Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   ...   22

11 

 

top  atəşlərinə  tutulması  barədə  xəbərlər  eşidib,  ciddi  narahatlıq 



keçirdiyini,  hətta  yaxın  qohumlarından  9  nəfərin  qətl  edildiyini  yazır:  “Yaxın 

əqrabamızdan 3 qadın, 2-si cocuq  olmaq üzrə bir evdə 9 nəfərin kəsildiyini  belə 

öyrənmişdim”.  Təkcə,  bunlara  mütəəssir  olmadığını,  “İsmailiyyə”  binasının 

yandırıldığından  psixoloji  sarsıntı  və  böyük  kədər  hissi  keçirdiyini  deyən 

S.Hüseyn  yazırdı:  “Bizim düşmənlərimiz başımıza işbu fəlakət açdıqları kibi hər 

şey açarlar. Hətta məscidlərimizi, ibadətgahlarımızı da dağıdıb xarabazara döndərə 

bilərlər.  “İsmailiyyə”yə  isə  toxunmazlar.  Çünki  o  böyük  bina  bizim 

məqsədatımızdır. Amalımızdır”. 

Azərbaycan  jurnalistikası  tarixində  “İsmailiyyə”  mövzusu  1918-1920-ci 

illər Cümhuriyyət dövrü və mühacirət mətbuatımızda tarixləşdi. Qətlə yetirdikləri 

30  mindən  çox  azərbaycanlının  qanı  və  sümükləri  üzərində  hakimiyyətə  gələn 

bolşeviklər  “İsmailiyyə”  binasının  sökülməsini,  Azərbaycan  xalqının  istiqlal 

arzularını bu möhtəşəm binanın timsalında yox  etmək arzusu çin olmadı. Qardaş 

Türkyə  və  Azərbaycanın  milli  hərbi  qüvvələrinin,  çoxsaylı  Azərbaycan 

könüllülərinin  formalaşdırdığı  Qafqaz  İslam  Ordusu  erməni-bolşevik  planını  yox 

etdilər.  1918-ci  illin  sentyabrın 15-də  Qafqaz islam  Ordusunun  6  aylıq  savaşı  ilə 

Azərbaycan öz istiqlalına qovuşdu. 

Mart  soyqırımı  tək  hüzn-matəm  günü  deyil,  millətin  istiqlalı  uğrunda 

şəhid olduğu gündür. 



12 

 

“Qardaş qayğısı” 31 mart soyqırımına həsr olunan qəzet 

 

Mətbuat  informasiya  mənbəyi,  ictimai  maarifçilik  institutu  olmaqla 



bərabər  həm  də  tarixi  salnamədir.  Tarixin  müxtəlif  dövrlərinin  öyrənilməsində 

həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, 

ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi 

tutumunu  zənginləşdirir.  Azərbaycan  tarixinin  öyrənilməsində,  ictimai-siyasi 

proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi 

tədqiqatçıların  elmi  araşdırmalarında  əhəmiyyətli  yer  tutur.  Xalqımızın  azadlıq, 

istiqalliyyət  mücadiləsi,  dövrün  çətinliklərinə  qarşı  mübarizəsi,  ictimai-siyasi 

mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır. 

Azərbaycan  tarixşünaslığında  erməni-bolşevik  birləşmələrinin  1918-ci 

ilin  31  martında  xalqımıza  qarşı  törətdiyi  faciələr  arxiv  materialları,  Qərb 

alimlərinin bu mövzuda yazdıqları kitab və elmi tədqiqat əsərləri ilə tədqiq olunub 

və  bu  gün  də  araşdırmalar  davam  etməkdədir.  31  mart  soyqırımının  tədqiqində 

əvəzsiz  mənbə  kimi  1918-1920-ci  illərdə  nəşr  olunan  Cümhuriyyət  dövrü 

mətbuatının  materialları,  çap  olunan  siyasi  yazılar,  şahid  ifadələri  bu  faciənin 

tədqiqinin əhatəli aparılmasında əsas mənbəələrdir. 

Çox təəssüf ki, 31 mart soyqırımının araşdırılmasında çox məhdud sayda 

Cümhuriyyət dövrü mətbuat nümunələrinə istinadlar var. Nə fayda ki, 1918-ci ildə 

nəşr  olunan  “Azərbaycan”  qəzetindən  başqa  digər  mətbu  orqanlardakı  yazılara, 

siyasi  münasibətlərə  geniş  yer  verilmir.  Bu  da  həqiqətdir  kı,  1918-ci  il  mart 

soyqırımından  sonra  Azərbaycanda  anadilli  mətbuat  orqanları  da  “soyqırıma” 

məruz  qaldılar.  “Kaspi”  və  “Açıq  söz”  qəzetləri  redaksiyaları,  Orucov 

qardaşlarının  elektrik  mətbəəsi  yandırıldı,  hətta  bu  mətbu  orqanların  sırasına  bir 

neçə “neytral” rusdilli qəzet və jurnallar da daxil edilərək qapadıldı. Ancaq həmin 

vaxt  Tiflisdə  nəşr  olunan  anadilli  mətbu  orqanlarımızı  diqqətdən  kənarda 

saxlamamalı,  onların  tədqiqata  cəlb  olunmasını  həyata  keçirməliyik.  Çünki 

Azərbaycan tarixinin olduqca ziddiyyətli və həmçinin qürurla öyündüyümüz 1918-

1920-ci illər mətbuatı bu dövrün tədqiqi üçün əvəzsiz mənbəələrdir. 

Bu  yaxınlarda  Azərbaycan  Siyasi  Sənədlər  Arxivində  çalışdığını  zaman 

1965-ci  ildə  filologiya  elmləri  doktoru  Nazim  Axundovun  çap  etdirdiyi 

“Azərbaycan  dövrü  mətbuatı  (1832-1920)-ci  illər”  bibloqrafiyasında,  hətta  bir 

nüsxəsi belə aşkarlanmayan qəzetlərin adları, nəşr tarixi, baş redaktor və yaradıcı 

heyəti haqqında da məlumatlar olsa da adı bu siyahıda qeyd edilməyən bir qəzetə 

təsadüf etdim. Doğrusu, bu nadir tapıntının əldə olunması tarixi həqiqətlərin əksi 

üçün  çox  vacib  bir  işdir.  Ona  görə  ki,  bu  nəşr  tamamən  1918-ci  il  31  mart 

soyqırımını  özündə  əks  etdirir  və  dərc  olunan  yazılar  bu  faciənin  miyqası, 

başvermə  səbəbləri,  erməni-bolşevik  birləşmələrinin  ermənizm  ideyasını  birgə 

necə həyata keçirdikləri bəlli olur və həmçinin istiqlalına yenicə qovuşan  



13 

 

 



 


14 

 

Azərbaycana  qarşı  aparılan  erməni  siyasəti,  bu  siyasətə  rəvac  verən, 



Tiflisdə  nəşr  olunan  rus-gürcü  mətbuatının  təbliğatına  qarşı  yazılanlar  öz  əksini 

tapır. 


Türk  Gənclər  Təşkilatı  tərəfindən  1918-ci  ilin  12  noyabrında  yalnız  bir 

nüsxəsi işıq üzü görən qəzet “Qardaş qayğısı” adı ilə “heyrəti-təhriyyə” tərəfindən 

Tiflisdə nəşr olunub. Redaksiya heyətinə milli məfkurə sahibi, istiqlal və mətbuat 

tariximizi  dəyərli  əsərlərindən  öyrəndiyimiz  Mirzə  Bala  Məhəmmədzadə,  o 

cümlədən  Xanım  Sultanova,  Ələkbər  Zeynallı  daxil  idilər.  Bakının  1918-ci  il 

sentyabr  ayının  15-də  bolşevik-daşnak  hərbi  birləşmələrindən  azad  olunması 

münasibəti  ilə  işıq  üzü  görən  “bir  günlük  qəzet”  böyük  formatda  2  səhifəsi 

Azərbaycan dilində, iki səhifəsi isə rusca oxuculara çatdırılıb. Qəzetin manşetində 



“Rahat  uyuyunuz,  ey  nahaq  qurbanlar,  rəhmətlər  sizə”  fikri  ilə  yanaşı, 

“Azərbaycan  istiqlaliyyəti  uğrunda  qırılmış  qurbanları  türk  gəncləri  hörmət  ilə 

xatırlar”  ifadəsi  də  böyük  hərflərlə  əks  olunub.  Qiyməti  2  manat  olan  qəzetin 

satışından yığılan vəsaitin 1918-ci ildə Bakı və Şamaxıda “zərərdidə olanlara sərf 

olunacağı” xəbəri 2-ci səhifənin başlıq hissəsindən bəlli olur. 

Qəzetin niyə mart faciəsindən sonra deyil, məhz noyabrın 12-də işıq üzü 

görməsinin  səbəbi  yazılardakı  faktlarla  aydınlaşır.  1918-ci  il  noyabr  ayında 

Mudros  barışığına  əsasən  Qafqaz  İslam  Ordusunun  Azərbaycanı  tərk  etməsi 

istiqlalımızın  düşmənlərini  sevindirməyə  bilməzdi  və  bununla  da  əks-təbliğata 

keçmişdilər.  Müttəfıq  qoşunların  komandanı  Tomsonun  gəlişi  ilə  Bakının 

bolşevik-daşnak 

və 


ingilis 

hərbi 


birləşmələrindən  

azad  olunduğu  gün,  guya  ermənilərə  qarşı  qətliam  həyata  keçirildiyi  kimi  əsası 

olmayan  fikirlər  dövriyyəyə  gətirilmişdi.  Qafqaz  İslam  Ordusu  komandanlığının 

etnik  ayrı-seçkilik  salmadığı,  sadəcə  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Türkiyə 

arasında bağlanılan 4 iyun müqaviləsinə əsasən Azərbaycanın sərhəd bütünlüyünü 

qoruduğu  hüquqa  söykənən  fakt  olduğundan,  ermənilər  soyqırım  xülyasını  işə 

salmağa çalışdılar. Tiflisdə Türkiyənin Şərq orduları komandanı Xəlil Paşadan və 

Azərbaycan  Xalq  Cümhuriyyəti  liderlərindən  bolşeviklərə  aldanaraq  Bakıda, 

Şamaxıda  müsəlmanlara  qarşı  soyqırım  törətdiklərinə  görə  üzrxahlıq  edən 

ermənilər  indi  Tiflis  mətbuatında  15  sentyabr  döyüşlərində  guya  ermənilərin 

qırıldığını  bəyan  edir,  bu  yalanlan  ciddi  şəkildə  siyasi  müstəviyə  çıxarmağa 

çalışırdılar. Yaranmış bu vəziyyətdə Azərbaycan ziyalıları, milli mövqeli ya 

zarlar  elə  Tiflisdə  ermənilərin  və  onların  yalanlarının  müdafiəçisi  olan 

siyasətçilərin  yadına  31  martda  Bakıda  18  min,  Şamaxıda  7  min  müsəlmanın 

qətliamını xatırlatmalı oldular.  “Qardaş qayğısı” qəzetinin nəşrinin səbəblərindən 

biri  bu  idi.  Digər  səbəb  isə  31  mart  soyqırımının  xalqın  yaddaşında  tarixən 

yaşamasının  təmini  və  gənc  nəslin  faciələrimizi  unutmamağa  bir  çağırış  idi. 

Qəzetdə  dərc  olunan  məqalələrin  başlıqları  1918-ci  ilin martın 31-dən aprelin  2-

dək davam etdirilən, bəşər tarixində eyniyyətinə çox az təsadüf edilən soyqırımın 

 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə