Akif Aşırlı



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix01.09.2018
ölçüsü3,25 Mb.
#66653
1   2   3   4   5   6   7   8   9   10   ...   22

17 

 

uşaqlarını  dizlərinin  üstünə  mindirib  keyfləndirib  namusuna  təcavüz  etdikdə 



təsəliyyat olurlardı”. 

Sözlə  ifadə  etməkdə  çətinlik  çəkdiyimiz  bu  cür  vəhşilikləri  törədən 

erməni daşnaklarının Şamaxıda 400 qocanı məscidə yığaraq xəncərlə doğraması da 

tükürpədici  faktlardan  biridir:  “Erməni  bandaları  daha  islamlara  nə  etmədilər? 

Erməni bandaları Şamaxıda islamların müqəddəs məscidlərinə kimi yandırıb məhv 

etmişlər. Bir böyük minillik Şamaxıdan imdi bu saətlikdən ancaq bir məzarıstana 

bənzər yanmış uçuq xərabələr taparsmız”. 

Binəva ləqəbli müəllif ermənilərin Şamaxıya hücumu zamanı böyük ədib 

Abbas Səhhətin həyatını itirdiyi faktını da dilə gətirir: “İslam aləmi Abbas Səhhət 

kimi  böyük  bir  ədibi  bu  bandalara  qurban  vermişdir.  Bununla  böylə  bir  neçə 

doxturlar, cavan-qoca alimlər qətl olunmuşlar”. 

Bütün  bu  tökülən  nahaq  qanların  cavabını  sormaq  üçün  üzünü  millətə 

tutan  müəllif  yazır:  “Bəsdir,  nə  vəqtə  qədər  yatıb  dalda,  arxada  qalacaqsan,  ey 

yazıq  millət?  Nahaq  yerə  ölən  sən,  xainlərin  gülləsinə  düçar  olan  sən,  başımız 

qalıb ayaqlar altında, tapdalanan sən. Bu gün də genə müqəssir olan sən”. 

“Qardaş  qayğısı”nın  rusca  nəşr  olunan  2  səhifəsi  də  Azərbaycan 

türkcəsindəki  məqalələrdəki  faktlar  sadalanır,  Tiflis  mətbuatının  hadisələrə 

birtərəfli  münasibəti  pislənilir.  15  sentyabr  hadisələrinə  münasibətdə 

“provakasiya”  xarakterli  məqalələr  dərc  edən  Tiflis  qəzetlərinin  müəlliflərinə 

1918-ci il 31 martında ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi 

qırğın faktları xatırladılır: “Şərqi Zaqafqaziyada gürcülər üçün Tiflis nə dərəcədə 

əhəmiyyət daşıyırsa, müsəlmanlar üçün Bakı da o qədər mühümdür”. 

Andronikin  İrəvanda,  Şuşada,  Qarsda,  Ərdəhanda  müsəlmanlara  qarşı 

törətdiyi  kütləvi  qətlləri,  amansız  davranışları  diqqətə  gətirən  yazıda  müəllif  31 

martda  Bakıda  10  minlərlə  silahsız  müsəlmanın  qətlinə  Tiflis  mətbuatının, 

siyasətçilərinin niyə susduqlarını sual edir. 

“Qardaş qayğısı”nda dərc olunan digər yazılarda da 31 mart soyqırımının 

ayrı-ayrı detallarına aydınlıq gətirilir, müəlliflər tarixşünaslığımıza bu günə qədər 

bəlli olmayan faktları sadalayırlar. 

Azərbaycan  xalqının  başına  gətirilən  bu  qanlı  faciənin  öyrənilməsi, 

qəzetdəki  faktların  elmi  araşdırmaya  gətirilməsi  üçün  “Qardaş  qayğısı”  qəzeti 

tarixçilərimiz üçün yeni bir mənbəədir. 




18 

 

 



Qan dəryası 

 

Zalım yenə bir zülmə giraftar olur axər, Əlbəttə olur, evyıxanın xanəsi 



viran. 

(Ziya Paşa) 

 

Bakının  mart  hadisələri,  Bakının  qanlı  günləri  bütün  mədəni  növ  (yəni 



növ  )  bəşərin  diqqətini  cəlb  etdi.  Aləmi  islami  isə  o 

dəhşətəngiz qanlar, vəhşiliklər, cəhənnəm odlarına sövq 

etsə  gərəkdir.  İgirminci  əsrin  heç  duymaz  qanlı 

məbudinə bu gün nə qədər qurbanlar kəsilmişdi. Mahir 

qəssablar  yazıq  qurbanları  kəsdikcə,  ətrafda  təntənələr 

yayılıyor: “Ura''' çığırılıyordu. 

Vicdansızlar! 

Dörd  sənə  yarım  ərzində  kəsdikləri  qurbanlar 

kafi  deyilmiş.  Müharibə  meydanlarında  millətlər, 

məmləkətlər  həp  xotpəsənd  (özünüsevən),  təməkar 

(tamahkar),  cahpərəst,  millətlər  yekdigəri      özü      ilə  

xuruc   etmişlər. 

Məmləkətlər bir-biri ilə mübarizəyə qalxışaraq 

öz  hərəkatında  cavabdehdirlər.  Hər  kəs  öz  foxamətini, 

mədəniyyətini,  sərvət  və  məktəbini  müdafiə  ediyor. 

Millətin  səadət  və  rəfahətli  təmininə  çalışıyor.  Lakin 

yekdigərini  məhv  və  pamal  (ayaq  altında  əzmək) 

etməgə heç birisi çalışmıyorlar. 

Orada silahlı əsgər düşmənini açıq çarpışmada 

kəsir. Orada əhali himayət altında saklanır və mümkün 

qədər  müharibənin  dəhşətli  zərbələrindən,  atəşlərindən 

müdafiə olunur. 

Orada  silahını  tərk  edənlər  düşmən  düşmən 

deyillər. Əmanda olanlar əsirdilər. İki düşmən bir-birini 

məhv  və  zəlil  etmək  və  qanını  axıtmaq  üçün  daima 

çalışmağına baxmayaraq bunların heç birisi və heç vəqt 

ac və üryan xəstələri təhqir və məsum cocuqları, biçarə 

və zəif arvadları kəsmiyor... 

Lakin  bizim  Şərqdə,  iştə  bu  qanlı  Şərqdə  də  böyləmidir,  əcəba?  Xayır. 

Burada  “qəhrəman'“  qonşular  əlində  silah  tutmağa  taqəti,  səbri  olmayan  saldidə 

(yaşıötmüş) qoca və qanları, ufaq cocuqları kəsirlər... Lakin kəsən kimdir? 



19 

 

Haman  o  daima  nizami  qoşun  qabağından  qanmaz  qoyun  sürüsü  kibi 



özünü itirib qaçan fədai “igidlər”, haman adını bolşevik qoymazdan əvvəl nizami 

əsgərin süngüsü qorxusundan sol əlini onun amansız qurşaininə nişan qoyan, ürəgi 

əvəzinə sol əlini atıcı əsgərin qurşuni ilə deşdirməyə razı olan - qəhrəmanlar. 

Bolşevik niqabını üzünə çəkmiş yırtıcı fədailər şimdi ixtiyar və cocuqlar 

ilə  “müharibəyə”  tullanıb  da  -  qələbə  çalır,  mərdlik  göstərir,  “düşmənin”  qanını 

calıyorlar. 

Alçaq hərflər! 

Nöu bəşərin dörddən birini təşkil edən ümmət -məhəmmədi pamal etmək, 

yer üzündən qaldırmaq əməlinə düşmüşlər də kəsir, zalima nə kəsirlər: 

-

 



Üsuli, nizam ilə kəsirlər: 

-

 



Ürəkləri daşa dönmüş, vicdanları yatmış da bəşaşət ilə kəsirlər!.. 

-

 



Mahir ustalar: 

Küçələrdə, evlərdə, zavodlarda, fabrikalarda kəsilən ac, çıplaq, məzlum, 

zavallı islam fələlərinin, biçarə iffətli (pak) islam xanım və qızlarının həqarət və 

fəlakəti  qarşısında  səsimizi  kəsmiyoruz.  Qışqırmaq,  bütün  mədəni  cahanə 

eşitdirəcək qədər qışqırmaq istiyoruz. 

-

 



Canilər, yetər hədər qan tökmək! 

-

 



Anadoluda,  Qarsda,  Kumruda,  İrəvan  mahalında,  İran 

ölkələrində etdiyiniz zülmlər, tökdüyünüz qanlar yetər. 

Xəncərlər  gözdən,  qurşunlar  gözdən,  süngülər  gözdən,  axan  nahaq 

qanlardan  dəryalar  əmələ  gələr.  Qorxunuz  ki,  bu  qanlı  dəryalarda  özünüz 

boğulacaqsınız. 

 

Ə.Ə.Naxçıvanlı 

 

 

 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə