır. 

Onun  qətlinə  səbəb  bolşevik  cildinə  girən  ermənilərin  Bakı  və  ətraf  kəndlərdə 

törətdikləri  vəhşiliklərə  etiraz  etməsi  və  mətbuatda  bununla  bağlı  məqalələr 

yazması  idi.  C.Bünyadzanin  qardaşı  Dadaş  Bünyadzadə  ona  başsağlığı  verənlərə 

etdiyi minnətdarlıq məktubunda bildirirdi:  “Bir il bundan əqdəm  “Tuti” məzhəkə 

jurnalının  müdiri,  baradərim  Cəfər  Bünyadzadənin  erməni  daşnaksütyunları 

tərəfindən  qətl  olunduğunu  eşidib-bilən  yoldaşların  Həştərxandan  qayıtdıqdan 

sonra  təəssüf  məktubları  almaqdayam.  Bu  teleqram  və  məlumatlar  çox 

olduğundan,  ayrı-ayrı  cavab  vermək  mümkün  olmadığına  görə,  məktub  və 

teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm”. Müsəlman 

Milli  Şurasının  sədri  Əlimərdan  bəy  Topçubaşov  da  ermənilərin  hədəf  aldığı 

ziyalılardan  idi.  Bakı  qırğınından  sonra  onu  həbs  edib,  aradan  götürmək 

istəyirdilər.  Şaumyanın  tapşırığına  əsasən  həbs  olunan  Ə.Topçubaşovun  azad 

olunması üçün Nəriman Nərimanov böyük səy göstərdi, danışıqlar apardı. Sonda 

onu  həbsxanadan  buraxdırdı.  “Hümmət”  qəzeti  Bakı  ziyahları  arasında  nüfuz 

sahibi  İbrahim  bəy  Heydərovun  da  doktor  N.Nərimanovun  səyi  ilə  azad 

olunacağını xəbər verirdi. 

Müsavat          Partiyasının          sədri          M.Ə.          Rəsulzadə          və 

həmməsləkləri,  o  cümlədən  Seyid  Hüseyn  soyqrım  günləri  ermənilər  tərəfindən 

hədəfə  alındı.  Rəsulzadə  və 

ətrafında 

olan 


ziyalıları 

mühasirəyə 

aldılar. 

Bu 


barədə  S.Hüseyn,  “İstiqlal” 

qəzetində  məlumat  verirdi 

ki, mühasirəni birtəhər yarıb, 

təhlükəsizliyini 

qorumaq 

üçün  gizlənməyə  məcbur 

oldu,  həmin  günlər  erməni-

daşnak 


birləşmələrinin 

şəhərdə  törətdikləri  kütləvi 

qətillər,  Azərbaycanın  milli-

mənəvi  dəyərlərinin  simvolu 

olan 

“İsmailiyyə” 



binasının 

yandırılması, Təzəpir məscidinin  




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə